Dədə Qorqud ● 2015/I I I 148
Bir gün qaynənə eşitdi ki, gəlinin anası ölib. Didi, mən də gedim gəlnimin ana-
sının məclisinə.
Getdim, – diyir, camahatın içində otırdım diyir, gördüm, gəlnim anasın ağlıyır.
– Ay ana, o eyvannan bı eyvana,
Bı evdən o evə, o evdən bı evə,
Evdən eyvana,
Eyvannan qırağa çıxartdığım qaynənəm, sənə qurban.
Qaynənə diyir:
– Camahatın içində əlimi qoydım gəlnin cınağına
1
, didim:
Ay bala, əlündə işün nədi?
Ağzunda tişün nədi?
Ağlıyırsan, anun ölmişi ağla,
Məniynən işün nədi?!
Belə gəlinnər də var. Allah-taala heç kəsin canın dərdə salmasın.
Söylədi: Miriyeva Sehrayə, 1954 təvəllüdlü, orta təhsilli, təqaüdçü. Salyan
rayonu Şorsulu kəndi
DİNİ RƏVAYƏTLƏR
Hacət namazının qüdrəti
Elə bil Həzrəti-Əli yolnan gedirmiş, Qəmbərnən. Görüb ki, belənçiy quyu var,
ağzında ağır daş.
Diyib:
− Qəmmər, sən otu bırda, mən girəcəm bı quyıya.
Diyib:
− Neyçin girirsən o quyıya?
Diyib ki, məəm işim var də, mən girrəm bı quyuya, mən dala qayıdanda
gedərsən İmam Hüseyinnən mıştılığ alarsan.
Diyib:
− Dünya malına allanma ha.
Diyib:
− Nə issiyirsən?
Diyib ki, diyərsən ki, Kərbəlada, harda söbət elədiyüzün xaş-xaş dənəsiycən
dəgərin issiyirəm. Diyib, girib quyıya. Quyıya girib, gedib qapıya ras gəlib, pisəfəri
2
qapını açıb, görib ifritə. İfritələr oqqədə bırda çırpışıblar, bisəfəri Əli gəlib. Əlinin
qılıncı həməşə yanında olır də. İfritənin hər damcısınnan gənə bi dənə ifritə əmələ
gəlir, o da havala gəlir
3
Əlinin canına. Əli ta ki, günorta namazı gəlib çıxıncan. Gü-
norta namazı gəlib çıxanda belənçiy əlin qalxıdıb ki, icaza verün mən namaz qılma-
lıyam. Hərə çəkilib dala, namazın qılıb. O, namazın qılıb tapşırannan sora iki ürkət
Hacət namazı onda qılıb. Hacət namazı onnan qalıb. Allahdan istixarə eliyib ki, Xu-
daya, namalımı artırma, day mən öldüm ki, bebelə doğrananın gör helə hər damcısın-
1
Cınağ – çiyin sümüyü
2
Pisəfəri – bu səfər, bu dəfə
3
Havala gəlir – cumur
Dədə Qorqud ● 2015/I I I 149
nan bi ifritə əmələ gəlir. Ona daam eləməg
1
olar? Bisəfərki, Allah-taala cənabi-Cəb-
rayılı göndərib ki, ged Əliyə diginən ki, olarda Əli şiyəsi var də, Məhəmməd hüm-
məti, Əli şiyəsi. Ona gora mən onı artırram, qılıncın qoysın, qılıncın altınnan keçə-
cəy. Ürəynən keçən keçəcəy, ürəynən keçmiyənə qılıjdan od tüşəcəy, yanacağ, kül
olacağ. Külün qanı olmaz ki... Odı ki, onnan sora eliyir, gedir çıxır axrıncı otağa.
Axrıncı otağa gedib çıxanda görür ki, pammığa pükülmüş iki adam otırıb. Ölüm yo-
xıymış onda, pammığa pükülub bi qoca arvad, bi qoca kişi, biri bı bıcağda otırıb, biri
bı bıcağda. Kişi qalxıb əyağa diyib:
– Ya Əli.
Diyib:
– Sən nə bildün mən Əliyəm? Quran var iymiş də onda.
Diyib:
– Mən Qurannan oxumışam ki, bıra Əli gələcəy.
Diyib ki, Allah-taaladan onda da iki ürkət Hacət namazı qılıb.
Diyib:
– Sizin bə oğluuz, uşağuuz yoxdı?
Diyib:
– Anadangəlmə bizim uşağımız olmıyıb. Həzrəti Əli hacət namazın qılıb iki
ürkət, Allahdan istixarə eliyib ki, bıları cavannaşdır. Elə bir bının ömrinin üssünə
ayrıdan ömür ver. Elə bir 18 yaşında, 20 yaşında gedə olıb, 18 yaşında qız olıb. İndi
kəbin tüşürmüş də... Bılar gedənnən sora oların uşağ tüşüb boynına. İndi day vallah
neçə dənə qız olıb, neçə dənə oğlı olıb, onı day diyəmmərəm. Ancağ oğlının toyın
görib. Bı gedəndə diyib:
– Ya Əli, bə nətər eliyim mən səən bı yaxşılığunnan çıxım?
Diyib:
– Mənə heç nə lazım döyür, ancağ mən gedəndə əyağımın torpağınnan göti-
rərsən, qoyarsan bi tərəfə. Haçan onnan qan damsa, onda bil, mən daməndiyəm
2
, gəl-
sün gələrsən, gəlməsün, özün bilərsən. Bisəfərki, bı gedir, bir qərinə keçir, yaddan çı-
xır. Bıların uşağı olır neçə dənə, böyidillər, ta ki oğlın ööləndirir. Oğlına çalğulı toy
eliyir, toy eliyəndə aparır xələt bağlıyır. Kişi çıxır qırağa, gedir görir qara bağlanıb
toyxanıya. Gənə qayıdıb gəlib arvad, gedib açıb gəlib, xəyalına gəlmiyib gedib gənə
bağlıyıb, gəlib görüb gənə qaradı.
Diyib:
– Arvad, bırda iş var, ged Əlinin torpağın gətir. Gedib baxıblar, göriblər tor-
pağdan qan damıllıyır. Onda Əligilin meydanda vırışan vaxtı iymiş. Oğlın çağırır, di-
yir ki, oğlım, hal-qəziyyə, belənçiy. Mən Əlinin dadına gedməliyəm. Əli daməndədi,
odı ki, bırdan hazırraşır, yola tüşir... Oğlı diyir ki, ata, sən gedirsən, mən də gedirəm.
Oğlı da toyxananı qoyır elənçinə, qoşılır dədəsinə, gedir. Əli kənardan görür, bılar
gəlir. Bılar gələndə belənçiy əliynən diyir ki, məsələn, biz şəhadəti qabul eləmişüy.
Bıracan gəlmisən, mən səni qabul eliyirəm, günahunnan keçirəm, ged.
Diyib:
1
Daam eləməg – dözmək, duruş gətirmək
2
Daməndiyəm – əlacsızam
Dostları ilə paylaş: |