Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

51 
 
komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə 
qaytarılmasını  və  ya  başqa  Hesaba  köçürülməsini  nəzərdə  tutan  bankın  balansında 
aparılan  cari,  əmanət  depozit)  və  ya  digər  hesaba  qoyulmuş  və  ya  köçürülmüş  pul 
vəsaitlərini  əhatə  edir,  Bu  Qaydaların  məqsədləri  üçün  depozit  anlayışına  həmçinin 
qeyri-rezident  banklardan,  habelə  digər  xarici  və  beynəlxalq  maliyyə  təşkilatlarından 
cəlb olunan vəsaitlər aiddir. Xarici valyuta və qiymətli metallar üzrə məcburi ehtiyatlar 
hesabat  dövrünün  ilk  iş  günü  üçün  Mərkəzi  Bankın  müəyyən  etdiyi  rəsmi  məzənnə 
nəzərə alınmaqla hesablanır. Faiz nisbətində müəyyən edilən normalara uyğun olaraq 
məcburi ehtiyatların həcmi bankın cəlb etdiyi depozitlərin hesabat dövrü ərzində orta 
günlük  qalığı  əsasında  hesablanır.  Mərkəzi  Bankın  darə  Heyətinin  qərarı  ilə  banklar 
hesabat  dövrü  ərzində  məcburi  ehtiyatlarından  öz  likvidliyinin  yaxşılaşdırılması 
məqsədlərinə  istifadə  edə  bilərlər.  Banklar  hesabat  dövründən  sonrakı  iki  iş  günü 
ə
rzində  məcburi  ehtiyatlar  üzrə  hesabatı  və  hesabat  gününün  axrıncı  gününə  tərtib 
olunmuş  mühasibat  balansını  Mərkəzi  Banka  təqdim  etməli  və  tələb  olunarsa 
çatışmayan məbləği müxbir hesaba əlavə vəsaitin köçürülməsi yolu ilə təmin etməlidir. 
Hesabat  dövründə  bankın  depozit  bazası  kəskin  surətdə  dəyişərsə,  Mərkəzi  Bank 
müvafiq  dövr  üçün  bankın  müraciəti  ilə  onun  təqdim  etdiyi  yeni  balansa  əsasən 
məcburi  ehtiyatların  növbədənkənar  tənzimlənməsini  apara  bilər.Bank  yenidən  təşkil 
edildikdə, məcburi ehtiyatlar müvafıq mühasibat yazılışı ilə yeni təşkil edilmiş bankın 
(bankların) hesabına köçürülür. Bank ləğv olunduqda onun məcburi ehtiyatları barədə 
qanunvericiliyə müvafiq tədbirlər görülür. Məcburi ehtiyatların hesablandığı depozitlər 
və  hesabat  formaları  Markəzi  Bankın  darə  Heyətinin  qərarı  ilə  müəyyən  edilir. 
Məcburi  ehtiyatların  hesablanmasına  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  Məcburi 
ehtiyatlar depozitlərin valyutasında (manat və xarici valyuta) Mərkəzi Bankda bankın 
müvafıq  müxbir  hesablarında  saxlanılır.  Mərkəzi  Bank  darə  Heyətinin  qərarı  ilə 
məcburi  ehtiyyatların  valyutasından  asılı  olmayaraq  bir  valyutada  saxlanılması 
qaydasını  müəyyən  edə  bilər.  Qeyd  edək  ki,  Mərkəzi  Bank  məcburi  ehtiyatların 
saxlanılması üçün faiz ödəmir. 
Minimal ehtiyyatlar 3 əsas funksiyanı yerinə yetirir: 
1)
 
onlar  likvidli  ehtiyatlar  kimi  bank  müştəriləri  qarşısında  depozitlər  üzrə 


52 
 
kommersiya  banklarının  öhdəliklərinin  təminatıdır.  Məcburi  ehtiyyatlar  normasında 
vaxtaşırı  dəyişikliklər  edərək  mərkəzi  bank  kommersiya  banklarının  iqtisadi 
vəziyyətdən asılı olaraq likvidlik dərəcəsini müəyyən qədər qorumuş olur. 
2)
 
minimal ehtiyyat ölkədə pul kütləsinin həcmini tənzimləmək üçün     Mərkəzi 
Bank  tərəfındən  istifadə  olunan  bir  alətdir.  Mərkəzi  bank  ehtiyyat  vasaitləri 
normativində  dəyişikliklər  edərək  kommersiya  banklarının  aktiv  əməliyyatlarının 
(əsasən kredit funksiyası həcmi) sərhədlərini tənzimləyir və bununla da onların həyata 
keçirdiyi  depozit  emissiyası  imkanlarını  tənzimləmiş  olur.  Kredit  təsisatları  kredit 
ə
məliyyatlarını  yalnız  onları  mərkəzi  bankda  məcburi  ehtiyatları  müəyyən  olunmuş 
normativdən yüksək olduqda genişləndirə bilərlər. 
     Tədavüldəki  pul  kütləsi  (nağd  və  nağdsız  formada)  təsərrüfat  subyektləri 
tərəfindən  ona  olan  tələbi  üstələyirsə  mərkəzi  bank  məcburi  ayırmalar  üzrə 
normativlərin artırılması yolu ilə kredit restriksiyası siyasətini yürüdür. Bununla da o, 
bankları aktiv əməliyyatların həcmini azaltmağa məcbur edir. 
     Məcburi  ehtiyyatlar  normasmdakı  dəyişikliklər  kredit  müəssisələrinin 
rentabelliyinə təsir edir. Məcburi ehtiyatları artırmaqla qeyri gəlirlilik baş vermiş olur. 
Bu  üsul  əksər  qərb  iqtisadçılarının  fikrinə  görə  daha  səmərəli  antiinflyasiya  vasitəsi 
kimi  çıxış  edir.  Bu  alətin  MB  üçün  funksiyalarından  biri  də  gəlir  funksiyasıdır. 
Bildiyimiz  kimi,  mərkəzi  banklar  məcburi  ehtiyatlara  görə  adətən  faiz  ödəmir.  Bu 
səbəbdən  də  lazım  gəldikdə  öz  xeyirlərinə  bu  vəsaitlərdən  kredit  əməliyyatlarında 
istifadə edib, gəlir əldə etmiş olurlar. Bu prosesi həyata keçirdikdə mərkəzi bankların 
öz resurslarının kreditləşmə üçün istifadə olunmasında xüsusi çəkisi azalır. 
     Bu  üsulun  çatışmayan  cəhəti  ondadır  ki,  bir  sıra  müəssisələr,  əsasən 
ixtisaslaşdırılmış banklar o qədər də yüksək olmayan depozitlərə malik olmalarına 
baxmayaraq yüksək resurslara malik olan kommersiya bankları ilə müqayisədə bu 
üsulundan istifadə zamanı üstünlük əldə edirlər. 
     Dünya  ölkələrində  son  10-15  ildə  pul-kredit  tənzimlənməsinin  bu  üsulundan 
istifadə  azalmışdır.  Buna  sübut  olaraq  onu  demək  olar  ki,  hazırda  hər  yerdə  (qərb 
ölkələrində)  məcburi  ehtiyyatlar  normasının  aşağı  düşməsi  və  hətta  müəyyən  növ 
depozitlərin ləğv olunması baş verir. Səbəb odur ki, monetar siyasətin bu aləti digərləri 


53 
 
ilə  müqayisədə  daha  güclü,  daha  sərt  hesab  edilir.  Belə  ki,  o,  bütün  bank  sisteminin 
ə
sasına  toxunur  və  elə  güclü  alət  olduğu  üçün  də  ondan  açıq  bazarda  aparılan 
ə
məliyyatlarda  olduğu  kimi  hər  gün  deyil,  bir  neçə  il  ərzində  yalnız  bir  dəfə  istifadə 
edilir. 
     Pul ehtiyyatları normasının aşağı düşməsi pul multiplikatorunun güclənməsinə, 
bunun ardınca isə həmin pul kütləsinin həcminin artmasına gətirir. Əgər mərkəzi bank 
məcburi ehtiyyat norması artırsa bu bankın əlavə pul əməliyyatlarının ixtisarına və pul 
təklifinin  mültiplikativ  şəkildə  azalmasına  gətirir.  Bu  proses  çox  tez  bir  şəkildə  baş 
verir. Belə ki, ehtiyyat normalarının artırılması barədə qərar qəbul edilən kimi, hər bir 
bank  öz  ehtiyyatlarının  çatışmazlığını  müəyyən  edir.  Bu  zaman  o,  dərhal  özünün 
qiymətli kağızlarının müəyyən hissəsini satmağa və kreditlərin geri qaytarılmasını tələb 
etməyə məcbur olacaq. 
     Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  pul-kredit  siyasətinin  məqsədlərinə 
nail  olmaq  üçün  məcburi  ehtiyyat  normasından  1992-ci  ildən  istifadə  etməyə 
başlamışdır. 
     Bu  illər  ərzində  müsbət  nəticələr  əldə  etmək  məqsədilə  bu  üsul  müxtəlif 
dəyişikliklərə məruz qalmışdır. Belə ki, məcburi ehtiyatlar norması əmanət növləri üzrə  
31  may  1993-cü  ilə  qədər  differensiallaşdırılmış,  1993-cü  il  1  yanvardan  1995-  ci 
ilədək  isə  bu  normalar  əmanətlərin  valyutaları  üzrə  differensiallaşdırılmışdır.  Bir  çox 
ölkələrdə, xüsusən keçid dövründə olan MDB ölkələrində məcburi ehtiyat normalarının 
differensiallaşdırılması  dayandırılmışdır  ki,  buna  səbəb  lazımi  səmərənin  əldə 
olunmaması olmuşdur. 
     1999-cu  il  noyabrından  məcburi  ehtiyat  normaları  12%-dən  10%-ə 
endirilmişdir. Bunun nəticəsində bankların likvidliyi artmışdır. Bundan əlavə  
Mərkəzi  Bank  kredit  təşkilatlarına  icazə  vermişdir  ki,  onlar  məcburi  ehtiyat 
saxladıqları  vəsaitlərin  25%-nə,  noyabrdan  isə  50%-nə  qədərinə  qiymətli  kağızlar 
alsınlar.  Bunda  əsas  məqsəd  Azərbaycanda  dövlət  qısamüddətli  istiqrazlar  (DQ ) 
bazarını aktivləşdirmək olmuşdur. Buna nisbətən nail olunsa da, Azərbaycanda bu hələ 
də  problem  məsələ  kimi  qalmaqdadır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  son  illərin 
göstəriciləri onu sübut edir ki, Mərkəzi Bankın analitik balansına görə məcburi ehtiyat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə