Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

54 
 
fondunda  saxlanılan  vəsaitlərin  (manatla),  əmanət  və  depozitlərdə  xüsusi  çəkisi 
normadan  aşağı  olmuşdu  (
www.nba
).  Buna  səbəb  kimi  bankların  məcburi  ehtiyat 
fondunun  vəsaitlərinin  50%-ə  qədərinə  DQ -ın  alınmasını  və  banklar
 
  tərəfindən 
depozit və əmanətlər haqda hesabatların bir qayda olaraq ayın sonunda Mərkəzi Banka 
təqdim olunmasını göstərmək olar. 
     Bundan başqa məcburi vəsaitlər üzrə faktiki vəsait həcminin Mərkəzi Bankın 
bank sisteminə xalis kreditlərin həcmi ilə müqayisəsi daha məqsədəuyğun hesab edilir. 
Çünki  manatla  verilən  xalis  kreditin  artımı  manatla  məcburi  ehtiyyatların  həcmindən 
çox olur. Onu da qeyd etmək lazımdır ki, uzunmüddətli depozitlər üzrə məcburi ehtiyat 
normasının  sıfır  səviyyəyə  endirilməsinə  dair  111,01.2003-cü  tarixli  qərar  qəbul 
edildikdən  sonra  uzunmüddətli  depozitlərin  artım    tempi  3,7  dəfə  artmışdır.  Bundan 
başqa  2002-ci  ildə  məcburi  ehtiyat  normaları  ilə  müxbir  hesablarının  birləşdirilməsi 
praktikasına  başlanması  da  bu  sahədəki  müsbət  istiqamətlərdəndir.  Qeyd  etmək 
lazımdır  ki,  Mərkəzi  Bankın  darə  Heyətinin  27  fevral  2003-cü  il  tarixli  qərarı  ilə  1 
may  2003-cü  ildən  etibarən  banklar  tərəfindən  məcburi  ehtiyatlar  hesabına  DQ -nn 
alınması  praktikasına  da  son  qoyulmuşdur.  Statistik  baxımdan  məcburi  ehtiyyat 
normalarındakı dəyişiklərə nəzər  salsaq, qeyd  etməliyik  ki,  bu normalar 2003-cü ildə 
10  %  təşkil  edirdi.  Bu  faiz  dərəcələri  2008-ci  ilə  kimi  10%  olaraq  qalırdı.  Lakin, 
dünyada baş verən qlobal iqtisadi dəyişikliklər Azərbaycan bank sektorundan yan keçə 
bilməzdi. Bu səbəbdən Mərkəzi Bank da məcburi ehtiyyat dərəcələrində dəyişikliklər 
etməklə bank sektorunda sabitliyi qorumaq istiqamətində 2008-ci ildə faiz dərəcələrini 
12%-ə qədər qaldırdı. Lakin dünya bank sektorunda baş verən hadisələr, banklarda pul 
çatışmazlığı,  Mərkəzi  Bankın  yumşaq  pul  siyasətini  ön  plana  çəkdi.  Bununla  da 
məcburi ehtiyyat normaları 14.10.2008-ci ildə 12%dən 9 %-ə, daha sonra 01.12.2008-
də  9%-dən  6%-ə  qədər  endirildi.  Bu  banklarda  resurs  çatışmazlığının  qarşısının 
alınmasına  imkan  yaratmış  oldu.  Bu  ənənə  01.05.2011-ci  ilə  qədər  davam  etdirilərək 
məcburi  ehtiyyat  normasının  0,5%-ə  qədər  enməsinə  yol  aşdı.  Lakin,  pul  kütləsinin 
artım templərinin tənzimlənməsi  məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə 
məcburi ehtiyat forması 2011-ci il ərzində mərhələlərlə 0.5%-dən 3%-ə qaldırılmışdır 
    Nəhayət mərkəzi bankların resurs mənbələrindən biri də xüsusi kapitalın 


55 
 
yaranması üçün aparılan əməliyyatlardır. Lakin bu mənbə bir növ ikinci dərəcəli 
hesab olunur. Belə ki, mərkəzi bankın xüsusi kapitalının həcmi onun passivlərinin 
 4 %.-nə qədərini təşkil edir. Mərkəzi Bankrn kapitalı onun nizamnamə kapitalından  
 və kapital ehtiyatlarından ibarətdir. Mərkəzi Bankın nizamnamə kapitalı 50 milyon 
manatdır.  Mərkəzi  Bankın  kapital  ehtiyatları  tədavülə  buraxılmış  nağd  milli 
valyutanın  15  faizi  miqdarında  müəyyən  edilir  və  hesabat  ilinin  mənfəətindən 
ayırmalar hesabına formalaşdırılır. 
     Beləliklə,  Mərkəzi  Bankın  mənfəəti  Maliyyə  Hesabatlarının  Beynəlxalq 
standartlarına  uyğun  olaraq  gəlirlərdən  xərclərin  çıxılması  ilə  hesablanır.  Mərkəzi 
Bankın  gəlirləri  Qanuna  müvafiq  olaraq,  həyata  keçirdiyi  fəaliyyətdən  əldə  etdiyi 
gəlirlərdən  və  qanunvericiliyə  zidd  olmayan  digər  mənbələrdən  daxil  olan  vəsait 
hesabına formalaşır. Mərkəzi Bankın mənfəətinin bölüşdürülməsinə gəldikdə, qeyd 
etmək  lazımdır  ki,  hesabat  ilinin  mənfəəti,  ilk  növbədə,  Azərbaycan  Respublikası 
Məkəzi Bank haqqında Qanununa uyğun olaraq Mərkəzi Bankın kapital ehtiyatlarının 
formalaşdırılmasına  yönəldilir.  Kapital  ehtiyatları  formalaşdınldıqdan  sonra  Mərkəzi 
Bankın  reallaşdırılmış  mənfəətinin  sərbəst  qalığı  dövlət  büdcəsinə  köçürülür. 
Reallaşdırılmış mənfəətin  sərbəst  qalığı  Mərkəzi  Bankın  illik  maliyyə  hesabatı  auditor 
rəyi ilə təsdiqləndikdən sonra dövlət büdcəsinə köçürülür. 
Xarici  valyutada  və  qızılda  olan  aktivlərin  və  passivlərin  yenidə
qiymətləndirilməsi manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar  
hesabat ili ərzində Mərkəzi Bankıın balansında xarici valyutada və qızılda olan aktiv  
və  passivlərin  yenidən  qiymətləndirilməsi  nəticəsində  yaranan  fərq  Mərkəzi 
Bankın kapital ehtiyatlarında əks olunur və bu Qanunda nəzərdə tutulmuş normativin 
hesablanması zamanı nəzərə alnmır. 
     Mərkəzi Bankın maliyyə etibarlılığı. Mərkəzi Bank müflis elan oluna bilməz. 
Mərkəzi  Bankın  aktivləri  onun  passivlərinin  məbləğindən  aşağı  düşdükdə,  yaranmış 
kapital çatışmazlığı dövlət tərəfindən ödənilir. 
 
 
 


56 
 
  2.2 Mərkəzi Bankın aktiv əməliyyatları. 
 
     Aktiv əməliyyatları
 öz adından cəlb olunan və xüsusi vəsaitlərin uyğun gəlirin 
ə
ldə edilməsi üçün istifadə olunmasıdır. 
Bank  fəaliyyətinin  hərtərəfli  təminatı  və  inkişafı  onun  aktiv  maddələrdən  olan 
bank binaları və avadanlıqları, həmçinin fıliallara qoyulan investisiyaların da olmasını 
tələb edir. Beləliklə yerinə yetirdiyi məsələlərə görə bank aktivlərini iki qrupa ayırmaq 
olar
: 
>
 
Bank  likvidliyinin  müəyyən  həddə  saxlanması  istiqamətində  aparılan 
ə
məliyyatlar; 
>
 
Bank gəlirinin əldə edilməsi istiqamətində aparılan əməliyyatlar. 
    Aktiv əməliyyatların likvidliyi və gəlirliliyi ilə yanaşı bu əməliyyatların 
həyata  keçirilməsində  kredit  riski  və  onun  paylaşdırılması  da  böyük  əhəmiyyət 
kəsb  edir.  Başqa  sözlə,  bankların  öz  fəaliyyətlərini  yalnız  bir  aktiv  əməliyyat  növü 
üzərində qurmamaları çox böyük əhəmiyyət kəsb edir. Bankın əsas riskləri onun kredit 
portfelinin strukturu və keyfiyyətindən asılıdır ki, bu risklərə bank öz 
fəaliyyəti zamanı məruz qalır. Buna görə də borcalanların çox dəqiq seçimi, 
 
kreditləşmə şəraitinin təhlili, onun yerinə yetirilməsinə nəzarət bank fəaliyyətinin  
 
ə
sas istiqamətlərindəndir. 
    Aktiv  əməliyyatlar  dedikdə  mərkəzi  bankın  öz  resurslarını  yerləşdirməsi  başa 
düşülür. 
Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır: 
Uçot-suda əməliyyatları; 
Dövlət qiymətli kağızlarına yatırımlar; 
Qızıl və xarici valyuta ilə əməliyyatlar; 
Uçot-suda əməliyyatlarının iki növü vardır: 
Uçot əməliyyatları; 
Dövlətə və banklara qısamüddətli borcların verilməsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə