Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə87/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

 
275
müxtəlif xalqların dillərini öyərnmək, müqəddəs kitabı həmin dillərə 
tərcümə etmək, rəngarəng təbliğat kitabları hazırlamaq sahələrində 
ciddi formada səy göstərirlər. Dünyanın istismarçı ölkələri də daim 
belə missioner fəlaiyyətlərini dəstəkləmişlər.  
Xristyan missionerlərin əksəriyyəti protestantdırlar. Onlar xəstə-
xanalar inşa etməklə, insanları savadlandırmaqla, insanlar üçün ümu-
mi  əyləncə  və istirahət mərkəzləri təsis etməklə onları xristyanlığa 
dəvət edirlər. Eləcə də, olduqca maraqlı radio-televizya verilişləri ha-
zırlamaqla insanları öz dinlərinin sıralarına gətirmək üçün çalışırlar.  
 
9. Allahın qüdrət dini, Allahın məhəbbət dini və 
Allahın rəhmət dini 
Xristyanlar təxminən 2 min il bundan öncə Həzrət İsanın (ə) zü-
huruna qədər yəhudiliyin Allahın nəzəri altındakı din olmasını qəbul 
edirlər. Amma, bundan sonra, yəni Həzrət İsanın (ə) zühurundan son-
ra İlahi feyz artıq xrityanlığa aid olunmağa başladı. Müsəlmanlar da 
özlərindən öncə mövcud olmuş dinlərin haqq dini olmasını  qəbul 
edirlər, amma İslam dinin bütün bu dinlərin hamısını qüvvədən saldı-
ğını bildirirlər.  
Digər tərəfdən isə qeyd etmək lazımdır ki, yəhudilik Allahın 
qüdrət dini, xristyanlıq Allahın məhəbbət dini və İslam Allahın rəh-
mət dinidir. 
Yəhudilik Allahın qüdrət dinidir, çünki Allah-Taala bir çox hal-
larda bu qövmün xeyrinə işlər görmüşdür. Məsələn, onlar Misirdə Fi-
ron və onun ətrafındakıların təzyiqi altında yaşayanda onları Qırmızı 
dənizdən keçirtdi və Fironun ordusunu isə suda batırdı. Daha sonra 
Sina səhrasında öz nemətlərini onlara əta etdi.  
Xristyanlıq Allahın məhəbbət dinidir, çünki xristyanların nəzə-
rincə Allah öz məhəbbəti üzündən özünü bəşər övladına göstərmişdir. 
Qeyd etmək lazımdır ki, xristyanlar “İnsanın Allaha məhəbbəti” 
mövzusundan daha çox “Allahın insana olan məhəbbəti” mövzusu 


 276 
barəsində danışmağı sevirlər. Xristyan irfani ədəbiyyatında Allah 
aşiqdir və insan məşuqdur.  
İslam Allahın rəhmət dinidir, çünki Allahu-Taala Həzrət Mu-
həmmədi (s) dünyada olan bütün insanlara rəhmət rəmzi olaraq 
göndərdi. (Ənbiya surəsi, 107) 
 
10. Allahı tanımaq 
Tövhid termini İslam kəlamı elmində ilk olaraq yalnız Allahı ta-
nımaq məsələsinə aid ediliri və sonrakı mərhələd isə “Tövhidə əsas-
lanaraq Allahı tanımaq” məsələsinə şamil olunmağa başlanıldı.  
Dinlərin  əksəriyyəti (bəlkə  də indiki dinlərin hamısı) Allahın 
varlığına inanır. Allahın varlığına inan dinlərin əksəriyyəti onun üçün 
özünəməxsus ad qoymuşlar. Bəzən Allahın xüsusi adı  bəzi dinlərdə 
və inancı olan bəzi insanların zehnində unudulur. Hinduizmdə Alla-
hın xüsusi adı “Brahman”, Yəhudilikdə “Yəhvə”, Zərdüştlükdə 
“Ahura Mazda” və İslam dinində “Allah”-dır. Xristyanlıqda Allahın 
xüsusi adı yoxdur və  Əhdi-Cədiddə (Yunanca olan mətndə) Allaha 
ümumi bir ad, yəni “Tanrı” adı verilmişdir.  
Din dili ilə yerli dil arasında fərq olanda bəzi vaxtlar yerli dil 
üçün bəzi problemlər meydana çıxa bilər. Hal-hazırda Fars dilində 
tərcümədə  “İlah” mənasını verən “Xoda” ümumi adı “Allah” sözü-
nün yerinə  də istifadə olunur. Çünki, ilk farsdilli müsəlmanlar “Al-
lah” xüsusi adının əvəvzinə “Ahura Mazda” sözündən istifadə etməyi 
rəva bilmədilər. Elə bu səbəbdən də, “La İlahə illəllah” sözünü tərcü-
mə etmə böyük problemlər yaratdı. Xoşbəxtlikdən Türk dilində 
“İlah” sözünün yerinə “Tanrı” (Tenqri) sözündən istifadə olunur və 
xüsusi ad olan “Allah” üçün isə elə “Allah” kəlməsindən istifadə olu-
nur. Bir çox başqa dinlərə, o cümlədən Avropa dillərində (xristyanlıq 
üçün) Allah üçün xüsusi ad mövcud deyildir. Məsələn, İngilis dilin-
dəki “god” sözü həm Allahın ümumi, həm də xüsusi adıdır. Amma 
yüngül fərq mövcuddur və  həmin fərq bundan ibarətdir ki, Allahın 
xüsusi adı qeyd olunanda “God” formasında, yəni böyük hərflərlə ya-


 
277
zılır. Bu o qədər də yaxşı çıxış yolu hesab olunmur. Çünki, daha çox 
istifadə olunan şifahi dildə bu fərqi anlamaq mümkün deyildir.  
Allahın adına olan hörmət və ehtiram dinlərdə bəzi tabular yarat-
mışdır. Öncə qeyd etdiyimiz kimi yəhudilər on fərmandan üçüncüsü-
nə çox diqqətlə  əməl edirlər. Üçüncü fərmanda belə qeyd olunmuş-
dur; “Allahın adını səhv şəkildə demə!” Elə bu səbəbdən də, yəhudi-
lər hətta Tövrat oxuyarkən belə “Yəhvə” sözünü dillərinə  gətirməyi 
özlərinə haram bilirlər və bu sözün yerinə “Adonay”, yəni “Bizim 
ağamız” sözündən istifadə edirlər. Bu tabu hətta başqa dillərdə olsa 
belə Allahın adına dəlalət edən bütün adlar barəsində də özünü gös-
tərir. Məsələn, yəhudilərin əksəriyyəti “Xoda” sözünü “Hoda”, “İlah” 
sözünü “İ-lah” və “God” sözünü “G-d” formasında yazırlar. Xrist-
yanlar və başqa ümmətlərdə  də belə  məsələlər mövcud olmuşdur. 
İyirmi cildlik “Oxford” lüğətində “God” sözündə bu sözün əksərən 
17-18-ci əsrlərə aid olan iyirmi cür tələffüz forması qeyd olunmuşdur 
və bunların bəzilərinin tələffüzü olduqca qarışıqdır.
1
 
 
10-1. Tək və çox 
Dünya xalqlarının Allaha olan etiqadı iki cürdür: Tövhid (yəni 
Allahın tək olmasını  qəbul etmək) və  Şirk (yəni Allaha şərik qoş-
maq). Amma bu iki müxtəlif baxışı bir-biri ilə üst-üstə düşəcək 
formada da açıqlamaq mümkündür.  
Xristyanlıqda tövhid müqəddəs üçlüklə bir yerdədir və xristyan-
lar Allahın təkliyinə inanmalarından əlavə müqəddəs üçlüyə  də ina-
nırlar. Onlar həm tövhidi baxışlarına, həm də müqəddəs üçlük baxış-
larına heç bir xələl gəlməməsi üçün öz dini etiqadlarını uyğunlaşdır-
mağa çalışırlar. Amma bu iki məsələni uyğunlaşdırmaq mümkün ol-
madığı üçün sonda müqəddəs üçlüyün ilahi bir sirr olduğunu bildirir-
lər.  
                                                 
1
 İran müsəlmanları da ﷲﺁ sözünü 

..
 .  formasında qeyd edirlər. Yəni “Əlif” hərfini 
yazdıqdan sonra üç nöqtə qoyurlar və Allahın adını tam yazmırlar.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə