Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

 
115
İstər Qurani-Kərimə, istərsə də Tövrata görə O Həzrətin möcü-
zələrinin sayı qeyd etdiyimizdən çox idi. Həzrət Musanın (ə) doqquz 
nişanəsini özündə əks etdirən Qurani-Kərim ayəsində O Həzrətin Fi-
ronun dəvəti üçün nəzərdə tutduğu nişanələr qeyd olunmuşdur:  
“Biz Musaya doqquz aşkar möcüzə  (əsa, günəş kimi parlayan 
yədi-beyza, çəyirtkə  və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların 
arasından fəvvarə verib çıxan su, dənizin yarılması  və Tur dağının 
qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İs-
rail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: 
“Ya Musa! Mənə elə  gəlir ki, sən ovsunlanmışsan (ağlın başında 
deyildir)”, - demişdi.” (İsra surəsi, ayə 101) 
 
5-3. Dənizdən keçiş 
Tövratda qeyd olunduğuna  əsasən, sonda Firon təslim oldu, 
Həzrət Musa və  Həzrət Harunu (ə) gecə vaxtı yanına çağırtdırdı  və 
onlara dedi: “Bəni-İsraillə hara istəyirsəniz gedə bilərsiniz.” Onlar 
Misirin  şərqində yerləşən Qırmızı  dənizə  tərəf yola düşdülər və  hə-
min məkanda çadır qurdular. Bir müddətdən sonra Firon peşiman ol-
du və öz ordusu ilə onların arxasınca getdi. Musanın (ə) qövmü uzaq-
dan Fironun öz qoşunuyla gəlməsini gördülər. Həmin anda Musa (ə) 
əlini dənizə tərəf uzatdı, dəniz parçalandı, qurudu və Bəni-İsrail asan-
lıqla dənizdən keçə bildilər.
1
 Onların ardınca Fironun döyüşçüləri də-
nizə daxil oldular və Həzrəti Musa (ə) Allahu-Taalanın əmrinə əsasən 
bir əlinin işarəsilə onların hamısını suda boğdu. Tövratda Fironun özü-
nün dənizdə qərq olması barədə heç nə yazılmamışdır və kitab əhli bu-
nu inkar edirlər. Tövratda qeyd olunanlara əsasən Misirdən çıxan za-
man uşaqları  çıxmaq  şərtilə  Bəni-İsrailin sayı altı yüz min nəfər 
olmuşdur. Bəni-İsrailin Həzrət Yusifin (ə) zamanında Misirə daxil ol-
                                                 
1
 İslam alimlərinin böyük əksəriyyəti dənizin  əslində Nil çayı olmasını bildirirlər. 
Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrailin  əvvəlcədən də yerləşdiyi yer Nil 
çayının sağ tərəfi olmuşdur və onların keçdiyi dəniz isə Misirin sərhədində yerləşən 
Qırmızı  dəniz olmuşdur. Qurani-Kərimdə qeyd olunmuş “Bəhr” sözü də  dəniz sö-
zünə daha münasibdir.  


 116 
duğu vaxtla onların Həzrət Musanın (ə) rəhbərliyi altında Misirdən 
çıxarılmarı vaxtı arasında dörd yüz otuz il keçmişdir.  (Xuruc 12:37-
40)  
 Qurani-Kərimdən və İslami hədislərdən belə qənaətə gəlmək 
olar ki, Bəni-İsrail Fironun izni ilə deyil Allahın əmri ilə Misiri tərk 
etdilər: “(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Mi-
siri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərə-
findən) təqib ediləcəksiniz!” (Şüəra surəsi, ayə 52) Eləcə də, Qurani 
Kərimdə açıq şəkildə bildirirlir ki, Həzrət Musa (ə) Allahu-Taalanın 
əmri ilə əsasını dənizə vurdu, əlini dənizə tərəf uzatmadı.  
Bəni-İsrail Sina yarımadası  ətrafında yerləşdilər və onlar üçün 
səmadan şehə bənzər maddə və bildirçin quşu nazil edildi və bu hadi-
sə onların səhrada olduqları qırx il ərzində hər gün təkrarlanırdı. Töv-
ratda qeyd olunduğuna  əsasən bu yeməyin adı “Mənnə” idi. Çünki 
Bəni-İsrail onu görən kimi İbri dilində “Man huvə”, yəni “O nədir?” 
sualını verdilər.  
 
5-4. Lövhələr və on əmr 
Bəni-İsrailin Misiri tərk etməsindən üç ay keçdikdən sonra Həz-
rət Musa (ə) Allahu-Taala ilə söhbət üçün Tur
1
 dağına getmək əmrini 
aldı. O Həzrət dağda iki lövhə aldı və bu lövhələrin üzərində Allahın 
əmrləri həkk olunmuşdu. Qurani-Kərimdə bu sözü “Əlvah” forma-
sında, yəni cəm halında istifadə etmişdir: “Biz onun üçün lövhələrdən 
hər  şeydən, moizə  və  təfsilata dair hər  şeyi yazdıq. (Və belə buyur-
duq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı 
çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axi-
rətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!”    (əraf 
surəsi, ayə 145) Tövratda qeyd olunduğuna əsasən (Xuruc 29 və Təs-
niyə 5) Bu iki lövhənin üzərində məşhur olan “On əmr” həkk olun-
muşdu. Əmrlə belədirlər:  
 
                                                 
1
 Tur Süryani dilində dağ mənasını verir.  


 
117
1.  Özünüzə məndən başqa Allah seçməyin. 
2.  Bütə səcdə etməyin. 
3.  Allahın adını yalandan çəkməyin 
4.  Şənbə gününü müqəddəs bilin. 
5.  Ata və ananıza hörmət göstərin 
6.  İnsan qətlə yetirməyin 
7.  Zina etməyin 
8.  Oğurluq etməyin  
9.  Qonşu
1
 üçün yalandan şahidlik etməyin 
10.  Qonşunun malına və namusuna qarşı tamahkarlıq etməyin
2
 
 
5-5.  Bəni-İsrailin buzova sitayiş etməsi 
Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrail Həzrət Musanın 
(ə) Sina dağından geri dönməsinin gecikdiyini görəndə Həzrət Haru-
nun (ə) yanına gəldilər və onlar üçün Tanrılar hazırlamağı istədilər. O 
Həzrət də onların qıymətli əşyalarından bir buzov hazırladı və onları 
həmin inəyə sitayiş etməyə  həvəsləndirdi. Allah-Taala bu hadisəni 
Həzrət Musaya (ə) çatdırdı  və onları  məhv etmək istədi. Amma O 
Həzrətin şəfaət istəməsi ilə bunu etmədi. Həzrət Musa (ə) həmin löv-
hələri götürüb Bəni-İsrailin yanına qayıtdı. O Həzrət onların bu nala-
yiq hərəkətlərini gördükdən sonra həmin lövhələri yerə vurdu və 
məhv etdi. Sonra qardaşını mühakimə etməyə başladı və buzovu yan-
dırdıqdan sonra parçalayaraq suya tökdü və suyunu Bəni-İsrailə içirt-
di. Sonra da onlara qılınclarını çıxararaq yarım gün ərzində döyüşə-
rək bir-birilərini qətlə yetirməyi  əmr etdi. Qurani-Kərimdə  də bu 
                                                 
1
 Kitab  əhli nöqteyi-nəzərindən doqquzuncu və onuncu əmrdə istifadə olunan 
“Qonşu” sözünün mənası əslində “Həmnöv” mənasını daşıyır. 
2
 “Öz  qonşunuza qarşı tamahkarlı etməyin. Qonşunun xanımına, quluna, kənizinə, 
inəyinə, uzunqulağına və ümumiyyətlə heç nəyinə tamahkarlıq göstərməyin.” Hal-
hazırda Bəzi Yəhudilər və xristiyanlar birinci və ikinci əmrləri bir-birinə qoşmuşlar 
və sonrakı əmrləri bir say irəli aparmışlar. Beləliklə, doqquzuncu əmrdə “Qonşunun 
xanımına” və onuncu əmrdə “qonşunun digər malına” tamahkarlıq etmək qadağan 
edildi. Bununla da qonşunun xanımı onun qulu, kənizi, inəyi, uzunqulağı ilə eyni 
yerdə saxlanılmadı.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə