Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə55/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

II International Congress
 
 
359 
bazarlarda  neft  və  qazın  enerjisindən  istifadənin 
ictimai əməyin məhsuldarlığının yüksəldilməsində 
rolunun  nədən  ibarət  olduğunu  xalqlarımız  qarşı-
sında qoyur.  
Azərbaycan  və  «Mərkəzi  Asiya»  ölkələrinin 
enerji təsərrüfatlarının inkişafının müasir təmayül-
lərinin yaxın 20 ildə Saxlanılması enerji ehtiyatları 
istehsalının  fiziki  həcmini  bu  istehsalın  səviyyə-
sinin  artırılmasına,  regional  Türkiyə,  qərbi  Avro-
pa, Çin və Pakistan arasında ticarətin genişlənmə-
sinə və dünya enerji bazarlarının inkişafına səbəb 
olacaqdır. 
Dünya  enerji  bazarında  bu  gün  istifadə  olu-
nan, enerji resurslarının 63,8%-ni neft və qaz təş-
kil  edir.  Neftin  dünya  tarixinin  Azərbaycan  tarixi 
ilə  ümumi  cəhətləri  vardır  və  bu  söz  Azərbaycan 
türkcəsindəki  «naftadan»  törənmişdir.  Đlk  neft 
quyusu da Xəzər sahilində 1801-ci ildə Qasım bəy 
tərəfindən  qazdırılmışdır.  Hələ  XIX  əsrin  ikinci 
yarısından başlayaraq xaricilər Abşeron yarımada-
sındakı  neft  yataqlarına  sərmayə  qoymağa  başla-
mışlar.  
1874-cü  ildə  Bakıda  birinci  səhmdar  cəmiy-
yəti «Bakı neft cəmiyyəti yaradıldı» Bu ildə Nobel 
qardaşları Bakıya gəldilər və 1875-ci ildə yerli sa-
hibkarlardan neft emalı zavodunu satın alıb «Nobel 
neft səhmdar kompaniyasını» təşkil etdilər. 
XIX əsri 70-ci illərində Bakı şəhərində 46 ağ 
neft  emal  edən  kiçik  müəssisələrdən  25-i  azər-
baycanlı sahibkarlara mənsub idi. Bakıda XIX əs-
rin sonunda Nobel və H.Z.Tağıyev neft sənayesin-
də öz üstün mövqelərini saxlamaqda idilər.  
XX əsrin əvvəlində də, zəngin neft ehtiyatları 
ucuz  işçi  qüvvəsi  və  güclü  rəqiblərin  olmaması 
iqtisadi  mənafelər  baxımından  Qərb  kapitalını 
Bakıya cəlb edirdi və artıq XX əsrin əvvəlində bu-
rada  10  mln  tondan  artıq  neft  hasil  olunurdu.  Bu 
kəmiyyət isə dünya neft hasilatının yarsısı demək 
idi. Sonralar təsis edilmiş 2 milyard dollarlıq No-
bel  mükafatının  30%-i  məhz  həmin  dövrdə  Bakı 
neftinin reallaşdırılmasından əldə edilmişdir.  
Keçən  XX  əsrin  40-cı  ilində  Azərbaycan 
SSRĐ-nin neft ehtiyacının 71,5%-ni  təmin edir və 
neftdən gələn gəlirin ancaq üçdəbiri Azərbaycanın 
büdcəsinə  keçirildi.  1922-ci  ildə  müasir  sənaye 
üsulu  ilə  Xəzər  yataqlarında  ilk  neft  quyusu  qa-
zıldı və oradan neft hasil edilməyə başlanıldı.  
Zəngan  neft  yataqları  ölkədə  məhsuldar  qüv-
vələrin  dinamik  inkişafına  səbəb  oldu,  ixtisaslaş-
ma  və  kooperasiyanı  dərinləşdirdi, ölkəyə  ayrılan 
mənfəət  hissəsi  düzgün  nəticə  çıxarılaraq  ağır 
sənayenin  inkişafına  deyil,  bir  müstəmləkə  ölkəsi 
kimi sərmayələr pambıq tarlalarının genişləndiril-
məsinə,  yüngül  və  yeyinti  sənayenin  inkişafına 
yönəldildi. 
Müstəqillik əldə etdiyi ilk illərdən Azərbaycan 
Avropa  enerji  xartiyasına  (Ermənistan  istisna  et-
məklə)  qoşulmaqla  bu  sənədi  təsdiq  etdi.  Azər-
baycan Respublikası Prezidenti H.Ə. Əliyev tərə-
findən həyata keçirilən enerji sektorunda islahatlar 
Avropa Şurası tərəfindən qiymətləndirildi və bey-
nəlxalq  təşkilatların  (BVF,  ÜTT)  ekspertlərinin 
göstərdiyi  kimi,  həyata  keçirilən  islahatlar 
beynəlxalq  standartlar  üzrə  qəbul  edilmiş  bütün 
normativ və hüquqi aktlara uyğun gəlirdi.  
Azərbaycan  hökuməti  özünün  əsas  enerji 
strategiyası olan xarici investorları, işlənilmiş neft 
layihələrinin həyata keçirilməsinə cəlb etməsi stra-
tegiyasını  çox  uğurla  başa  çatdırmaqdadır.  Azər-
baycgan ilk başlanğıcda çox variantlı neft layihə-
ləri  şəbəkəsini  seçdi  və  qarşıya  qoyduğu  məqsə-
dini  mərhələlər  üzrə  həyata  keçirməyə  başladı. 
Azərbaycan  Prezidenti  cənab  Đ.H.Əliyev  may 
2004-cü  ildə  Bakıda  «Amerada  Hess»  Amerika 
Neft  kompaniyasının  nümayəndə  heyətini  qəbul 
edərkən «Azəri Çıraq – Günəşli» və Bakı-Tbilisi-
ceyhan»  layihələrinin  əhəmiyyətini  göstərməklə 
qeyd etdi ki, bu layihələr nəinki təkcə Azərbaycan 
üçün  iqtisadi  dəyərə  malikdir,  o  habelə  bütün  re-
gion və dünya üçün böyük əhəmiyyətlidir. 
Qərb  ölkələrinin  20  kompaniyasının  azərbay-
canda  neft  yataqlarının  mənimsənilməsi  üzrə 
ARDNŞ  tərəfindən  imzalanmış  layihə  sazişləri 
«Azəri-Çıraq-Günəşli»,  «Qarabağ»,  «Şahdəniz», 
«Lənkəran-dəniz», «D-222», «Abşeron». «Oğuz», 
«Naxçıvan»  layihələri;  Qazaxstanda  qərbin 
«Total, Konoko, Plips və Đnpex şirkətlərinin Koçe-
qan  neft  yataqlarının  istifadə  layihələri,  Qazaxıs-
tan  -Ukrayna  neft  layihələri;    «Türkmənistandan 
Xəzər  dənizinin  dibi  ilə  qazın  nəqli  boru  kəməri 
çəkilişi  layihəsinin»,  Türkmənistan  qazının  Đrana 
və  Türkiyəyə  axınının  planlaşdırılan  layihəsi, 
ABŞ-n  xahişi  ilə  «Nobuka»kəmərindən  istifadə 
etməklə  Türkmənistan-Bakı-Türkiyə-Yunanstan-
Đtaliyaya qazın ötürülməsi layişəsi (22 mlrd m
3
-lik 
qazın  Bakı  ərzurum  kəməri  ilə  axını  nəzərdə 
tutulub.  11  mlrd  dollara  başa  çatacaq);  Dünya 
Bankının,  BVF-nın  və  başqa  investrorların  Özbə-
kistan qaz ehtiyatlarının axını layihələri, Qazaxıs-
tanda  BTc  istiqamətlənəcək  Atasu  Alaşantovu  və 
Çinə  çəkiləcək  988  km-lik  neft  kəməri  layihələri 
və  BTc  neft  kəməri  gücünün  550  mln  tona 
çatdırılması  layihələri  bu  regionların  beynəlxalq 
iqtisadi münasibətlərində həlledici rol oynamaqda 
olduğunu bir daha əksetdirir.  
Azərbayxan  neft  və  qaz  enerji  layihələrinin 
işlənib  istifadəyə  verilməsində  BP  (Böyük  Brita-
niya),  AMOKO  (ABŞ),  Statoil  (Norveç),  Lukoyl 
(Rusiya),  Yunokal  (ABŞ),  Penzoil  (ABŞ),  Ekson 
(ABŞ),  Remko  (Böyük  Britaniya),  TPAQ  (Tür-
kiyə),  ĐTOÇU  (Yaponiya),  Delta  (Səudiyyə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə