Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə57/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

II International Congress
 
 
361 
rində  Çingiz  xan  tərəfindən  yol  verilmiş  bağış-
lanılmaz  səhvə,  yəni  Sır  dərya  və  Amu-Dəryanın 
Xəzər  dənizinə  axması  istiqamətini  dəyişərək  in-
diki  Aral  dənizinə  yönəldilməsi  və  nəticədə 
«Mərkəzi Asiyanın» bərəkətli torpaq və meşələriin 
səhralara  çevrilməsinə  son  qoyulmalı,  Amu-
Dəryanın  axın  istiqaməti  Xəzərə  yönəldilərək 
özbək və türkmən səhraları canlandırılmalı, Amu-
dərya  axınlarından  istifadə  edərək  HES  enerji 
layihələri işlənilməli və «Mərkəzi Asiya»nın əmək 
ehtiyatlarını  əmək  sferasına  cəlb  edərək  onlardan 
istifadə səmərəsi yüksəldilməlidir. 
XXI əsrin əvvəlində Qazaxıstanın 60 şəhərin-
də  əmək  ehtiyatlarından  istifadə  və  məşğulluğun 
səviyyəsi  onun  2  və  ya  3  iri  korporativ  şirkət-
lərinin  fəaliyyətindən  asılı  olmaqdadır.  Đri  sənaye 
müəssisələrinin əksəriyyəti xarici kapitalın iştirakı 
ilə  özəlləşdirilmiş,  neft  istehsalı  qərbi  Qazaxıs-
tanda  Kaçeqan  ərazisində  reallaşdırılmış,  enerji 
layihələrindən  gələn  gəlirlərin  düzgün  və  elmi 
texnoloji baxımdan bölüşdürülməməsi səbəbindən 
bu  ölkədə  də  məşğullar  sayı  əmək  qabiliyyətli 
əhalinin 70%-ni belə əhatə edə bilmir. Qazaxıstan 
artıq  2000-cü  ildən  başlayaraq  40  milyon  tondan 
çox neft istehsal edir və 2010-cu ildə hasilatın bu 
ölkədə 90,0 mln tona çatdırılması işlənilmiş enerji 
layihələrindən meydana çıxır. Kaçeqan enerji layi-
həsi  dəyərinin  33,37%-i  xarici  şirkətlərə  məxsus-
dur.  Qazaxstan  artıq  enerji  layihələri  gəlirindən 
istifadə edərkən səmaya peyklər buraxılışı barədə 
düşünməlidir.  
«Mərkəzi  Asiya»  regionlarının  Xəzər  sahilin-
də  yerləşmiş  Türkmənistan  iqtisadiyyatında  bu 
gün  qaz  enerji  layihələri  əsasında  fəaliyyət 
göstərən neft-qaz  hasilatı üstünlük  təşkil edir.  Bu 
ölkənin  neft-qaz  enerji  layihələrinin  işlənilməsin-
də  Çin,  Pakistan,  Yaponiya  olduqca  maraqlıdır. 
Qərbi  Avropa,  ABŞ,  Çin  və  Türkiyə  kompani-
yaları isə türkmən qazının və neftinin Xəzər dənizi 
vasitəsi  ilə  BTc  və  Bakı  Ərzurum  qaz  kəmərinə 
axınını  təşkil  edərək  Avropa  və  Aralıq  dənizinə 
axıdılması  layihələrini  işləyib  həyata  keçirmək 
ərəfəsindədirlər. Bu ölkənin iqtisadiyyatının ikinci 
sahəsi  kənd  təsərrüfatıdır  və  burada  əmək  ehti-
yatlarının 43%-i məşğuldur.  
Bu  regionun  enerji  layihələrinin  həyata  ke-
çirildiyi  üçüncü  ölkə  Özbəkistandır.  Bu  ölkədə 
kapital qoyuluşunun 6,2%-i qaz hasilatına, 6,82%-
i qızıl hasilatına, 43,9%-i isə pambıqçılığa yönəl-
dilmişdir.  Zəngin  özbəkistan  qaz  ehtiyatlarının 
böyük  bir  hissəsini  dünya  ekspertləri  tərəfindən 
işlənilmiş enerji layihələri əsasında Đran vasitəsilə 
Türkiyə  və  başqa  bir  kəmərlə  Çinə axıdılması  bu 
günün  vacib  məsələlərindəndir.  2005-ci  ildə 
Özbəkistan əhalisinn 25,9 milyon nəfər və məşğul 
əhalinin  cəmi  9,4  mln  nəfər  olduğunu  və  əhali 
sayının 2015-ci ildə əhali 37,7 mln nəfər olacağını 
nəzərə alsaq qaz enerji layihələrinin inkiaşf etmiş 
yeni  sənaye  ölkələri  təcrübəsi  əsasından  istifadə 
edilməsi bu ölkədə əmək ehtiyatlarının, məşğulluq 
sferasına  cəlb  edilməsində  nə  kimi  rol  oynadığı 
artıq bu gün aydınlaşdırılmışdır.  
Sənayedə inkişaf etmiş Norveç və Böyük Bri-
taniyanın  təcrübəsinin  təhlili  uyğun  olaraq  hasil 
edilmiş  neft  və  qazın  daha  optimal  bölüşdürül-
məsini  diqqətlə  öyrənilərək  Türkmənistan  və 
Özbəkistan neft və qaz enerji layihələrindən gəliri-
nin  2,5%-ni  ağırsənayenin  inkişafına,  20%-ni  av-
tomobil  nəqliyyatının  yanacaq  ehtiyatlarına  və 
ĐES-nın təmininə, 20%-ni AME-Dərya-Xəzərarası 
hidromelarasiya  sisteminin  təşkilinə  yönəldilmə-
lidir.  Bu  layihənin  həyata keçirilməsinə  Azərbay-
can,  Özbəkistan  və  Türkiyə  investorlarının  da 
sərmayə  qoyuluşu  da    «Mərkəzi  Asiyada»  energi 
layihələrinin  tətbiqi  səmərəsini  artırar  və  Qırğı-
zıstan və Tacikistanın da iqtisadi inkiaşfına təkan 
verərdi. 
Yeni  iqtisadi  şəraitdə  əməkdaşlıq  və  ən  yeni 
qaydada Azərabycan və «Mərkəzi Asiya» ölkələri 
arasında əlaqələr səmərəli təşkil edilməli, bu ölkə-
lər və Türkiyə arasında enerji layihələri nəticələri 
inkişaf  etdirilən  korporativ  iqtisadiyyat,  elm  və 
texnologiyp  mübadiləsi  yüksək  səviyyədə  təşkil 
edilməli,  «Mərkəzi  Asiya»  ölkələri  və  Türkiyə 
arasında  vizasiz  gediş  gəliş  və  işçi  qüvvəsinin 
sərbəst  hərəkəti  təmin  edilməli,  bu  regionların 
inkişaf  etdirilməsində  qarşıya  çıxan  problemlər 
aradan qaldırılmalıdır.  
Bu gün Azərbaycan, «Mərkəzi Asiya» ölkələri 
və  Türkiyə  arasında  qüdrətli,  tutumlu  və  vahid 
iqtisadi  bazarın  yaradılması  vaxtı  artıq  gəlib 
çatmış və həm də tarixin gedişi bunu bizdən tələb 
edir. Çünki artıq dünya iqtisadiyyatında hər hansı 
sənayecə  inkişaf  etmiş  ölkələrə  və  ya  ölkəyə 
iqtisadi  əlavəyə  çevrilmək  böyük  keçmişlərə  və 
mədəniyyətə malik xalqlarımıza artıq yaraşmır. 
Yeni XXI əsr iqtsiadiyyatında Türkiyə, Azər-
baycan  və  «Mərkəzi  Asiya»  ölkələrinin  vahid 
tezlikli  elektrik  cərəyanı  nəql  xətti  və  ümumi 
enerji sistemi iilə işləmək vaxtı çatmışdır. 
Azərbaycan,  Qazaxıstan,  Türkmənistan  və 
Özbəkistan  bu  gün  ölkələrindəki  neft  emal  edən 
zavodların  istehsal  güclərini  bərpa  etməli  və  öz 
enerji  layihələrindən  əldə  etdikləri  mənfəətlərini 
hər  hansı  imperiya  şirkətlərinin  mənimsəməsinə 
deyil,  bu  ölkələrin  aborigen  türk  xalqlarının  iqti-
sadiyyatlarının qüdrətlənməsinə yönəltməlidirlər. 
Artıq  XXI  əsrin  birinci  və  ikinci  onilliyində 
Azərbaycan  və  «Mərkəzi  Asiyanın»  neft  və  qaz 
enerji  layihələrini  həyata  keçirən  ölkələri  iqtisa-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə