201
pozğunluqlarına baxmayaraq, xristyanlığın inkişafı və çiçəklənməsi
sahəsində atdığı möhtəşəm addımlara görə tarixdə adı müsbət qeyd
olunmuşdur.
15-3. Papaların siyasi qüdrətlərinin azalması
16-cı əsrdə Nikola Makyavelli qələmə aldığı “Hökümdar” əsə-
rində qüdrətə və hakimiyyətə çatmaq üçün hansı meyarlardan istifadə
etmək məsələsini araşdırmışdır. O, hakimiyyətə çatmaq istəyən şəxs-
lərə məsləhət verərək qüdrətə və hakimiyyətə çatmaq üçün əxlaq nor-
malarını nəzərə almamalarını bildirilmişdir.
Papaların nəzarəti altında olan ərazilərdə onların qüdrətini və
hörmətlərini aşağı saldı. Onların ən mühimi Lüterin 1517-ci ildə Pa-
palara qarşı həyata keçirdiyi qiyam olmuşdur. O, Almaniya höküm-
darlarının köməkliyi ilə müvəffəqiyyət qazandı. Lüterin 1520-ci ildə
böyük hiddətlə bildirdiyi amallarından biri Almaniyanın Papa haki-
miyyəti altından çıxarılması idi. Başqa silahlı şəxslər Avropanın di-
gər bölgələrində də xırda hökümətlər yarada bildiər.
1651-ci ildə Tomas Habs (Thomas Hobbes) “Levyatlar” (Levia-
than) kitabında belə yazır ki, “Hakim qüvvənin qüdrəti məhdudlaş-
mamalıdır. Çünki, bu qüdrət ictimai sazişdən mənşə alır və buna görə
də, hökumət ictimai təhlükəsizliyi təmin etməlidir və insanların istək-
lərini həyata keçirmək üçün bütün lazımi işləri həyata keçirməlidir.”
O, bu kitabında yazır: “Papalıq məqamı Roma imperatorluğunun
qəbri üstündə oturmuş və başına tac qoymuş imperatorluğa bənzər bir
qurluşdur.”
1
Elə o zamanlar, Con Lok belə deyirdi: “Hökumət insanların mü-
qabilində üzərilərinə düşən öhdəlikləri həyata keçirməkdən boyun qa-
çırmaq istərsə onu devirmək lazımdır.
Sonda kilsənin siyasi və ictimai məsələlərinə lüzumsuz müdaxi-
lələrinə görə qərb ölkələrinin alim və mütəfəkkirləri belə bir nəticə
çatdılar ki, dinin siyasətə müdaxiləsi yalnız və yalnız ruhani ataların
11
Levtatlar, 4:47
202
xeyrinədir və insanların əksəriyyəti bu yersiz müdaxilədən əziyyət
çəkirlər. İnsanlar da kilsənin bu ədalətsizliklərindən bezərək bu fikri
dəstəklədilər və illər boyu ideloji, hərbi mübarizə aparmaq kilsənin
caynaqlarından özlərini qurtara bildilər.
Papanın siyasi qüdrəti illər boyu davam edən sakitlikdən sonra
zəifləməyə başladı. Fransa və İtaliyanın başçıları hərbi yolla və ümumi
fikrə arxalanaraq Papaların saraylarını, imarətlərini və mülklərini mü-
sadirə etdilər və 1806-cı ildə onları siyasi hakimiyyətinə son qoydular.
Papaların itaət altına salınması asan iş deyildi. Elə bu səbəbdən
də, İtaliya hökuməti zəmanət qanunlarında (18 oktyabr 1870-ci ildə)
sarayların bəzilərini Papaya qaytardılar və müəyyən qədər siyasi hü-
quq verdilər.
Papa zəmanət qanununu qəbul etmədi və bu hadisə 60 il ərzində
İtaliya hökuməti ilə Vatikan arasındakı əlaqələrin kəsilməsinə səbəb
oldu. Sonda, üç il davam edən müzakirələrdən sonra 1929-cu ilin fev-
ral ayının 11-də Vatikanla İtaliya arasında Latran sazişi imzalandı və
Papa hökumətinin Vatikanın ixtiyarında qalması ilə Romanın bu
sahədə üzləşdiyi problemlər öz həllini tapdı. Beləliklə, “Dinin siya-
sətdən ayrılması” Avropada rəsmiləşdi.
1984-cü ildə Vatikanla İtaliya arasında yeni saziş imzalandı və
Latran sazişinin yerini tutdu. Artıq iki yüz ilə yaxındır ki, Papa Va-
tikan hökuməti məhdud şəkildə davam edir.
16. Digər xristyan quruluşları
Böyük Roma İmperiyasının 395-ci ildə parçalanmasından sonra
paytaxtı Konstantinopol olan Şərqi Roma, Bizans imperatorluğu ilə
paytaxtı Roma olan Qərbi Roma İmperiyasının və Roma Papasının
arasında 1453-cü ilədək, yəni Soltan Məhəmməd Fateh Osmanlının
Konstantinopolu fəth etdiyi zamanadək rəqabət mövcud olmuşdur.
1054-cü ildə daha da kəskinləşən bu rəqabət sonda Ortodoks kilsəsi-
203
nin yaranması ilə nəticələndi. Ortodoks kilsəsilə katolik kilsəsi ara-
sında mövcud olan qarşıdurma rəhbərlik və liderlik məsələsi sahəsin-
də olmuşdur. Ortodokslar Roma yepiskopunu, yəni Roma Papasını
xristyanların tək rəhbəri kimi qəbul etmək istəmirdilər və rəhbərlərin
sayının çox olmasını və artırılmasını istəyirdilər.
Şərqi Roma İmperatoru ilə dini lider arasındakı əlaqə Simfoniya
adlandırılırdı. Əslən Qeysəriyyə şəhərindən olan Yosebius tərəfindən
yaradılmış bu quruluş İmperator üçün daha böyük ixtiyar nəzərdə
tuturdu. Qeyd etmək lazımdır ki, kilsənin də özünəməxsus ixtiyarları
var idi. Rusiyada da, dinlə dövlət arasındakı əlaqə möhkəm idi və Çar
hökuməti zamanında Moskva kilsəsində Çarın tacqoyma mərasimini
baş Yepiskop həyata keçirirdi.
1535-ci ildə Səkkizinci Henri və bəzi yepiskopların səyi ilə
katolik kilsəsindən ayrılmış İngiltərə kilsəsində də şah həm dini, həm
də dünyəvi məsələlər üzrə ən yüksək şəxs hesab edilirdi. İngilis kilsə-
sinin yaradıcısı olan Səkkizinci Henrinin özü həm şah, həm də ruhani
idi. Amma, onun canişinləri və varisləri şahlıq edirdilər və özlərin ən
ali dini rəhbər olduqları üçün Yepiskopların ən böyüsünü dini sahəyə
rəhbər kimi təyin edirdilər.
İngiltərə şahlığının tərəfdarları 17-ci əsrdə şahlıq gücündən və
qüdrətindən yararlanmaq üçün İlahi hüququn mövcud olmasına ina-
nırdılar. Parlament tərəfdarları isə onların belə fikirlərinə qarşı çıxa-
raq siyasi qüdrətin insanların iradəsi ilə meydana çıxmasını bildirir-
dilər. 1643-1715-ci illərdə Dördüncü Luinin hakimiyyəti illərində
(Onun hakimiyyəti 72 il davam etmişdir və bu Avropa tarixində ən
uzun hakimiyyət kimi hesab olunur) şahın İlahi hüquqa bağlılığı kəs-
kin şəkildə gözə çarpır və bu sonda Fransa inqilabının meydana çıx-
ması ilə nəticələndi.
Dostları ilə paylaş: |