329
landırılmasını qəbul edirlər. Çünki, bütün müsəlmanlar dini alimləri
“müsəlman” adlandırırlar.
12-8. Ruhani
Dünyadan mövcud olan dinlərin əksəriyyətində ruhanilər möv-
cuddur. Yəni dünyada mövcud olan bütün cəmiyyətlərdə kahin və ke-
şiş ləqəbini öz üzərinə götürən, Tanrı ilə insanlar arasında vasitəçilik
missiyasını boynuna götürən təbəqə mövcuddur. Bu dindar təbəqənin
imtiyazları olduğu kimi bəzi məhrumiyyətləri də vardır. Dini mıra-
simlərə başçılıq etmək belə imtiyazlardan biri sayıldığı kimi ailə hə-
yatı qurmaqdan və mülk sahibi olmaqdan boyun qaçırtmaq da məh-
rumiyyətlərdən biri kimi qəbul edilir.
Ruhani din aləmində fərqlənə bilər. Yəni, din alimi ilahiyyat üz-
rə mütəxəssisdir. O, həmən dinin elmi sahələrində dərs deyə və dini
təlimlər sahəsində kitab və məqalə yaza bilər. Belə bir şəxs ruhanilik
vəzifəsinə təyin olunduqadan sonra dini mərasimlərə rəhbərlik etmək
icazəsini də almış olur və qeyd etdiyimiz vəzifəyə təyin olunmadıqda
belə bir iş üçün hüququ olmur.
Bəzi adi məsələlər belə hər hansı bir dində ruhanilərin üzərinə
düşən öhdəliklərdən biri kimi qəbul oluna bilər. Məsələn; yəhudilik
və xristyanlıqdakı evlilik məsələsi. Yəhudi ruhanilərinin müxtəlif,
eyni zamanda olduqca qeyri-adi öhdəlikləri Tövratın Levilər bölü-
mündə qeyd olunmuşdur. Xristyanlıqda olduqca müqəddəs əməl he-
sab olunan və böyük əhəmiyyət kəsb edən evlilik məsələsi keşişin və
yaxud yepiskopun kəbin kəsmə mərasimini kilsədə icra etdiyi zaman
düzgün hesab edilir və qəbul olunur.
Dünya dinlərinin əksəriyyətində ruhani vəzifələrinin əksəriyyəti
və ən əsası da ibadət müqəddəs məbədlərdə həyata keçirilir və bu mü-
qəddəs məkanlardan xaricdə baş tutan ibadətlər düzgün hesab edilmir.
Dini elmlərə yiyələnmək və bü sahədə ixtisaslaşmaq heç bir dəs-
tənin və yaxud təbəqənin ixtiyarında deyildir. Hamı, istər kişi, istərsə
də qadın və bu dinə etiqadı olmayan insanlar belə həmən dinin müx-
təlif elmlərini öyrənə bilərlər. Qadının ruhani olması və hər hansı dini
330
mərasimləri icar etməsi məsələsi sahəsində bəzi ixtilaflar mövcuddur.
Məsələn, xristyan dininin müxtəlif firqələrində qadının keşiş və ya-
xud yepiskop olması sahəsində fikir ayrılıqları mövcuddur. Protestant
firqələrinin əksəriyyəti bunun mümkün olmasını bildirirlər.
1
İslam dinində ruhani anlamı mövcud deyildir və elə bu səbəbdən
də, ruhani məfhumunu dərk etmək müsəlmanlar üçün olduqca çətin-
dir.
2
İslam dininin alim və fəqihləri bizlərə bu dindən möminin bir-
başa olaraq Allahla təmasda olmasını öyrətmişlər və xristyanlıqdan,
eləcə də, bir çox dinlərdən fərqli olaraq insan tək başına da namaz
qıla və ibadət edə bilər. Cəmaat namazı üçün də ruhaniyə ehtiyac
yoxdur və camaat namazı qıldırmaq üçün həmən şəxs üç şərtə əməl
etməlidir: Ədalətli olmalıdır, Həmd və Surəni düzgün oxumağı ba-
carmalıdır və namazın məsələləri ilə tanışlığı olmalıdır.
Amma İslam dinində “Alim” mövcuddur və dini elmlərin daxili-
nə gedərək araşdırmaq, Qurani-Kəriminin əmrinə uyğun olaraq (Töv-
bə surəsi, 122) “din barəsində düşünmək” vacib məsələlərdən biridir.
