Dədə Qorqud ● 2015/I I I 124
leri, Tevhid Kelimesinin Ha-rekeleri, Demokrasî, İtidal və digər əsərlərin müəllifidir.
Ancaq çox təəssüf ki, bu adını çəkdiyimiz əsərlərin aqibəti haqqında bizdə heç bir
məlumat yoxdur.
Bəhlul Behcətin “Təşrih və mühakimə”əsərini yazmaqda məqsədi İslam aləmi-
nin parçalanmasına səbəb olan, islam ümməti arasına nifaq salan ixtilaflardan, qarşı-
durmalardan, onları yaradan səbəblərdən söz açmaq, fikir ayrılıqlarına aydınlıq gətir-
məkdir. “Bizce bu kitabımız, İslâm ümmetinin fikir ve düşünce birliği için yegane
merkezdir” (5, 4). Onun fikrincə bütün dünya müsəlmanlarının arzuladığı bir şey var,
o da islam aləminin vəhdəti, fikir və düşüncələrinin birləşməsidir. Lakin bu vəhdətə
qarşı çıxanlar da var. Bəhlul Behcət qərb ölkələri ilə müsəlman ölkələrini müqayisə
edərək yazır ki, qərb ictimaiyyətində siyasi əqidə hakim mövqe tutduğu halda,
Şərqdə, xüsusən müsəlman ölkələrində yalnız din ve məzhəb insan şüuruna hakim-
dir. Çünkü Avropada düşüncelere hakim olan siyasətdir; İslam dünyasında nə siya-
sət, nə də irq hakim mövqe tutmamışdır. Onun diqqət çəkmək istədiyi məqam odur
ki, o dövr tarixçiləri, ədibləri, şairləri Hz. Məhəmməd peyğəmbərin, onun ailəsinin
tarixinə önəm verməyərək, o dövrün hadisələrini işıqlandırmaq istəməmiş və ya işıq-
landırmaqdan çəkinmişlər. Bəziləri isə yazdıqları əsərlərdə təəsübkeşliyi əldən ver-
məmişlər.
Bəhlul Behcətin bu əsəri yazmaqda əsas məqsədi Peyğəmbər həzrətlərinin Əhli
beytinin tarixini, düçar olduqları ədalətsizlikləri , haqsızlıqları bizlərə çatdırmaqdır.
Əhli beyt dedikdə Hz. Əli və Rəsulullahın (s.a.s.) qızı – Hz. Əlinin həyat yoldaşı Fa-
timeyi Zəhra, Onların pak övladları İmam Həsən, İmam Hüseyn və onların nəslindən
olan doqquz imam nəzərdə tutulur.
Haqqında bəhs açılan kitabı Azərbaycan oxucusuna çatdıran isə Bəhlul Bəh-
cətin nəvəsi Hacı Həmdullah Əfəndiyev olmuşdur. Hacı Həmdullah Əfəndiyevin
verdiyi bilgiyə görə həmin kitabı Azərbaycan İslam Universitetinin rektoru Hacı Sa-
bir Həsənli ona vermişdir. Beləliklə, o, Tehran variantını əldə etmiş və 2010-cu ildə
«Ali Məhəmmədin tarixi» adı ilə nəşr etdirmişdir. Hacı Həmdullah Əfəndiyevin gör-
düyü böyük və qədirşünaslıq işinin qiymətini kiçiltmədən qeyd etməliyəm ki, o, ki-
tabın tərtibatında və özünün yazdığı ön sözdə müəyyən diqqətsizliklərə də yol ver-
mişdir. Məsələn, H.Əfəndiyev Tehranda nəşr olunmuş kitabın üz qabığının altında
yazırdı: «Ali Məhəmməd»in tarixi kitabı 1924-cü ildə ilk dəfə Tehran şəhərində çap
olunmuşdur (6, 115). Lakin H.Əfəndiyev kitaba yazdığı «Müqəddimə əvəzi» adlı ön
sözündə isə qeyd edir ki, «bu kitab ilk dəfə 1922-ci ildə Tehranda fars dilində çapdan
çıxır» (7, 7).
Göründüyü kimi, B.Behcət folklorşünas və ya ədəbiyyat tarixçisi olmaqla ya-
naşı həm də din tarixçisidir. Onun «Məhəmmədin ailəsinin tarixi», eləcə də dini də-
yərlərimizə dair yazdığı digər əsərləri din tariximizi öyrənmək baxımından mükəm-
məl bir mənbədir. Müəllifin bu istiqamətdə apardığı tədqiqatlar aydın şəkildə göstərir
ki, B.Behcət adi qazilərdən olmamış, dini dəyərlərimizi fundamental şəkildə öyrənən
və öyrədən, eyni zamanda müdafiə və mühafizə edən yaradıcı din xadimi olmuşdur
(6, 115).
Kitabın əhəmiyyətini yüksək qiymətləndirən və onu fars dilinə tərcümə edən
Mehdi Ədibi «Başlanğıc» adlı ön sözündə yazırdı: «Bu kitab bütün batini və zahiri
məziyyətlərə şamildir, insaflı adamlar üçün ən yaxşı dəlil və yol göstərəndir və hamı-
Dədə Qorqud ● 2015/I I I 125
nı birlik nöqtəsinə çağırandır. Bəzi alimlərin, möhtərəm adamların və hamının yarar-
lanması üçün kitabı farscaya çevirmək mənə qismət oldu. Mən də bu islami xidməti
qəbul etdim və qiyamət günü üçün zahirə qıldım» (7, 18-19).
Kitabın müəllifi Bəhlul Bəhcət «Al Məhəmməd»in (s) ailəsinin taleyi, başla-
rına gətirilmiş müsibətlər, onların yaşadığı tragik-dramatik situasiyalar barədə müfəs-
səl məlumat verir. Müəllif bu ailənin yaşadıqlarına bir çox alimlərin və tarixçilərin öz
əsərlərində yer ayırmamasını, bəzi siyasi xadimlərin bu məsələlərin işıqlandırılması-
na yol verməməsini, əksinə öz babalarını vəsf etdirmələrini faktik materiallarla tən-
qid edirdi. O, yazırdı ki, hökmdarlar arzularına uyğun şəkildə alimlərə özlərini və ba-
balarını vəsf etdirdiyi halda «Kərbala» zülmü barədə yazmadılar: «Əvət ərzim budur
ki, «Al Məhəmməd»in tarixini yazanlar tamam yazmamışlar. Və eləsi də olmuşdur
ki, tam bir fəsad ilə yazmışlar. Və «Tarix Al Məhəmməd» və fəlakəti sərgüzəşti əhli
beyt hər dövrdə bir çox qərəz və qəsd nəticəsi ilə pərdə dalında qalmışdır» Və yaxud
da kitabın başqa bir yerində oxuyuruq: «Al Məhəmməd»in (s) elmi, hədisləri, müctə-
hidliyi bir kənarda qalırdı. Onlar qəsdən xalqdan gizlədilirdi. Siyasət və məqsəd
güdənlər iş başına dəvət edildi. «Al Məhəmməd»in (s) Baqiri, Sadiqi, Kazımi, Rizası
zülm və əziyyətlə xalqdan aralandı. Davi-xilafət bəhanəsi ilə bir ovuc fatimə övladı
bir-bir ortadan qaldırıldı» (7, s.26).
Bəhlul Bəhcət İslam tarixini tədqiq edərkən belə qənaətə gəlmişdir ki, İslam
alimləri və tarixçiləri bir sıra mövzularda məs: Samanlılar, Osmanoğulları, Səl-cuq-
lular, Büveyhoğullarının tarixi haqda əsərlər yazdığı halda, Məhəmmədoğul-ların-
dan, onların yaşantısından, tarixindən bəhs edən iri həcmli əsərlər qələmə almamış-
lar. İbn-i Haldun, İbn-i Esir, İbn-i Hulləkan, Məsudî, Təbəri kimi məşhur alimlərin
tarixə çox böyük önəm verdiklərini, lakin Məhəmmədoğulları və onun əhlibeytinin
tarixini işıqlandıracaq əsərlər yazmadıqlarını çox böyük təəssüf hissi ilə qeyd edir.
Təbərinin öz məşhur “tarix” kitabında bir çox lüzumsuz xurafata yer verdiyi halda,
həqiqətlərə önəm vermədiyi üzə çıxır. Sadr-i İslamda Xilafət dövründə Həzrəti Mə-
həmməd (s.a.a.) onun ailəsi və ətrafındakılar zülm və haqsızlıqlara məruz qalmış, on-
lara qarşı edilən ədalətsizliklər yetərincə işıqlan-dırılmamış, həqiqətlər pərdə arxasın-
da qalmışdır. Rəsulullahın yaxın adamlarından olan sahabələrin etdiyi haqsızlıqları
tarix yazarlar bir növ görməzdən gəlmişdilər. Ümeyyoğullarının hakimiyyəti dönə-
mində olduğu kimi Abbasoğullarının dövründə də Məhəmmədoğulları ailəsi rahatlıq
tapa bilmədi, zülm və işgəncələrə məruz qalaraq qətl edilmişdilər. “Âl-i Muhammed
(a.s) hakkında konuşmak bir kenara dursun, hatta onların adlarının anılmasına bile
cesaret edilememiş, Âl-i Muham-med'in (a.s) uleması, muhaddis ve müçtehidi bir ke-
nara bırakılmış, kasıtlı olarak halktan uzaklaştırılmışlardır” (5, 6). İstər Ümeyyo-
ğulları , istər Əməvilər, istərsə də Abbasilər dövründə Al-i Məhəmmədin (a.s) həyatı
böyük bir təhlükədə idi. Bu müqəddəs insanların nəinki tarixini yazmaq, hətta onların
adını çəkmək belə bö-yük bir cinayət hesab olunurdu. Hakimiyyət uğrunda gedən
mübarizələr, döyüşlər İslam dininə öz mənfi təsirini göstərmişdi. B Behcət Ehlibey-
t'in tarixini, başlarına gələn hadisələri, məruz qaldıqları haqsızlıqları haqq-ədalətin
necə tapdandığını oxucuya çatdırmağa çalışmışdır. Bütün bunları yazarkən Bəhlul
Behcət öz məqsə-dini də açıqlayır. “Maksadım; Âl-i Muhammed'in (a.s) tarihini ya-
zanların kâmil yazmadıklarını ve hatta Âl-i Muhammed (a.s) tarihini tamamen kötü
maksatlarla yazmış olanların da bulunduğunu ve sonuçta Âl-i Muhammed'in (a.s) ta-
Dostları ilə paylaş: |