Dədə Qorqud ● 2015/I I I 143
rasın ağzı yaza yığır, üzü Səlyana. Sağlığına, bular gələn ili, bi soyuğ olur ki, sent-
yabr ayı qar qoyur üstünə. Diyillər, indi oldu də. Oktyabr onnan betər. Noyabr, de-
kabr, diyillər, Mirzə Bağı dimişdi də, yanvar, fevralda 1-2 gün. Yanvar, fevral, diyil-
lər, İlahi, sənə çox şükür, fevral kutardı, rahatux. Mart gəlir, çooğun başdiyir. Bıy,
martın biri, ikisi, gedillər, ay Mirzə Bağı, bə sən didün, yanvar, fevral, martdı e. Di-
yir, hə, burda belədi. Məsəldi, mart gəldi, dərt gəldi. Mart çıxdı, dərt çıxdı. Martı
dözməlisüz. Diyillər, lap yaxşı, martı dözək. Mart, aprel gəlir, bıy, təzdən qar qarrıyır.
Diyillər, Mirzə Bağı, bu nədi? Sən didün, mart. İndi apreldi? Diyir, hə, yaduuzda qal-
sın, mart, aprelin on beşinəcən. Lap yaxşı, aprelin on beşinəcən dözüllər. On altısı,
on yeddisi, bıy, genə də qar qarrıyır. Diyillər, ay Mirzə Bağı, bə didün aprelin on be-
şinəcən? Diyir, yaduuzda qalsın, haası ayda “r” hərfi var, o ay belədi.
Söylədi: Cəfərov Cəbrayıl Mikayıl oğlu, 1964 təvəllüdlü, ali təhsilli, Neft-
çala rayonu Xolqaraqaşlı kəndi
II mətn
Mirzə Bağını alverdə gör
Biri gedir bazara, alver-yad eliyir. Mirzə Bağı da gedmişmiş bazara. Diyillər ki,
bə sən nə alveri eliyirsən? Diyir ki, heç nə. Nə alver eliyəcəm. Helə Mirzə Bağını
alverdə görsünnər də...
Söylədi: Kərimova Gülüstan Güləhməd qızı, 1941 təvəllüdlü, orta təhsilli,
Neftçala rayonu Xolqarabucaq kəndi
Surranın quru bəyləri
I mətn
Surralılar bir az looğa olullar. Küçəynən biri gedəndə, görür ki, çöldə bir nəfər
eşşəyin üstündə gedir. Amma, nəsə azca əyilir hərdən bu. Gəlir çatır görür ki, eşşəyin
böyrünə bağlıyıb meşoxu, əlində də bir uzun şiş. Şişi batırır təzəyə, qaldırıb batırır
meşoxa. Qaldırır, arada təzəy şişdən çıxır, nəsə götürə bilmir. Diyir, ə, nağayrırsan
sən? Şiş ağa, təzəyi götür yığ meşoxa, get işüü gör də! Diyir, bıy, mən Surra bəyi, tə-
zəyə əyiləcəm?
Söylədi: Cəfərov Cəbrayıl Mikayıl oğlu, 1964 təvəllüdlü, ali təhsilli, Neft-
çala rayonu Xolqaraqaşlı kəndi
II mətn
Bir kərəm surralının biri gedir Səlyana. Qayıdanda bir dənə taksiyə minir ki,
bunu Surraya gətirsin. Taksi gəlir, gəlir, o Surranın döngəsində, kəndə dönəndə, tak-
sinin təkəri partdıyır. Təkər partdıyır, day maşını saxlıyır. Diyir, ə, çox uzağa gedə-
cəydün? Diyir, yox, evimiz bax odu ha, ordadı. Diyir, day indi get də. Diyir, yox e,
düzəlt, məni aparginan. Diyir, ə, burda dankrat yox, zapas təkər yox. Mən burda kimi
tapım. Gərək gedəm Səlyana. Ordan təkər gətirəm, dankrat gətirəm. Diyir, yox e, tez
elə bilmirəm. Ofşim, sööbətdəri alınmır. Diyir, bilirsüz nə var? Diyir, səni 20 km gə-
tirmişəm, pulunu-zadını istəmirəm, tüş aşağı yeri get. Diyir, bah, bu 20 km özüm gə-
lərdim dənə. Məə burdan belə lazımdı ki, qoy qonşular görsün ki, Məmmədəli Səl-
yannan taksiynən gəlir.
Söylədi: Cəfərov Cəbrayıl Mikayıl oğlu, 1964 təvəllüdlü, ali təhsilli,
Neftçala rayonu Xolqaraqaşlı kəndi
Dədə Qorqud ● 2015/I I I 144
RƏVAYƏTLƏR
Mənə özü gərəkdi ...
Qədmidə qıznan oğlan nişannananda görüşmək qadağaniydı axı. Xəbər gön-
dərə bilərdilər, kimin qızın kimin oğlıyçün aldılar. Bi də bilirmişdər ki, filankəsin qı-
zın aldılar. Gedib görüşmək-zad olmazmış. Bir-birinə xəbər göndərəllərmiş. Kimsə
zarafatcan eliyib, neyçünsə, indi Cəbrayıl babam o vaxtı nənəmçün xəbər göndərmək
istiyir. Diyib ki, nətəər eliyim, nağayrım, nə cür xəbər göndərim. Diyiblər, bi dənə
şeyir göndərginən. – Nəətər?
Əzizinəm, dua elərəm,
Zülfün suab elərəm.
Özüm gələ bilmədim,
Çox-çox dua elərəm.
İndi bu söz gəlib nənəmə çatacax axı. Kimsə nənəmi öyrədib ki, səə gəlib söz
diyəcəklər. İndi otu, cavab verginən. Qayıdıb, nənəm də bir qədər avam olub, diyib,
nə diyəcəm? Gələn adam, indi xəbəri gətirəndə, öyrədib axı, nənəm ona cavab verib:
Əzizinəm, duanı neynirəm,
Zülfün suabı neynirəm.
Mənə özü gərəkdi,
Çox-çox duanı neynirəm.
Söylədi: Cəfərov Cəbrayıl Mikayıl oğlu, 1964 təvəllüdlü, ali təhsilli, Neft-
çala rayonu Xolqaraqaşlı kəndi
Qızıl anbarında qalan kişi
Birinin yaxşı var-dööləti var iymiş. Mal, heyvan, qoyun, keçi. Qızıl anbarı bi
yanda, bığda anbarı o yanda, arpa anbarı bı yanda. Bı anbarrarı bi dənə, bi dənə gəzə-
gəzə gedir çıxır qızıl anbarına. Qızıl anbarına çatanda qapı falakqalanır
1
, naqqada
eliyir, qapını aça bilmir, diyir:
– İlahi pərvərdigara, arpa anbarında olseydım, arpa yiyərdim, ölməzdim. Bığda
anbarında olseydım, bığda yiyərdim, ölməzdim. Mən qızıl anbarında qalmışam, qızılı
yiyə bilmiyəcəm axı.
Söylədi: Yahyayeva Narınc, 1936-cı il təvəllüdlü, təqaüdçü. Salyan rayonu
Şorsulu kəndi
Xəsis kişinin aqibəti
Birinin arvadı var iymiş, varı-dööləti. Ürəyi gəlməzmiş bı belə vardan-döölət-
dən yiməyə. Arvad ət bişirərmiş. Helə kişi diyərmiş:
– Bı ət nədi e, gündə bişirirsən. Pendirdən, şordan, çörəydən gətirərdün, yiyər-
düy.
Vaxt olır, qoşının da birinin gözi düşür bının arvadına. Ürəyində diyir, vaxt
olardı, ölərdün, sənin döölətüü də yiyəcəm, arvadu da alacam. Vaxt olır, kişi ölür, ar-
vad qalır. Həmən qooşı keçir arvadın bıyızına-oyızına, arvadın saqqızzığın oğırrıyır.
1
Falakqalanır – bağlanır, qapanır
Dostları ilə paylaş: |