Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

38 
 
saxlanması və idarə olunması; 
        6) dövlət xəzinəsinin idarə olunması; 
        7) ödəniş və hesablaşma sisteminin normal fəaliyyətinin dəstəklənməsi; 
8)
  maliyyə  sektorunda  çirkli  pulların  yuyulmasına  qarşı  tədbirlərin 
təlimatlandırılması; 
9)
  təşkil olunması və müvafiq maliyyə vəsaiti axınlarının monitorinqinin həyata 
keçirilməsi; 
10)
 
maliyyə  stastistikaları,  sorğuları,  analizləri  və  proqnozlarının  həyata 
keçirilməsi; 
11)
 
Mərkəzi  Bank olaraq beynəlxalq maliyyə tədbirlərində iştirak edilməsi; 
12)
 
Dövlət Şurası tərəfindən qeyd olunan digər funksiyaların icra olunması. 
      Çin Xalq Bankının yüksək rəhbərliyi sədr və sədr müavinlərindən ibarətdir. 
Sədr  Çin
 
Xalq  Respublikasının  prezidenti  tərəfindən  vəzifəyə  təyin  olunur  və 
vəzifəsindən  kənarlaşdırılır.  Sədr  vəzifəsinə  namizədlər  Dövlət  Şurasının  Birinci 
Katibi  tərəfindən  irəli  sürülür  və  Milli  Xalq  Qurultayı  tərəfindən  təsdiqlənir.  Milli 
Xalq Qurultayının fasilə dövrü ərzində namizədlərlə bağlı qərarları Qurultayın Daimi 
Komitəsi  qəbul  edilir,  Çin  Xalq  Bankının  sədr  müavinləri  Dövlət  Şurasının  Birinci 
Katibi tərəfindən 
vəzifəyə
 təyin olunur və ya vəzifədən kənarlaşdırılır. 
Çin  Xalq  Bankının  Pekində  yerləşən  baş  ofısi  18  funksional  departamentdən 
ibarətdir. 
Beynəlxalq  əlaqələr:  Çin  Xalq  Bankının  Beynəlxalq  departamentinin  cavabdeh 
olduğu sahələr aşağıdakılardır: 

 
Çin Xalq Bankının beynəlxalq maliyyə təşkilatları, xarici mərkəzi banklar 
və  Honq  Konq  və  Makao  Xüsusi  nzibati  Regionlar  və  Tayvan  əyaləti  ilə  rəsmi 
ə
laqaləri və işgüzar əməkdaşlıq münasibətləri; 

 
Yerli  maliyyə  sənyesinin  açılışının  Çin  hökumətinin  ÜTT-yə  qoşulduğu 
zaman
 
üzərinə götürmüş olduğu öhdəliklərə uyğun olaraq koordinasiyası; 

 
Çin Xalq Bankının xarici işlərinin həyata keçirilməsi; 


39 
 

 
Çin Xalq Bankının xarici ofıslərinin fəaliyyətinə nəzarət. 
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı haqqında Qanuna uyğun olaraq Bankın 
fundamental vəzifələri aşağıdakılardır: 
1. Açıq bazar əməliyyatlarının həyata keçirilməsi; 
2.
 
Türk  Lirəsinin  daxili  və  beynəlxalq  dəyərinin  qorunması  məqsədilə  zəruri 
tədbirlərin  görülməsi  və  Türk  Lirəsinin  xarici  valyutalara  qarşı  paritetinin 
müəyyənləşdirilməsi  məqsədilə  hökumətlə  birlikdə  valyuta  siyasətinin  həyata 
keçirilməsi; 
3.
 
Ölkənin qızıl və xarici valyuta ehtiyatlarının idarəedilməsi; 
4.
 
Türk  Lirəsinin  həcminin  və  tədavülünün  tənzimlənməsi,  ödəniş,  qiymətli, 
kağızların
 
 transferi və hesablaşmalar sisteminin yaradılması; 
5.
 
Maliyyə  sistemində  sabitliyin  gücləndirilməsi,  pul  və  xarici    valyuta 
bazarlarına münasibətdə tədbirlərin görülməsi; 
6.
 
