Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə84/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   80   81   82   83   84   85   86   87   ...   113

 266 
günahkar deyillər və onları belə olmalarına görə  cəzalandırmaq 
mümkün deyildir.
1
 
İmam Xomeyninin nöqteyi nəzərindən həmin dinlərin avam 
olmayan təbəqəsi də öz səhv və batil dinlərinə qapandıqları üçün 
avam təbəqədən seçilmirlər. Amma bir fərq var ki avam olmayan tə-
bəqənin üzrü qəbul olunmayacaq. Ola bilsin bunun səbəbi alimin 
üzərinə düşən vəzifə və öhdəliyinin daha ağır olmasıdır. İmam Cəfər 
Sadiq (ə) buyurur: “Alimin bir günahı bağışlanana qədər cahilin yet-
miş günahı bağışlanar”.
2
 İmam Xomeyni digər dinlərin avam olma-
yan təbəqəsi barəsində bu sözləri vurğulayır: 
“Amma onların avam olmayanları uşaqlıqdan başlayaraq yeni-
yetməlik və gənclik dövürlərində də küfr mühitində yaşadıqları üçün 
öz səhv dinləri sahəsində etiqad sahiblərinə çevrilmişlər. Belə ki on-
lara müxalif olan hər bir şeyi uşaqlıqdan səhv müstəvidə qurulmuş 
ağılları ilə  rədd etməyə  və ümumiyyətlə  qəbul etməməyə çalışırlar. 
Deməli yəhudi və xristyan alimləri müsəlman alimi kimi başqalarının 
gətirdikləri dəlil və sübutları  qəbul etmirlər həmən dəlillərin batil 
olması təxminən zərurilik mənası daşıyır. Çünki onun dini və məzhəbi 
özü üçün çox zəruridir və buna qarşı olan heç bir məsələni qəbul 
etmir”
3

Amma eyni zamanda biz bəzi dinlərin davamçılarının inadkar-
lıqlarına və təəssübkeşliklərinə də biganə qalmamalıyıq: 
“Sözsüz ki onların arasında müqəssir insanlar, yəni dininin səhv 
olduğu halda təəssübkeşlik və inadkarlıq üzündən buna təkid gös-
tərən insanlar da mövcuddur. Belə insanlar İslam dininin ilk illərində 
yəhudi və xristyan dinlərinin alimləri arasında da mövcud idi.”
4
  
İmam Xomeyni sözünün sonunu belə bitirir: 
“Sonda qeyd etmək lazımdır ki, müsəlman aləmində olduğu kimi 
kafir aləmində də bəzi insanlar müqəssir deyillər və belə insanlar ək-
                                                 
1
  Əl Məkasibul Muhərrəqə, cild 1 səh 133 
2
 Üsuli Kafi, cild 1, səh 47 
3
 Əl Məkasibul Muhərrəqə, cild 1 səh 133 
4
 Əl Məkasibul Muhərrəqə, cild 1 səh 134 


 
267
səriyyət təşkil edirlər. Amma, bəziləri isə müqəssirdirlər və hər bir işi 
anlamlı  şəkildə  həyata keçirirlər.  Şübhəsiz ki, öhdəliklər birinci və 
ikinci dərəcəli olur və  istər alim olsun, istər cahil, istər müqəssir ol-
sun, istər olmasın hamıya müştərək şəkildə aid edilir. Kafirlər üzəri-
lərinə düşən öhdəliklərin birinci və ikinci dərəcəli olmasına uyğun 
olaraq cəzalandırılacaqlar. İslam dinində müsəlmanların bilərəkdən 
və bilməyərəkdən etdiyi günahlara görə ədalətin tam bərqərar olun-
ması  şərtilə  cəzalandırılacaqdır. Dingər dinlərdə  də  vəziyyət eynilə 
belədir”
1
  
İmam Xomeyninin nəzərini təsdiq məqsədi ilə  İmam Muhəm-
məd Qəzzali və  Əllamə  şəhid Mütəhhərinin sözlərini sizin diqqəti-
nizə çatdırmaq istəyirik. Qəzzali deyir: 
“İnsanların əksəriyyəti uşaq yaşlarında iman gətirmişlər və on-
ların bu dini təsdiqləmələrinin səbəbi ata-babalarını və müəllimlərini 
təqlid etmələri olmuşdur. Çünki uşaqların həmin insanlara qarşı 
müsbət fikirləri və sevgiləri çox güclü olmuşdur. Eləcə  də, onların 
özləri də özlərini çox tərifləmişlər, onlara qarşı çıxan insanlar barə-
sində pis sözlər demişlər, onların inandığı  məsələlərə etiqadları ol-
mayan şəxslərin başlarına gələn bəlalar barəsində danışmışlar, han-
sısa yəhudinin qəbrində it cildinə düşməsini, hanısısa kafirin qəbrin-
də donuza çevrilməsini bildirərərk yuxular üzərində qurulmuş nağıl-
lar və rəvayətlər nəql etmişlər. Buna bənzər məsələlərə görə uşaqla-
rın qəlbində digər dinlərin və etiqadların nümayəndələrinə qarşı nif-
rət baş qaldırmışdır. Beləliklə də, bütün başqa din və etiqadlar onla-
rın qəlbindən silinmişdir. Çünki, uşağın qəlbi və düşüncəsi təmiz ol-
duğundan ona öyrədilmiş hər bir məsələ daş üzərində yazılmış yazıya 
bənzəyir. Uşaqlar böyüdükcə onların düşüncə etibarı ilə ətiqad dərə-
cələri də dini etiqadları da böyüyür və bu dini əqidələr həmən şəxsin 
beynində  və  qəlbində möhkəmləşir. Həddi-büluğa çatanda isə onun 
qəlbində heç bir şəkk bəsləmədiyi dini etiqadları daha da möhkəm-
lənir və öz əqidəsində qalır. Elə bu səbəbdən də, xristyanların, yəhu-
                                                 
1
 Əl Məkasibul Muhərrəqə, cild 1 səh 134 


 268 
dilərin, zərdüştlərin və müsəlmanların hamısı ata-babalarının düz və 
yaxud səhv əqidələrində qalırlar, bu əqidələrlə həddi büluğa çatırlar. 
Onlar öz istər düz, istərsə də yalnız olan dini əqidələrinə elə bağla-
nırlar ki, bu yolda tikə-tikə doğranmağa razı olurlar. Halbuki, dinlə-
rinin nə  dərəcə düzgün olub-olmamaları barəsində heç bir əminlik-
ləri yoxdur. Eləcə  də, müşrik nökərlərin və  kənizlərin yalnız  İslam 
dinini tanımadıqları halda əsir tutulduqlarının şahidi oluruq. Müsəl-
manlar tərəfindən  əsir götürüldükdən sonra bir müddət onlarla ya-
şayırlar, onlarda İslam dininə qarşı sevgi və istək artır, müsəlmanlıq 
əqidəsini qəbul edirlər və onların əxlaqlarını, davranışlarını öyrənir-
lər. Sadaladıqlarımız bütün bu məsələlər təqlid və davamçılıq 
düşüncəsi  əsasında meydana çıxır. Uşaqların və yeniyetmələrin tə-
biətləri belə məsələlər üçün daha məqsədəuyğundur. Bəhsimizdən be-
lə məlum oldu ki, möhkəm dini təsdiqə çatmaq üçün yalnız ilahi dəlil-
lərdən istifadə edilmir.”
1
 
Şəhid Murtəza Mütəhhəri də “İlahi ədalət” kitabının “Müsəlman 
olmayan şəxsin xeyirli əməlləri” başlığı altındakı elmi bəhsində belə 
deyir:  
“Biz hər hansı bir şəxsin müsəlman olub olmaması məsələsinin 
dilimizə  gətirəndə  məsələnin həqiqi tərəfini nəzərimizdə saxlamırıq. 
Coğrafi nöqteyi-nəzərdən bir regionda yaşayan və müsəlman ata-ba-
balarının yolunu davam etdirərək onları  təqlid edən şəxsləri də mü-
səlman adlandırırıq. Eləcə  də, başqa bir mühitdə yaşayaraq boya-
başa çatmış, öz ata-babalarının dinlərini davam etdirərək insanları 
isə qeyri-müsəlman adlandırırıq.  
Bu dünyada yaşayan bütün insanların nöqteyi-nəzərlərdən, istər 
müsəlman, istər qeyri-müsəlman, istərsə də kafir nəzərindən  dəyərsiz 
olmasını anlamaq lazımdır. Bizim əksəriyyətimiz təqlid yolu ilə  və 
coğrafi baxımdan müsəlmanıq. Bizim əksəriyyətimiz ata-babalarımı-
zın müsəlman olması  səbəbindən və müsəlmanlaqrın yaşadığı mü-
hitdə dünyaya gəlməmiz səbəbindən müsəlmanıq. Əslində ən dəyərli-
                                                 
1
 İlcamul Ulumənil elmul kəlam, səh 115-116 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə