164
Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər icra etdikləri bütün
işlərin nəticələri ilə bağlı fikir mübadiləsi aparır, cavabları müqayisə edir,
dəqiqləşdirmə və ümumiləşdirmə aparırlar. Bu, qrupun təqdimatının
hazırlanmasına imkan verir.
Məlumatın mübadiləsi və müzakirəsi mərhələsində qruplar öz mövqelərini
təqdimat əsasında açıqlayırlar. Təqdimatlar dinlənilir, suallar verilir, müzakirə
aparılır. Müzakirənin diskussiya səciyyəli olmasına, şagirdlərin dialoji nitq
bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılır. Müəllim qrupun cavabını
təqdim edən sözçüdən başqa, digər üzvlərin də öz əlavə və qeydlərini
çatdırmalarına diqqət yetirir. Aparılmış işlərə nəticə məzmunlu müsahibə ilə
(nəticə və ümumiləşdirmə mərhələsinin tələbləri tam şəkildə ikinci dərsdə –
məzmun üzrə iş tamamlandıqda həyata keçirilir) yekun vurulur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Elçin. “Talvar” – 4 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4.
Hekayə janrına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.5.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Dərsin gedişi
Hekayədən evdə oxunmuş parçanın məzmununun, tanış olmayan sözlərin
mənasının hansı səviyyədə mənimsənildiyini yığcam müsahibə, yaxud təqdimatla-
rın dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirmək olar. Bütün hallarda, müəl-
limin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Əsərin məzmununun öyrənilməsi üzrə tədqiqat davam etdirilir. Hekayənin
ikinci parçasını bir daha nəzərdən keçirən şagirdlər cütlük şəklində məzmuna aid
sual və onlara cavab hazırlayırlar. Tanış olmayan sözlərin mənasının dəqiq-
ləşdirilməsi, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi də bu məqamda
həyata keçirilir. Növbəti tapşırıqlar (ikihissəli gündəliyin hazırlanması, məcazların
növünün dəqiqləşdirilməsi, əsərin janrının müəyyənləşdirilməsi) fərdi olaraq yerinə
yetirilsə də, şagirdlərin, yeri gəldikcə, əməkdaşlıq etmələrinə imkan yaradılır.
Müəllim ikihissəli gündəlik üzrə işin icrasına xüsusi diqqət yetirir. Şagirdlər
gündəlikdə əsərlə bağlı yalnız təəssüratlarını, düşüncələrini deyil, cavab tapmaq
istədikləri sualları da əks etdirirlər. Bu sualların aydınlaşdırılmasına sonrakı
mərhələlərdə diqqət yetirilir. Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər
165
yerinə yetirdikləri bütün işlərin nəticələri ilə bağlı fikir mübadiləsi və müzakirə
aparırlar. Bu, onlara nöqsanları aradan qaldırmağa, dəqiqləşdirmə və ümumiləşdir-
mə aparmağa, qrup təqdimatı hazırlamağa imkan yaradır.
Məlumat mübadiləsi, müzakirə. Qrup işlərinin nəticələri təqdimatlar əsasında
açıqlanır. Bütün qrupların eyni sualların üzərində işləməsi məlumat mübadiləsinin
müzakirə ilə qovuşmasına səbəb olur. Müzakirənin səmərəli keçməsi üçün
çıxışların diqqətlə dinlənilməsinə, mülahizə və hökmlərin əsaslandırılmasına diqqət
yetirilir, sual vermək istəyənlərə şərait yaradılır. Yanlış, birtərəfli fikirlərin aradan
qaldırılması, cavabların əlaqələndirilməsi və qruplaşdırılması ümumiləşdirmənin
aparılmasına zəmin olur. Müzakirə prosesində diqqət cavabların tədqiqat sualı ilə
səsləşməsinə, əsərin məzmununun bütövlükdə qavranılmasına istiqamətləndirilir.
Qazanılmış biliklərin ortaq məxrəcə gətirilməsi, söylənilən fikirlərin ümumi
ideya şəklinə salınması nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması
mərhələsində həyata keçirilən işlərin əsasında dayanır. Əsərin məzmununun əhatəli
öyrənilməsi, sual və tapşırıqların ardıcıl yerinə yetirilməsi, müəllimin
istiqamətləndirici sualları şagirdlərdə belə bir qənaətin möhkəmlənməsinə səbəb
olur ki, sadə zəhmət adamının ailə münasibətlərindəki səmimilik, milli-mənəvi
dəyərlərin qorunub saxlanması, xeyirxah əməllərin insan üçün həmişə vacib
olmasının təsdiqi kimi mühüm məsələlərin əsərdə əksini tapması onu oxucuya
sevdirən, qiymətli edən mühüm cəhətlərdir.
Çıxarılmış nəticənin tədqiqat sualı və irəli sürülmüş fərziyyələrlə müqayisə
edilməsinə vaxt ayrılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
166
Mövzu: Elçin. “Talvar” – 4 saat
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.1.
Hekayəni janr baxımından povestlə müqayisə edir.
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir.
1.2.3.
Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh
edir, onlara əsaslandırılmış münasibət bildirir
2.1.1.
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif
mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin
ideya-bədii xüsusiyyətlərini şərh edir.
2.1.2.
Hekayənin mövzusuna, problemə müqayisələr,
ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və
müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə
meyarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli
yollardan istifadə etmək mümkündür. Bunlardan biri dərslikdəki “Düşünün”
başlıqlı sual ( Sadə peşə adamını sevdirən, ona nüfuz qazandıran səbəblər, sizcə nə
ola bilər?) əsasında əqli hücum metodundan istifadə ilə yığcam müzakirənin
aparılmasıdır.
Tədqiqat sualı: Həqiqi zəhmət adamının sevilməsinin, hörmət və nüfuz
qazanmasının səbəbi nə ola bilər?
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.
Tədqiqatın aparılması. Bunu fərqli təlim metodlarının, iş formalarının tətbiqi
ilə təşkil etmək mümkündür. Diskussiya, debat, problemin həlli və s. bu
qəbildəndir. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədəuy-
ğundur.
Kiçik qruplarda iş formasını seçən müəllim şagirdlərin diqqətini, ilk növbədə,
“Əsərin təhlilinə hazırlaşın” mətninə cəlb edir. Bu mətndə şagirdləri hekayənin
müstəqil təhlilinə yönləndirən məsələlərə toxunulmuşdur. Mətnin müstəqil oxu-
sunu təşkil edən müəllim müsahibə vasitəsilə mənimsəmənin dərinləşdirilməsinə
nail ola bilər.
“Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığın sualları əsasında
hazırlanmış iş vərəqləri (hər qrupa bir sual ayırmaqla) qruplara təqdim edilir.
Hekayə ilə əlaqədar müxtəlif alimlərin Elçin yaradıcılığı ilə bağlı fikirlərindən
nümunələrin iş vərəqlərinə əlavə edilməsi faydalıdır. Bu, şagirdlərdə öz fikirlərini
Dostları ilə paylaş: |