Microsoft Word ?d?b-9 Mv capa doc


Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə71/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

 172
 Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində də müəl-
limin əvvəlcədən hazırladığı suallardan istifadə etməsi faydalıdır. Bu, həmin mər-
hələdə vaxta qənaət,  əsaslandırılmış  nəticənin çıxarılması baxımından  əhəmiyyət-
lidir.  
Qeyd edilir ki, əsərdə yazıçı  həyat həqiqətini – müasir insanın həyatını, gün-
dəlik qayğılarını, zahirən sadə görünən hadisələrin axarında özünü dərk etməsini 
əks etdirir. Əsərin qəhrəmanı Ağarəhim öz daxili mənəvi aləmi, hiss və düşüncələri 
ilə təsvir olunur. Kənddə ailənin mürəkkəb həyat şəraiti, çətinlikləri, eləcə də ailə 
üzvlərinin bir-birinə münasibəti kənar müşahidəçi təsiri bağışlayan Ağarəhimdəki 
soyuqluğu, yadlığı aradan qaldırır, kənddə keçirdiyi az vaxt ərzində onun dünyagö-
rüşündə, insanlara yanaşmasında bir dönüş yaranır. Bu, əslində, xalqımıza xas olan 
mərhəmət, xeyirxahlıq, nəciblik kimi keyfiyyətlərin üzə  çıxması, lazım olan anda 
özünü göstərməsidir. 
Nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə diqqət yetirilir.  
Sinifdənxaric oxu dərslərində formativ qiymətləndirmə təlim nəticələrinə müva-
fiq meyarlar əsasında aparılır. 
Ev tapşırığını  müəyyənləşdirməkdə müəllim sərbəstdir. Bu zaman şagirdlərin 
maraq və imkanları nəzərə alınır. 


 173
BEŞİNCİ BÖLMƏ ÜZRƏ 
İKİNCİ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
Qiymətləndirmə Sabir Rüstəmxanlının “Sağ ol, ana dilim!” şeiri üzrə aparıla bilər 
 
QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSİYƏ OLUNAN 
SUAL VƏ TAPŞIRIQLAR 
 
1. Əsərlə bağlı hansı fikir səhvdir? 
 
A) Dilimizin gələcəyindən bədbinliklə söz açılır. 
B) Dilin xalqın tarixini yaşatması fikri irəli sürülür. 
C) Dilimizin ikiyə bölünmüş Vətəni birləşdirdiyi göstərilir. 
D) Ana dili tərənnüm edilir. 
E) Şairin vətənpərvərlik hisləri öz əksini tapıb. 
 
2. “Dəllal” sözünün əsərdəki mənası hansı sırada düzgün verilmişdir? 
 
A) Faktları təhrif edən, saxta tarix yazan 
B) Hər hansı bir şeyi sübut etmək üçün əsas 
C) Alverdə alanla satan arasında vasitəçilik edən şəxs 
D) Vasitəçilik üçün alınan haqq 
E) Dəlil, sübut gətirən şəxs 
 
3. Şeirin son bəndindəki həmqafiyə sözləri müəyyənləşdirin. Onların uğurlu olub-
olmadıqlarını qısaca yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
4. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, fikrin təsir gücünün 
artmasında onların rolunu izah edin. 
 
Bədii təsvir və ifadə vasitələrinin işlən-
diyi misralar 
Növü Fikrin 
təsir gücünün 
artmasında rolu 
Yollarım sınandı yad ölkələrdə,  
Neçə yad dodaqda səsləndi adım.  
 
 
Köməksiz qoymadın, yalqız qoymadın.  
 
Deyin, qoy dinləsin: “Danışır Bakı!”  
 
Döyüşdə qılınctək sıyrıldı qından,  
Başımın üstündə bayrağım oldu. 
 
 
İpək nəğmələrim gülləbatmazdı.  
 
 
 
 


 174
5. Əsərin lirik növdə olduğunu nümunələrlə əsaslandırın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
6. Bənddə hansı bədii təsvir vasitəsi işlənmişdir? 
 
Barmağım altında düymə fırlanır,  
Londonla, Parislə yanaşı Bakı... 
Doğma sözlər üçün darıxan hanı? 
Deyin, qoy dinləsin: “Danışır Bakı!” 
 
7. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır? 
 
Sağ ol, ana dilim, ana öyüdüm, 
Füzuli eşqindən divanə dilim. 
Ürəyim başına nəfəs dərmədən 
Fırlanıb kül olan pərvanə dilim. 
 
A) Minnətdarlıq, qürur 
B) Sevinc, fərəh 
C) Heyrət, təəccüb 
D) Kədər, təəssüf 
E) Əzmkarlıq, etiraz 
 
8.  Şərti işarələrdən istifadə etməklə  bənddə fasilələrin yerini, məntiqi vurğulu 
sözləri, səsin ucalığını göstərin. 
 
Qapılar dalında qoydular səni, 
Haqq dedin, dabandan soydular səni, 
Ancaq məhv olmadın, anam, can dedim, 
Ordular sarsıdan qəhrəman dilim! 
 
9. Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 
 
10. Şeirin müasir dövrümüz üçün əhəmiyyətini nədə gördüyünüzü bir neçə cümlə 
ilə yazın. 
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________ 


 175
6. MÜSTƏQİLLİK İLLƏRİNDƏ ƏDƏBİYYAT 
(1991-ci ildən günümüzə qədər) 
 
Mövzu: Qılman İlkin. “İntiqam” – 3 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş
 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1. 
  Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırır. 
1.1.5.  
  Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi  əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq 
qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli yollarla 
nail olmaq mümkündür. İnternet materiallarından istifadə edib Xocalıda düşmənin 
əlinə keçməmək üçün gənc ananın qeyri-adi fədakarlığından danışmaq və 
şagirdlərlə fikir mübadiləsi aparmaq olar (http://modern.az/articles/52620/1/). 
Motivasiyanın yaradılması  məqsədilə  dərslikdəki “Yada salın” başlıqlı suallar 
əsasında yığcam müsahibənin aparılması da faydalıdır. 
 
Tədqiqat sualı:  Silahlı  qəddar düşmənlə qarşılaşan yaralı, körpə  uşaqlı ana 
üçün xilas yolu nə ola bilər? 
 
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir. 
Tədqiqatın aparılması. Hekayənin məzmununun öyrənilməsinə oxu ilə başla-
nılır. Oxunun hansı növünün seçilməsindən asılı olmayaraq, tanış olmayan sözlərin 
mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi 
həyata keçirilir. Oxuya ayrılmış vaxt başa çatdıqdan sonra şagirdlər ilkin təəssürat-
larını bölüşürlər. Bu, növbəti tapşırığın (ikihissəli gündəlikdə qeydlərin edilməsi) 
səmərəli icrasına imkan yaradır.
 
Mətnkənarı suallara cavabların hazırlanması fərqli 
şəkillərdə yerinə yetirilə bilər. Dərslikdəki tövsiyə (suallara oxudan sonra cütlük 
şəklində cavabların hazırlanması) məktəb təcrübəsində uğurla tətbiq olunur. Suallar 
əsərin məzmununun  əhatəli mənimsənilməsinə  səbəb olduğu kimi, təhlil üçün də 
zəmin yaradır. 
Dərslikdə  təklif olunmuş sonrakı iki tapşırığın (ikihissəli gündəliyin hazırlan-
ması, məcazların növünün dəqiqləşdirilməsi) fərdi olaraq yerinə yetirilməsi məqsə-
dəuyğundur. 
 Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər icra etdikləri bütün işlə-
rin nəticələri ilə bağlı fikir mübadiləsi və müzakirə aparırlar. Bu, cavabların təkmil-
ləşməsinə, nöqsanların aradan qaldırılmasına, ümumiləşdirmə əsasında qrup təqdi-
matının hazırlanmasına imkan verir. Yalnız bundan sonra qruplararası təqdimatla-
rın dinlənilməsi  əsasında  məlumat mübadiləsi və müzakirə aparılır.  İstər məlu-
mat mübadiləsində, istərsə də müzakirədə şagirdlərin hər birinə öz mövqeyini açıq-


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə