Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə83/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   79   80   81   82   83   84   85   86   ...   113

 
263
4. Düzgünlüyü  
Dünyada müxtəlif dinləri mövcud olmasını nəzərə alsaq həmən 
dinlərin düzgünlüyü barəsində üç məşhur baxış tərzi mövcuddur: 
1.  Dini xaricedicilik (Exclusivism)-İlahi peyğəmbərlərin və mü-
qəddəs kitabların öz dinlərinin düzgün olması və başqa dinlərin səhv 
olması sahəsindəki baxışı. Bu baxışa əsasən özündən əvvəlki silsiləvi 
dinlər hamısı qəbul olunurlar. Eləcə də, həmin dinlərin davamçıları-
nın öz dinlərinə inanmaları da toxunulmaz qala bilər və sonuncu ola-
raq gəlmiş din özündən əvvəllki dinlərin davamçılarına xüsusi imti-
yazlar da nəzərdə tuta bilər. Amma ən düzgün din kimi özündən sa-
vayi heç bir dini qəbul edə bilməz.  
2.  Dini çoxluqçuluq (Pluralism)-Bəzi sufilərin və irfan əhlinin 
bütün dinlərin düzgünlüyü barəsindəki baxışları. Belə arif və sufilərin 
nəzərincə bütün dinlər düzgündür, heç birində  səhvlik yoxdur və 
sonda onların hamısı insani xilas edəcəklər. Hal-hazırda yaşayan bəzi 
mütəfəkkirlər və ziyalılar da sufilərin bu baxışlarını modernləşdirərək 
yaymağa başladılar. Bəziləri yalnız öz dininin haqq və düzgün olması 
məsələsini qəbul edərək dingər dinlərin düzgün olmasını öz dini ilə 
olan oxşarlıqlar çərçivəsində  qəbul edirlər. Qeyd etmək lazımdır ki, 
belə baxış tərzini ən çox yayılmış baxış kimi birinci gətirmək lazım-
dır. (Dini əhatəedicilik-İncluivism) 
3.  Dinsizlərin, mülhidlərin, ateistlərin və deistlərin bütün dinlə-
rin düzgün olmaması  və başqa bir dünyanın mövcud olmaması  və 
yaxud bu dünya ilə heç bir əlaqəsi olmaması baxışları.  
 
5. Kəlami məsələləri 
Qeyd etmək lazımdır ki, dinlər arası dialoqun və ümumiyyətlə 
heç bir dialoqun nəticəsi olmayacaqdır. Çünki, dialoq zamanı tərəflər 
istədikləri bütün həqiqətləri əldə etdiklərini düşünürlər və qarşı tərə-


 264 
fin isə həqiqəti anlamaqda problemli olduğunu təsəvvür edirlər. İnsan 
ruhunun tanış anlamlarla yaxınlıq hissi yaşaması  səbəbindən onu 
dünyəvi anlam kimi qəbul edir. Elə bu səbəbdən də, dialoqda iştirak 
edən tərəflərin üzərinə düşən vəzifə bu anlamlarla üst-üstə düşən nü-
munələrdən istifadə etməklə məsələni sübuta yetirməkdir. Amma bir 
məsələni unutmamalıyıq ki, dini anlamların əksəriyyəti ümumbəşəri 
deyil. Yəni, biz öz dinimizdən olan anlamları onlarla müqayisə edə 
bilmərik və öz dini təlimlərimizi onlara başa salmaq üçün qeyd olun-
muş məsələlərə müraciət etmək iqtidarında deyilik.  
Əgər dialoqun aparılmasında zərurət güclənərsə bir məsələni 
tam dəqiqliyi ilə bilməliyik ki, bizim məntiqimizlə peyğəmbərlərin 
məntiqi arasında eynilik olsa belə onun bizim qarşı tərəfimiz tərəfin-
dən qəbul olunması mümkünsüzdür. Çünki, bizim qarşı tərəfimiz adi 
insan olarsa məğlub olduğu təqdirdə alimə müraciət etməlidir və alim 
mövcud olduğu təqdirdə özündən öncə yaşamış daha böyük alimlərə 
müraciət edəcəkdir. Sonda bütün alimlərin də onun kimi duşunə-
cəyini görəcəkdir.  
Sözsüz ki, hər bir dində kəlam elmi çox güclü şəkildə inkişaf et-
mişdir və hər bir din öz kəlam elminin köməkliyi ilə özünün düzgün 
və digər dinlərin isə səhv olmasını sübut etməyə çalışır. Hər bir dinin 
davamçıları özlərini həqiqi davamçıları və digər dinlərin davamçıları-
nı isə təqlid edənlər adlandırırlar. Onlar öz dini mənbələrini istədiklə-
ri formada açıqlayırlar, amma başqa dinin nümayəndələrinə bu məsə-
ləni ən zəif şəkildə belə həyata keçirməyə icazə vermirlər.  
Hər bir din müştərək olmayan məsələlərin mənasız və səhv oldu-
ğunu bildirir. Məsələn, hər hansı bir katolik öz dini həyatında “Tan-
rımı yeyirəm” sözündən istifadə etsə başqa bir dinin nümayəndəsi 
onun sözünü heç vaxt anlaya bilməz. Amma, həmən katolik üçün bu 
sözün böyük mənası vardır. Çünki, birincisi həmən katolikin dini 
etiqadına  əsasən “Sonuncu şam yeməyindəki” çörək və  şərab həqi-
qətən
1
 Məsihin əti və qanıdır. İkincisi isə Məsih həqiqətən Allahdır. 
                                                 
1
 Protestanların nəzərincə isə məcazən 


 
265
Beləliklə  də, çörəklə  şərab yeyən  şəxs həqiqətən də Allahı yemiş 
olur. Onun Allahı yeməkdə məqsədi Allahla birləşməsi mənasını da-
şıyır və bir müsəlman, yaxud yəhudi üçün bu cəfəngiyyatdan savayi 
bir məna daşımır. Müştərək məsələlər eynilik təşkil etdiyi şəraitdə 
qəbul olunur. Məsələn, həm yəhudi, həm xristyan, həm də müsəlman 
insanın öz duası vasitəsilə Allahın iradəsini dəyişdirə biləcəyi əqidə-
sini qəbul edir . Eləcə  də, Həzrət  İbrahimin (ə) öz övladını qurban 
kəsmək məsələsini bütün İbrahimi dinlərin davamçıları qəbul edirlər. 
Bütün dinlərin alimləri insanların tam şəkildə qəbul etmələri üçün bu 
məsələləri daha aydın çəkildə bəyan etmək məsuliyyətini öz üzərləri-
nə götürmüşlər.
1
  
Hər bir din öz davamçıları üçün yəqinlik gətirir və müxtəlif mü-
təfəkkirlər öz qiymətli  əsəsrlərində bu məsələni açıqlamağa çalış-
mışlar.  İndi  İmam Muhəmməd Qəzzalı,  İmam Xomeyni və  Şəhid 
Mütəhhərinin  əsərlərində bu barədə qeyd olunmuş  dəyərli fikirləri 
sizin diqqətinizə çatdıracağıq. 
İmam Xomeyni öz bəhslərində müxtəlif dinlərin davamçılarını 
iki dəstəyə, avam və qeyri-avam dəstəyə bölür və yazır: 
“Digər dinlərin avam davamçıları beyinlərini qəbul edə bilmə-
diyi məzhəblərin qarşısında dayanırlar və avam müsəlmanlar kimi öz 
məzhəblərinin düzgün, sair məzhəb və dinlərin səhv olduqlarını qəti 
şəkildə bildirirlər. Deməli bizim dinin avam davamçıları  İslam dini 
mühitində böyüyüb başa çatdıqları  və öz dinlərinin tam düzgün və 
digər dinlərin səhv olduqarını bildirdikləri kimi başqa dinlərin də 
avam davamçıları belə düşünürlər. Bu iki dəstə arasında heç bir fərq 
yoxdur. Onlar belə qətiyyətli və kəskin nəzərə malik olduqlarına görə 
                                                 
1
 Məsələn əhli sünnət üçün Həzrət Mehdinin (ə) mübarək vücudunun qeybdə olması 
məsələsi mümkünsüz və qəbuledilməz bir məsələdir. Amma həmən sünni qardaşımı-
za məsələni başa salmaq üçün əhli sünnətin qəbul etdiyi Xızr peyğəmbərin (ə) 
qeybdə olması  məsələsini misal çəkmək lazımdır.  Bundan sonra artıq o məsələni 
tam formada dərk edəcəkdir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə