Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

35 
 
və  ya  qiymətli  dövlət  kağızlarının  emissiyasına  razılıq  verir  və  harraclar  keçirərək, 
faizsiz xəzinə veksellərini yerləşdirərək onların satılmasına kömək edir. Belə kağızları 
ə
ldə etmək icazəsi federal banka yalnız açıq bazarda pul kütləsini tənzimləmək üçün 
verilir; 
*valyuta ehtiyatlarının idarəetməsi.
«Bundesbank» ölkədə yeganə olaraq valyuta 
ehtiyatlarını  saxlayır  və  onları  idarə  edir.Lakin  Bretton-Vud  valyuta  sistemlərinin 
böhranları  və  1992-1993-cü  illərdə  mübadilə  kurslarının  Avropa  mexanizmininin 
böhranları  göstərdi  ki,  davamlı  bazar  tendensiyalarını  valyuta  bazarında  emissiya 
banklarının intervensiyaları vasitəsilə yatırtmaq olmaz. Stabil valyuta kurslarına yalnız 
uzunmüddətli dövrdə, dünya iqtisadiyyatındakı balans kəsrini ləğv etməklə nail olmaq 
olar.Dünyanın yeddi aparıcı sənaye ölkəsinin iqtisadi və valyuta siyasətlərinin intensiv 
uzlaşması məhz bununla əlaqədardır. Almaniyanın qızıl valyuta ehtiyatları 1997-ci il 
iyulun axırlarında 114,1 milyard marka, o cümlədən qızıl - 13,7 marka təşkil etmişdir; 
*ölkənin  hesablaşma  mərkəzi.
«Bundesbank»ın  həyata  keçirdiyi  qeyri  nağd 
hesablaşmaların həcmi 1996-cı ildə 195931 milyard marka təşkil etmişdir. 
taliya  Bankı inzibati  cəhətdən dövlətə tabe olmaqla  yanaşı, öz  (funksiyalarını 
yerinə  yetirən  zaman  Kreditlər  və  əmanətlər  üzrə  nazirliklərarası  komitənin 
(KƏNK) tövsiyələrini nəzərə alır.Bu institut 1947-ci ildə yaradılmış və kifayət qədər 
böyük səlahiyyətlərə sahib olmuşdur.əsas vəzifələri aşağıdakılardır:  
* taliya  kredit  sisteminin  normal  fəaliyyətinin  təmin  edilməsi.  Bununla  belə, 
KƏNK kredit sisteminə bilavasitə nəzarəti həyata keçirmək hüququna malik deyil. Bu 
hüquq  taliya Bankına məxsusdur; 
*pul-kredit  siyasəti  və  monetar  tənzimlənmə  sahəsində  kredit  siyasətinin  əsas 
istiqamətlərinin hazırlanması və onun reallaşdırılmasına nəzarətin həyata keçirilməsi; 
*müəyyən  il  üçün  kredit  siyasətinin  əsas  istiqamətlərinin  icrasının 
təkmilləşdirilməsi üzrə cari tövsiyələrin hazırlanması və monitorinqi; 
* taliya  Bankının  fəaliyyətinə  nəzarətin  həyata  keçirilməsi,  çatışmazlaqların 
aşkar olunması və onların aradan qaldırılma üsullarının axtarılması; 


36 
 
*ölkənin  bütün  kredit-maliyyə  müəssisələrinin  cari  fəaliyyətində,  ləğv 
edilməsində və qeyd olunmasında koordinasiya və yardım; 
*qiymətli kağızların emissiyasının həyata keçirilmə qaydasının razılaşdırılması. 
Beləliklə,  yekun  vuraraq  demək  olar  ki,  tənzimləyici  orqanları,  bank 
müəssisələrini  və  xüsusi  kredit-maliyyə  institutlarını  özündə  birləşdirən,  klassik  üç 
hissədən  ibarət  olan  taliyanın  kredit  sistemi  -birinci  səviyədə  özünəməxsus 
xüsusiyyətlərə  malikdir.  Belə  ki,  kredit  sisteminin  ali  orqanı  olan  Maliyyə  nazirliyi 
ölkənin  monetar  siyasətini  hazırlayır.  taliya  Bankı  bu  siyasətin  reallaşdırılması  üzrə 
öhdəlikləri öz üzərinə götürür. Kreditlər və əmanətlər üzrə nazirliklərarası komitə  isə 
kredit  müəssisələrinin  effektiv  fəaliyyəti  və  kredit  siyasəti  sahəsində  Maliyyə 
nazirliyinin direktivlərinin Mərkəzi bank tərəfindən icrasını koordinasiya 
     Yaponiya bankı- mərkəzi bank kimi aşağıdakı funksiyaları yerinə yetirir. 
Banknotların  buraxılması.  Mərkəzi  bank  ölkədə  pulları  çap  etmək  hüququna 
malik olan yeganə bankdır. Mərkəzi bank hələ 1889-cu ildə fıdusiar banknot emissiya 
hüququna  sahib  olmuşdur.  Dövriyyədəki  pulların  miqdarı  1999-  cu  ildə  7,4% 
artmışdır.  Ölkədəki  pulların  miqdarı  ÜDM-dən  daha  sürətlə  artır.  Itkin  pullar 
ə
manətlərdə yatıb qalır. 
     Yaponiya 
bankının 
növbəti 
funksiyası 
pul-kredit 
siyasətinin 
reallaşdırılmasıdır.  Bu  siyasətin  üç  əsas  aləti  aşağıdakılardır:  məcburi  bank 
ehtiyyatları  normasının  dəyişdirilməsi,  maliyyə  bazarlarındakı  əməliyyatlar,  faizin 
uçot dərəcəsi. 
Məcburi ehtiyat saxlama sistemi
 Yaponiyada 1957-ci ildən başlayaraq fəaliyyət 
göstərir.  Mərkəzi  bank  maliyyə  bazarlarındakı  əməliyyatlardan  (bankların  borc 
aldıqları və verdikləri banklararası bazarda, şirkətlərin istiqrazlar və səhmlər aldığı və 
satdığı  açıq  bazarlarda)  istifadə  edir  ki,  maliyyə  bazarlarındakı  vəziyyətə  təsir 
göstərsin,  onları  iflasa  uğramaqdan  və  möhtəkirçi  xarakterli  ifrat  tələbdən  (sabın 
köpüyü) qorusun. 
     Faizin  uçot  dərəcəsinin  tənzimlənməsi.
  qtisadi  inkişafın  yüksək  sürəti  üçün 


37 
 
zəruri  şərt  müəssisənin  ucuz  maliyyə  vəsaitlərindən  istifadə  edə  bilməsidir.  Bunun 
üçün,  birinci  növbədə,  Yaponiya  Bankının  ucuz  faiz  dərəcələri  siyasətindən  istifadə 
olunurdu. Yaponiya Bankı beynəlxalq fəaliyyəti həyata keçirir. 
*xarici ölkələrin dövlət institutlarına və mərkəzi banklarına ien hesabları təqdim 
edir; 
*BVF  -na,  Qiymətli  kağızların  Beynəlxalq  bankına  və  digər  beynəlxalq 
təşkilatlara kreditlər açır və vaxtını uzadır; 
*ien kursunun arzuedilməz dəyişmələri zamanı beynəlxalq valyuta bazarlarında 
Yaponiyanın  Maliyyə  nazirliyinin  agenti  qismində  valyuta  intervensiyalarını 
həyata keçirir; 
*digər ölkələrin mərkəzi bankları və beynəlxalq maliyyə təşkilatları üçün xarici 
dövlətlərin  valyutasını  alır  və  satır,  beynəlxalq  maliyyə  təşkilatlarına  kömək 
kooperasiya məqsədi daşıyır; 
*bu  və  ya  digər  ölkələrin  iqtisadiyyatlarının  cari  vəziyyəti  ilə  bağlı  məsələlər 
üzrə  məsləhətləşmələr  aparır,  vəziyyətin  proqnozlaşdınlmasını  həyata  keçirir,  birgə 
nəzəri araşdırmalar və statistik tədqiqatlar təşkil edir. 
Yaponiya  Bankı  ölkə  bazarlarının  maliyyə  vəziyyətinin  və  iqtisadi  mövqeyinin 
proqnozlaşdırılması  və  başa  düşülməsi  üçün  zəruri  olan  nəzəri  tədqiqatları  və 
iqtisadi təhlili həyata keçirir (uzunmüddətli dövrün iqtisadiyyatı və başqaları). 
Çin  Xalq  Respublikasının  Çin  Xalq  Bankı  haqqında  Qanunu  Çin  Xalq 
Bankının bu funksiyaları yerinə yetirməsini təmin edir: 
1)
 
müvafıq  sifariş  verilməsi  və  qaydaların  hazırlanması  və  həyata  keçirilməsi; 
monetar siyasətin formalaşdırılması və icra olunması; 
2)
 
valyutanın buraxılması və onun dövriyyəsinin idarə olunması; 
3)
 
banklararası kredit və istiqraz bazarlarının tənzimlənməsi; 
4)
 
xarici  valyutanın  idarə  olunması  və  banklararası  xarici  valyuta 
bazarının tənzimlənməsi; 
5)    qızıl  bazarının  tənzimlənməsi;  rəsmi  xarici  valyuta  və  qızıl  ehtiyatlarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə