Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

32 
 
başlamış  və  ngiltərə  Bankının  uçot  dərəcələrinin  payını  tədriclə  azaltmışdır.  Val- 
yuta  intervensiyaları  kimi  alətdən  də  aktiv  şəkildə  istifadə  olunur,  lakin  Böyük 
Britaniyada bu alət özünəməxsus spesifikliyə malikdir.  ngiltərə Bankı özünün bu 
tədbirlərdəki  iştirakını  geniş  şəkildə  işıqlandırır.  Bu  reklamın  mahiyyəti  valyuta 
bazarının  digər  iştirakçılarını  mərkəzi  bank  üçün  zəruri  istiqamətdə  fəaliyyət 
göstərməyə və bununla öz valyuta xərclərini azaltmağa inandırmaqdır.Bəzən mərkəzi 
Bank  bazarı  «şifahi  intervensiyalar»  yolu  ilə  saxlamağa  çalışır.Bu  isə  valyuta 
kursunun  hərəkət  tendensiyasına  nəzərən  özünün  maraqlı  olması  barədə  iştirakçıları 
məlumatlandırmaqdan  ibarətdir. ngiltərə  Bankı  ilə  yanaşı  xəzinə  də  Böyük 
Britaniyada  monetar  siyasəti  həyata  keçirir.Digər  banklardan  fərqli  olaraq  ngiltərə 
Bankı  hökumətdən  asılı  olmadan  fəaliyyət  göstərə  bilmir. ngiltərə  Bankının  1946-cı 
ildə  qəbul  etdiyi  akt  xəzinəyə  hüquq  verir  ki,  o,  ngiltərə  Bankına  göstəriş 
versin.Hərçənd  xəzinə  heç  vaxt  bu  hüquqdan  istifadə  etməsə  də  onlar  arasındakı 
münasibətlər  elədir  ki,  faiz  dərəcələri  ilə  bağlı  final  qərarı  maliyyə  naziri  qəbul 
edir.Bununla  belə,  ngiltərə  Bankı  qərarın  qəbul  edilməsində  mühüm  rol 
oynayır. ngiltərə Bankı inflyasiya üzrə illik hesabatı (bu hesabatda məlumatın ətraflı 
analizi  olur),  həmçinin  maliyyə  naziri  ilə  Bank  müdirinin  faiz  dərəcələri  ilə  bağlı 
görüşünün  protokolunu  (onların  görüşündən  altı  həftə  sonra  nəşr  olunur)  nəşr 
etdirir. nflyasiya  və  faiz  dərəcələri  üzrə  hesabatın  hazırlanma  prosesində  lngiltərə 
Bankı  daxili  və  xarici  iqtisadi  və  pul  faktorlarını  -  yaxın  iki  ildə  inflyasiyaya  təsir 
göstərə  biləcək  faktorları  nəzərə  alır.Bankın  faiz  dərəcələri  üzrə  tövsiyələrində 
ngiltərənin müxtəlif rayonlarında sənayeyə və ticarətə təsir edən dayişikliklər barədə 
məlumat olur.Bu məlumatlar  ngiltərə Bankının agentləri tərəfındən təqdim edilir. 
     1997-ci  ildə  mərkəzi  bankın  dövlət  borcunun  idarəetməsi  kimi  funksiyası 
xəzinənin  sərəncamına  verilmişdir.Bu  qərarın  səbəbi  dövlət  borcunun  idarəetmə 
funksiyası  ilə  faiz  siyasətini  ayırmaq  cəhdi  idi.Məqsəd  daxili  informasiyanın 
istifadəsindən və maraqların toqquşmasından qaçmaq idi. 


33 
 
Artıq 300 ildir ki,  ngiltərə Bankı öz banknotlarını buraxır.Emissiya böyük əmək 
xərclərini  və  çoxlu  vəsait  tələb  edir.  Banknotların  dizaynı  və  istehsalı  Esseksdəki 
Bank çap fabrikinin funksiyasıdır- Bank təkcə pulları çap etmir, həm də özünün beş 
ş
öbəsi  vasitəsilə  (Bristolda,  Birminhemdə,  Lidsdə,  Mançesterdə  və  Nyukaslda) 
ölkədə olan kommersiya banklarını təmin edir, köhnə pulları dövriyyədən çıxarır. 5 
funt  sterlinq  dəyərində  olan  pulun  orta  dövriyyə  müddəti  1  il  50  funt  sterlinq 
dəyərində olan pulun orta dövriyyə müddəti isə 3-4 ildir. 
Federal ehtiyat sistemi bu gün aşağıdakı funksiyaları yerinə yetirir: 
*tam məşğulluğun və qiymət stabilliyinin əldə edilməsi məqsədilə pul və kredit 
dövriyyəsinə təsir göstərmək yolu ilə milli monetar siyasəti idarə edir; 
*bank  və  maliyyə  sistemlərinin  möhkəmliyinin  və  təhlükəsizliyinin  təmin 
edilməsi  məqsədilə  bank  müəssisələrinə  nəzarət  edir  və  onların  fəaliyyətini 
tənzimləyir. 
*maliyyə sisteminin stabilliyini saxlayır və maliyyə bazarlanndakı riski azaldır; 
*ABŞ  hökumətinə,  ictimaiyyətə,  maliyyə  müəssisələrinə  maliyyə  xidmətləri 
göstərir, milli hesablaşma sisteminin idarəetməsində də mühüm rol oynayır. 
ABŞ-ın  pul-kredit  sisteminin  təkamülü  dünya  valyuta  sisteminin  qenezisinə 
paralel  olaraq  keçirilirdi.  1929  -1933-cü  illərin  maliyyə  sarsıntıları,  1944-cü  ilin 
Bretton-Vud  konfransı  və  1976-cı  ilin  Yamaya  sistemi  göstərdi  ki,  pul  və  kredit 
sferalarındakı çoxsaylı dəyişmələrə baxmayaraq, Amerika dolları hakim mövqe tutan 
valyuta  heqemonu  rolunu  oynamış  və  oynamaqda  davam  edir.  Nyu-Yorkun  Federal 
ehtiyat  bankının  məlumatlarına  görə,  2000-ci  ildə  dünya  dövriyyəsində  ümumilikdə 
560  milyard  nağd  dollar  var  idi.  Onların  70%-i  ABŞ-dan  kənarda  dövr  edirdi 
(dövriyyədə olan nağd  dollarların  həcminə  görə  ABŞ-dan  sonra  dünyada  ikinci yeri 
Rusiya  tutur).  Bir  çox  ölkələr  öz  valyuta  kurslarını  Amerika  dollarına  bağladılar. 


34 
 
Bunlar  Latın  Amerikası  dövlətləri,  Afrika  dövlətləri,  keçid  iqtisadiyyatlı ölkələr  idi. 
Panama, Liberiya, Marşal adaları kimi dövlətlər Aınerika valyutasını milli pul vahidi 
ə
vəzinə, qanuni ödəniş vasitəsi kimi istifadə edirlər. 
Alman federal bankının əsas funksiyaları aşağıdakılardır: 
*emissiya inhisarı. 
«Federal bank haqqında» qanuna uyğun olaraq, Bundesbank 
alman markalarının banknotlarını buraxmaqla bağlı müstəsna hüquqa malikdir və bu 
banknotlar Almaniyada vahid qeyri məhdud ödəniş  
vasitəsidir. 1997-ci il iyulun axırında onların həcmi 246,6 milyard marka təşkil 
etmişdir; 
*banklar  bankı.
«Bundesbank»  bütün  bank  sisteminin  effektivliyini  təmin  edir, 
Alman  bankları  «Bundesbank»da  özlərinin  orta  və  qısamüddətli  öhdəliklərinin 
müəyyən  faizi  ölçüsündə  minimal  ehtiyat  saxlayırlar.  “Bundesbank”  kredit 
institutlarına  və  dövlət  müəssisələrinə  bank  xidmətləri  təqdim  edir,  həmçinin  kredit 
institutlarına  nəzarəti  həyata  keçirir.  Nəzarətin  əsas  alətləri  aşağıdakılardır: 
lisenziyalaşdırma, qanunverici aktlar, nəzarət orqanları əməkdaşlarının istənilən anda 
kredit müəssisələrindən məlumat almaq və yoxlamalar keçirmək, o cümlədən müxtəlif 
sanksiyalardan  istifadə  edə  bilmək  hüququ.  Artıq  1997-ci  ildə  avqustun  axırında 
«Bundesbank»ın  hesablarında  AFR-in  kredit  müəssisələrinin  43,4  milyard  markası, 
xarici  bankların  12,3  milyard  markası  saxlanılırdı.  Uyğun  olaraq,  154,5  milyard  və 
0,9 milyard marka məbləğində kredit olunmuşdur; 
*dövlətin  bankı  (federal  hökumətin  fiskal  aqenti).
«Bundesbank»  federasiyanın 
(və  məhdud  şəkildə  torpaqların)  «ev  bankı»  rolunu  yerinə  yetirir.Onu  görə  də 
hökumətlərə  kredit  verməklə  bağlı  Avropa  pul  ittifaqının  emissiya  banklarına 
qoyduğu  qadağalar  səbəbindən  və  tarixi  təcrübənin  nəzərə  alınması  ilə 
“Bundesbank”ın bu fəaliyyət sahəsi məhdudlaşdırılmışdır.Bu, federal bankın monetar 
müstəqilliyinin  saxlanmasına  kömək  edir.  «Bundesbank»  istiqrazlar  və  xəzinə 
vekselləri şəklində borc öhdəlikləri buraxaraq, hökumətə kredit almaqda kömək edir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə