Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   2   3   4   5   6   7   8   9   10   ...   34

22 
 
*AB-yə üzv ölkələrin mərkəzi banklarının monetar siyasətlərinin koordinasiyası; 
*Avropa valyuta sisteminin fəaliyyətinə nəzarət; 
*Avropa mərkəzi banklar sisteminin təşkilinə və vahid valyutaya-avroya keçidə 
hazırlıq; 
*ümumavropa hesablaşma sisteminin effektivliyinin yüksəldilməsi; 
*mərkəzi bankların statistikasının unifikasiyası; 
*bankların arzusu ilə rəsmi valyuta rezervləri ilə idarəetmə. 
     AV -nun  inzibati  orqanları  aşağıdakılar  idi:  prezident,  baş  direktor,  AV  
prezidentindən  və  AB-ə  üzv  ölkələrin  mərkəzi  bank  müdirlərindən  ibarət  olan  şura. 
Ş
ura  AB-nin  Nazirlər  sovetinə  və  milli  hökumətlərə  təkliflər  və  tövsiyələr 
hazırlayırdı. 
     1998-ci  ildə  Avropa  mərkəzi  bankının  təsisatı  ilə  Maastrixt  müqaviləsinin 
maddələrinə uyğun  olaraq  AV   ləğv  edilmiş,  onun  bütün  aktivləri və öhdəlikləri isə 
Avropa  mərkəzi  bankına  keçmişdir.Elə  həmin  dövrdən  də  başlayaraq,  Avropa 
mərkəzi bankının rəhbərliyi ilə Avropa mərkəzi banklar sistemi (AMBS) yaradılmış 
və Avropa birliyinə üzv olan 15 ölkənin mərkəzi bankları bu sistemə daxil olmuşdur.       
Beləliklə,  bu  sistem  qismən  ABŞ-m  Federal  rezerv  sisteminə  -  Nyu-  York  bankının 
başçılığı ilə 12 bankı əhatə edən və mərkəzi bank rolunu yerinə yetirən Federal rezerv 
sisteminə oxşardır. 
     Avropa mərkəzi bankı üçün xarakterik xüsusiyət ondan ibarətdir ki, sadə və 
ya peşəkar (səslərin üçdə ikisi) çoxluqla qəbul edilən bütün mühüm qərarlar mərkəzi 
bank  rəhbərlərinin  «çəkiyə  malik»  səsverməsini  nəzərdə  tutur  və  bu  halda  «çəki» 
(yəni, hər birinin səslərinin sayı) AMB-nin ümumi kapitalında ölkənin (onun mərkəzi 
bankının)  payı  ilə  müəyyənləşir.  Bu,  craiyyə  şurasının  üzvlərinə  aid  edilmir  və 
onların hər biri yalnız bir səsə malik olur. Avropa mərkəzi bankının direktorlar şurası 
ildə 10 dəfədən az olmayaraq iclas keçirir. 
     Milli  mərkəzi banklar  AMBS-nin inteqral hissəsi hesab olunur  və  AMB-nın 
rəhbər  göstərişlərinə  və  təlimatlarına  uyğun  şəkildə  fəaliyyət  göstərməlidir.  Milli 


23 
 
banklar AMBS-nin səlahiyyətləri çərçivəsindən çıxan fəaliyyətlə məşğul ola bilər lər, 
lakin  bu  fəaliyyət  AMBS-nin  məqsəd  və  vəzifələrinə  zidd  olmamalıdır.  Əks  halda 
Direktorlar şurası peşəkar əksəriyyətlə bu fəaliyyətə qadağa qoymaq iqtidarındadır. 
     AMB-nın xüsusi kapitalı onun fəaliyyətinin əvvəlində 5 milyard ekyü idi. ndi 
5  milyard  avrodur  və  Direktorlar  şurasının  qərarı  ilə  sonralar  artırıla  bilər.  Bütün 
kapital  milli  mərkəzi  banklara  məxsusdur  və  hər  birinin  payı  aşağıdakı  üsulla 
müəyyənləşdirilir:  50%  -  AB-nin  ümumi  əhalisində  hər  bir  ölkənin  xüsusi  fikisinə 
uyğun olaraq; 50% - AB-nin ümumi daxili məhsulunda ölkənin xüsusi çəkisinə uyğun 
olaraq. Bu məlumatlar hər beş ildən bir təshih olunur. AMB-nin təmiz mənfəətinin bir 
hissəsi  (20%-dən  çox  olmayaraq)  ümumi  vəsait  fonduna  köçürülür,  qalıq  AMB-nin 
üzvləri arasında kapitala qoyulan haqlara mütənasib şəkildə bölüşdürülür. 
     Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  Azərbaycan  Respublikası 
Prezidentinin  1992-ci  il  11  fevral  tarixli  Fərmanı  ilə  Azərbaycan  Respublikasının 
Milli Bankı adı altında yaradılmışdır. Fərman fevralın 12-də qüvvəyə minmişdir. 
Artıq 1992-ci il 7 avqust tarixdə “Azərbaycan Respublikasında banklar və bank 
faaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanunu  ilə  yanaşı  “Azərbaycan 
Respublikasının Milli Bankı haqqında” Qanun da qəbul olunmuşdur. Həmin ayın 15- 
nə Azərbaycan Respublikasının milli valyutası - manat tədavülə buraxılmışdır (rublla 
bərabər).  1992-ci  il  1  dekabr  tarixdə  isə  Azərbaycan  Respublikasının  Milli  Məclisi 
"Azərbaycan  Respublikasının  Milli  Bankının  Nizamnaməsinin  təsdiq  edilməsi 
haqqında”  qərar  qəbul  etmişdir.  1994-cü  il  yanvarın  1-dən  manat  ölkənin  yeganə 
ödəniş vasitəsi elan olundu. 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul 
olunmuş  müstəqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyasının  19-cu 
maddəsinin  II  bəndində  isə  pul  nişanlarının  tədavülə  buraxılması  və  tədavüldən 
çıxarılması hüququnun yalmz Milli Banka mənsub olması bir daha təsdiq edilmişdir. 
     1996-cı  il  10  iyun  tarixdə  “Azərbaycan  Respublikasının  Milli  Bankı 
haqqında”,  14  iyun  tarixdə  isə  “Azərbaycan  Respublikasında  banklar  və  bank 
fəaliyyəti  haqqında”  Qanunlar  yeni  redaksiyada  qəbul  edildi.  Yeni  bank  qanunları 


24 
 
respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına, kredit 
təşkilatlarının yaradılmasına imkan yaratdı. 
     Yeni  redaktədə  “Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında”  Qanun 
10 dekabr 2004-cü ildə qəbul edilmiş və 22 dekabr 2004-cü ildə qüvvəyə minmişdir. 
12 fəsil, 66 maddədən ibarət olan yeni qanun Milli Bankın hüquqi vəziyyətini, onun 
məqsəd  və  funksiyalarını,  dövlət  qurumları  arasmda  yerini  və  rolunu  daha  dəqiq 
müəyyən etmiş, Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması 
üçün müvafıq mexanizmlər nəzərdə tutmuşdur. 
     “Azərbaycan  Respublikasının  Konstitusiyasına  əlavələr  və  dəyişikliklər 
edilməsi  haqqında”  18  mart  2009-cu  il  tarixli  Azərbaycan  Respublikasının 
Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası 
Milli Bankı” "Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. 
     Bank  qanunvericiliyi  sahəsində  bu  günə  qədər  Mərkəzi  Bank  tərəfindən 
görülmüş işlər nə qədər geniş olsa da, hələ bundan sonra yeni-yeni layihələr üzərində 
işlər plandadır, bəzi yeni layihələr isə artıq tamamlanma üzrədir. Məqsəd, bütövlükdə 
Azərbaycanda  maliyyə-bank  industriyasının  inkişafı  üçün  qanunvericilik  mühitinin 
daha da yaxşılaşdırılması, beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü 
maliyyə-bank  xidmətləri  bazarının  inkişaf  etdirilməsi  üçün  münbit  hüquqi  bazanın 
yaradılmasıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə