açmağı və donuz təsərrüfatı ilə məşğul olmağı müsəlman təbəələrə qadağan
etdiyi halda xristianlar üçün sərbəstlik tanımışdır. Çünki onların əqidələrinə görə
bunlar günah deyildir.
Bu anlayış, tolerantlıq nəticəsində İspanyadan qaçan yəhudilərə qucaq açmış və
onlar üçün rahat həyat şəraiti təmin etmişdik. Onlar bu xoş münasibətin
xatirəsinə Türkiyədə “500-cü il Vəqfi”ni qurmuşlar.
c- Ağlın imkanlarından yararlanmaq
100. Ağıl insanı heyvandan ayırır. İnsan arzularını düzgün tənzimləyə bilərsə,
müsbət nəticələr əldə edə bilər. Arzular prioritet təşkil etməyə başladığı təqdirdə
isə düşüncələr, baxışlar və yanaşmalar dəyişir.
101. Quran daima ağıldan istifadəyə çağırır. Quranda “əql” (ل قعلا) sözü
işlənmir, onun yerinə 16 yerdə “lübb”ün (ب للا) cəm şəkli olan “əlbab” (بابللأا)
sözü öz əksini tapmışdır. “Lübb” ləkəsiz saf ağıl
65
mənasını ifadə edir. Çünki
mənfəətlərinin əsiri olmuş insanlar da ağıla sahibdir, amma onlar ağıllarını
lazımi şəkildə işlətmirlər. İşlətsələr belə, əqli mühakimələrinin nəticələrinə
güvənib onun əsasında davrana bilmirlər. Onların ağılları ləkəli və bulanıqdır.
İlk növbədə ağlı arzuların əsiri olmaqdan xilas etmək lazımdır.
Quranda “əql” kökündən yaranan, ağıl işlətmək mənasını ifadə edən eyniköklü
sözlər 48 yerdə keçir. Onlardan biri belədir:
“Allah ağıllarını işlətməyənləri pisliyə düçar edər”. (Yunus 10/100)
102. Teokratik quruluş vətəndaşın ağlını işlətməməsini və heç bir işə
qarışmamasını istəyir. Jean Calvinin aşağıdakı ifadələri bu həqiqəti açıq şəkildə
göstərir:
“Fərdlər cəmiyyətlə əlaqədar məsələlərdə özlərini səlahiyyətli şəxs kimi
görməməli, dövlət işlərinə qarışmamalı, idarəedicilərin, məmurların
65
ər-Rağib əl-İsfahani, Müfrədat-i əlfaz əl-Quran, Beyrut, 1412/1992, s. 733.
səlahiyyətlərinə daxil olan işlərə burunlarını soxmamalı, özbaşına ictimaiyyəti
maraqlandıran bu və ya digər bir təşəbbüslə çıxış edərək onu gerçəkləşdirməyə
cəhd göstərməməlidirlər. İctimai quruluşda düzəldilməli olan hər hansı bir
nöqsan mövcuddursa, iğtişaş törətməməli, imkanları xaricində olan bir işə
girişməməlidirlər. Bu xüsusda imkanları məhdud olmayan yeganə şəxs
idarəedicidir (dövlət başçısı və ya müvafiq sahə üzrə məsul dövlət məmurudur
tərc.).
66
Bundan fərqli olaraq Quran insanın yaşadığı cəmiyyətdə baş verən hadisələrlə
maraqlanmasını, yanlış davranışlara etirazını bildirməsini tələb edir. Quranda
İsrail oğullarından inkar edənlərin Davud (ə) və Məryəm oğlu İsan (ə) tərəfindən
lənətləndikləri vurğulanır və bu lənətlənmənin səbəblərində biri aşağıdakı kimi
açıqlanır:
“Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların
gördükləri iş necə də pis idi!” (Maidə 5/79)
Həzrət Məhəmməd (s) də bu xüsusda buyururdu: “Sizdən kim bir pis əməl
görürsə, onu öz əli ilə düzəltsin. Buna gücü yetməzsə, dili ilə (öyüd-nəsihət yolu
ilə tərc.) düzəltsin. Ona da gücü yetməzsə, qəlbən qarşı çıxsın. Bu, imanın ən
zəif şəklidir”.
67
d- Ancaq Allahdan qorxmaq
103. Uca Allah belə buyurur: “İnsanlardan qorxmayın, məndən qorxun,
ayələrimi ucuz qiymətə satmayın!” (Maidə 5/44)
“Əgər (həqiqi) möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz
Allahdır!” (Tövbə 9/13)
Teokratiya idarəedicilərdən qorxmağı tələb edir. Jean Calvin bu haqda belə
deyir: “Ölənin atası, xalqın çobanı, sülhün qoruyucusu, ədalətin öndəri,
66
Jean Calbin, Qərbdə siyasi düşüncələr tarixi - 2, Yeni Çağ, s. 49.
67
Səhih-i Müslim, İman, 78 (49).
günahsızların müdafiəçisi olan idarəedicinin gücünü qəbul etməyən insan haqlı
olaraq dəli sayılmalıdır”.
68
Demək, bu quruluşda idarəedicidən qorxmayan və
onun gücünü qəbul etməyənə dəli damğası vurulur.
e- X
ə
taya qarşı çıxmaq
104. Uca Allah belə buyurur:
“Aranızda yaxşılığa çağıran bir dəstə olsun. Qoy, onlar doğru (məqbul) işlər
görməyi əmr etsinlər və pis əməllərin qarşısını alsınlar. Məhz bunlar (belə
cəmiyyətlər) nicat tapanlardır”. (Ali-İmran 3/104)
Firon Misirdə güclü bir krallıq qurmuşdu. Xalqını özünə kölə etmişdi, onlar da
ona baş əyirdilər. Allah bunu qınamış və belə buyurmuşdur:
“Biz Musanı da dəlillərimizlə (möcüzələrimizlə) və aşkar bir səlahiyyətlə
göndərmişdik;
Firona və onun əyan-əşrafına. Amma onlar Fironun əmrinə tabe oldular.
Lakin Fironun əmri düzgün deyildi”. (Hud 11/96-97)
Bir nəfər Həzrət Məhəmməddən (s) soruşur: “Hansı cihad daha dəyərlidir?”
Peyğəmbər belə cavab verir: “Zalım sultanın qarşısında deyilən doğru söz”.
69
Teokratiya idarəedicilərin zalımlığını Allahın xalqı cəzalandırması sayaraq
müqəddəsləşdirməkdədir. Belə bir quruluş zalım sultanın yanında deyiləcək
istənilən doğru sözü səhv sayır. Çünki bu quruluşda idarəedicilərin gördüyü hər
iş, atdığı hər addım doğru, onlara qarşı çıxmaq isə səhvdir. Jean Calvin belə
deyir:
“...Xarakterlərindən asılı olmayaraq, bu hörməti, hətta bir dindar kimi
təslimiyyəti bütün idarəedicilərimizə qarşı bütün cəhətləri ilə göstərmək
68
Jean Calbin, Qərbdə siyasi düşüncələr tarixi - 2, Yeni Çağ, s. 49.
69
Nəsai, Beyət, 37, Bab-i mən təkəlləmə bil-haqq ində imamin cair.
Dostları ilə paylaş: |