Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə63/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

 154
daxilində  də  fərqli fikirdə olanlara rast gəlinir. Buna görə  də  təqdimatda eyni 
qrupdan bir neçə  nəfərin iştirakına imkan yaradılır. Bu, məlumat mübadiləsi və 
müzakirə  mərhələsində diqqət mərkəzində saxlanılan məsələlərdən olur. Fərqli 
fikirlərin üstündən sükutla keçilmir, onlara dialoq zəminində aydınlıq gətirilir. 
Yerinə yetirilmiş bütün işlərin məğzi açıqlanır, fikirlər tədqiqat sualının aydınlaş-
dırılmasına yönləndirilir. Cavabların əlaqələndirilməsinə, sistemə salınmasına nail 
olunur.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəllim 
istiqamətləndirici suallardan istifadə etməklə  şagirdlərin daha fəal olmalarına 
imkan yaradır.  Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, ana-övlad 
münasibətlərinə  həsr olunan əsərlərdə  nəsihətamiz fikirlər önəmli yer tutur. Bu 
fikirlər müəllifin müşahidələrindən, məqsədindən asılı olaraq, fərqli məzmunda 
olur. Lakin bütün hallarda ana haqqı, ana zəhməti diqqət mərkəzinə çəkilir. 
Fərziyyələr yenidən xatırladılır, nəticələrlə müqayisə edilir. Yekun qənaətlə 
tədqiqat sualının arasındakı səsləşmələrə diqqət yetirilir. 
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
 
Mövzu: Əli Kərim. “Qaytar ana borcunu”– 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
 
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış et-
məklə şeirin qəhrəmanlarını səciyyələndirir. 
1.2.3.  
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitə-
lərinin rolunu aydınlaşdırır. 
1.2.4 
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi mü-
nasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş 
etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında həyata keçirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Əsərin təhlilinə  həsr olunmuş dərsin variantlarından biri aşağıdakı məzmunda 
ola bilər. 
Motivasiya, problemin qoyuluşu.  Şagirdlərin diqqəti dərslikdəki “Düşünün” 
başlıqlı suala (Ana-övlad münasibətləri söz sənətkarlarını hansı  səbəblərə görə 


 155
düşündürə bilər?) cəlb olunur. Həmin sual əsasında aparılan yığcam müsahibə 
tədqiqat sualının formalaşması ilə nəticələnir. 
Tədqiqat sualı: “Böyük zaman kəsiyi kamil sənət  əsərindəki nəsihətamiz 
fikirlərin dəyərini azalda bilməz” fikrini doğru saymaq olarmı?  
Şagirdlərin irəli sürdükləri fərqli fikirlər – fərziyyələr dinlənilir, təkrara yol 
verilmədən qeyd edilir. 
Müəllim üçün məlumat. Tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə 
əlaqədar qazanılmış bilik və bacarıqların yada salınması, tətbiqinə istiqamət 
verilməsi məqsədəuyğundur.  Şagirdlər müəllimin istiqamətləndirici suallarına 
əsasən təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırladırlar: 
– Şeirin yaratdığı təəssüratın, hiss və düşüncələrin açıqlanması; 
– Ana və oğul obrazlarının səciyyələndirilməsi; 
– Əsərdə qaldırılan başlıca problemin müəyyənləşdirilməsi; 
– Şeirin bədii təsir gücünü artıran vasitələrin (bədii təsvir və ifadə vasitələrinin və 
s.) rolunun aydınlaşdırılması; 
– Şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması. 
Tədqiqatın aparılması.  Fərziyyələrin yoxlanılmasına – tədqiqat sualının 
aydınlaşdırılmasına fərqli yollarla nail olmaq mümkündür. Dərslikdəki “Araşdırın. 
Fikirləşin. Cavab verin” başlıqlı tapşırıq fərqli iş formaları tətbiq edilməklə yerinə 
yetirilə bilər. Dərsdə bu tapşırıqdan, eləcə də “Əsərin təhlilinə hazırlaşın” mətnin-
dən istifadə edilməsi məqsədəuyğundur. 
 
İlk növbədə, “Əsərin təhlilinə hazırlaşın” mətninin oxusu və  məzmununun 
qavranılması qayğısına qalmaq lazımdır. Mətndə  əsərin təhlili ilə bağlı  ən zəruri 
istiqamət verilmiş,  inversiya anlayışının mahiyyəti açıqlanmışdır. Müəllim həmin 
anlayışla  əlaqədar bədii  əsərlərdən  əlavə nümunələr göstərə bilər. Bütün bunlar 
sonrakı tapşırıqların uğurla yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.  
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı üzrə  tədqiqatın cütlük şəklində, 
yaxud kiçik qruplarda aparılması mümkündür. Cütlük şəklində  işləyənlər fikir 
mübadiləsi aparmaq məqsədi ilə sonra kiçik qruplar yarada bilərlər. Bütün hallarda 
müəllimin tapşırıqların məqsədi, istifadə olunacaq vasitələrlə bağlı təlimatlandırma 
aparması faydalıdır.  İşin gedişini diqqətlə izləyən müəllim zərurət yarandıqda  şa-
girdlərə istiqamətləndirici suallarla yardım edə bilər. İkinci sual (əsərdə qaldırılan 
problemin müəyyənləşdirilməsi) geniş diskussiya, fikir mübadiləsi üçün zəmin 
yaradır. 
Tapşırığın digər sualları (obrazlarının səciyyələndirilməsi, müəllif münasibəti-
nin aydınlaşdırılması  və s.) əsərdən nümunələr gətirilməsini, söylənilən fikirlərin 
əsaslandırılmasını tələb edir.  
Məlumat mübadiləsi mərhələsində təqdimatların fəal dinlənilməsinə, bununla 
da  şagirdlərin (qrupların) bir-birinin işinin məzmunu ilə  ətraflı tanış olmalarına 
imkan yaradılır. Birtərəfli, yanlış mülahizələrin aradan qaldırılması, cavabların 
əlaqələndirilməsi növbəti mərhələdə həyata keçirilir. 
Məlumatın müzakirəsi və  təşkili  mərhələsində  müəllim  əvvəlcədən hazırla-
dığı suallar vasitəsi ilə müzakirənin diskussiya xarakteri almasına səy göstərir. 
Şagirdlərin suallar verməsi, mövqelərini sərbəst açıqlaması stimullaşdırılır. Bu 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə