Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

 112 
həmin sandığın içərisinə qoyaraq Nil çayının qamışlıqları arasında 
suya buraxır. Körpənin bacısı isə həmin ətrafda dayanaraq onun ba-
şına nə gələcəyinə tamaşa edir.  
 Qısa bir müddətdən sonra yuyunmaq üçün Nil çayının sahilinə 
gələn Fironun qızının gözü sandığa sataşır və kənizlərdən birini san-
dığın arxasınca göndərir. Sandığı onun yanına gətirirlər və o sandığı 
açanda içərisində ağlayan uşaq görür. Onun ürəyi uşağın halına yanır, 
amma həmin körpənin Bəni-İsraildən olduğunu bilir. Bu zaman kör-
pənin bacısı Fironun qızına yaxınlaşır və  uşağa süd vermək üçün 
qadın tapmasını ona təklif edir. Fironun qızı onun bu təklifini qəbul 
edir və qız öz anasını onların yanına gətirir. Fironun qızı həmin xanı-
ma deyir: “Uşağı özünlə apar, ona süd ver və mən də sənin bütün xər-
cini ödəyəcəm.” Bir neçə ildən sonra uşaq böyüyür və anası onu Firo-
nun qızının yanına aparır. Fironun qızı onu oğulluğa qəbul edir və 
ona Musa (Muşe, İbri dilində “Sudan çıxarılmış”) adını verir. Bu ha-
disə Qurani-Kərimin Qisəs surəsində qeyd olunmuş hekayə ilə yaxın-
dır. Bəzi tarixi hesablamalara və hadisələrin analizinə görə bu hadi-
sənin eradan 1250-1300 il öncə baş verməsi bildirilir.  
 
5-1. Peyğəmbərliyi 
Tövratın Xuruc bölümünün üçüncü fəslində oxyuruq ki, Həzrət 
Musa (ə) Hurib
1
 səhrasında dağın ətəyində Allahu-Taalanın səsini bir 
kol topasından qalxan alovun içərisindən eşitdi və onunla danışdı. 
Qurani-Kərimdə Allahın Tuva səhrasındakı ağacdan buyurduğu söz-
lər belədir:  
ﻰَﺳﻮُﻣ  ﺎَﻳ  يِدﻮُﻧ  ﺎَهﺎَﺗَأ  ﺎﱠﻤَﻠَﻓ
 *  
 
َﻚْﻴَﻠْﻌَﻧ  ْﻊَﻠْﺧﺎَﻓ  َﻚﱡﺑَر  ﺎَﻧَأ  ﻲﱢﻧِإ
 
ىًﻮُﻃ  ِسﱠﺪَﻘُﻤْﻟا  ِداَﻮْﻟﺎِﺑ  َﻚﱠﻧِإ
*
 
 ﺎَﻧَأَو
ﻰَﺣﻮُﻳ  ﺎَﻤِﻟ  ْﻊِﻤَﺘْﺳﺎَﻓ  َﻚُﺗْﺮَﺘْﺧا
  *
 
ﺎﱠﻟِإ  َﻪَﻟِإ  ﺎَﻟ  ُﻪﱠﻠﻟا  ﺎَﻧَأ  ﻲِﻨﱠﻧِإ
 
يِﺮْآِﺬِﻟ  َةﺎَﻠﱠﺼﻟا  ِﻢِﻗَأَو  ﻲِﻧْﺪُﺒْﻋﺎَﻓ  ﺎَﻧَأ
  *
 ﱠنِإ
ُدﺎَآَأ ٌﺔَﻴِﺗَاء َﺔَﻋﺎﱠﺴﻟا
 ُأ
ﻰَﻌْﺴَﺗ ﺎَﻤِﺑ ٍﺲْﻔَﻧ ﱡﻞُآ ىَﺰْﺠُﺘِﻟ ﺎَﻬﻴِﻔْﺧ
  *  
ُﻦِﻣْﺆُﻳ َﻻ ْﻦَﻣ ﺎَﻬْﻨَﻋ َﻚﱠﻧﱠﺪُﺼَﻳ َﻼَﻓ
 
 ﺎَﻬِﺑ
ىَدْﺮَﺘَﻓ ُﻩاَﻮَه َﻊَﺒﱠﺗاَو
 
                                                 
1
 Bu söz Səmat duasında “huris” formasında qeyd olunmuşdur. Hurib həmin Sina 
səhrasıdır.  


 
113
  “(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya 
Musa! *  Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki 
sən müqəddəs vadidə - Tuvadasan  *  Mən səni (peyğəmbər) seçdim. 
(Sənə) vəhy olunanı dinlə!  *  Mən, həqiqətən, Allaham. Məndən baş-
qa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz 
qıl!  *  O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala 
açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cə-
zasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və 
ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu 
zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması  hər addımda özünü 
müxtəlif əlamətlərlə büruzə verir).  *  Ehtiyatlı ol ki, (qiyaməti) danıb 
nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, 
yoxsa məhv olarsan!” (Taha surəsi. Ayə 11-16) 
   
Tövratda belə qeyd olunur ki, Allahu-Taala Həzrət Musa (ə) Bəni-
İsraili Misirlilərin əlindən xilas edəcəyini və bərəkətli, məhsuldar Kə-
nan torpaqlarını onlara əta edəcəyini vədə verdi. Elə bu səbəbdən də, 
Həzrət Musa (ə) Fironun yanına getməsi, ondan Bəni-İsraili azad bu-
raxması üçün peyğəmbərliyə çatdı. Qurani-Kərimdə  Həzrət Musa (ə) 
üçün başqa bir mühim risalət məsələsinə  də  işarə olunmuşdur. Bu 
risalət Fironu imana, yaxşı əməllərə dəvət etməkdən, kafirlik və zülm-
dən uzaqlaşdırmaqdan ibarət idi. Həzrət Musa (ə) müxtəlif möcüzələrlə 
Misirə yola düşdü və qardaşı Harun (ə) onun köməkçisi oldu.  
 
5-2. Möcüzələri 
Həzrət Musa (ə) Fironu Bəni-İsrailə zülm etməkdən əl çəkməsi 
və onları azad buraxmaları üçüm müxtəlif yollardan istifadə etməklə 
təzyiq altına saldı.  
Qurani-Kərim və Tövratda qeyd olunduğuna əsasən Allahu-Taa-
la Həzrət Musaya (ə) möcüzə etmək bacarığı verdi. Həzrət Musa (ə) 
əsa ağacını (tövratda qardaşı Harunun da əsası qeyd olunmuşdur) əj-
dəhaya çevirə bilirdi və əli ağ nur saçırdı. Firon bir dəstə cadugərləri-
ni çağıraraq Musa (ə) ilə yarışmalarını istədi. Qeyd etdiyimiz əjdəha 


 114 
onları bütün cadugərlik sehirlərini və alətlərini uddu. Onlar Həzrət 
Musanın (ə) gördüyü işlərin sehir olmadığını anladılar. Qurani-Kə-
rimdə qeyd olunmuşdur ki, cadugərlər Fironun heç bir hədə-qorxu-
suna baxmayaraq Allahu-Taalaya iman gətirdilər. Onların iman gətir-
mələri Tövratda qeyd olunmamışdır və kitab əhli tərəfindən qəbul 
olunmur.  
Bu möcüzələrdən sonra Misirlilərə bir neçə əzab nazil oldu. Fi-
ron isə Bəni-İsraili azad buraxacağı barədə dəfələrlə vədə versə də öz 
vədələrinə dönük çıxdı. Tövratda on cür əzab qeyd olunmuşdur:  
1.  Misirlilərin suyunun qana çevrilməsi 
2.  Sularda qurbağaların çoxalması 
3.  Ağcaqənədlərin çoxalması 
4.  Milçəklərin çoxalması 
5.  Vəba xəstəliyi nəticəsində Misirlilərin heyvanlarının kütləvi 
şəkildə tələf olması 
6.  Misirlilərin və onların minik heyvanlarının dəri xəstəliklərinə 
düçar olmaları və bədənlərində yaraların (cüzamın) çıxması 
7.  İri həcimli dolunun yağması və çoxlu sayda heyvanın və əkin 
sahələrinin tələf olması 
8.  Çəyirtkənin çoxalması 
9.  Üç gün ərzində Misirlilərin yaşadıqları  hər yerin qaranlığa 
qərq olması 
10. Misirdə yaşayan bütün insanların, heyvanların, hətta Fironun 
özünün də ilk övladlarının həlak olması 
Bu  əzabların bəziləri Qurani-Kərimdə başqa formalarda qeyd 
olunmuşdur:  
“Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmaz-
lığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!  *  Biz ayrı-
ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə  və  həşərat, 
(evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan 
göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb ka-
fir bir tayfa oldular.”  (Əraf surəsi, ayə 130 və 133) 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə