Dədə Qorqud ● 2015/I I I 134
Saqallu boz ac turğay sayradıqda,
Saqalı uzın tat əri banladıqda,
Bədəvi atlar issini görüb oğradıqda,
Aqlı, qaralı seçən çağda,
Köksi gözəl qaya tağlara gün dəgəndə,
Bəg yigitlər cılasınlar bir-birinə
qoyulan çağda» [1, 34].
Xronotopun belə geniş, konkret şəkildə təsvirinə ancaq yazılı ədəbiyyatda rast
gəlmək mümkündür. Şifahi epik ənənədə isə nadir hal kimi nəzərə çarpır. Doğrudur,
birbaşa hansı zamandan bəhs açıldığı qeyd edilmir. Lakin poetik ifadələrin arxasında
gizlənən anlamlardan anlaşılır ki, yazın gəlişindən söhbət gedir. Çünki qışın soyuğu
torpağın üstündən əlini tamam götürməmişdi, «salxım-salxım dan yelləri əsir», «boz
torağaylar» ona görə ac ötürlər ki, hələ təbiətdə tam oyanma baş verməyib, bitkilər
cücərməyib, yeməyə bir şey tapmırlar. «Bədəvi atların yiyəsini görüb kişnəməsi»nə
də səbəb odur ki, artıq isti-soyuq yuvaları tərk etmək zamanı gəlib çatmışdır. Eləcə
də Novruz yaxınlaşdığı üçün «saqqalı uzun tat kişilər azan çəkir»lər, Qalın Oğuzun
«gəlini-qızı axır çərşənbədə bəzənib-düzənir», günün «ağlı», yəni işıqlı, gündüzlü və
«qaralı», yəni gecəli, qaranlıq çağları bir-birindən seçilir. Nəhayət, yaz girəndə
«köksü gözəl böyük dağlara gün dəyir», igid bəylər, qəhrəmanlar meydanlara axışıb
bir-biriləri ilə güləşir, döyüş sirlərini mənimsəyirlər.
Diqqət çəkici faktdır ki, boyda bir ilin dairəsindən çıxıb müxtəlif dövrlərə düşən
başqa hadisələrin də çıxışı baharla əlaqələndirilir. Bayındır xanın maraqlı adətindən
bəhs açılanda iki kiçik zaman mərhələsinə işarə olunur: onun əmri ilə «bir yazda, bir
də payızda buğa ilə buğranı savaşdırardılar». Lakin ozanlar mətndə on beş il ötürül-
müş vaxtı (uşaq nəzir-niyazla dünyaya gələndən sonra on beş yaşına girənədək nə
hadisə baş verdiyi buraxılır) boyun başladığı zaman və məkana uyğun şəkildə davam
etdirirlər. Adama elə gəlir ki, bu elə Bayındır xanın toy qurdurub Qalın Oğuzun bü-
tün bəylərini yanına topladığı həmin bahardır: bir yerdə ağ, bir yerdə qırmızı, bir yer-
də də qara otaq qurulub... Çünki buraxılmış, «sıxışdırılmış zaman» ərzində əslində
ancaq bir şey dəyişmişdi. Dirsə xan tək deyildi, oğlu ilə birlikdə məclisə qədəm
qoyurdu. Qalan məsələlər əvvəlki kimi qalırdı. Yenidən əhatəli təsvirə yer verilir və
hadisələr əfsanəvi məcradan çıxarılıb (yəni Buğacın nəzir-niyaz, alqışla möcüzəli do-
ğuşunun nəticəsi olaraq onun qeyri-adi varlıqlarla mücərrəd məkan və zaman çərçi-
vəsində mübarizəsinə həsr olunmur), xalq adət-ənənələrinin fonunda ailə-məişət sə-
viyyəsinə endirilir.
Böyük dövrün sıxışdırılmasından sonra hadisənin yenə yazla başlaması zaman
ardıcıllığı baxımından həm də boyun birtipliliyini təmin edən vasitədir. Struktur
baxımından yazda əsası qoyulub düyünlənən hadisə bir növ həmin nöqtədən – yaz
vaxtından da davam etdirilir. Burada on beş illik fərq bir də ona görə hiss edilmir ki,
zamanı öz arxasınca aparan əsas obraz meydana gətirilir və o, qəhrəmanlıqla ad-san
qazanır: «Məgər, sultanım, genə yazın buğayı saraydan çıxardılar. Üç kişi sağ yanın-
da, üç kişi sol yanında dəmür zəncirlə buğayı tutmışdılar. Gəlüb meydan ortasında
qoyu verdilər. Məgər, sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda
aşuq oynarlardı. Buğayı qoyu verdilər, oğlancıqlara «qaç» dedilər. Ol üç oğlan
qaçdı, Dirsə xanın oğlancuğı qaçmadı. Ağ meydanın ortasında baxdı - turdı».
Dədə Qorqud ● 2015/I I I 135
Boyda üçüncü mühüm hadisənin də çıxışı yazla əlaqələndirilir. Bunlar təsadüfi
xarakter daşıyırmı, yoxsa hansısa sistemə, inama bağlanır?
Azərbaycan türklərinin məişətində bahar fəslinin mühüm əhəmiyyət kəsb etməsi
danılmazdır. Yazla hər şey təzələnir, xeyirliyə doğru atılacaq addımlar üçün zəmin
hazırlanır. Hətta küsənlər barışırlar. Eposda ata-oğul (şər-xeyir, qış-yaz) qarşılaşma-
sının, daha doğrusu, toqquşmasının bünövrəsi ikincinin ad-san qazandığı gündən qo-
yulur. Lakin birincinin tam şərləşməsi üçün növbəti yaza qədər vaxt sərf olunur.
Çünki şərxislətlilər qışın sazağını atanın ürəyinə ötürməli idilər. Yayda başlanan fit-
nə-fəsad yayda, payızda bəhrə verə bilməzdi. Bu halda Buğacın qayıdışı (ölümcül
yaralanandan sonra Xızırın yardımı ilə sağalması) mümkün deyildi. Beləcə il ərzində
Dirsə xanın nökərlərinin fitnəkar hərəkətlərinin təsvirindən sonra ov səhnəsi gəlir.
Ulu babalarımız oğuzlar üçün ov və döyüş meydanı həm ad-san qazanmaq, həm
də dincəlmək, əylənmək yeri idi. Lakin boyda elin uğurunu təyin edən, bərəkətin,
bolluğun təminatçısına çevrilən məkan (ov yeri) xəyanətkarlığa da şahid durur. Yenə
də «alar sabah Dirsə xan yerindən uru turdı. Oğlancuğın yanına alıb, qırq yigidin bo-
yuna saldı, ava çıqdı..» Bu səhər də eyni şəkildə Dirsə xanın on yeddi il qabaq Ba-
yındır xanın məclisinə yollandığı və «qara otaqla» rastlaşdığı səhərin təsvirindəki
misralarla təqdim olunur: «Salqum-salqum tan yelləri əsdigində…»
Boyda eyni nəzm parçasının olduğu kimi iki dəfə işlənməsini necə qiymətləndi-
rək? Epik ənənədə qazax, özbək, xakas, qırqız türklərinin bütövlükdə nəzmlə yaratdı-
ğı eposlarda poetik məqamlarda misra, beyt, bənd təkrarına rast gəlirik. Yazılı ədə-
biyyatda da məsnəvilərdə bu haldan üslubi fiqur kimi faydalanırlar. Lakin təsvir his-
səsi nəsrdən ibarət «Kitabi-Dədə Qorqud» üçün, ümumiyyətlə, xarakterik olmayan
bir formanın mövcudluğu göstərir ki, epos arxaik qatlarda tamam başqa qəlibdə ya-
ranmış və birinci boydakı bütün hadisələrdə zamanın çıxışları yazın gəlişi ilə müəy-
yənləşdirilmişdir. Oğuzlar uğur və uğursuzluqlarını ilaxır çərşənbələrdə təbiətdə özü-
nü göstərən bəzi amillərlə – salxım-salxım dan yellərinin əsməsi (türklərin əski çağ-
larda Dan tanrısına inanaraq qurbanlar kəsmişlər), «köksü gözəl böyük dağlara gün
dəyməsi (dastanda dağ kultuna inam da çox qüvvətlidir) və s. əlaqələndirmişlər. Bu
ənənə sonrakı çağlarda poetik anlamda götürülmüş və əksər hadisələrin çıxışı yaza
aid edilmişdir. Göründüyü kimi, hər iki zaman anlayışının bir-birindən fərqi göz qa-
bağındadır. Əgər birincilər mifik «qızıl əsr»ə aid edilirsə, ikincilərdə dövr konkret ta-
rixi əlamətlərlə elə əlaqələndirilir ki, gerçəklik, reallıq təsiri bağışlayır. Birinci dövr-
də yaranan eposlar şifahi şəkildə ikinciyə keçəndə mifik strukturlar da gerçəklik pər-
dəsinə bürünür, tanrılar, ilahi qüvvələr insanlaşdırılır, qeyri-adi şəkildə təsəvvürə
gətirilən varlıqlar təbii halına qaytarılır, ilkin məna tutumu dərin qatlarda qalır. Hal-
buki zamana aid iki baxışdan biri digərinin əksini təşkil edir, arxaik eposun başlan-
ğıcı mifik ilkin yaranışlar dövrünün mənzərəsini yaratdığı halda tarixi qəhrəmanlıq
dastanları elə hadisələrə üz tutur ki, dinləyicilərə baş verməsi bəlli olsun. Tarix faktı-
nın tam mənzərəsini yaratmaq məqsədi daşımır, sadəcə üzdə olan bir-iki əlaməti (ha-
disənin baş verdiyi yeri, tayfa adlarını, tarixi şəxsiyyətləri və s), ya da son nəticəni
mətnə daxil etməklə xalqın tarixi-qəhrəmanlıq salnaməsini yaradırdılar. Məsələn,
nağıl və dastanlarda hadisələr allahdan başqa heç kəs olmayan zamanla əlaqələnib
naməlum padşahla, naməlum ölkə, şəhər – məkanla, sehirli, qeyri-adi varlıqların
iştirakı ilə inkişaf etdirilir və möcüzənin köməyi ilə çalınan qələbə ilə yekunlaşır.
Dostları ilə paylaş: |