Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə60/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

Caucasus and Central Asia in the Globalization Process
 
 
366 
iqtisadi  təzyiqinin  qarşısının  alınmasında  təsirli 
vasitə ola bilər. 
Azərbaycanın  inkişaf  prioritetlərindən  biri 
elan edilmiş rabitə və informasiya texnologiyaları 
sahəsində iqtisadi-struktur islahatlarının aparılma-
sı, modernləşdirmə və yeni texnologiyaların tətbi-
qinin  reallaşmasında  həyata  keçirilən  enerji  layi-
hələrinin  rolu  danılmazdır.  Regionda  reallaşan 
enerji layihələri Azərbaycanın ĐKT sektorunda in-
novasiya yönümlü sahibkarlığın inkişaf etdirilməsi 
istiqamətində  aparılan  işlərə  güclü  təkan  verə 
biləcək amillərdən biri sayıla bilər. 
Azərbaycanın  informasiya  tranzit  imkanların-
dan  səmərəli  istifadənin  təşkilində  enerji  layihə-
lərinin böyük potensialından yararlanmaq çox va-
cib məsələdir. Belə ki, enerji layihələrinin region-
da inkişafı rabitə və ĐT sahəsinə investorların cəlb 
olunmasına, yerli istehsalın və xidmətlərin inkişa-
fına  və  bu  sahədə  ixrac  potensialının  güclənmə-
sinə  müsbət  təsiri  artıq  heç  kimdə  şübhə  do-
ğurmur. 
Ali  və  orta  məktəblərin  Đnternet  şəbəkəsinə 
qoşulmasına  geniş  imkanlar  yaradan  NATO-nun 
Elmi  Programının  “Virtual  Đpək  Yolu”  layihəsi, 
Qafqaz  ölkələrinin  dəmir  yolları  üçün  fiber-optik 
kabel sistemi (TRACECA layihəsi), BP-nin Bakı-
Tibilisi-Ceyhan  neft  kəməri  boyunca  fiber-optik 
kabel  və  “AzNet”  layihələri  regionda  həyata  ke-
çirilən  enerji  layihələri  ilə  birlikdə  Azərbaycanın 
Avrasiyada  siyasi  və  iqtisadi  çəkisinin  nəzərə-
çarpacaq dərəcədə artmasına səbəb olmuşdur. 
Azərbaycan  Respublikasının  ərazisinin  əksər 
hissəsini  əhatə  edən  və  uzunluğu  1161  km  olan 
Trans-Asiya-Avropa  (TAE)  fiber-optik  kabel 
majistralı  respublikanın  bölgələrini  vahid  şəbə-
kədə  birləşdirməyə  şərait  yaratmaqla  Qafqaz  və 
Transxəzər regionunda ĐKT məhsullarının ixracatı 
üzrə Azərbaycanın regional mərkəzə çevrilməsinə 
geniş imkanlar açmışdır.   
Đnformasiya texnologiyaları üzrə azad iqtisadi 
zonanın-ĐT  Texnoparkın  yaradılması  ideyası  da 
məhz ölkədə iri enerji layihələrinin uğurla həyata 
keçirilməsindən  sonra  gündəmə  gəlmişdir  və  bu 
istiqamətdə ciddi işlər aparılır. 
 


 
 
367 
BAKI –TBĐLĐSĐ - QARS DƏMĐR YOLU QLOBAL ENERJĐ  
LAYĐHƏLƏRĐNĐN DAVAMI KĐMĐ 
Dos. Məleykə Hacı qızı HƏSƏNOVA
 
Azərbaycan Dövlət Mədəniyyət və Đncəsənət Universiteti    
“Đqtisadiyyat və informatika” kafedrasının müdiri 
Bakı / AZƏRBAYCAN 
XÜLASƏ 
Məqalədə müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təməlində ilkin mərhələ kimi neft strategiyasının 
durduğu göstərilir. 
Qlobal  enerji  layihələrinin  ölkəmiz  üçün  yaratdığı  böyük  maliyyə  imkanları  hesabına,  qeyri-neft  sektorunun  inkişafı  ilə 
bərabər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi region ölkələrinin çoxsahəli əlaqələrinin genişləndirilməsinə 
və iqtisadi inkişafa səbəb olacağı əsaslandırılır. 
SUMMARY 
In  the  article  an  oil  strategy  is  indicated  standing  as  a  first  step  in  the  basis  of  social    economic  development  of  the 
independent Azerbaijan Republic. 
It is as well as grounded in the article that on the account of huge financial   resources that comes to our republic from global 
energy projects the development of non-oil sector alongside with the realization of Baku-Tbilisi-Gars railway project will make a 
cause to the expansion of diversified relations of regional countries and economic development. 
 
 
Özünün  siyası  və  iqtisadi  müstəqilliyini  əldə 
edən  Azərbaycan  Respublikasının  sosial-iqtisadi 
inkişafının təməli ümummilli lider Heydər Əliyev 
tərəfindən qoyulmuşdur. Bu təməlin əsasında mü-
hüm  amil  kimi  Azərbaycanın  neft  strategiyası 
dururdu. 
1994-cü ildən-2005-ci ilədək neft sektorunun 
bütün  sahələri-geofizikadan  və  “Əsrin  müqavi-
ləsi”ndən  başlamış  neft,  qaz  kəmərlərinin  tikin-
tisinə qədər xarici kapitala çox böyük ehtiyac hiss 
olunurdu.  Elə  buna  görədə  ötən  on  il  ərzində 
Azərbaycanın  neft  sahəsindəki  siyasətinin  əsas 
prinsipi  xarici  kapitalın  cəlb  edilməsi  idi.  Bu 
təkcə  iqtisadi  deyil,  həm  də  vacib  siyasi,  ölüm-
dirim  məsələsi  kimi  qarşıda  dururdu.  Qarşıya 
qoyduğu  məqsədə  doğru  inamla  irəliləyən  Azər-
baycan  Respublikası  son  on  il  ərzində  iqtisadiy-
yata  30  milyard,  o  cümlədən  neft  sektoruna  17 
milyard dollar sərmayənin qoyulmasına nail oldu. 
Ötən  ildən  başlayaraq  “Böyük  neft”  çıxarılmağa 
başladı. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft 
və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə salınır. 
Qəbul edilmiş siyasi kurs öz bəhrəsini vermişdir. 
Azərbaycan  nefti  90-cı  illərin  əvvəlində  düş-
düyü  böhran  vəziyyətindən  çıxa  bildi.  Đndi  neft 
sektorunun  xarici  sərmayəyə  ehtiyacı  yoxdur. 
Artıq  ölkənin  özünün  neft  sektoruna  yatırmaq 
üçün  böyük  maliyyə  ehtiyatları  yaranıb.  Bu  yerli 
və  xarici  şirkətlər  arasında  rəqabət  mühitin  for-
malaşmasına əlverişli şərait yaranmışdır. ARDNŞ 
özünün sərmayəsi, yerli mütəxəssisləri və müasir 
avadanlıqları  hesabına  yeni  yataqların  işlənməsi 
üzrə istənilən tenderdən qalib çıxa bilər. 
Yeni  neft  strategiyasının  ikinci  mərhələsinin 
başlaması  14  fevral  2005-cı  ildə  Prezident  Đlham 
Əliyevin “2005-20015 illərdə yanacaq energetika 
kompleksinin  inkişafı  üzrə  Dövlət  Proqramı”nın 
imzalanması  ilə  yadda  qaldı.  “Yeni  proqram”a 
görə  növbəti  on  ildə  yeni  yataqların  axtarılması, 
kəşfiyyat  işləri  və  s.məsələlərdə  yerli  kompa-
niyalara  və  ARDNŞ-nə  üstünlük  veriləcək. 
Azərbaycanın  neft  kompaniyası  müstəqil  olaraq 
“Əşrəfi”,  “Qarabağ”  kimi  yataqları  işləyəcək, 
“Ümüd”  və  “Babək”  yataqlarında  kəşfiyyat-
axtarış işləri aparacaqdır. 
Prezident  Đlham  Əliyevin  məqsədi  aydındır: 
milli  neft  şirkətlərinin  Xəzərdəki,  eyni  zamanda 
beynəlxalq  enerji  bazarında  mövqelərini  möh-
kəmləndirmək,  müasir  şəraitə  uyğun  yeni  neft 
kompaniyaları yaratmaqdır.  
Enerji  resurslarının  ölkəmiz  üçün  yaratdığı 
böyük maliyyə imkanları hesabına qeyri-neft sek-
torunun  inkişaf  etdirilməsi  müasir  iqtisadi  stra-
tegiyanın əsasını təşkil edir. 
“Azərbaycan 
Respublikası 
regionlarının 
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət 
Proqramı”-nın  qəbul  edilməsinin  əsas  məqsədi 
ölkə  iqtisadiyyatının  neftdən  asılılıq  dərəcəsinin 
azaldılması,  neft  gəlirlərinin  regionların  sosial-
iqtisadi inkişafına yönəldilməsi, iqtisadiyyatın bir 
tipli inkişafının qarşısının alınması idi. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə