Dədə Qorqud ● 2015/I I I 145
Diyir, hə, bebelə
1
varı-dööləti yimədün. Vəsiyət eləmişmiş kişi arvadına, mənim
başımı kəsərsən, saxlıyarsan muzey kimi.
Arvad diyir:
– Hə, neynəy?! Saxlıyaram da...
Vaxt-vədə olur, kişi bının arvadın alır. Diyir ki, bı sora alan kişi diyir ki, nətə-
hər eliyəg, yiyəg, döyəg?! Ya yimiyəg, döyəg? Diyir, issiyirsən, yiyəg döyəg, issə-
mirsən, yiməmiş döyəg.
Hərəsinin də bo boyda ağacı var iymiş. Gətirillər, qoyıllar kişinin başın ortalı-
ğa. Dögillər kişinin başına. Diyir ki, varu-döölətü yiyirəm. Arvadu da bax almışam
ha... Bebelə döölətdən yiyə bilmədün.
Söylədi: Yahyayeva Narınc, 1936 təvəllüdlü, təqaüdçü. Salyan rayonu Şor-
sulu kəndi
Halım budur, ay Mahmud
Biri var iymiş, biri yox iymiş, qızım, o vaxtlar qaynəniynən qəddar gəlin çox
iymiş. Bi ananın iki dənə oğlı var iymiş. Bılar gedillər çörəg qazanmağa. Çörəg qa-
zanmağa gedillər. Gəlinnər diyir ki, indi nağayrağ?! Vaxt olacağ, bir aydan, ay ya-
rımnan sora oğullar gələcəy. Nağayrağ, neyniyəg, nətər eliyəg?!
Əvvəl diyillər ki arvada, oynuyacağsan, sənə çörəg verəcüy, qaynəniyə diyillər.
Qaynənə durur əyağa oynuyur, diyir:
Halım budu, ay Mahmud,
Günüm budu, ay Mahmud.
Oynuyub çörəg allam,
Zülümüm budu, ay Mahmud.
Biyəz çörəg verillər, yiyir. Gecəni yatır, səhəri diyillər, bilirsən nə var?! On beş
dənə cücə mən almışam, on beş dənə cücə qaynımxatını
2
alıb. Oları tökəcəysən
yanua, bağda-bağçada gəzzirəcəysən.
Arvad diyir:
– Ay bala, mən cani-insan, nətəhər qırtıllıyıcam?! Bı cücələri yığacam başıma,
evüzi Allah yıxsın sizin. Mən zəhmət çəkmişəm, iki dənə oğıl saxlamışam, vermişəm
süzə. İndi axırda anac
3
olum mən, cücə gəzzirim?!
Diyillər:
– Yox ey, yox.
Arvad diyir, haqqa boyın aparmasam, öldirəcəylər məni, çörəg vermiyəcəylər.
Balalarım da bırda yoxdı.
Hərəsi on beş-on beş cücə alıllar, tökillər arvadın yanına. Arvad götirir aparır
bağa, gəzzirməgə. Vaxt, vədə olır, oğlannar gəlir.
Diyir:
– Bə anamız hanı, necoldı?
Diyib:
– Vallah, helə bıra qoşuya gedib bağın başına, gələr indi.
1
Bebelə – bir bu qədər
2
Qayınxatını – elti
3
Anac – cücəli toyuq
Dədə Qorqud ● 2015/I I I 146
– Yox, yox, necə qoşuya gedib, bağın başına? Neçə aydı biz görmürük ana-
bala biri-birimizi. Gedir, görür, bağnan helə gedəndə görür ki, arvad əlləri də yerdə,
dizzəri də yerdə qırtıllıyır: – qırt, qırt, qırt, qırt.
Arvadın da yanında bi umman cücə var, ananın.
– Ay ana, bu nədi?
Baxıb belə, diyib:
– Hə, mənim indi vəziyyətim bıdı də. Süz gedənnən bu gündə, bu vəziyət-
diyəm...
Söylədi: Yahyayeva Narınc, 1936 təvəllüdlü, təqaüdçü. Salyan rayonu Şor-
sulu kəndi
Altı daş, üstü aş
Bir ana da varıymış. Bi qərinə
1
qalır, öydə gəlin-qaynənə, oyan-bıyan... Gəlin
yiməyi pişirəndə altınnan daş qoyarmış boşqabın, üssinə polo
2
tökərmiş. Qaynənə də
yazığ, məsələn, ər-arvad bıyanda otırırmış, mən tək-tana qaynəniyəm dənə, o yanda
ayrıca otırıram. Yiyir-içir, bi qərinədən sora, bı kətdən o kəndə, məsələn, Qaçağ-
kəndə gedirəm mən. İndi öz-özümə diyə-diyə gedirəm. Bi qərinə qallam qızımgildə,
görrəm, yox, bı da mənə yaxşı baxmır. Gənə gəlləm altı daş, üssi aş – oğılgilə. Helə
öz-özimə diyə-diyə gəlləm.
Altı daş, üssi aş,
Gənə də oğıl yaxşıdı,
Altı daş, üssi aş,
Gənə də oğıl yaxşıdı.
Oğlı bını eşidir. Gəlinə diyir ki, bilirsən, nə var? Axşama biyəz xörəg qa-
yırarsan, yoldaşına diyir.
Diyir:
– Əşi, xörəgi elə dünən yidüg dənə.
Diyib:
– Yox e, başıma düşüb.
Görüm hələ bı altı daş, üssi aş. Bının mənası nədi? Bını mən gözimnən görüm,
sora inanım də bının mənasına.
Diyib:
– Yox, noolsun, dünən yimişüg. Mənim köölim bu gün də issiyir. Anam da
qonağ gəlib, haçandı qızıgildədi. İndi anam boş, qazansız oturacağ?
Xülasə, gətirillər axşama bi qazan xörəy pişirillər arvada. Gəlin bilir də bının
daşı hasıdı. Daşı qoyır, üssinə çəkir xörəyi, aparır qoyır o başda qaynənəsinin qaba-
ğına. Yoldaşıyçın da xörəy çəkir. Tez gedə öz payın aparır qoyur anasının qabağına,
diyir:
– Anamı mən çox issiyirəm, anam bir aydı gedib qızıgildədi, indi qonağ gəlib,
mən payımı anama bağışdıyıram, anamın payın özim yiyəcəm.
Elə qaşığı bi vırır, iki vırır, görür bay, bo boyda daş çıxdı boşqabdan. Elə biçıq-
qan
3
polo daşın üzin örtir, altı daş. Helə yazzığ anam düz diyirmiş.
1
Qərinə – burada bir müddət anlamında işlədilib.
2
Polo – plov, aş
3
Biçıqqan – bir az
Dədə Qorqud ● 2015/I I I 147
Altı daş, üssi aş,
Gənə də oğıl yaxşıdı.
Belə də gəlinnər olıb, gözüə qurban olım sənin.
Söylədi: Narınc Yahyayeva, 1936 təvəllüdlü, təqaüdçü, Salyan rayonu Şor-
sulu kəndi
Çoxbilmiş gəlinlər
Birinin iki dənə oğlı olır, oğlannar çıxır gedir, ana qalır gəlinnərin ümidinə. Hə,
gəlinnər, diyir, nağayrağ, nətəər eliyəg? Bizim günümüzü day qara eliyib bı, çörəyi-
mizi para eliyib. İsrahatdığımız yoxdı, yidigimizi-işdigimizi bilmirüy, qoymır aylə-
ligdə dolanağ. Elə oğlannarı gəlincən bını sərbirah eliyəg
1
, ancağ əlimizin izi tüş-
məsin də... ekspertə-yada verəllər, yoxlatdırıb eliyəllər, biz günahkar olaruğ. Helə
mını qoyıllar palazın arasına, o divara çırpıllar, bı divara çırpıllar, o divara çırpıllar,
bı divara çırpıllar. Görillər, yox, arvadın hələ ki, canı var. Bı səfəri daraşıllar iki qa-
yınxatını, mını oqqədə qıdığlıyıllar, qıdığlıyıllar, ta ürəgi dayanıncan. Görillər ki, day
nəfəsi kəsildi, haray-dad, qaynənəmiz öldi. Ada, qaynənəni helə özzəri öldiriblər e...
Yazzığ qaynənə. Belə də gəlinnər var. Yaxşı da gəlinnər, pis də gəlinnər var.
Söylədi: Narınc Yahyayeva, 1936 təvəllüdlü, təqaüdçü, Salyan rayonu Şor-
sulu kəndi
Məxmər tüklü
Allah-taala, gözüə qurban olum, nida verir peyğəmbərimizə, diyir:
– İlahidə naqqada qurd-quş yaradmışamsa, hamısı mənim hüzuruma gəlsin,
balaları da yanında gəlsin ha... Hər kəsən tək gəlməsin.
Peyğəmbər salavatulla da diyir ki, əmr eliyir ki:
– Ey qurd-quş, cannı-cinni, Allah nida verib ki, balalaruuznan Allahın hüzuru-
na gələcəgsüz. Kirpi tək gedir, baxır görür, hammısı balasıynan gəlib.
Kirpiyə diyib:
– Bəs səən balon hanı?
Diyib:
– Səən canua fəda olum, pərvərdigara, sənə qurban olım, mən balamı ona gora
gətirmədim ki, məəm balam maxbər tüklidi, bırda nəzər olar, göz dəyər. Gör ha...
Kirpidən tikannı heyvan yoxdı. Gör evlad nağada şirindi ki, diyir, sənə fəda olım, di-
dim ki, balama göz dəyməsin.
Söylədi: Narınc Yahyayeva, 1936 təvəllüdlü, təqaüdçü, Salyan rayonu Şor-
sulu kəndi
Hazırcavab qayınana
Birinin bi dənə oğlı varıydı. Ana evladına didi, gəl səni evləndirim. Ananın da
du-dumanı
2
, evləri böyig. Ana gəlinin gətirdi, evinə də. Gəlin gələnnən sora, ana gə-
lini bı evdən o evə çıxartdı, o evdən bı evə çıxartdı, bı evdən eyvana çıxartdı, eyvan-
nan da apardı qırağa çıxartdı.
1
Sərbirah eliyəg – tədbir tökək, nəsə düşünək
2
Du-duman – böyük ev, möhtəşəm ev
Dostları ilə paylaş: |