Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə82/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   78   79   80   81   82   83   84   85   ...   113

 260 
qoymamışdır. Bir çox dinlərin də adları belə meydana çıxmışdır. Yə-
hudiliyin (Judaism) müəyyənləşdirilmiş adı ata-babaların Yəhuda şə-
hərində yaşayan və bu səbəbdən də, Yəhudi adlandırılan insanların 
dininin adıdır. Amma, təyin olunmuş Xristyanlıq və yaxud Məsihilik 
(Christianity) isə Məsihə aid olduğu üçün belə adlandırılmışdır. Mə-
sihi sözü ümumilikdə  Həzrət  İsa Məsihin (ə) göylərə getməsindən, 
qeybə çəkilməsindən sonra meydana çıxdı (Həvarilərin işləri 11:26) 
və onların yeni yaranmış dinləri “Təriqət” adlandırıldı (Həvarilərin 
işləri 9:2 və 22:4) 
Yəhudilik və Xristyanlıq sözlərinin heç biri müqəddəs kitablarda 
mövcud deyildir. Halbu ki, İslam sözü və bu sözdən  əmələ  gələn 
digər sözlər Qurani-Kərimdə dəfələrlə təkrar olunmuşdur
1
. Çünki İs-
lam dini Həzrət Muhəmmədin (s) zamanında kamala çatmışdır və bu 
səbəbdən də, ilk olaraq digər dinlərdən fərqlənməsi üçün adı bu for-
mada müəyyənləşdirilmişdir.  
Müəyyənləşdirilmiş din adlarından fərqli olaraq təyin olunmuş 
adlarının gözəl və məqsədəuyğun mənası olur və sonuncu peyğəmbər 
üçün “təslim olmaq” mənasını kəsb edən İslam sözünün də seçilmə-
sinin də özəlliyi bundan ibarətdir
2
 
 
3. Sonunculuq və sonrakı dinlərin gəlməsi 
barəsində müjdə 
Yəhudilik, Xristyanlıq və İslam dinləri İbrahimi dinlər (Abraha-
mic Religions) və  vəhy dinləri (Revealed Religions) adlandırılırlar. 
                                                 
1
 Müsəlmanların bəziləri belə iddia edirlər ki, tövhidi dinlərin hamısı ilk olaraq “İs-
lam” adlandırılmışdır və “Yəhudilik” və “Xristyanlıq” dinləri bu dinlərin davamçıla-
rının öz dinlərinə etdikləri təhriflərdən sonra meydana çıxmışdır. Kəlam elmi nöqte-
yi-nəzərindən bu məsələni təsdiq etmək mümkün olsa da, dinləri elmi baxımından 
sübut olunması mümkünsüzdür. 
2
 Avropanın kinli xristyanları orta əsrlərdə “İslam” və “Müslim” sözlərinin əvəzinə 
“Muhammadanism” və “Muhammadan” sözlərindən istifadə edirdilər. 


 
261
Bu dinlər Allah tərəfində göndərilən peyğəmbərlərin (ə) bizlər üçün 
qoyduqları yadigarlardır.  İbrahimi dinlərin hamısı haqq olmalarını 
özlərindən qabaqkı dinlərin verdikləri müjdələrə əsasən təsdiq edirlər 
və eləcə  də, sonuncu olmalarını iddia edərək sonrakı dinləri qəbul 
etmirlər. Belə ki; 
Birinci: Yəhudilər özlərini Allah-Taalanın Həzrət  İbrahimə  (ə) 
verdiyi vədin nəticəsi kimi qəbul edirlər. Xristyanla isə, “Canişinlik” 
(Supersession) nəzəriyyəsini irəli sürərək özlərini Allahın vədəsinin 
davamı kimi qəbul edirlər, Əhdi-Ətiqdə Həzrət İsaın (ə) və Əhdi-Cə-
didin gəlməsi müjdəsini tapmağa çalışırlar. İslam dini də Bəni-İsrail 
peyğəmbərlərinə  və özündən öncə  gəlmiş  səmavi kitablara diqqət 
ayırır və İslam peyğəmbəri Muhəmmədin (s) gəlməsinin bütün səma-
vi kitablarda mövcud olmasını bildirir. (Əraf  surəsi, 157) 
Ikincisi: Yəhudilər nəsx məsələsini, yəni köhnə ilahi qanunların 
Allah tərəfindən yeni qanunlarla əvəz olunmasını  qəbul etmirlər və 
xristyanlar da Əhdi-Cədiddən sonra yeni ilahi kəlamın gəlməsini 
gözləmirlər
1
.  İslam dininin də sonuncu ilahi və  səmavi din olması 
Qurani-Kərimdə  (Əhzab surəsi, ayə 40), müxtəlif hədislərdə qeyd 
olunmuşdur və bütün müsəlmanlar bunu İslam dininin ən zəruri 
məsələlərindən biri kimi qəbul edirlər.  
Bu dinlərin hər üçündə gəlməsi öncədən xəbər verilən xilaskarın 
qayıtması məsələsi mövcuddur. Xilaskarın gəlməsi həmən dinin düz-
gün olmasını  təsdiqləyəcək və gözlənilə xilaskar bu dini qüvvədən 
salaraq yeni din təyin etməyəcək.  
                                                 
1
 Xristyanlar da ilahi qanunların yeniləşməsi məsələsini inkar edirlər və Əhdi-Ətiqdə 
mövcud olan şəriəti Əhdi-Cədiddə olan şəriətin başlanğıcı kimi qəbul edirlər. Buna 
görə də, Tövratda mövcud olan dini əhkamlar xristyanlıqda inkar edilmir, əksinə ön-
cədən nəzərdə tutulmuş plana əsasən inkişaf etdirilir. Pavlos belə deyir: “Allah bizi 
Məsihə çatdırmaq və ədalətli imana sahib malik olmaq üçün şəriət nazil etdi. Amma 
iman gəldi və buna görə  də Allahın  əlinin altında deyilik. Çünki, hamı  İsa Məsihə 
olan imanları vasitəsilə Allahın oğullarına çevriləcəklər.” (Qalatyalılara məktub 
3:24-26) Müsəlmanlar isə bu qanunların artıq köhnə olduqlarını  və qüvvədən düş-
düklərini bildirirlər. 


 262 
Muhəmməd peyğəmbərin (s) sonuncu peyğəmbər olması  mə-
sələsi sahəsindəki etiqad yeni dinlərin meydana çıxması  məsələsini 
sıfıra endirir. Sonrakı dinlər bu yolu açmaq və  məhdudiyyəti götür-
mək üçün daha öncə nazil olmuş  səmavi kitablardaki sözləri səhv 
açıqlayaraq öz dinlərinin zühur etməsi məsələsini belə səhv düşüncə-
lərdə axtarırlar. Elə bu səbəbdən də, xristyanlar Həzrət  İsa Məsihin 
(ə) gəlməsi müjdəsini tapmaq üçün Əhdi-Ətiqi və müsəlmanlar Həz-
rət Muhəmmədin (s) gəlməsi müjdəsini tapmaq üçün Əhdi-Ətiqi və 
Əhdi-Cədidi təfsir edərək araşdırırlar.  
Qeyd etmək lazımdır ki, lazımi  şəxsin adını  və xüsusiyyətini 
tapmaq bir arzu və istək  şəklində qalır, müjdələr tanınmayan adlara 
aid olmağa başlayır. Məsələn; Məsihilər (Matta 1:23) Əhdi-Ətiqə 
müraciət etməklə Emmanuel dünyaya gəlməsi müjdəsini tapırlar 
(Əşiya 7:14) və müsəlmanlar  Əhdi-Ətiqə müraciət etməklə  Şilonun 
gəlmə müjdəsini (Yaranış 49:10) və  Əhdi-Cədidə müraciət etməklə 
Faraqlitin (Yuhanna 14:16) gəlmə müjdəsini aşkarlayırlar. Sonralar 
meydana çıxan digər iddiaçılar da Əhdi-Ətiq, Əhdi-Cədid və Qurani-
Kərimlə belə davranmışlar. Bu prosesdə müxtəlif ümmətlərin 
müqəddəs kitabları təfsirlərinə və izahlarına baxmadan özünəməxsus 
tərzdə təfsir olunmuşlar.  
Bu dinlərin davamçıları özlərindən  əvvəlki dinlərin vaxtlarının 
başa çatması və özlərindən sonrakı dinlərin saxta olmasına inanırlar. 
Elə bu səbəbdən də, xilaskarlığı özlərinə aid edirlər. Bu arada bir 
məsələni də qeyd etmək lazımdır ki, yəhudilik xüsusi qövmün dinin-
dir və bu dində təbliğ məsələsi mövcud deyildir. Yəhudilərin əksəriy-
yəti dünya xalqlarını sionizmə dəvət edirlər. Digər tərəfdən, xristyan-
lıqda və islam dinində təbliğ mövcuddur. Xristyanlar təbliğat işlərini 
missonerlik və müsəlmanlar dəvət adlandırırlar.  
Bir məsələni də qeyd etmək lazımdır ki, yəhudilikdə və xristyan-
lıqda Elçi və  Rəsul sözü dinin təbliği ilə  məşğul olan ilk insanlara 
deyilir (məsələn; “Elçi Daniyal” və “Elçi Pavel”) və yeni din gətirmiş 
şəxslərə aid edilmir.  
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə