Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

 
109
oğlan uşağı gətirdi və onun adını İsmail (yəni Allah eşidir) qoydular. 
On dörd ildən sonra Sara (hər ikisi, həm Həzrət İbrahim (əs), həm də 
Sara qocalmışdılar) Allahın əmri ilə dünyaya bir oğlan gətirdi və adı-
nı İshaq (yəni Gülür) qoydular.  
Tövrat bu barədə az söz açır və yalnız Həzrət İsmailin (ə) Faran-
da yaşaması, anasının ona Misirli qız alması barədə məlum verməklə 
kifayətlənir. O Həzrətə aid digər məsələlər Tövratda unudulmuşdur 
və Kəbə evinin inşa edilməsi barədə bir söz belə gözə dəymir. Ismail 
(ə) üçün yerdən suyun çıxması  İslam hədislərinə  əsasən Məkkədə 
olduğu və hal-hazırda “Zəmzəm” adı ilə tanındığı halda Tövratda 
qeyd olunanlara əsasən bu su Fələstinin cənubundakı Biiru Şibəə
1
 
adlanan yerdə olmuşdur.  
Tövrat övladının qurban kəsilməsi məsələsini qeyd edir və yazır 
ki, Həzrət İbrahimin (ə) Həzrəti İshaqı (ə) qurban kəsmək məmuriy-
yətini alır. O Həzrət bu məsələni İshaqa (ə) açıqlamayaraq onun sua-
lına cavab olaraq deyir: “Ey mənim oğlum! Allah özü üçün qurbanlıq 
qoyun hazırlayacaq” (Yaranış, 22:8) Amma Qurani-Kərimdə İbrahim 
(ə) oğlanlarından biri barədə söz açılır:  
ﺎَﻳ َلﺎَﻗ َﻲْﻌﱠﺴﻟا ُﻪَﻌَﻣ َﻎَﻠَﺑ ﺎﱠﻤَﻠَﻓ
 
ىَﺮَﺗ اَذﺎَﻣ ْﺮُﻈﻧﺎَﻓ َﻚُﺤَﺑْذَأ ﻲﱢﻧَأ ِمﺎَﻨَﻤْﻟا ﻲِﻓ ىَرَأ ﻲﱢﻧِإ ﱠﻲَﻨُﺑ
 
 ِﺖَﺑَأ ﺎَﻳ َلﺎَﻗ
َﻌْﻓا
َﻦِﻣ ُﻪﱠﻠﻟا ءﺎَﺷ نِإ ﻲِﻧُﺪِﺠَﺘَﺳ ُﺮَﻣْﺆُﺗ ﺎَﻣ ْﻞ
 
َﻦﻳِﺮِﺑﺎﱠﺼﻟا
 
 
“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç 
yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni 
qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Ata-
can! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən 
olduğumu görəcəksən!” (Saffat surəsi, 102) 
Bildiyiniz kimi O Həzrət ölümdən xilas olur və Allahu-Taala 
onun yerinə qurban kəsilməsi üçün qoç göndərir.  Şiyələrin və  əhli-
sünnənin bir qrupunun nəzərincə bu Həzrət  İsmail (ə) və bir dəstə-
sinin nəzərincə isə Həzrət İshaq (əs) olmuşdur.  
 
                                                 
1
 Bu söz bütün müsəlman kitab yazarları üçün tanınmayan yer olduğu üçün Səmat 
duasında “Biiru Şiyəə” formasına salınmışdır.  Hazırda İsraildə adını bu quyulardan 
alan “Beer Sheva” (Yeddi quyu) şəhərində olduğu bildirilir. 


 110 
4. Həzrət Yaqub (İsrail) 
Tövratda qeyd olunduğuna əsasən Həzrəti İshaq (ə) Həzrət İbra-
himin (ə) canişini oldu və onun əkiz oğlu dünyaya gəldi. İlk dünyaya 
gələnin adı  İsu idi. Bu sözün mənası “tüklü” deməkdir. Tövratda 
qeyd olunduğuna  əsasən körpə dünyaya gələrkən bədənində çoxlu 
tük var idi. İkinci  əkiz uşaq isə Yaqub idi. Yaqub sözü tərcümədə 
“arxasınca gələn” deməkdir. Çünki, dünyaya gələrkən özündə öncə 
gələn uşağın arxasınca gəlmişdir.  
Həzrət Yaqubun (ə) on iki oğlu var idi və O Həzrət İsrail ləqəbi-
lə tanınırdı. Kitab əhli bu adın belə məna verdiyini bildirirlər: Allaha 
qalib gələn şəxs. Amma bu sözün İbrani dilindəki əsil mənası “Qəh-
rəmana qalib gələn şəxs” mənasını verir. Tövratda qeyd olunduğuna 
əsasən Həzrət Yaqubun (ə) Allahla güləşməsi və ona qalib gəlməsi 
onun belə adlandırılması ilə nəticələnmişdir.(Yaranış 32: 24-32) Ki-
tab əhli lap qədim zamanlardan belə iddia edir ki, bu hekayədə Allah 
deməkdə məqsəd Allahım mələklərindən biri mənasını daşıyır.   
Bir müddətdən sonra Həzrət Yusifin (ə) hadisəsi meydana çıxdı 
və sonda Bəni-İsrailin (İsrail övladlarının) Misir torpaqlarında qalma-
sı ilə  nəticələndi. Tövratın “yaranış” bölümünə aid olan bütün mət-
ləblər Həzrət Yusifin (ə) vəfatından sonra sona çatdı.  
“Xuruc” bölümünün başlanğıcında Həzrət Yaqubun (ə) on iki 
oğlunun hamısının Misirdə vəfat etmələrini və onların nəsillərinin bu 
ölkədə çoxalmalarını oxuyuruq. Bəni-İsrailin Sibt adlanan on iki qə-
biləsi müxtəlif elm və peşə sahələrində inkişaf etdilər və bu da Misir-
lilərin onlara paxıllıq etməsinə gətirib çıxartdı. Bundan əlavə Misirli-
lər hakimiyyətin də  Bəni-İsrailin  əlinə keçməsindən qorxmağa baş-
ladılar. Elə buna görə  də, onları  zəiflətməyə başladılar və  ən çətin 
işləri onlara həvalə etdilər. Eləcə də, Misir qəbilələrinin yeni dünyaya 
gəlmiş  Bəni-İsrail oğlanlarını  qətlə yetirmək üçün həvəsləndirdilər. 
Onlara yalnız qız uşağı dünyaya gətirməyə icazə verilmişdi.
1
 
                                                 
1
 Bəzi  İslami hədislərdə belə qeyd olunur ki, Firon Bəni-İsraildən olan bir kişinin 
onunla mübarizə aparacağını  eşitmişdi və elə buna görə  də dünyaya təzə  gəlmiş 
oğlan uşaqlarını qətlə yetirirdi.  


 
111
İbranilər ilk öncə səhrada yaşayan qövm idilər və onlar ilk ola-
raq Həzrət Yusifin (ə) zamanında şəhərdə yaşamağa başladılar.
1
 Səh-
rada yaşamaq onların dini etiqadlarına və  mərasimlərinə güclü təsir 
göstərmişdir. Musa (ə) onları Fironun əlindən xilas edəndə qırx il Si-
na səhrasında yaşamaq məcburiyyətində qaldılar. Amma ondan sonra 
həmişə  şəhərlərdə yaşamağa və  Yəhudi qövmünün qiymətli irsinin 
yaranması üçün mədəniyyət yaratdılar. Bundan sonra həmin  ərazi-
lərdə xristyanlıq meydana çıxdı.  
Xalqlarda düşüncə  tərzinin dəyişilməsi adi və  təbii haldır.  İb-
ranilər köç zamanı müxtəlif xalqların düşüncə  təsiri altına düşdülər. 
Məsələn; dənizdən keçəndən və Fironun əlindən xilas olduqdan sonra 
bir dəstə bütpərəstlə üzləşdilər və Həzrəti Musadan (ə) onlar üçün büt 
hazırlamalarını xahiş etdilər. Onların bu istəyi kəskin  şəkildə  rədd 
edildi: “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlə-
rinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! 
Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) 
cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!” (Əraf surəsi, 
138). Eləcə  də, Misirdə yerləşəndə Misirlilərin dini inancları onlara 
güclü şəkildə təsir göstərdi. Belə ki, onlar bu ölkəni tərk etdikdən sonra 
belə Misirlilər kimi inəyi müqəddəsləşdirdilər. Bunun nəticəsində onlar 
qızıldan inək bütü yaradaraq ona ibadət etməyə başladılar.  
 
5. Həzrət Musa (ə) 
Tövratın Xuruc bölümünün ikinci fəslində belə qeyd olunmuş-
dur ki, Bəni-İsraildən bir nəfər
2
 öz qəbilələrindən olan qızlardan biri 
ilə ailə qurur və onların oğulları dünyaya gəlir. Yeni doğulmuş kör-
pənin anası onu Fironun məmurlarının  əlindən xilas etmək üçün üç 
ay gizlədir. Uşağı daim gizli saxlamaq mümkün olmadığı üçün anası 
bir sandıq düzəldir, taxtaların birləşən yerlərini qırla doldurur, uşağı 
                                                 
1
 Bu məsələ Qurani-Kərimdə, Yusif surəsinin 100-cü ayəsində qeyd olunmuşdur.  
2
 İslami hədislərdə onun adı  İmran və Tövratda imram ibni Qəhat ibni Lavi ibni 
Yaqub kimi qeyd olunmuşdur. (Xuruc  20-14:6) 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə