Dədə Qorqud ● 2015/I I I 128
belli bir kişiyi açıkça halife tayin etmediği bellidir, belli birini kendisine veliaht et-
mediği de ortadadır. İcma ise bütün Müslümanların hakkı olduğundan halife tayinini
altı kişilik bir şûraya bırakmak da câiz olmadığı gibi icma da değildir”(5).
Göründüyü kimi bu məsələ ilə bağlı islam alimləri arasında müxtəlif fikir ayrı-
lıqları olmuşdur. Əsərin sonunda Bəhlul Behcət Hz. Əlidən sonra xəlifə və imam
olan on bir nəfərin ardıcıllıqla həyatını, onların başlarına gələn müsibətləri, haq-
sızlıqları qələmə almışdır. Onu da qeyd edək ki,bu məqalə Bəhlul Behcətin ”Təşrih
və mühakimə” əsərində irəli sürdüyü fikirlərə uyğun olaraq yazılmış, onun mülahi-
zələri əsas götürülmüşdür.
İşin elmi nəticəsi: Çoxsahəli fəaliyyət imkanlarına malik olan Bəhlul Behcətin
bir islamşünas, tarixşünas və folklorşünas kimi Məhəmməd Peyğəmbər, eləcə də
onun ailəsi haqqında mülahizələri, fikirləri, bu mülahizələrin nəzəri əhəmiyyəti və
onların başlıca müddəaları məqalədə öz əksini tapmışdır.
İşin elmi yeniliyi: Məqalənin əsas elmi yeniliyi onun mövzusunun aktuallığı
ilə müəyyənləşir. Bəhlul Behcətin bir islamşünas, tarixşünas, folklorşünas kimi nəzə-
ri fikirləri sistemli olaraq öyrənilərək tədqiqata cəlb edilmişdir.
İşin tətbiqi əhəmiyyəti: Məqalə Azərbaycan folklorşünaslığında, eləcə də is-
lamşünaslığında özünəməxsus rolu və yeri olan Bəhlul Behcətin ədəbiyyatşünaslığın-
da nəzəri fəaliyyətinin təcəssümünü müəyyənləşdirmək istiqamətində mühüm elmi
əhəmiyyətə malikdir.
ƏDƏBİYYAT
1. Qasımov C. Məhbus tərcümeyi-halı. Bakı: Səda, 2003, 181 səh.
2. Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı: Nurlan, 2011,
600 səh.
3. Mükərrəmoğlu M. Xalq qəzeti, 4 dekabr, 2011, səh. 8.
4. Umudov Q. Folklorşünaslığımızın tarixindən (1920-1941-ci illər). Bakı: Təbib,
1995, 112 s.
5. Behlül Behcet Efendi. Âl-i Muhammed Tarihinde Teşrih ve Muhakime" İstanbul:
Revak Kitabevi, 2012, 160 seh.
6. Qasımov Q. Azərbaycan folklorşünasları (1920-1950). Bakı: Elm, 2015, 456 səh.
7. Qazi Bəhlul Bəhcət. Ali Məhəmmədin tarixi, Bakı: 2010.
8.
http://www.ehlisunnetbuyukleri.com/Hayatlar/EshabiKiram/Detay/EBU-
HUREYRE-radiyallahu-anh/826
)
9.
https://tr.wikipedia.org/wiki/I._Muaviye
Çapa tövsiyə edən: fil.ü.f.d. Elxan Məmmədli
Dədə Qorqud ● 2015/I I I 129
Ramazan QAFARLI
Filologiya üzrə elmlər doktoru
ADPU “Dədə Qorqud” ETL-in müdiri
e-mail: ramazanqafar@yandex.com
MİFOLOJİ KONTİNUUM
1
(MƏKAN-ZAMAN SİSTEMİ) DAXİLİNDƏ
VƏHDƏT - XRONOTOPLAR
2
Xülasə
Məqalədə ilk dəfə olaraq “Dədə Qorqud” və “Oğuz kağan” eposları əsasında xronotoplar (mə-
kan-zaman daxilində vəhdət) təhlilə cəlb edilir. Mifoloji kontinuumun – məkan-zaman sisteminin xü-
susiyyətləri, türk-oğuz mifoloji dünya modelinin kəmiyyət strukturu aşkarlanır.
Açar sözlər: mifoloji kontinuum, xronotop, zaman toposları, türk-oğuz eposu, sakral rəqəmlər
ЕДИНСТВО-ХРОНОТОПЫ В МИФОЛОГИЧЕСКОМ КОНТИНУУМЕ
(Пространственно-временная системе)
Резюме
В статье впервые анализируются хронотопы (единство времени и пространства) на
основании текстов огузских эпосов «Деде Горгуд» и «Огузский каган». Раскрывается мифоло-
гический континуум – особенности пространственно-временной системы, количественная
структура мифо-логической модели Мира в тюркско-огузском эпосе.
Ключевые слова: мифологический континуум, хронотоп, временные топосы, тюркско-
огузский эпос, сакральные цифры.
THE UNİTY İNSİDE MYTHOLOGİCAL CONTİNUUM
(The system of place and time)
Summary
In this article khronotops (the unity of time and place) are on the basis of stead fast of «Oghuz»
eposes - the book of «Dede Korkud» and the Kaghan of Oghuz. It is explained the importance of
system of time, place. The quantity structure of the models of mythological world in turk-oghuz epos.
It is generalized the interpretations of holy figures which has been spread widely on the basis of
mythological continuum people’s mythological meetings and it is shown their roles and functions in
the building of Oghuz –Turk mythical world model.
Key words: Mythological continuum, Khronotop, Time toposes, the epos of turk-oghuz, holy
figures.
«Xronotoplar nəzəriyyəsi»ndə zamanla məkan vəhdətdə götürülür. İlk dəfə
Eynşteynin işlətdiyi termini (yunan mənşəli «xronotop» sözünün hərfi mənası «za-
man-məkan» deməkdir) bədii yaradıcılığa tətbiq edən M.M.Baxtin zamanla məkan
arasındakı qarşılıqlı əlaqənin fikrin obrazlı əksində oynadığı rolu göstərmişdir. Onun
1
«Kontinuum» sözü latın dilindən («Continuum») götürülüb, mənası «fasiləsiz», «davamlı» demək-
dir. Bütün real rəqəmlərin sistemi kimi anlaşılır. İlk dəfə fəlsəfi termin olaraq A.F.Losevin antik yu-
nan estetikasına həsr olunan əsərlərində işlədilmişdir. Bax: Лосев А.Ф. История античной эстетики.
Ранняя классика. – М.: «Высшая школа», 1963; «АСТ», 2000.
2
«Xronotop» yunan dilindəki «xronos» («zaman») və «topos» («məkan») sözlərindən yaranmışdır,
zaman-məkan əlaqələrinin qanunauyğun bağlılığı deməkdir. Bax: Бахтин М. М. Формы времени
и хронотопа в романе. Очерки по исторической поэтике // Вопросы литературы и эстетики. :
Сб. – М.: Худож. лит, 1975. – С. 234-407.
Dostları ilə paylaş: |