Digər tərəfdən, fiqh alimini təqlid etmək hər bir müsəlmanın şəri və-
zifəsidir. Bu hər bir ağıllı insanın hər bir sahədə həmin sahənin
ekspertinə müraciət etməsinə bənzəyir. Alimə iqtida etmək də daha
yaxşı hesab olunur.
Dünyadakı bütün dinlərdə, o cümlədən xristyanlıqda namaz yal-
nız məbəddə yerinə yetirilməlidir və namazın başqa məkanda həyata
keçirilməsi mümkünsüzdür. Amma İslam dinində yer üzünün hər bir
məkanı məbəd kimi qəbul olunur.
1
Bir neçə il bundan öncə Anqlikan kilsəsi xanımların keşiş olmasına icazə verdi. Bu
fətva həmən kilsənin bir çox ruhanilərinə ağır gəldiyi üçün Anqlikan kilsəsini tərk
edərək katolikliyi qəbul etdilər. Anqlikan kilsəsindən gələn ruhanilərin həyat yoldaş-
ları var idi və bu məsələ bəzi arzuolunmaz problemlər yarada bilərdi. Çünki, katolik
ruhani subay olmalıdır. Amma, Roma Papası onlara ailəli olmalarına baxmayaraq
katolikliyi qəbul etməyə icazə verdi. Bu qərar bir çox katolik ruhanilərinin etirazları
ilə üzləşdi. Onlar bildiridilər ki, əgər ruhaninin həyat yoldaşı ola bilərsə bəs bizim
niyə xanımımız olmasın?
2
Maraqlısı budur ki, son əsrdə din alimlərini və dini təhsil alan tələbələri “Ruhani”
adlandırırlar. Qeyd etmək lazımdır ki, bu söz artıq adət halını almışdır və heç bir
xüsusi məna kəsb etmir.
331
13. Axirəttanıma
Dünyanın sonu barəsində bəhs edən sahə (qayıdış və qiyamət)
“Axirəttanıma” (Eschatology) adlandırılır. Qayıdışın qiyamətin özü
olması barəsində yəhudilikdə və islamda iki müxtəlif nəzəriyyə möv-
cuddur. İslam dinindəki bəzi nümunələri sizin diqqətinizə çatdıraq:
Şiyələr həm qayıdışa, həm də qiyamətə inanırlar. Halbuki, əhli-sün-
nət yalnız qiyamətə inanırlar. Elə bu səbəbdən də, şiyələrin “rəcət”
qayıdış kimi təfsir etdikləri bəzi Quran ayələrini əhli-sünnət qiyamətə
aid edirlər.
1
Xristyanlar rəcətlə qiyamətin bir olmasına inanırlar və
onların Tanrı kimi qəbul etdikləri Həzrət İsa Məsihin (ə) ikinci dəfə
qayıdacağını və min illik hökumət yaradacağına inandırlarını vurğu-
layırlar. O Həzrət insanların sonuncu mühakiməsi üçün qiyamət yara-
dacaq və onları cənnətə və yaxud cəhənnəmə göndərəcəkdir. Yəhudi-
lər ümumiyyətlə yalnız bəzi insanların yenidən diriləcəyinə inanırlar
və rəcətlə qiyamət arasındakı bağlantı barəsində elə də yaddaqalan
nəzərlər söyləmirlər.
13-1. Dünyanın sonu barəsindəki dəhşətli xəbərlər
Dünyanın sonunun çatması bəşəriyyətin diqqətini özünə cəlb
edən ən mühim məsələlərdən biri olmuşdur və dünyanın sona çatması
barəsində verilən məlumatlarda olduqca dəhşətli və narahat edici xə-
bərlər mövcud olmuşdur. Yəhudilikdə bu fitnələr o qədər dəhşətli də-
rəcədə qeyd olunmuşdur ki, keçmiş zamanlarda yəhudi böyüklərinin
əksəriyyəti dünyanın sonunun yaranması üçün lazım bilinən hazır-
lıqların qorxusundan Məsihanın onların zamanında zühur etməməsi-
nə dua edirdilər. Qeyd etmək lazımdır ki, xristyanlıqda dünyanın so-
nu çatanda şeytan yenidən azadlığa qovuşur və dünyanın hər yerində
fitnə-fəsad törədir, zalım insanları sayı çoxalır və dünyanın hər yerin-
1
Məsələn Nəm surəsinin 83-cü ayəsində hər bir ümmətdən bir dəstənin həşr oluna-
cağına və ayağa qaldırılacağına işarə edilmişdir. Halbuki, Kəhf surəsinin 47-ci ayə-
sində bütün insanların istisnasız olaraq dirildiləcəyinə işarə edilmişdir.
Dostları ilə paylaş: |