Dədə Qorqud ● 2015/I I I 140
havanın işıqlaşmasının böyük əhəmiyyət kəsb etdiyi şübhəsizdir. «Oğuz kağan» das-
tanında bir-iki hal istisna edilməklə yürüşlər səhərlər baş verir.
2. Üç gün-üç gecəlik epik zaman toposu. Arxaik eposlarda və nağıllarda qəhrə-
man şərin təmsilçiləri ilə, məsələn, devlərlə üç gün, üç gecə vuruşurlar.
3. Qırx gün-qırx gecəlik epik zaman toposu. Epik ənənədə ən çox hadisələrin
son akordu qırx gün, qırx gecə toy etməklə tamamlanır.
3. Bir illik epik zaman toposu. Çox vaxt «doqquz ay, doqquz gün, doqquz saat»
şəklində ifadə olunur, insanın dünyaya gəlməsi – doğulması zamanı sayılır.
4. Yeddi illik epik zaman toposu. Uzaq səfərlər və qəhrəmanın sehirli varlıqları
təkbaşına axtarmaq zamanı sayılır.
5. On altı illik epik zaman toposu. Əsir alınma və sehrə düşmə zamanı kimi xa-
rakterizə olunur.
6. Qırx illik epik zaman toposu. Bu bölgü daha böyük göstərilə bilər. Mifik mə-
dəni qəhrəmanın kənar dünyalara yollanması zamanıdır. Məsələn, «Munisnamə»də
Balakiy dünya qatlarında 500 ildən artıq qalır və bu çağı quş şəkilli Xızırın qüdrəti
ilə geri qayıdıb kor olmuş anasının gözlərinə nur gətirir. Bu mifik söyləmədə qəhrə-
manın geri dönməsi zamanın özünün tərsinə sıxışdırılması ilə şərtlənir. Çünki 500
illik məsafə qət olunmasına baxmayaraq Balakiy yurduna qayıdan da görür ki, anası
hələ həyatdadır.
7. Uzaq məsafənin bir göz qırpımına (bir illik yolun bir saata) qət olunması
və s.
Eposlarda yolun qısaldılmasını şərtləndirən vasitələrdən də istifadə olunur.
Birinci halda, fövqəltəbii qüvvələrin yardımı ilə uzaq məsafə gözün açıb yumulması
anında yerinə yetirilir. İkinci halda, sürətli miniyin – xüsusi at, araba, Zümrüd quşu-
nun, uçan xalçanın köməyi ilə mənzil başına vaxtından tez çatdırılır.
ƏDƏBİYYAT
1. Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri - B., Elm, 1988, 265 s.
2. Oğuznamələr. Tərtib edənlər: Kamil Vəli Nərimanoğlu və Fəxri Uğurlu. – B.
Universiteti Nəşriyyatı, 1993, 92 s.
3. Sümər Faruq. Oğuzlar. Tarixləri. Boy təşkilatı, dastanları. – B., Yazıçı, 1992, 432 s.
4. Бартольд В.В. Турецкий эпос и Кавказ. В кн. Книга моего Деда Коркута» - М.,
1962, с. 5-11
5. Бахтин М.М. Формы времени и хронотопы. В кн.: «Эпос и роман». – СП б.:
Издательство «Азбука», 2000, 304 с.
6. .Бахтин М.М. Вопросы литературы и эстетики. – М., Наука, 1975, 246 с.
7. Жирмунский. В.М. Избранные труды. Тюркский героический эпос. – Л.,
Издательство «Наука». Ленинградское отделение, 1974, 726 стр.
8. Кравцов Н.И. Сербскохорватский эпос, М.: Высшая школа, 1985, 273 с.
9. Лихачов Д.С. Поэтика древнерусской литературы. 3-е изд., доп. М., 1979, 346 с.
Dədə Qorqud ● 2015/I I I 141
Azərbaycan folklorundan yeni nümunələr
NEFTÇALA-SALYAN FOLKLOR ÖRNƏKLƏRİ
Neftçala və Salyan ərazisindən toplanılan folklor örnəkləri özünün bir çox xü-
susiyyətləri ilə fərqlənir. Burada müxtəlif mövzulu rəvayətlərə (xüsusən də məişət və
dini mövzuda), nağıllara, lətifələrə geniş şəkildə rast gəlmək mümkündür. Bölgənin
insanlarının məşğuliyyəti, həyat tərzi buranın folklor materiallarında, sözsüz ki, ifadə
olunmaqdadır. Bu baxımdan, uzun illər tərəkəmə-elat həyatı yaşamış, lakin çoxdan
oturaqlaşmış əhalinin yaddaşında qorunan rəvayətlərdə, lətifələrdə bəzi maraqlı mə-
qamlara bu gün də rast gəlmək olur. Əsasən lətifəldə rastlaşdığımız elat həyatı ilə
bağlı detallar bunu bir daha təsdiqləyir. Bundan başqa, lətifələrdə bölgəyə məxsus
lətifə qəhrəmanları da əks olunur. Burada Mirzə Bağı və onun başına gələn əhvalat-
larla yanaşı,“Surranın quru bəyləri” başlığı ilə təqdim olunan lətifələr xüsusilə seçi-
lir. Eyni zamanda bir çox söyləyicilərin repertuarında bayatılar, ağılar, dini mövzulu
mətnlər, həmçinin qayınana-gəlin və s. münasibətləri əks etdirən rəvayət və nağıllar
da geniş yer tutur. Ərazidən topladığımız bəzi mətnləri dərginin oxucularına təqdim
edirik.
Aynurə SADIQQIZI
BAYATILAR
Mən aşığ, qoşa dağlar,
Verib baş-başa dağlar.
Nə gedən var, nə gələn,
Dönəsən daşa, dağlar.
Mən aşığ, belə bağlar,
Al kəmər belə bağlar.
Nə quş qummaz, nə gül bitməz,
Dağılasan belə bağlar.
Qaradı qaşun ördəy,
Yaşıldı başun ördəy.
Həməşə cüt gəzərdün,
Hanı yoldaşun ördəy?!
Mən aşığ, sini-sini,
Doldır ver sini-sini.
Mənə öz balam lazımdı,
Neynirəm özgəsini?!
Dədə Qorqud ● 2015/I I I 142
Mən aşığ, bala dağı,
Bal dağı, bala dağı.
Hər yaralar sağalsa,
Sağalmaz bala dağı.
Mən aşığ, göyəm ellər,
Göyəribdi göyəm ellər.
Ay anam, səndə yadigar qalsın,
Qədəmim dəyən yerrər.
Mən aşığam, qalasız,
Torpağ olmaz qalasız.
Mən ki gedməli oldım,
Siz sağlığla qalasuz.
Söylədi: Məlikova Minəxanım İbad qızı, 1934-cü il təvəllüdlü, təhsilsiz (2010
-cu ildə dünyasını dəyişib). Neftçala rayonu, Dördlər kəndi.
ƏFSANƏ
Nehrəpartladan
Bir gün bi arvad oturub nehrə çalxıyırmış. Oğlu da götürübdü nənəsinin ya-
nında, nehrə çalxaladığı yerdə gül əkib, bilmiyib bı gülün adı nədi. Sən dimə, gülün
də təzə açan vaxtıymış. Arvad nehrə çalxaladığca baxır gülə, görür ki, yavaş-yavaş
gül açır. Yadınnan çıxır nehrənin köpün çıxardmax. Elə bu arvad hər nehrə çalxadığ-
ca, baxır gülə, gül bir az açır. Marağlı gül olub də. Sən dimə, lalə gülüymüş bu. Ha
bu nehrə çalxıyır, arvadın yadınnan çıxır nehrənin köpün çıxardmax. Hər dəfə nehrə
çalxadığca, fikirrəşirmiş, bu gülün adı nədi? Gülün adı nədi? Nəvəsi də bilmirmiş.
Nəvəsindən soruşur, oğlum, adı nədi bu gülün? Diyir, bilmirəm nədi! Həmən dəmə-
dəmdə nehrəsi partdıyır. Adını diyir, nə qoyum, nə qoyum, adını qoyur, nehrəpartda-
dan gülü. O vaxtdan lalənin adına, bizdə həm də nehrəpartdadan gülü diyillər.
Söylədi: Cəfərov Azər Cəbrayıl oğlu. 1990-cı il təvəllüdlü, ali təhsilli. Neft-
çala rayonu Xolqaraqaşlı kəndi
LƏTİFƏLƏR
I mətn
Mart çıxdı, dərd çıxdı
Deməli, Mirzə Bağı əslən Şamaxıdan olur. Köçür gəlir, Səlyanda yaşıyır. Ara-
da gedirmiş Şamaxıya. Gedir Şamaxıya, görür ki, camahat qışın günü qarnan heyvan
saxlamaq, yem qıttığı-zad, heyvan-qaranı heç bilmillər harda saxlasınnar. Diyir, ə, nə
girinc olmusuz burda? Hayıf döyül Səlyan. Səlyanda camahat bu sahat kef eliyir.
Hamsı heyvanı buraxıblar çalıya
1
, heyvan çaladan yiyir, qış yox, qar yox. Cəmi yan-
var, fevral ayında 2-3 dəfən qar qarrıyır. Onda da hərəsində 2-3 gün soyuğ olur.
Qalan vaxtı quratdıx
2
, camahat kef eliyir. Bunun sözünə inanallar. Hamı heyvan-qa-
1
Çala – burada qamışlıq ərazi nəzərdə tutulub.
2
Quratdıx – quraqlıq
Dostları ilə paylaş: |