Maliyyə bazarlarının monitorinqinin aparılması; 
 
Banklardakı  depozitlərin  şərtlərinin,  növlərinin  və  xüsusi  maliyyə 
qurumlarında iştirakla bağlı şərtlərin müəyyənləşdirilməsi. 
Bankın fundamental səlahiyyətləri aşağıdakılardır: 
  1.            Türkiyədə pulların tədavülə buraxılması; 
2.
 
Hökumətlə  birgə  inflyasiya  hədəfıni  və  buna  uyğun  olaraq  monetar 
siyasətin müəyyənləşdirilməsi; 
3.
 
Fövqaladə  hallarda  Əmanətlərin  Sığortalanması  Fondunun  resursları 
kifayət
 
  etmədikdə  Fonda  müəyyənləşdirəcəyi  şərtlər  və  qaydalara  uyğun  olaraq 
Fonda avansın verilməsi; 
4.
 
Kommersiya banklarına kreditin verilməsi; 
5.
 
Maliyyə bazarlarının monitorinqini aparmaq məqsədilə banklardan, digər 
maliyyə  institutlarından  və  həmçinin  qeyd  edilən  institutların  fəaliyyətini 
tənzimləmək  və  nəzarət  etməkdə  səlahiyyətli  olan  idarələrdən  lazimi  məlumatların 
tələb edilməsi və statistik informasiyanın toplanması. 


40 
 
      Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankının  Sədri  (Bakanlar  Kurulu  kararı  ile 
beş  illik  müddətinə  vəzifəyə  təyin  edilir)  darə  Heyəti  və  Monetar  Siyasət 
Komitələrinə  başçılıq  edir.  Bankın  ən  yüksək  qərar  orqanı  Bank  Məclisidir.  Sayı  4 
olan sədr müavinləri Bankın Monetar Siyasət Komitəsinin üzvləridir. 
Hazırda Bankda sayı 15 baş direktorluq fəaliyyət göstərir. Bankın ölkə daxilində 
21  şöbəsi  fəaliyyət  göstərir.  Bankın  Frankfurt,  Londra,  New  York  və  Tokyoda 
nümayəndəliyi fəaliyyət göstərir. 
Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankı  beynəlxalq  əlaqələrində  əsas  yeri 
Beynəlxalq  Valyuta  Fondu  (BVF)  ilə  əməktaşlıq  tutur.  Türkiyə  1947-ci  ildən  bəri 
HVF-nin üzvüdür və ölkəni BVF-də maliyyə agenti kimi Mərkəzi Bank təmsil edir. 
    Bundan  başqa  bank  digər  beynəlxalq  maliyyə  təşkilatları  və  xarici  ölkələrin 
mərkəzi bankları ilə əməkdaşlıq etməkdədir 
     Avropa  MB-nin  funksiyaları  istənilən  digər  mərkəzi  bankın  funksiyaları 
kimidir. Lakin  bu  funksiyalar  bir  dövlətə  deyil,  ölkələr  qrupuna  tətbiq  olunur.  Onlar 
aşağıdakılardır: 
*Avropa  Birliyinin  monetar  siyasətinin  məyyənləşdirilməsi  və  həyata 
keçirilməsi; 
*valyuta əməliyyatlarının idarəetməsi; 
*AB-yə üzv ölkələrin rəsmi valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi 
(bu  halda  valyuta  ehtiyatlarının  müəyyən  hissəsi  -  «cari  balanslar»  -  iştirakçı  ölkə 
hökumətlərinin sərəncamında qalır); 
*ödəniş sisteminin normal fəaliyyətinin təmin edilməsi. 
Monetar siyasətin reallaşdırılması zamanı AMB üç əsas alətdən istifadə edir:  
*açıq bazarda əməliyyatlar; 
*sutkalıq borcların təqdim edilməsi («overnayt» kreditləri); 
*minimal məcburi ehtiyat normativinin tənzimlənməsi. 
Qrafik 1.1 
Biznes inam indeksi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə