332
də qanlı müharibələr başlayır. Dünyanın
sonu barəsində verilən dəh-
şətli və qorxulu xəbərlər İncillərdə bu formada qeyd olunmuşdur:
“İsa məbəddən çıxıb gedirdi. Lakin şagirdləri ona yaxınlaşıb
məbədin binalarını gəstərmək istədilər. İsa da cavab verib onlara de-
di: “Bütün bu şeyləri görürsünüzmü? Doğrusun sizə deyirəm: Bura-
nın daşı üstündə daş qalmayacaq, hər şey məhv olacaqdır.” İsa Zey-
tun dağında oturarkən, şagirdləri təklikdə Onun yanına gəlib dedilər:
“Bizə söylə görək bu şeylər nə zaman olacaq? Sənin gəlişinin və dün-
yanın sonunun əlaməti necə olacaq?”İsa cavab verib onlara dedi:
“Diqqətli olun ki, kimsə sizi aldatmasın. Çünki, bir çoxları: “Məsih
mənəm”-deyə mənim adımla gələcək və çox adamları aldadacaqlar.
Siz müharibə barədə və hərbi şayiələr eşidəcəksiniz. Baxın, dəhşətə
gəlməyin; çünki, bunların həyata keçməsi qaçılmazdır. Ancaq bu hələ
son deyil .Çünki, millət millətə, padşahlıq padşahlığa qarşı qalxacaq;
bəzi yerlərdə qıtlıqlar və zəlzələlər olacaqdır. Bütün bunlar isə yalnız
ağrıların başlanğıcıdır. O zaman sizə əziyyət verib öldürəcəklər və
mənim adıma görə bütün millətlər sizə nifrət edəcəklər. O zaman bir
çoxları büdrəyib bir-birini ələ verəcək və bir-birinə nifrət edəcəklər.
Bir çox yalançı peyğəmbərlər qalxıb çoxlarını yoldan çıxaracaqlar.
Bu fəsad çoxaldığından bir çoxlarının sevgisi soyuyacaqdır. Fəqət
sona qədər dözən qurtulacaqdır. Padşahlıq haqqında olan bu müjdə
millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaq-
dır və son zaman gələcəkdir. Beləliklə, Danial peyğəmbərin bəhs et-
diyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu gördü-
yünüz zaman. Yəhudeyada olanlar dağlara qaçsınlar. Damda olan
evindən əşya götürməyə enməsin. Və tarlada olan da əbasını götür-
mək üçün geri dönməsin. Fəqət o günlərdə boylu və əmzikli olanların
vay halına! Dua edin ki, qaçmanız qışda və ya bir şənbə günündə ol-
masın. Çünki, o zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dün-
yanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır.
Əgər o günlər qısalmasaydı heç bir insan xilas olmazdı. Fəqət seçil-
miş olanlar naminə o günlər qısalacaqdır. Əgər o zaman kimsə sizə:
“Budur, Məsih burdadır, yaxud ordadır deyərsə inanmayın. Çünki,
yalançı Məsihlər və yalançı peyğəmbərlər qalxıb böyük əlamətlər və
334
cək”. Və öz yoldaşlarını döyməyə və sərxoşlarla yeyib-içməyə başlar-
sa o qulun ağası onun gözləmədiyi bir gündə və bilmədiyi bir saatda
gələcək. Və onu iki yerə böləcək və ikiüzlülərlə eyni aqibətə uğrada-
caq. Orada ağlaşma və diş qıcırtısı olacaq.” (Matta 24:1-51)
Müsəlmanlar da “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” –
demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanır-
lar?”
1
ayəsini əllərində rəhbər tutaraq həmişə dünyanın axırında mey-
dana çıxacaq fitnələrə görə narahat olmuşlar. Ümumiyyətlə “Fitnə”
termini də islam dininin yarandığı vaxtdan müsəlman
aləmində və ür-
fündə mövcud olmuşdur. Islam dünyasının ən qədim hədis kitabların-
da və toplularında, o cümlədən “Hicri-Qəməri tarixilə 3-cü əsrdə qə-
ləmə alınmış “Səhih Buxari” əsərində “Fitnə kitabı” adlı bölüm də
mövcuddur. Bu bölümdə dünyanın sonunda meydana çıxacaq çax-
naşmalar barəsində söz açılır. Belə hədislər “Məlahim” adlandırılırlar
və bu sözün lüğətdəki mənası müharibələrdir.
13-2. Dinlərdə vədəsi verilmiş xilaskarlar
Dünyanın bütün məşhur dinlərində barəsində vədə verilmiş xilas-
kar mövcuddur və bu şəxsiyyətlərin hər birisinin öz adı və xüsusiyyəti
vardır. Sonuncu xilaskarlardan öncə gələcək şəxsiyyətlər də, o cümlə-
dən İlyas (ə), Həzrət İsa (ə), Seyyid Həsəni və sair, sonuncu xilaskarla
mübarizə aparacaq adamlar, məsələn Dəccal, Süfyani və başqaları da
müxtəlif dinlərdə müxtəlif formalarda qeyd olunmuşdur. Müxtəlif din-
lərin davamçılarının öz xilaskarları barəsindəki düşüncələri onların öz-
lərinin bu sahədəki düşüncələrinin güclü və yaxud zəif olmasından ası-
lıdır. Yəhudilər hökumətlərinin Buxtunnasr
tərəfindən süquta uğratma-
sından sonra və xristyanlar Konstantinin köməkliyi ilə ilk dəfə dövlət
yaratmasından öncə xilaskarın gəlməsini gözləmişlər. Müsəlmanlar
arasında isə dövlət başında olmayan şiyələr dövləti əllərində saxlayan
əhli-sünnətdən daha çox sonuncu xilaskarın intizarında olmuşlar.
1
Ənkəbut surəsi, ayə 2