Dədə Qorqud ● 2015/I I I 150
– Yox. Vəsi eliyirəm, mən öləcəm, vırışacam, öləcəm. Vəsi eliyirəm ki, mənim
qəbrimi səən əyağuun altında qazallar. Odı ki, valla, diyillərnən o vaxtı diyirdi ki,
elənçiy... Həmən o kişi ki Əli cavannaşdırmışdı ha, həmən onı oğlıynan, Əlinin əya-
ğının altında bassırsınnar. Diyillər ki, ziyarətə gedənnər indi onın qəbrin də ziyarət
edillər.
Söylədi: Babayeva Ceyran Haxı qızı, 1947 təvəllüdlü, orta təhsilli, təqaüd-
çü. Neftçala rayonu Qaçaqkənd kəndi
II mətn
Bir gün də Məhəmmət peyğəmmərlə Cənabi Əli yol gedirmiş. Cənabi Əli diyir
ki, əmioğlu, sööbət eliyəy də, yol uzanıb, gedirüy, darıxıruğ, sööbət eliyəy də. Diyir:
– Bir az gedəy, yorğunnuğmuzu alaruğ, oturaruğ sööbət eliyərüy.
Gedillər, bi dənə kölgənəcəy ağac olur, oturullar altında, sərinniyillər. Diyir ki,
əmoğlu, sən mənnən sööbət issədün. Gəlib əcəl, vermir məcəl. Mən dünyamı dəyişə-
cəm burda. Mənim əmmamamı, əbamı, əsamı aparıb verirsən xanım Fatiməyə, yəni
qızıma. Diyərsən ki, aton rəhmətə getdi. Allah yaradmışdı, Allah da apardı. Məni elə
bırdaca dəfn eliyərsən. Özün də o vaxdı kim harda rəhmətə gedərmiş, orda dəfn olu-
narmış. Bu ağacın altında məni dəfn eliyərsən. Özün yuyar, özün də dəfn eliyərsən.
Diyir:
− Ay əmoğlu, məni nə yaman yerdə bağladun sən, axı mən öz əllərimnən səni
qəbrə qoya bilmərəm.
Diyir:
− Qoyarsan.
Uzanır bu, gözünü yumur, dünyasın dəyişir. Cənabi Əli oturur ağlıyır, ağlıyır.
Əlinnən gələn nədi... Vəsiyətin də elədi. Allah-taala bılarçun su yetirir, bunu yuyur,
qəbir qazır, basdırır, əbasın, əmmasın, ağacın, əsasın götürür, ağlıya-ağlıya gəlir hə-
yat yoldaşının yanına, xanım Fatimənin yanına.
Diyir:
– Səə noolub, nöş ağlıyırsan, Cənab Əli?
Diyir:
– Vallah, diyə də bilmirəm, aton rəhmətə getdi. Bu da onun əmanətidi, əmma-
məni, əsanı, əbanı verir. Fatimə diyir, məəm atam indicə burdan getdi namaz qılma-
ğa, meçiddə.
Diyir:
– Əlimnən yumuşam, əlimnən basdırmışam, sən nə danışırsan?
Diyir:
– İnanmırsan, get meçidə.
Gedir, görür Məhəmmət peyğəmmər namaz qılır meçiddə. Bax, belə möcü-
zələri var buların.
Söylədi: Həsənova Şükufə Cəfər qızı. 1943 təvəllüdlü, orta təhsilli. Salyan
rayonu Şorsulu kəndi
III mətn
Canına qurban olduğum bir kərə peyğummər dövründə, Allahumməsəlli əla
Məhəmmədin və ali Məhəmmət, birinə sual verillər ki, ən çox kimi istiyirsən? Öö-
Dədə Qorqud ● 2015/I I I 151
ladmi, qardaşmi, ya yoldaşmi? Bu cürnə məni qısnaşdırmason
1
, mən heç cürə diyə
bilmərəm.
Diyir:
– Yaxşi, qurban olum Allaha, Allah tərəfinnən elə bil Əzrahıl buları deyir, yığı-
lun onda. Səda gəlir, deyir ki, yığılun bir öyə. Bir bacı yatır, yanında oğlı, bir yanında
qardaşı, bir yanında yoldaşı.
Diyir:
– İndi di görüm ki, mən Əzrahılam də, gəlmişəm, sən bulardan özüü qıyarsan,
balou qıyarsan, qardaşuu, ya yoldaşuu?
Baxır aşağı, baxır yuxarı, diyir ki, öölat getsə canımnandı, qardaş getsə qanım-
nandi, yaxşısı budı, yoldaş getsin. Muna sual verillər axi. Ya özünmi, ya ööladın, ya
balon, ya yoldaşun.
Diyir:
− Elə yoldaşım gessə yaxşıdı. Qardaş qanımnandı, öölad canımnandı.
Özünə də heç qıymır, ona görə də diyir, yoldaş gessə yaxşıdı, yad oğludu də.
Qanında qanı yoxdu axı. Öölat da böyidib, yoldaşı əvəz eliyir. Böyiyib axı, cavandı.
Arvadın mınnan sora işinə, gücünə... İndi Əzrahıldı, gəlibdi. Balasına qıymır, qarda-
şına qıymır, yoldaşı da diyir, hə, bunu neynirəm, o qoy getsin. Bax görürsən, atalar-
dan qalmadı. Diyir, öölat canımnan, qardaş qanımnan, yoldaşdı da, yad oğludı, bu
gedsə yaxşıdı.
Söylədi: Həsənova Şükufə Cəfər qızı. 1943 təvəllüdlü, orta təhsilli. Salyan
rayonu Şorsulu kəndi
IV mətn
Cənabi-Əli diyir:
– Dünyada ən güjdi insan kimdi?
– Allahın səbirri bəndəsi.
Biri gedir peyğəmmərin yanına.
Diyir:
– Ya peyğəmmər, mən oğırrığ eləsəm, onın zəfəri mənə nə vaxta çatar?
Diyir:
– 40 ildən sorıya.
Əl atır peyğəmmərin əmmamasın oğırrıyır, qaçır. Biyəz gedməmiş dəyir yerə,
qolı da sınır, qıçı da sınır. Dizin-dizin gəlir peyğəmmərin yanına.
Diyir:
– Ya peyğəmmər, mən sənnən icaza aldım ki, mən oğırrığ eləsəm, onın zəfəri
mənə nə vaxta çatar?
Didün:
−40 ildən sora. Heç mənki yarım saat olmadı.
Didi:
– Hələ mənim qəzəbimə gəlməmisən. Bir arvadın 40 il bunnan qabağ çörəgin
oğırramısan, yimisən. Onın qəzəbinə gəlmisən. Mənkinə qalıb hələ. Odı ki, peyğəm-
mər kəlamında yazır ki, ən güjdi insan kimdi?
1
Qısnaşdırmason – sıxışdırmasan
Dədə Qorqud ● 2015/I I I 152
Altınnan yazır:
–Allahın səbirri bəndəsi. Əgər gücün var, səbrün də var. Səbrün var, gücün də
var. Oğırrığa da gedən Allahı çağırır:
– Ay Allah, məni görən olmasın. Qaçan da Allahı çağırır, qovan da Allahı çağı-
rır.
Yazır ki, Allah qaçana köməy olsun, qovana köməy olsun?
Diyir:
– Əgər qaçanın günahı varsa, qoy qovana köməy olsun.
Altınnan yazır ki: – Hər ikisinə köməy olsun.
Oğru da Allahı çağırır ki, Ay Allahım, mən oğırrığa gedirəm, məni görən ol-
masın. Ehtiyajdan gedir, yoxsıllığdan gedir. Məcburiyyət qarşısında qalır, tapbır, ge-
dir oğırrığ eliyir, gətirir balaların saxlıyır.
Oğırrığ eliyənin də axırı olmır.
Halal çörəy incəlir, üzilmir. Allah evimizi-eşiyimizi həmişə halal çörəyli elə-
sin, halal nemətdi eləsin. Allah bizə də, sizə də saf can versin. Allah bizi həkimə, tə-
bibə möhtac eyləməsin. Ancağ pılımızı, malımızı imam yolında sərf eliyəg. Nəzir
eliyiruğ. Allah yolında eliyirüg o nəziri. Allah-taala nəzirimizi qəbul eyləsin.
Diyir:
– Sən Allahnan ol, Allah da sənnən olacağ. Allah dadua çatsın.
Söylədi: Miriyeva Sehrayə, 1956 təvəllüdlü, orta təhsilli, Salyan rayonu
Şorsulu kəndi (Söyləyici kəndin yas məclislərini aparır)
V mətn
Ömrimizdə itin də ömrinnən var, eşşəyin də ömrinnən var, insanın ömrinnən də
var.
Bir cavan oğlan gedir peyğəmmərin yanına.
Diyir:
−Ya peyğəmmər, mənim ömrim azdı, 30 il ömir veribdi bına.
Diyib:
−Məəm ömrim azdı, mən oxıyam, özimçin aylə quram, məəm ömrüm azdı.
Allah-taala itə də 30 il ömür verir, eşşəgə də 30 il ömür verir.
Eşşəg gedir, it də gedir. Eşşəg peyğəmmərə sual eliyir:
– Ya peyğəmmər, otuz ildə məəm vəzifəm nə olacağ?
Diyib:
– Otuz ildə səən vəzifün o olacağ ki, gün axşamacan, axşamnan səhərə kimi
yük daşıyacağsan. Gətirib yükü yerə qoyanda qabağua bo boyda saman atacağlar, yi-
yəcəgsən. Bı səən vəzifün.
Didi:
– Mən iyirmi il ömrümnən bəxş elədim bı cavan oğlana.
İt dilə gəldi, didi:
– Ya peyğəmmər, di görüm, bı otuz ildə məəm vəzifəm noolacağ?
Didi:
Dostları ilə paylaş: |