Dədə Qorqud ● 2015/I I I 122
XX əsrin iyirminci illərin əvvəllərindən başlayaraq Sovet imperiyasının tələbi
ilə yazılı ədəbiyyatda olduğu kimi, şifahi yaradıcılıqda da müəyyən “meyarlar” mey-
dana gəldi. Ziyalıların, şair və yazıçıların, elm adamlarının, eləcə də folklorşü-nasla-
rın “panislamist”, “pantürkist” kimi ifadələrlə damğalanma dövrü başlandı. Belə zi-
yalılarımızdan biri də Bəhlul Bəhcət oldu. B. Bəhcət Azərbaycan folklorşünaslığı ta-
rixində özünəməxsus yeri olan ziyalılarımızdandır. Bəhlul Bəhcət ədəbi fikir tarixi-
mizdə tanınmış folklorşünas,eyni zamanda islamşünas, tarixşünas və ədəbiyyatşünas,
kimi fəaliyyət göstərmişdir. B. Bəhcət dövrünün mütərəqqi ziyalılarından biri olmuş-
dur. “Bəhcət” onun yaradıcılıq imzasıdır.
Bəhlul Əfəndi Bəhcət 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda antiso-
vet təbliğatı aparan, rus bolşeviklərinə və erməni daşnaklarına qarşı mübarizəyə qal-
xan, əhalini silahlı üsyana səsləyən şəxsiyyətlərdən biri, Zəngəzurun sonuncu qazısı
olmuşdur. Bəhlul Mustafa oğlu Əfəndiyev 1885-ci ildə (bəzi mənbələrə görə 1869-cu
il – H.B.) keçmiş Zəngəzur qəzasının, Qubadlı rayonunun Dondarlı kəndində anadan
olmuşdur. İlk təhsilini atasından və gələcək qaynatası Hacı Çələbidən almışdır. Son-
ralar təhsilini davam etdirmək üçün Türkiyə və İrana getmiş və orada dini təhsil al-
mışdır. Təhsilini başa vurduqdan sonra vətənə qayıdıb, Zəngəzur qəzasında dini fəa-
liyyətə başlayıb.
B.Bəhcət 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan
sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. O, Azərbaycanda De-
mokratik Cümhuriyyətini öz fəaliyyətilə dəstəkləyənlərdən olub. Azərbaycanda bol-
şevizm bərqərar olduqdan sonra onun həyatının ağır günləri başlayır. Süni quraş-
dırılmış bir ittiham əsasında Bəhlul Bəhcət ilk dəfə olaraq 23 aprel 1924-cü ildə Az.
FK orqanları tərəfindən həbs edilir. Həbsinə səbəb isə 1922-ci ildə özünün nüfuzun-
dan istifadə edərək Türkistan qəzasının əhalisini sovet hakimiyyətinə qarşı silahlı üs-
yana çağırması, üsyan yatırıldıqdan sonra İrana qaçaraq oradakı əkinqilabi Azərbay-
can mühacirəti və türk konsulluğu ilə əlaqə yaratması olmuşdur (1, 76).
Bu əməllərinə görə 26 iyul 1924-cü ildə Azərbaycan Fövqəladə Komissiyası
(Az.FK) kollegiyası tərəfindən Əfəndiyevə ölüm hökmü kəsilməsinə baxmayaraq,
həmin cəza Azərbaycan ərazisindən çıxarılmaqla 5 il müddətinə inzibati sürgünlə
əvəz olunmuşdur. Sonra cəza yenidən dəyişdirilmiş və o, 3 il müddətinə islah əmək
düşərgəsinə göndərilmişdir.
B.Əfəndiyev cəza müddətini başa vurduqdan sonra, onun yenidən antisovet
qrupla əlaqələrinin mövcudluğu məlum olmuş, qrup aşkarlandıqdan və məhv edildik-
dən sonra o, İrana mühacirət etmək məcburiyyətində qalmışdır. Həmin materiallar
əsasında B.Əfəndi 1926-cı ildə yenidən həbs olunmuş və 22 may 1928-ci ildə antiso-
vet təbliğatı aparmaqda, eləcə də millətçilikdə müqəssir bilinərək 8 il müddətinə
azadlıqdan məhrum edilmişdir.
7 mart 1934-cü ildə isə Azərbaycan Dövlət Siyasi İdarəsinin kollegiyası tərə-
findən Birləşmiş Dövlət Siyasi İdarəsi qarşısında B.Əfəndinin sosial təhlükəli ele-
ment kimi üç il müddətinə Qazaxıstana sürgün olunması barədə vəsatət qaldırılmışdır
(2, 270-271).
Bəhlul Bəhcət 10 ildən sonra həbsdən qayıdır. B.Bəhcət 1934-1937-ci illərdə
əvvəlcə Azərnəşr, sonra isə Az.FAH-nın ədəbiyyat bölməsində işləmişdir. Bu elm
ocağı Bəhlul Bəhcətin son iş yeri olur. 1937-ci ilin avqustunda yenidən həbs olunur,
Dədə Qorqud ● 2015/I I I 123
15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnir. 20 ildən sonra Azər-
baycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət verilir (3,
8; 4, 92).
Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə
gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir:
Bu səfərlərin və aldığı dini təhsilin nəticəsində B. Bəhcət dini mövzuda bir sıra əsər-
lər yazmışdır. Lakin, təəssüf ki, Bəhlul Bəhcətin bu mövzuda yazdığı bir əsərindən
başqa, qalan əsərləri itib-batmış, günümüzədək gəlib çıxmamışdır. Onun bu mövzuda
əlimizə çatan yeganə əsəri 1922-ci ildə İranda, ötən əsrin əvvəllərində isə Türkiyədə
işıq üzü görən “Təşrih və mühakimə” əsəridir. Məhəmməd Peyğəmbərin və onun
ailəsinin həyatından bəhs edən “Təşrih və mühakimə” əsəri İran və Türkiyədə çap
olunduqdan, təxminən, bir əsr sonra – 2014-cü ildə Azərbaycanda Həmdulla Əfəndi-
yev tərəfindən nəşr olunmuşdur. Əsərin İran nəşri bizə gəlib çatmamışdır. Lakin
“Təşrih və mühakimə” əsərinin əlimizə çatan Türkiyə nəşri diqqəti daha çox cəlb
edir. Mənbələrin verdiyi məlumata görə «Ali Məhəmmədin tarixində təşrih və müha-
kimə» əsəri ilk dəfə 1924-ci ildə Tehranda fars dilində nəşr edilmişdir. Kitaba ya-
zılmış ön sözdən də aydın olur ki, həmin əsərə böyük ehtiyac olduğundan o bir neçə
dəfə təkrar nəşr edilmişdir. Sonra həmin əsər 2003-cü ildə İstanbulda Cəfər Bəndi-
dərya və Abbas Akyüz tərəfindən latın əlifbası ilə nəşr edilmişdir. «Kitabın orijinali
eski Osmanlıcadır» qeydindən aydın olur ki, «Ali Məhəmmədin tarixində təşrih və
mühakimə» əsərinin fars variantı ilə yanaşı Osmanlı variantı da olmuşdur. Tehranda
və İstanbulda çap olunan kitabın ön sözünün müəllifi Ayətullah Uzma Mərəşi-Nəcə-
fidir. Buradan görünür ki, B.Bəhcət Tehranda nəşr etdirdiyi «Ali Məhəmmədin tari-
xində təşrih və mühakimə» əsərini İstanbulada da nəşr etdirmək istəmiş, lakin nədən-
sə alimin sağlığında həmin tədqiqat əsəri işıq üzü görməmişdir. Təxminən 80 ildən
sonra Cəfər Bəndidərya və Abbas Akyüzün diqqətini çəkən bu əsər türkcələşdirilərək
2003-cü ildə «Ali Məhəmmədin tarixində təşrih və mühakimə» adı altında nəşr edil-
mişdir.
Bəhlul Behcət “Təşrih və mühakimə” əsərini yazmaqla İslam dininin yaradıl-
masında və onun yayılmasında böyük rolu olan insanların tarixindən, həyatından, ya-
şam tərzindən yazmağı özünə bir borc bilmişdir. Əsgi osmanlı dilində yazıldığı gü-
man edilən bu əsər Türkiyədə dəfələrlə çap olunduğuna baxmayaraq, xalqın istəyi ilə
yenidən-2003-cü ildə Cafer Bendiderya və Abbas Akyüzün tərcüməsi ilə nəşr
edilərək geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. Ön sözün müəllifi Şehabuddin
Hüseyni Necefi el-Meraşi ön sözdə əsər və onun müəllifi haqqında öz qənaətlərini
paylaşmışdır. Şehabuddin Hüseyni Necefi el-Meraşi burada müəllifin həyatı, yaradı-
cılığı , müəllimləri, təhsili, dünyagörüşü və dini əqidəsindən söz açaraq Bəhlul Beh-
cət haqqında oxucularda ilkin təsəvvür yaratmışdır. İlk öncə el- Meraşi kitabın fayda-
larından söz açaraq yazır: “Âl-i Muhammed Tarihinde Teşrih ve Muhakime” kitabı
çok faydalı kitaplardan biridir. Bu kitap, Resululla-h'ın Ehlibeyti'nin (hepsine selâm
olsun) hak üzere olduğunu ve mazlumiyetini ispatlamada anlaşılır ve akıcı bir beyan-
la yazılmış en güzel, kısa ve eşsiz bir eserdir (5, 2). “Ustadları və Hocaları “ bölü-
mündə onun Şeyh Muhammed Şeyhu'l-İslâm'dan ve Şeyh Muhammed Kadı-zade'den
və başqa fiqh alimlərindən dərs aldığı məlum olur. Bəhlul Behcət Miet-u Yevm (Yüz
Gün), Sıffin Vakıaları, Mirasla İlgili Bir Risale, İr-şad-ı Hamzevî, Azerbaycan Eser-
Dostları ilə paylaş: |