Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə88/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   84   85   86   87   88   89   90   91   ...   113

 278 
Digər tərəfdən çoxallahlılığa inanan insanlar öz etiqadlarına belə 
açıqlama verirlər ki, onların çoxlu sayda tanrılarından birinin məqamı 
digərlərindən daha yüksəkdir. Elə bu səbəbdən də, o biri tanrılar onun 
mələkləri və vasitəçiləri rolunu daşıyırlar. Yalnız  İbrahimi dinlərdə 
bütün mələyin yerinə Allahın köməkçisi olması  məsələsi qəbuledil-
məzdir. Qurani-Kərimdə bu barədə belə buyurulur: 
ْﻢُﺘﻧَأ ﺎَهﻮُﻤُﺘْﻴﱠﻤَﺳ ءﺎَﻤْﺳَأ ﱠﻻِإ ِﻪِﻧوُد ﻦِﻣ َنوُﺪُﺒْﻌَﺗ ﺎَﻣ
 
ٍنﺎَﻄْﻠُﺳ ﻦِﻣ ﺎَﻬِﺑ ُﻪّﻠﻟا َلَﺰﻧَأ ﺎﱠﻣ ﻢُآُؤﺂَﺑﺁَو
 
“(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özün-
dən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlar-
dan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edil-
məsinə dair) heç bir dəlil nazil etməmişdir.”
1
   
İnsan vəhy olmadan tövhidlə  şirk arasındakı  sərhədi təyin edə 
bilməz.  “Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzu-
runda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanma-
sını xahiş) edə bilər?(Bəqərə surəsi, ayə 255) 
Tövhidə inananlar hər şeydən əzəmətli olan və insanın təsəvvü-
ründən belə çox yüksəklərdə dayanan Allaha inanırlar. Onların eti-
qadlarına  əsasən Allahın elmi və qüdrəti sonsuzdur və onlar dini 
mətnlərdə bu nəzəriyyəyə zidd yazılmış hər bir sözü məcazi mənada 
açıqlamağa çalışırlar.  
Müşriklərin bəziləri “Allah o qədər böyük, əzəmətli və pakdır ki, 
maddi dünya ilə heç bir əlaqəsi yoxdur. Elə bu səbəbdən də, öz istək-
lərimizə çatmaq üçün onun şəriklərindən kömək istəməliyik” kimi fi-
kirləri irəli sürürlər. Onlar belə mövcudları dünya işlərini həyata ke-
çirən işçilər kimi adlandırmağa çalışırlar və gündəlik tələbatların ödə-
nilməsi üçün onlara müraciət olunmağın vacibliyini vurğulayırlar. 
Əzəmətli peyğəmbərlər bu şəriklərin Allah tərəfindən təyin olunma-
dıqlarını və elə bu səbəbdən də, onların heç bir qüdrətə sahib olma-
dıqlarını, onlara sitayiş olunmamağı  və onlardan kömək istəməməyi 
bildirmişlər.  
 
                                                 
1
 Yusif surəsi, ayə 40 


 
279
10-2. İnsanlara oxşarlığı və insani sifətlərdən uzaq olması 
İbrahimi dinlər yaradndığı ilk dövürlərdə  fəlsəfə ilə o qədərdə 
yaxşı  əlaqədə deyildilər və elçi Pavlos öz davamçılarına xəbərdalıq 
verərək belə deyirdi:  
“Diqqətli olun ki heç kim sizi fəlsəfə və yalnış hiylələrlə yoldan 
çıxartmasın (Kolusiyalılara məktub, 2:8) 
Kilsənin ilk Papalarından olan Tertuliyan (Tertulian) belə demiş-
dir: “Afinanın Urşəlimlə nə əlaqəsi var?”
1
 
Amma çox keçmədən bütün İbrahimi dinlərin davamçıları bir-
birinin arxasınca fəlsəfəyə tərəf getdilər və fəlsəfə də onlara tərəf gəl-
di. İlkin fəlsəfə kəlam elminin əsasını qoydu və bu hadisə də öz növ-
bəsində bütün müsəlmanların təşvişə düşməsinə  səbəb oldu.
2
 Daha 
sonra isə  fəlsəfə özü meydana çıxdı, yəhudi, xristyan və islam fəl-
səfələrinin əmələ gəlməsilə çaxnaşma yarandı. Ondan sonra İbrahimi 
dinlərin davamçılarının əksəriyyəti Allahı tanıma mövzuları sahəsin-
də fəlsəfənin köməyindən yararlanmağa başladılar.  
Fəlsəfi bəhslərdə adətən maddi və qeyri-maddi varlıqdan, mate-
riyadan söz açılır. Amma insan yalnız maddə və təbiəti təsəvvür et-
mək bacarığına malikdir və qeyri-maddi həyata, təbiətdən kənarda 
olan məsələlərə inansa bu barədəki bütün təsdiqləyici dəlilləri onun 
təsəvvürü çərçivəsinə sığmayacaqdır. Ən çoxu isə o sirli aləmdən in-
kar sözlərindən istifadə etməklə söz açacaqdır. Elə bu səbəbdən də, 
Allah-Taala, mənəvi məsələlər və əqlani bəhslər barəsində söz açan-
da söz qıtlığı ilə üzləşirik. Həqiqətdə isə bütün bu bəhslərdə gündəlik 
həyatımızda istifadə etdiyimiz adi sözlərdən yararlanırıq və bu 
məsələ də bizim üçün bəzi çətinliklər yaradır.  
Allah-Taala barəsindəki yaranmış  hər bir təsəvvür (məsələn o 
müqəddəs zatın mövcudluq təsəvvürü), hər bir davranış (məsələn, 
ona sitayiş etmək), hər bir söz (məsələn Allahla insan arasındakı əla-
qəni çatdırmaq üçü istifadə olunan “Ağa və qul”, “Ata və oğul” söz-
                                                 
1
 Bidətçilərə rədd cavabı, 7 
2
 Sələfilər hələ də kəlam elminin müsəlmanlar arasında əmələ gəlməsindən narahat-
dılar.  


 280 
ləri) Allahın insana bənzədilməsi (Anthropomorphism) təəssüratını 
yaradır. Bu məfhumları anlamaq üçün isə insan ağlı müqayisə yolun-
dan yaralanır və bununla nəticəyə çatır.
1
 
Onda yəhudilərin və xristyanların müqəddəs kitabları Allah-Taa-
lanın güləşmək
2
 məsələsini meydana çıxartmaqdan çəkinmirsə Qura-
ni-Kərim də bəzi məqamlarda Allahın pak zatına məkr, hiylə, intiqam 
kimi hissləri aid edə bilər. Qurani-Kərim eləcə də, Allahın ona əziy-
yət verənləri cəzalandıracağını, möminlərin ona kömək etmək məc-
buriyyətində olmalarını, ona borc vermələrini və xəyanətdən ona sı-
ğınmaları kimi məsələləri də qeyd etmişdir. Eləcə də, Allahın taxtda 
oturması, onun göydə olması, pərvərdigarın gəlməsi, qiyamət günü 
ona baxilması və ələ, gözə, üzə və kürəyə sahib olması kimi bəzi fi-
kirlərin Qurani-Kərimin bəzi ayələrində qeyd olunması Allahı cis-
manləşdirənlərin əlində şüar olmuşdur. Hədis əhli həmin sözlərin za-
hiri mənası ilə kifayətlənərək birbaşa olaraq cismi olmayan varlığın 
“Mövcud” olması mümükün deyildir fikirlərini söyləmişlər. Halbuki, 
Şiyələr və Mötəzililər Həzrət  Əmirəlmöminin  Əlinin (ə) bələdçiliyi 
ilə bu sözləri daha geniş şərh etmişlər və onlara çox münasib açıqla-
malar vermişlər.
3
 Əş’ərilər də illər boyunca yavaş-yavaş  Hədis  əhli-
nin belə dini etiqadlarından uzaqlaşaraq şiyələrin və mötəzililərin bu 
                                                 
1
 İnsanın materialist düşüncəsi İlahi vəhyin köməyi olmadan dünyada baş verən təbii 
hadisələri (məsələn, sevinci, qəmi, xoşbəxtliyi, bədbəxtliyi, hamı tərəfindən sevilmə-
yi, bədnamlığı, ehtiyacsızlığı, ehtiyaclı olmağı, sağlamlığı, xəstəliyi, ömrün uzun və 
yaxud qısalığını, ruzinin çox və yaxud az olmasını, sel, zəlzələ, quraqlığı, təhlükəni 
və başqa məsələləri)insanla Allah arasındakı möhkəm bağlılığı nəzərə almadan açıq-
laya bilməz. Yəhudiliyin, xristyanlığın və islamın müqəddəs kitabları, xüsusən də 
Qurani-Kərim yuxarıda qeyd etdiyimiz hadisələri bəşəri fəlsəfənin köməkliyi ilə əcr, 
savab, əzab və s. kimi açıqlayır və bunların hamısının əxlaqa və mənəvi aləmə aid 
olduğunu bildirir.  
2
 Yaranış, 32:24-32 
3
 Kəlam elmi alimlərinin əksəriyyəti Hədis əhli ilə müxalif olduqlarını bildirmişlər. 
Onlar Allahdan başqa hər bir varlığın, hətta mələklərin belə cismə malik olduqlarını 
bildirdilər. Məad və axirət dünyası barəsindəki ayələrin də zahirən  şərh olunmağa 
ehtiyacı vardır, amma müsəlmanların  əksəriyyəti belə ayələri məcazən  şərh etmək-
dən çəkinmişlər və məadın cismən olacağını rəsmi şəkildə qəbul etdilər. Məadın və 
axirət dünyasının ruhi olacağına inanmaq İslam cəmiyyətində həmişə məhkum olun-
muşdur.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə