Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə58/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

Caucasus and Central Asia in the Globalization Process
 
 
362 
diyyatlarının  strukturunda  keyfiyyət  dəyşikliyi 
edəcək strategiyalar işləməli və reallaşdırılmalıdır 
ki, strategiya həmin ölkələrin iqtisadiyyatının sabit 
yüksəlişinə  nail  olmaqla  insan,  istehsal  və  təbii 
ehtiyatlardan səmərəli istifadə edilməsi və ümumi-
likdə  bu  regionlarda  ictimai  əməyin  məhsuldar-
lığının  yüksəldilməsi  və  bir  nəfərə  UMM  isteh-
salının artırılması ilə nəticələnəcəkdir.  
Bu  gün  həyata  keçirilməkdə  olan  enerji  layi-
hələrinin  ABŞ  Avropa  və dünyanın  başqa  inkişaf 
etməkdə  olan ölkələri  ilə Azərbaycanın  və  «Mər-
kəzi  Asiya  ölkələrinin iqrtisadi    əlaqələrinin  necə 
möhkəmlənəcəyinə xüsusi diqqət ayrılmalıdır. 
Azərbaycan,  «Mərkəzi  Asiya»  ölkələri  və 
Türkiyə  arasında  çox  saylı  ikitərəfli  müqavilələr 
bağlanması  ilə  yanaşı, bu gün    artıq  bəhs region-
ların  iqtisadi  cəhətdən  daha  da  yaxınlaşdırılması 
üçün  vahid  iqtisadi  ittifaqın,  azad  ticarət  ərazi-
lərinin,  «Mərkəzi  Asiya»  və  Azərbaycan  iqtisadi 
ittifaqının,  «Amu-Dərya-Xəzər»  iqtisadi  ərazisi 
ittifaqının yaradılması vaxtı ölkələrimizin qapısını 
döyməkdədir.  Bu  isə  adı  çəkilən  ölkələr  arasında 
yeni  iqtisadi  və  siyasi  «məfkurə»  birliyinin 
yaradılmasını tələb edir.  
XXI əsrin ikinci onilliyindən başlayaraq Azər-
baycan  və  «Mərkəzi  Asiya»  ölkələrinin  elektrik 
stansiyalarının  avadanlıqlarla  təchizində,  texniki 
və texnologiyanın elmi əsaslarla yenidən qurulma-
sında  və  yeni  müasir  ağır  sənaye  obyektlərinin 
tikilməsində  Yaponiya,  Almaniya,  Đsveç,  Norveç 
və  ABŞ  kimi  ölkələrlə  geniş  iqtisadi  əlaqələr  ya-
ratmalı  və  enerji  layihələrinin  daha  ucuz  başa 
gəlməsinə çalışmalıdır.  
Müasir anqlo-saks və alman xalqları Azərbay-
can və mərkəzi Asiyanın türk xalqlarının da onlar 
kimi, Kəyumərs evladı deyil, Yafəs oğlu olduqla-
rını unutmamalıdırlar. 
Həyata  keçirilən  layihələr  əmək  ehtiyatların-
dan  istifadə  səmərəsinin  yaxşılaşdırılmasında,  bir 
nəfərə  ÜMM  artırılmasında  və  bu  region  xalq-
larının  vahid  ailə  sükanlarının  özlərinə  qaytarıl-
masında mühüm əhəmiyyətə malik olacaqdır.  
ĐSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT 
1.  Xacə Nəsrəddin Tusi. Əxlaqi Nasiri. Bakı, Elm, 1989. 
2.  Abbasqulu  Ağa  Bakıxanov.  Gülustanı  Đrəm.  1991-ci  il. 
Bakı, Elm. 
3.  Rəşid bəy Đsmayılov. Azərbaycan tarixi. Bakı, Azərnəşr, 
1993. 
4.  Əliyev H.Ə.  «Nitqləri»  görüşləri və qəbulları. Azərbay-
can. 1990-2003. 
5.  Azərbaycan qəzeti. 2000-2006. 
6.  Azərbaycanın statistika göstəriciləri. Azərbaycan Dövlət 
Statistika  Komitəsi.  Bakı,  2001,  20002,  2003,  2004, 
2005, 2006. 
7.  Əmək bazarı. Azərbaycan Respublikası Dövlət Statistika 
Komitəsi. Bakı, 2000. 
8.  Alaev G.B. i. dr. Qlobalğnoe soobhestva, novaə sistemı, 
kooridnatı (podxodı problemı), M., 2000. 
9.  «Mmejdunarodnıe  gkonomiçeskie  otnoşeniə»  Pod  red. 
prof. R.Rıbalkina V.E.M.2004 
10.  Qlobal  economic  prospects  and  the  devolopin  countries 
Washington. World Bonk. 2000. 
11.  Yusif Shahid and Evenett S.j. «can East Asian  compete. 
Đnnovation  for  Qlobal  Markets.  Washington.  World 
Bank. 2002. 
12.  Barr N. Labour markets and Sosial policy in central and 
Easter  Europe:  The    transition  an  beyond.  New  York, 
Oxford Univ. pres. 1997 
 


 
 
363 
QAFQAZ VƏ MƏRKƏZĐ ASĐYA ENERJĐ LAYĐHƏLƏRĐ 
Rasim MEHBALĐYEV 
 Rabitə və Đnformasiya Texnologiyaları Nazirliyi,  
Maliyyə, uçot və iqtisadi təhlil şöbəsi 
Bakı / AZƏRBAYCAN 
mrasim@mincom.gov.az 
SUMMARY 
XXI century is characterized with the implementation of the biggest energy projects. Constant increase of GDP of most of 
the world countries boosted the demand for energy supplies. Political events in regions rich in energy reserves, especially Middle 
East, forced USA and EU countries to look for new energy sources. 
After the collapse of the Soviet Union Western investment flowing to the Caucasus and Middle Asia played a crucial role in 
converting this region into one of the biggest energy suppliers of the world. 
Today  in  this  region  very  big  energy  projects  are  being  implemented.  The  presence  of  these  projects  and  the  appropriate 
investment climate created by the countries situated in the region , especially Azerbaijan and Kazakhstan give us strong reasons to 
believe that this region will be one of the strongest political and economic centers of the world. 
Besides it should be noted that the successful implementation of the above mentioned projects acted as a catalyst for the projects 
in transport, communications and other sectors of the economy, thus boosting the development in these sectors. Enormous foreign 
currency reserves coming from these energy projects is the financial guarantee of the success of any regional project. 
XÜLASƏ 
XXI  əsrin  başlanğıcı  iri  enerji  layihələrinin  həyata  keçirilməsi  ilə  xarakterikdir.  Belə  ki,  Dünya  ölklərinin  Ümumi  Daxil 
Məhsulunun artan templərlə artması sabit enerji təchizatlarına tələbi kəskin artırmışdır. Zəngin eneji mənbələrinə malik ölkələrdə, 
xüsusilə  də  Yaxın  Şərqdə  baş  verən  siyasi  hadisələr  ABŞ  və  Avropa  Birliyi  Ölkələrini  yüksək  səviyyədə  inkişaf  etmiş 
iqtiadiyyatlartının enerjiyə tələbatlarını ödəmək üçün alternativ enerji mənbləri  axtarmağa məcbur etmişdir. 
Sovet  Đttifaqının  dağılmasından  sonra  Qərb  kapitalı  karbohidrojen  ehtiyatları  ilə  zəngin  olan  Qafqaz  və  Mərkəzi  Asiya 
regionuna axaraq bu regionun Dünyanın iri enerji mərkəzlərindən birinə çevrilməsinə səbəb olmuşdur. 
Hazırada  bu  bölgədə  iri  enerji  layihələri  həyata  keçirilməkdədir.  Regionda  iri  enerji  ehtiyatlarının  mövcudluğu,  burada 
yerləşən  ölkələrin  xüsusilə  də  Azərbaycan  və  Qazaxstanın  xarici  investisiyaları  üçün  yaratdıqları  əlverişli  şərait  Qafqaz  və 
Mərkəzi  Asiya  regionunun  gələcəkdə  iqtisadi  və  siyası  cəhətdən  dünyanın  ən  inkişaf  etmiş  mərkəzlərindən  birinə  çevriləcəyini 
söyləməyə imkan verir. 
 Eyni zamanda qeyd etmək lazımdır ki, regionda uğurla reallaşmaqda olan enerji layihələri digər sektorlarda da, xüsusən də 
nəqliyyat, rabitə və ĐKT sektorunda analoji layihələrin həyata keçirilməsində katalizator rolu oynayaraq onların sürətlə inkişafına 
güclü təkan vermişdir. Belə ki, bu enerji layihələrinin region ölkələrinə gətirdiyi iri həcmdə valyuta ehtiyatları istənilən regional 
layihənin uğurla həyata keçirməsinin maliyyə qarantı kimi çıxış edir.  
 
 
 
Qafqaz və Mərkəzi Asiya regionunun ən vacib 
xüsusiyyətlərindən biri burada hələ də işlənməmiş 
iri  neft-qaz  yataqlarının  mövcud  olmasıdır.  Orta 
Şərq,  Venesuela  və  Nigeriya  kimi  iri  enerji  ehti-
yatlarına    malik  bölgələrin  siyası  cəhətdən  qeyri 
sabit olması, Rusiyada isə iqtisadi millətçiliyin baş 
qaldırdığı    kontekstdə  sözügedən  bölgənin  xarici 
investorlar üçün əhəmiyyəti daha da artırmış olur. 
ABŞ  və  Avropa  Birliyi  bu  bölgədə  həyata  keçi-
rilən  enerji  layihələrinə  dəstək  verməklə  qeyri 
stabil  Orta  Şərq  faktorunu  müəyyən  qədər  neyt-
rallaşdırmağa çalışır. Belə ki, bölgənin neft isteh-
salının  2015-ci  ilədək  gündə  4  milyon  barelə 
çatacağı  proqnozlaşdırılır.  Müqayisə  üçün  qeyd 
etmək lazımdır ki, hal-hazırda OPEC ölkələri üçün 
müvafiq göstərici 45 milyon barel təşkil edir. 
Hazırda Rüsiyanın  sözügedən regionda möv-
cud  karbohidrogen  ehtiyatlarının  dünya  bazarla-
rına  çıxarılması  üçün  əsas  marşrutlara  nəzarət  et-
məsinə baxmayaraq, Qərb neft şirkətlərinin həyata 
keçirdıkləri  layihələr,  xüsusilə  Bakı-Tbilisi-Cey-
han  layihəsi,  eləcədə  Hindistan  və  Çinin  bu  böl-
gədə  həyata  keçirməyi  planlaşdırdıqları  digər 
enerji layihələri Rusiya ixrac marşrutlarına kifayət 
qədər alternativ variantın yaranmasına və Rusiya-
nın  enerji  tranziti-inhisarını  aradan  qaldırmağa 
hesablanmışdır. 
Đri  neft  və  qaz  ehtiyatlarına  malik  olan  Azər-
baycan bölgədə Rusiyanın nəzarət etmədiyi enerji 
tranziti  layihələrinin  həyata  keçirilməsində  mər-
kəzi rol oynayır. Regionda mövcud ən iri neft ya-
taqları  və  mühüm  regional  enerji  layihələri  də 
məhz Azərbaycan və Qazaxstanda yerləşir.  
Ümumiyyətlə  regionun  əsas  iri  enerji  layi-
hələri aşağıdakılardır.  
•  Gündəlik  ötürmə  qabiliyyəti  1  milyon  barel 
olan  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  neft  kəməri. 
Bu kəmərin uzunluğu 1760 km təşkil edir. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə