Dədə Qorqud ● 2015/I I I 138
«Dağ yerindən oynayır», «nərildəyir», «buludlar kişnəyir». «Kitabi-Dədə Qorqud»da
hətta qəhrəmanlar öz günahlarının səbəbini məkana aid amillərdə axtarırlar:
«Qazan bəg burada yurdlən xəbərləşmiş, görəlim, xanım, nə xəbərləşmiş; Qazan
aydır:
Qum qumlamayım quma yurdum!
Qulanla sığın-keyikə qonşı yurdum!
Səni yağı nerədən darımış, gözəl yurdum!
Ağ ban evin dikiləndə yurdı qalmış…
Bu o səbəbdəndir ki, qədim zamanlarda yurd və döyüş yerləri uğuru, qələbəni
təmin edən əsas vasitə kimi müqəddəsləşdirilir, yolunda canından keçən igidlərdən
çox həmin məkanlar xatırlanırdı.
Görkəmli rus alimi M.M.Baxtin türk-monqol dastanı «Canqar»dan bəhs açanda
başqa termin təklif edərək yazır ki, «zamanla məkanın təsvirinin davamlılığında eyni
funksiya daşıdığını nəzərə alıb, çox şərti olaraq, onların bağlılığını «xronoakt» (yəni
«hərəkət zamanı») anlayışı ilə ifadə etmək məqsədəuyğundur» [6, 296]. Məsələyə bu
cür yanaşanda zaman sadəcə davamlılıq, ölçü həddi kimi götürülmür, hərəkətin,
hadisənin özünün qeyri-adiliyinin nəzərə çatdırılması, xüsusi yolla artırılması və bu
an dinləyiciləri yormamaq məqsədilə təsir gücünün genişləndirilməsi formasında
qəbul edilir.
Fərqli epik səpgiyə malik dastanlarda epik «xronoakt» yeganə ifadə formasıdır ki,
bir janr daxilində haqqında ümumiləşdirilmiş şəkildə danışmaq mümkündür. «Xro-
noakt»ların müxtəlifliyi tarixi-poetik əlamət kimi daha böyük maraq doğurur.
Göründüyü kimi, tarixi qəhrəmanlıq dastanlarında zaman toposları onunla xarak-
terizə olunur ki, arxaik epik ənənədən fərqli olaraq bir çox məsələlərdə cəmiyyətin
inkişaf pillələrinə uyğun «yeniliklər» əks etdirilir. Bu yeniliklərdə bir-biri ilə əlaqə-
lənən iki vacib cəhət ortaya çıxır: birinci, zamanın «bütövlüyü» və onun ölçüləri haq-
qında təsəvvürlər əsaslı şəkildə dəyişir. İkinci, təsvirdə zaman axınının ötürülməsi
üsulları başqalaşır. Epik ənənədə tam zamanın təsviri tərkib hissələrinə, mərhələlərə
ayrılaraq həyata keçirilir və çoxsaylı zaman hədlərini iki bölmədə sistemləşdirmək
məqsədə uyğun sayılır:
A. Sadə və qısa zaman həddi. Hadisənin baş vermə müddəti, davamlılığı uzun
çəkmir. Qəhrəman üç, yaxud beş gün möhlət alır. Bu qrupda ən böyük hədd bir ilin
tamamıdır. Ondan sonra gələn zaman bölgüləri bu qrupa aid deyil. Az vaxt həddi ilə
tapşırığı yerinə yetirmək öhdəliyini götürən qəhrəman həmin müddətdən kənara
çıxmamalıdır. Qısa zaman həddi çox hallarda epik ənənədə əsas şərt kimi meydana
çıxır, pozulması şərin qələbəsini təmin edir, hər şeyi məhvə doğru aparır.
B. Mürəkkəb və uzunmüddətli hədd. İnsan ömrünün əsas mərhələləri ilə (doğu-
lub-evlənməsi, böyüyüb taxt-taca sahib olması, uşaqlığını, yaxud gəncliyini, cavan-
lığını, qocalığını başa çatdırması) ölçülərək illər ərzində davam edir. Eposlarda bu
vaxt bölgüsü bəzən, 25-30 il uzanır. D.S.Lixaçov düzgün olaraq bu nəticəyə gəlir ki,
böyük zaman müddətləri – blinalarda bir, iki, otuz üç il şəklində o yerdə meydana
çıxır ki, orada «hadisələr qırılır» [9, 53]. Qəhrəmanın hərəkətinin kəsilməsi səbəbi
çox hallarda onun meydandan «kənarlaşdırılmasın»dan irəli gəlir. Məsələn, Bamsı
Beyrək, epik əhvalatın tamamlanmaq ərəfəsində əsir alınıb Bayburd sultanının qala-
sında 16 il saxlanılır. Və hadisələrdə bir növ 16 illik dövr sıxışdırılır, ya da tamamilə
Dədə Qorqud ● 2015/I I I 139
ötürülür. Daha doğrusu, qəhrəmanın fəaliyyətinin «dondurulduğu» böyük zaman
məsafəsində hadisələr dolu deyil, ötürmələrlə təsvir edilir.
Zaman bu qayda ilə «ötürülməsi» bir neçə səbəbdən baş verir:
1. Qəhrəman möcüzəli şəkildə doğulur. Onun yetkinlik yaşa çatanadək olan
dövrü ötürülür. O, ayla, illə deyil, günlə, saatla böyüyür.
2. Ata, oğul, yaxud qardaş əsir düşür. Onu xilas edən şəxs böyüyüb hadisəni
bilənədək olan zaman ötürülür.
3. Ailənin bir qanadının nümayəndəsi (qız, gəlin) qaçırılır. Onun yerləşdiyi
məkan tapılanadək olan vaxt buraxılır.
4. Qəhrəman tilsimə salınır. Başqası tərəfindən tilsim qırılanadək olan çağ
ötürülür və s.
Ötürülmələrin mətndəki «yeri» çox hallarda bir, iki cümlə ilə yekunlaşdırılır,
bəzən də etnoqrafik və məişət zəminində elə hadisələrlə «doldurulur» ki, böyük za-
man keçidində «itirilənlər» hiss olunmasın. Maraqlıdır ki, baş verən dəyişikliklər
unudulma, tanıma hallarının təsviri ilə təsdiqlənir. Yaddaşın bərpası üçün sınaqlar
keçirilir, hər şey öz ahənginə qaytarılır. Sınaqların təsir gücünə malik olmasından
ötrü el arasında yaşayan ən yaxşı adətlərdən – qəhrəmanlıqla nişanlanmanın şərtlə-
rindən, müqəddəs musiqi alətlərində (qopuzda) çalmaq bacarığını, xüsusi silah
növlərindən istifadə qabiliyyətini nümayiş etdirməkdən və s. geniş istifadə olunur.
Bəzən bir epos daxilində bir neçə «ötürülmüş hadisə» verilir.
Tarixi-qəhrəmanlıq dastanları üçün xarakterik zaman təsvirlərindən biri də odur
ki, qəhrəman özü üçün yiyələnməsi çətin, uzunmüddətli olan bir peşə seçir, yaxud
yerinə yetirilməsi çox vaxt tələb edən tapşırığı öhdəsinə götürür, eləcə də qarşıya
çıxan maneəni bütün elliklə dəf edə bilmədikdə səfərdə olan əsas qəhrəman gələ-
nədək dəfələrlə məğlubiyyətin acısını çəkir, bununla eynicinsli və əhatəli hərəkət-
lərin davamlılığına meydan açılır. «O, burada üç il yaşadı, birinci ili ev işlərinə bax-
dı, ikinci ili qopuz çalmağı öyrəndi, üçüncü ili oxuyub məclis aparmağı ilə seçildi»
kimi təsvirlərdə zaman ozan sənətini öyrənməyin əsas atributudur. Yaxud «yetdiyi
yerə yel yetməyən» Bəgdüz Əmən Qazılıq qocanı əsirlikdən xilas etməyi qarşısına
məqsəd qoyur, lakin yeddi dəfə qalanı almaq istəsə də, bacarmır. Həmin hadisə das-
tanda davamlı, yaxud təkrarlanan zaman şəklində təsvir edilir:
«Yedi urğunım Yeni Bayırın qurdına
bənzərdi yigitlərim,
Yeddi kişi ilə qurulurdı mənim yayım!..
Yeddi qatla vardım, ol qələyi alımadım,
geri döndüm» [1, 95].
Sürəkli, yaxud təkrarlanan zaman «Basat Dəpəgözi öldürdigi boy»da daha maraq-
lı və çoxmərhələlidir.
Bütün banların əsasında belə bir nəticə çıxarmaq olar ki, epik ənənədə zaman
toposları əsasən aşağıdakı formalarda təsvir edilir:
1. Bir günlük epik zaman toposu. Hadisə günçıxanda başlayıb batanda tamam-
lanır. Bəzən də şər qarışandan da yeri sökülənədək olan hadisə epik zaman toposu-
nun içərisində əridilir. N.İ.Kravsov yazır ki, eposlarda «səhərin açılması onunla şərt-
lənir ki, kəndlilər və əsgərlər işə başlayırlar» [8, 253-254]. Hərbçilərin məişətində
Dostları ilə paylaş: |