Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə67/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   88

 162
Bilik və bacarıqların tətbiqinə, müzakirə və yaradıcı işə həsr olunan dərsi fərqli 
variantlarda təşkil etmək mümkündür. Belə  dərslərdə debatın aparılması isə onun 
strukturunda dəyişikliyin baş verməsinə səbəb olur.  
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli 
yollar seçmək mümkündür. Suallar əsasında yığcam müsahibə aparmaqla 
motivasiya yaratmaq və nəticədə tədqiqat sualını formalaşdırmaq olar. 
Tədqiqat sualı:  Dərslikdə debat üçün təklif edilmiş mövzulardan biri – a) 
Valideyn-övlad münasibətlərindəki soyuqluğa səbəb onların həyata fərqli baxışıdır; 
b) İnsanların yadlaşması son dövrlərin başlıca xüsusiyyətidir – müzakirə əsasında 
seçilir. Debat üçün seçilmiş mövzu tədqiqat sualı kimi qəbul olunur. 
   Dərs tədqiqatın aparılması mərhələsi ilə davam etdirilir, sonrakı mərhələlər 
(məlumat mübadiləsi, müzakirə, nəticənin çıxarılması) debatın gedişində qovuşur. 
İlk növbədə, debatın keçirilmə qaydası yığcam müsahibə ilə yada salınır. Dərslikdə 
təklif edilmiş tövsiyə əsas götürülməklə debatın təşkili həyata keçirilir. 
Sinif bir nəfərdən ibarət (çox da ola bilər) hakim seçir. Şagirdlərə artıq 
məlumdur ki, debatda iştirak edən tərəflər öz dəlillərinin məntiqli olduğuna məhz 
hakimi inandırmalıdırlar. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən  şagirdlər 
debat üçün seçilmiş sualı müzakirə edirlər. Hər qrup sualın lehinə  və  əleyhinə 
dörddən az olmayaraq dəlil müəyyənləşdirir. Dəlillərin inandırıcı, məntiqli 
olmasına xüsusi diqqət yetirilir. Qrup müəyyənləşdirdiyi dəlilləri müdafiə 
edəcəyinə  əmin olmalıdır. Qruplar müəyyənləşdirdikləri dəlilləri digər qrupların 
dəlilləri ilə tutuşdurub, oxşar cəhətləri nəzərdən keçirirlər.  Şagirdlərin 
mövqelərində  dəyişikliyin baş verməsinə  təbii baxmaq lazımdır. Suala münasibət 
baxımından sinif iki böyük qrupa bölünür. Müzakirə də onların arasında baş verir. 
Bir tərəfin (spikerin) verdiyi suala digər tərəf (spiker) cavab verir. Debatın 
gedişində əlavə ədəbiyyat, cədvəl, sxem, videogörüntü və s. nümayiş etdirilə bilər.  
Hakim tərəflərdən birinin dəlillərinin daha əsaslı, inandırıcı olduğunu elan 
etməkdə  sərbəstdir. Lakin o öz mövqeyini, seçimini əsaslandırmalı, tərəfləri 
inandırmalıdır. Belə  dərslərdə müəllimin yekun sözünə ehtiyac duyulur. Yekun 
sözünün müsahibə üzərində qurulması  şagirdlərin fəallığının təmin edilməsi 
baxımından faydalıdır.   
Vaxtdan qənaətlə istifadə edilməsi dərslikdəki növbəti tapşırığın (növ və janr 
baxımından dramla romanın oxşar və  fərqli cəhətlərinin müəyyənləşdirilməsi) 
yerinə yetirilməsinə imkan verir. Tapşırığa hazırlanan qısa yazılı cavabların 
dinlənilməsi və müzakirəsi həyata keçirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır.  
 


 163
Mövzu: Elçin. “Talvar” – 4 saat 
Birinci saatƏsərin məzmunu üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırır. 
1.1.3.  
  Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu 
hazırladığı plan əsasında yığcam nağıl edir. 
1.1.5.  
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiymət-
ləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür; hekayədən yığcam parçanın (xartutun parçalanması və ya 
Əliabbas kişinin dülgərlik alətlərini satmaq niyyəti) oxunması, YouTube-dən yazıçı 
Elçinlə bağlı süjetdən (https://www.youtube.com/watch?v=CaCXTREGM_8) fraq-
mentin nümayişi,  əsərin məzmununa uyğun illüstrasiyalardan istifadə bu 
qəbildəndir. Eləcə  də  dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yığcam 
müsahibə aparmaq faydalıdır. 
Tədqiqat sualı: Sadə  zəhmət adamına həsr olunan əsərdə oxucu üçün dəyərli 
nə ola bilər?  
 Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
 Tədqiqatın aparılması. Hekayənin məzmununun öyrənilməsinə oxu 
növlərindən birinin tətbiqi ilə başlanılır. Fasiləli oxunun tətbiqi zamanı  hər 
parçanın oxusundan sonra fasilə edilir, məzmunla bağlı suallara cavab verilir. 
Hekayənin gözlənilməz başlanğıcı – yüz yaşlı xartutun qəfildən parçalanması 
hadisələrin gələcək inkişafı barədə şagirdlərdə müxtəlif mülahizələrin yaranmasına 
səbəb olur. Bu proqnozlaşdırılmış oxunun tətbiqini faydalı edir. Təcrübə göstərir 
ki, proqnozlaşdırılmış oxudan istifadə şagirdlərdə hadisələrin davamını öyrənməyə 
maraq oyadır, müstəqilliyə, fəallığa, diqqətli olmağa sövq edir. 
 
Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına, bədii 
təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət yetirilir.  
Sinifdə öyrənilməsi nəzərdə tutulmuş birinci parçanın oxusuna ayrılmış vaxt
 
başa çatdıqdan sonra şagirdlərə ilkin təəssüratlarını bölüşmək imkanı yaradılır. Bu, 
növbəti tapşırığın (məzmuna aid sualların və onlara cavabların hazırlanması) 
uğurla yerinə yetirilməsinə  də  əhəmiyyətli təsir edir. Tapşırıq cütlük şəklində  iş 
formasının tətbiqi ilə icra olunur. Oxunmuş parçada müəyyənləşdirilmiş hissənin – 
epizodun məzmununun tərtib edilmiş plan əsasında geniş nağıl edilməsi də şagird 
təəssüratının zənginləşməsinə, qavramanın dərinləşməsinə  səbəb olur. Dərslikdə 
təklif edilmiş növbəti tapşırıq (məcazların növünün dəqiqləşdirilməsi) fərdi olaraq 
yerinə yetirilir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə