Microsoft Word ?d?b-9 Mv capa doc


Anar. “Keçən ilin son gecəsi”



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə66/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   88

 160
MövzuAnar. “Keçən ilin son gecəsi” – 4 saat
 
Üçüncü saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.2.  
  Digər obrazların və müəllifin mühakimələrindən çıxış 
etməklə dramın qəhrəmanlarını səciyyələndirir. 
1.2.4. 
  Dramın mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
əsaslandırılmış münasibət bildirir. 
2.1.1.
  
 
  Dramla bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən 
topladığı materiallara əsaslanmaqla  əsərin ideya-bədii 
xüsusiyyətlərini şərh edir. 
2.2.1.  
  Dramla bağlı müzakirələrdə mövzuya, problemə  tənqidi 
münasibətini  əsaslandırır, fərqli fikirlərə dözümlülük 
nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi ilə  həyata keçirilir.  Müəllimin müvafiq qiymətləndirmə meyarlarından 
istifadə edilməsi məqsədəuyğundur.  
Motivasiya, problemin qoyuluşu.  Müəllim qarşıya qoyduğu məqsəddən, 
təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək motivasiyanı  fərqli 
yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual (“Övladın ömrü valideyn 
ömrünün davamıdır" cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?) 
əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualının müəyyənləşdirilməsi vaxta 
qənaət baxımından daha məqsədəuyğundur. 
Motivasiyanın yaradılmasının digər variantı internetdəki “Keçən ilin son 
gecəsi” filmindən (https://www.youtube.com/watch?v=5WH0CF3wO_s) fraqmen-
tin nümayiş etdirilməsi əsasında müsahibənin aparılması ola bilər.  
Tədqiqat sualı: Gənc nəsil yaşlı nəsildən nələri əxz edib yaşadır?  
Tədqiqatın aparılması. Dramın təhlili ilə bağlı tədqiqat işini fərqli məzmunda 
və formada təşkil etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin 
təhlilinə hazırlaşın” mətninə  və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı 
tapşırığa müraciət edilməsi faydalıdır.
  
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim  şagirdlərin “Əsərin 
təhlilinə hazırlaşın” mətni ilə tanış olmaları üçün vaxt ayırır. Mətnlə tanışlıqdan 
sonra “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallar iş vərəqlərində (hər 
qrupa bir sual ayırmaqla) qruplara təqdim edilir. Tapşırıqların icrası ilə bağlı 
qruplar təlimatlandırılır, tapşırıqların tələblərinə açıqlıq gətirilir, hansı metod və 
priyomlardan istifadənin daha faydalı olması  məsələsinə toxunulur. Əsərdəki 
obrazların təhlili xüsusi diqqət tələb edir. Bu, əsərin ideyasının başa düşülməsi 
üçün vacibdir. Unutmamalıdır ki, Həmidə ana obrazının  əhatəli təhlili  əsərdə 
qaldırılan problemin, yazıçı niyyətinin açıqlanmasında və  dəyərləndirilməsində 
əhəmiyyətli rol oynayır. Məzmunun öyrənilməsinə həsr edilən dərsdə Həmidə ana 
obrazının nitqi üçün səciyyəvi olan söz və ifadələrin müəyyənləşdirilməsi təhlilin 


 161
səmərəliliyinə az təsir etmir. Həmidə xalanın övladlarının xarakterindəki başlıca 
cəhətlərin aydınlaşdırılması, Qəzənfərin fikirlərinin çözülməsi  əsərin ideya-
məzmununun dərk edilməsinə imkan yaradır.  
Tədqiqatın gedişini diqqətlə müşahidə edən müəllim ehtiyac yaranan 
məqamlarda istiqamətləndirici suallardan istifadə etməklə qruplara kömək edir. 
Məlumat mübadiləsi və müzakirə mərhələsində qruplar birinci növbədə, bir-
birinin işinin məzmunu ilə ətraflı tanış olurlar. Təqdimatlarda daha vacib məsələlər 
üzərində dayanılır, fikri təsdiq edən nümunələr göstərilir. Müəllimin istiqamətlən-
dirici sualları şagirdləri tədqiqat sualını aydınlaşdırmağa yönəldir. 
Deyilmiş fikirlərin  əlaqələndirilməsi, sistemə salınması diqqət mərkəzinə 
çəkilir.  
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Söylənilənlərin vahid 
ideya  şəklinə salınması, ümumiləşdirmənin aparılması diqqət mərkəzinə  çəkilir. 
Şagirdlər əvvəlcədən hazırlanmış suallar vasitəsi ilə son nəticələrə istiqamətləndiri-
lir. Onlarda belə qənaət möhkəmlənir ki, nəsillər arasında varisliyin mövcud olması 
həyatın davamı üçün vacib şərtdir. Məhz varislik nəsillər arasında rabitənin qoru-
nub saxlanmasına, yaxşı  nə varsa, yaşadılmasına səbəb olur. “Keçən ilin son ge-
cəsi”  əsərində yaşlı  və  gənc nəsil qarşılaşdırılmaqla həyat həqiqətləri  əks etdiril-
mişdir. Bu nəsillərin arasında varisliyin, bağlılığın və ardıcıllığın qorunub saxlan-
masının vacib olması fikri əsaslandırılmışdır.    
Çıxarılmış  nəticələrin tədqiqat sualı  və  fərziyyələrlə müqayisə edilməsinə 
diqqət yetirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur.
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
MövzuAnar. “Keçən ilin son gecəsi” – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.1.  
  Dramı növ və janr baxımından romanla müqayisə edir. 
2.1.2.  
 
  Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr apar-
maqla münasibət bildirir. 
2.2.1.  
  Müzakirələrdə mövzuya, problemə  tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə 
meyarlarına müraciət etməsi məqsədəuyğundur. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə