Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   2   3   4   5   6   7   8   9   ...   34

16 
 
informasiya-analitik materialların hazırlanması; 
*statistik materialların, iqtisadi, maliyyə və pul-kredit icmallarının hazırlanması 
və yayılması; 
*fıziki  şəxslərin  həddən  çox  borcları  barədə  məlumatların  hazırlanması, 
müştərilən idarəetməsi, « nfobank» (Infobanque) informasiya pəncərəsinin fəaliyyəti 
və başqaları. 
      taliya  Bankı  1893-cü  ildə  aşağıdakı  üç  bankın  qovuşması  nəticəsində 
yaranmışdır: Banko Nazionale Renio, Banko Nazionale Toscana və Banko Toscana di 
Credito  per  le  nazionale  induatrie.  Hal  hazırda  taliya  Bankı  1910-cu  ilin  Emissiya 
bankları barədə Qanunu və 1936-cı ilin  taliya Bankı haqqında Akt əsasında fəaliyyət 
göstərir.Sonuncu  sənədə  əsasən,  Banka  son  mərhələnin  kreditoru  statusu  verilmişdir 
(«banklar  bankı»).1926-cı  ildən  başlayaraq  taliya  Bankı  banknotların  inhisarçı 
emissiyasının  həyata  keçirilməsi  üzrə,  kredit  sisteminə  və  lira  kursuna  nəzarət  üzrə 
eksklüziv-hüquqa sahib oldu.Həmin dövrə qədər pulların emissiyasını Mərkəzi bankla 
yanaşı Banko di Napoli və Banko di Cizilia həyata keçirirdi. 
     Bankın  strukturu səhmdar  cəmiyyəti  xatırladır,  həm  də  səhmlər  adlıdır.Əsas 
səhmdarlar əmanət bankları, digər iri kommersiya bankları, sığorta şirkətləri, təminat 
müəssisələridir.Bununla  belə,  Mərkəzi  bank  kommersiya  təşkilatı  deyil.Onun 
səhmlərinin nəzarət paketinə adıçəkilən bəzi strukturlar vasitəsilə dövlat sahiblik edir. 
taliya  Bankında  idarəetmə  məsələləri  ilə  bankın  idarəedici  Direktoratı  və 
Direktorlar şurası məşğul olur. Müdir, bir qayda olaraq, baş nazirin təqdimatı ilə ölkə 
prezidenti  tərəfindən  uzun  müddətə  təyin  olunur  və  daxili  cari  məsələlərlə  məşğul 
olur. taliya  Bankının  strategiyasının  hazırlanması  və  reallaşdırılması  işi  bank 
Direktoratının üzərinə qoyulmuşdur.Bankın Direktoratı müdirdən, baş direktordan və 
onun  iki  müavinindən  ibarətdir.Üçüncü  orqan  -  Direktorlar  şurası  da  öz  növbəsində 
inzibati və kadr məsələlərini həll edir.Direktorlar şurasına müdirdən başqa 13 direktor 
daxildir.Bu 
direktorlar 
təkrar 
seçilmək 
hüququ 
ilə 
üçillik 
müddətə 
seçilirlər.Direktorlar  şurasının  qərarları  hüquqi  cəhətdən  maliyyə  naziri  tərəfındən 


17 
 
ləğv edilə bildər, lakin faktiki olaraq bu heç vaxt baş verməmişdir. 
     Yaponiya  Bankı  1882-ci  ildə  30  illik  müddətə,  öz  banknotlarını  buraxan 
böyük  sayda  şəxsi  bankların  əmələ  gətirdiyi  inflyasiyanın  qarşısının  alınması  üçün 
yaradılmışdır.Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə  
qanun qəbul edilmişdir.Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət 
olunur,  maliyyə  naziri  isə  bankın  qanuni  aktlarını  müstəqil  şəkildə  dəyişmək 
hüququnu əldə edirdi.1949-cu ildə Siyasi şura yaradıldı.Siyasi şura dövlətin monetar 
tənzimlənmə  sahəsindəki  maraqlarını  müəyyənləşdirməyə  başladı.1979-cu ildə  Bank 
haqqında  qanun  modernləşdirilmiş,  Mərkəzi  bank  isə  uzunmüddətlilik  statusu 
qazanmışdır. 
     1988-ci il aprelin 1-də Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. 
Bu  qanuna  görə,  bank  Maliyyə  nazirliyindən  asılı  deyildi.Yaponiya  Bankı  öz 
statusuna görə, inzibati orqan yox, səhmdar şirkətdir.Onun kapitalının 55%-i hökumətə, 
45%-i  maliyyə  institutlarına,  sığorta  şirkətlərinə  və  digər  şəxsi  səhmdarlara 
məxsusdur.  Səhmdarlara  4%-lik  ölçüdə  dividentlərin  verilməsi  təmin  edilir.  Bank 
tərəfindən  yüksək  mənfəətin  əldə  edildiyi  halda  bu  dividendlər  5%-ə  qədər  artırıla 
bilər.Qalan mənfəət dövlət büdcəsinə toplanır. 
     Yaponiya  Bankıının  rəhbər  orqanı  Siyasi  şuradır.Yeni  bank  qanununun 
qəbulundan  sonra  Siyasi  şuranın  funksiyaları  və  strukturu  bir  qədər  dəyişmişdir. 
1998-ci 1  aprelindən   1-dən başlayaraq, Siyasi  şura doqquz  üzvdən  ibarətdir.  Bunlar 
təyin olunan altı şura üzvü, bankın sədri və onun iki müavinidir.Şuradan başqa, Bank 
idarəsinə üç icraçı auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir. 
Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir: 
*faizin  uçot  dərəcəsinin,  digər  faiz  dərəcələrinin,  veksellərin  diskont  edilmə 
şə
rtlərinin və tiplərinin müəyyənləşdirilməsi; 
*borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi; 
*məcburi bank ehtiyatları normalarının müəyyənləşdirilməsi və ya ləğv edilməsi; 
*pul  bazarına  nəzarətin  strateji  xəttinin  müəyyənləşdirilməsi.  Tətbiq  olunan 


18 
 
nəzarət  tədbirləri:  əsasən  açıq  bazarda  aparılan  əməliyyatlar,  istiqraz  və  veksellərin 
alqısı və satqısı; 
*Yaponiya  Bankının  valyuta  nəzarəti  və  pul  bazarına  nəzarət  məsələləri  üzrə 
rəsmi mövqeyinin dəyişilməsi barədə qanunun qəbul edilməsi; 
*satış obyektlərinin müəyyənləşdirilməsi və maliyyə bazarlarında satışın həyata 
keçirilmə müddəti barədə qərarın qəbul edilməsi; 
*şöbələrin,  ofislərin,  agentliklərin  və  Bankın  digər  daxili  struktur  obyektlərinin 
yaradılması, köçürülməsi və ləğv edilməsi. 
     Şuranın  sədri  Siyasi  şuranın  qəbul  etdiyi  qərarlara  uyğun  olaraq,  Bankın 
fəaliyyətinə  ümumi  nəzarəti  həyata  keçirir.Yaponiya  bankının  sədri  və  onun 
müavinləri  parlamentin  hər  iki  palatasının  razılığı  ilə  Nazirlər  Kabineti  tərəfindən 
təyin olunurlar.Sədrin, onun müavinlərinin, Siyasi şuranın qalan üzvlərinin səlahiyyət 
müddəti 5 ildir. 1999-cu il martın 20-dən Şuranın sədri Masaru Hayamidir. 
Çin Xalq Respublikasının mərkəzi bankı- olan Çin Xalq Bankı Çinin monetar 
siyasəti  həyata  keçirir  və  Çinin  kontinental  hissəsində  fəaliyyət  göstərən  maliyyə 
insitutlarının fəaliyyətini tənzimləyir. 
Bank  1  dekabr  1948-ci  il  tarixində  Huabey  Bankı,  Beyhay  Bankı  və  Xibey 
Fermer  Bankının  birləşməsi  nəticəsində  təsis  edilmişdir.  Ilk  əvvəl  Şizəçuanda 
yerləşən  Baş  ofıs,  1949-cu  ildə  Pekinə  köçmüşdü.1949-1978-ci  illərdə  Çin  Xalq 
Bankı  Çin  Xalq  Respublikasının  yeganə  bankı  idi  və  o,  mərkəzi  və  kommersiya 
bankın funksiyasını
 
yerinə yetirirdi. 
     1980-ci  illərdə  iqtisadi  islahatların  tərkib  hissəsi  olaraq  Çin  Xalq  Bankının 
kommersiya  bankı  funksiyaları  müstəqil,  lakin  dövlətə  məxsus  olan  dörd  bank 
arasında  bölüşdürüldü  və  1983-cü  ildə  Dövlət  Şurası  Çin  Xalq  Bankının  Çinin 
mərkəzi  bankı  olaraq  fəaliyyət  göstərəcəyini  elan  etdi.  Onun  mərkəzi  bank  statusu 
Səkkizinci  Milli  Xalq  Qurultayının  18  mart  1995-ci  il  tarixində  keçirilən  3-cü 
clasında  təstiqlənmişdir.  1988-ci  ildə  Çin  Xalq  Bankı  əsaslı  şəkildə  yenidən 
formalaşdırılmışdır. 2003-cü ilin mart ayında Onuncu Milli Bank Qurultayının Birinci 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə