Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

67 
 
Belə yubanmaya görə faizlər və ya digər təzminatlar ödənilmir. 
*
 
stiqrazların  yerləşdirilməsinə  və  ödənilməsinə  dair  məlumatlar 
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  (
www.maliyye.gov.az
)  və  "Bakı 
Fond Birjası" QSC-nin (
www.bse.az
) internet saytlarında yerləşdiriləcək. 
4)  Səhmlər.  lk  səhmlər  coğrafı  kəşflər  dövründə  meydana  gəlmişlər.  Dəniz 
ekspedisiyalarının  və  iri  ticarət  karvanlarının  maliyyələşdirilməsi  üçün  əhəmiyyətli 
kapital qoyuluşuna ehtiyac duyulurdu. Məhz bununla əlaqədar olaraq tarixdə tacirlərin, 
bankirlərin,  gəmi  sahiblərinin  öz  kapitallarını  birləşdirmək  məqsədilə  xüsusi 
cəmiyyətlərdə birləşməsi ilə ilk səhmdar cəmiyyətlər də yaranmışdır. Bu cəmiyyətlərə 
payın qoyulması xüsusi sənədlə təsdiqlənirdi. Bu sənnəddə sahibin ümumi kapitaldakı 
payı göstərilir, və ümumi gəlirin müəyyən hissəsini əldə etmə hüququ təsdiqlənirdi. Bu 
sənədlər ilk səhmlər idi. Korporativ əsaslarda yaradılmış və fəaliyyət göstərən təsərrüfat 
subyektlərinin,  yəni  açıq  və  qapalı  səhmdar  cəmiyyətlərin  əsas  maliyyə  mənbəyini 
səhmlərin buraxılması və yerləşdirilməsindən əldə olunan vəsaitlər təşkil edir. Səhmdar 
cəmiyyət  təsərrüfat  fəaliyyətini  həyat  keçirmək  məqsədilə  nizamnamə  fondunu  səhm 
buraxmaq  yolu ilə  formalaşdıran  fiziki və  ya  hüquqi  şaxslərin könüllü  sazişi  əsasında 
yaradılan  müəsissədir.  Müxtəlif  sənaye  və  ticarət  müəsissələri,  banklar,  investisiya 
fondları və s. səhmdar cəmiyyət ola bilər. Bəs səhm nədir? Azərbaycan Respublikasının 
“Qiymətli kağızlar haqqında” qanununda səhm haqqmda belə deyilir: “Səhm — onun 
sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini divident şəkilində 
almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra 
qalan  əmlakın  bir  hissəsini  əldə  etmək  hüqüqunu  təsdiqləyən  sənəddir.”Yəni,  səhm 
sahibi  səhmdar  cəmiyyətə  müəyyən  miqdarda  vəsait  köçürür  və  bu  vəsaitə  uyğun 
nisbətdə  cəmiyyətin  əldə  etdiyi  gəlirin  bir  hissəsini  əldə  etmək  hüququnu  əldə  etmiş 
olur. Həmçinin müəsissənin öhdəlikiərinə görə də bu nisbətə uyğun həcmdə məsuliyyət 
daşıyır.  Bundan  başqa  səhmdarın  əlavə  güzəşt  hüququ  da  vardır.  Bu  güzəştləri  ona 
səhmdar  cəmiyyət  özü  verir.  Bu  zaman  səhmdara  müəsissənin  istehsal  eydiyi 
məhsulları alarkən və ya onun göstərdiyi xidmətlərdən istifadə edərkən güzəştlər edilir. 
     Səhmlərdən  əldə  olunan  gəlir  divident  adlanır.  Divident  xalis  gəlirin  ümumi 
məbləğinin  bir  hissəsi  olmaqla  səhmdarlar  arasında  onların  səhmlərinin  sayına  uyğun 


68 
 
olaraq bölüşdürülür. Səhm üzrə dividentlər müxtəlif üsullarla ödənilə bilər: nağd pulla, 
müəssənin  istehsal  etdiyi  məhsullarla,  həmçinin  əlavə  səhmlər  şəkilində  də  ödənilə 
bilər. Bu ödəmələr kvartal üzrə, yarım ildən bir və ya ildə bir dəfə ödənilə bilər.Səhmlər 
Nominal  və  Məzənnə  qiymətinə  malik  olurlar.  Səhmin  Nominal  qiyməti  səhmin 
sertifikatında göstərilən qiymətdir. Səhmdar cəmiyyətin bütün adi səhmlərinin nominal 
qiyməti  eyni  olmalı  və  bütün  səhm  sahibləri  üçün  bərabər  hüquq  təmin  etməlidir. 
Məzənnə qiyməti isə gündəlik olaraq qiymətli kağız bazarındakı tələb və təklifdən asılı 
olaraq  formalaşır.Səhmlərin  bir  sıra  əlamətlərə  görə  təsnifləşdirilməsi  qəbul 
olunmuşdur. Onların təsnifləşdirilməsi prinsipləri aşağıdakı kimidir: 
Emitentə görəkorporativ və qeyri səhmdar tipli müəsissələrin səhmləri  
Gəlirin daxil olma üsuluna görəadi (gəlir qəti müəyyən olunmur, xalis gəlirin 
ölçüsündən  asılı  olaraq  müəyyənləşir)  və  imtiyazlı  (gəlir  qəti  müəyyən  olunmuş 
formada olur, xalis gəlirin həcmindən asılı olmur) 
    Dönərlilyinə  görə:  dönərli  səhmlər  (konvertə  olunan,  digər  növ  qiymətli 
kağızlara  uyğun  proporsiyalarda  dəyişdirib  bilən)  və  qeyri  dönərli  səhmlər  (konvertə 
olunmayan,digər növ qiymətli kağızlara mübadilə olunmayan) 
Sahiblik qaydasına görə: Adlı səhmlər və Təqdimatlı səhmlər. 
5)  Bank  sertifıkatları.  Sertifıkat  bütövlükdə  qısamüddətli  qiymətli  kağızdır.  Bu 
kağız bankın yazılı şəhadətnaməsi olmaqla bankda pul vəsaitinin depozitə qoyulmasını 
ə
ks  etdirir.  Sertifıkat  əmanətçinin  müəyyən  olunmuş  müddət  başa  çatdıqdan  sonra 
ə
manət  qoyduğu  pul  vəsaitini  və  bu  vəsaitə  görə  faizini  geri  alınmasına  hüquq  verən 
sənəddir.  Bank  sertifikatları  investorlar  üçün  cəlbedicidir.  Belə  ki,  inkişaf  etmiş 
ölkələrdə  etibarlılığına  görə  bank  sertifıkatları  dövlət  qiymətli  kağızlarından  sonra 
ikinci yerdə durur. Səhm və istiqrazlarla müqayisədə bank sertifıkatları üzrə vəsaitlərin 
qaytarılmasına  daha  çox  zəmanət  verilir.  Əgər  emitent  bank  öz  ölkəsi  üzrə 
“Əmanətlərin  sığortalanması  fondu”nun  qeydiyyatından  keçmişdirsə  bank  ləğv 
olunduqda  əmanətləri  qaytarmağa  imkan  olmasa  belə,  bu  fond  əmanətçilərə  həmin 
ə
manətləri qaytarır. 


69 
 
6)  Çek  -  hesab  sahibinin  kredit  təşkilatına,  çek  saxlayana  üzərində  göstərilən 
məbləği  ödəməsi  barədə  verdiyi  əmri  özündə  tərənnüm  edən,  müəyyən  olunmuş 
formada  qiymətli  kağız  növüdür.  Başqa  sözlə  çek,  faktiki  olaraq  köçürmə  vekselin, 
hesab  sahibinin  kommersiya  bankına  yazdığı  bir  növü  kimi  ortaya  çıxır.  Çek 
tədavülündə də trassant, trassat və remitent mövcuddur. Trassantla trassatın adı çekin 
blankında göstərilir. Remitentin adı isə çekverən tərəfindən çekin məbləği və yazılma 
tarixi ilə birgə yazılır.Vekseldən fərqli olaraq isə çek aksept tələb etmir. 
Çek üzrə ödəyici yalnız bankdır. Bundan başqa, çek tapşırıqla yazıla bilməz, çünki 
bank onda olan imza nümunəsindən fərqlənən imzalı çeki ödəməkdən imtina edir. 
Digər  qiymətli kağızlar kimi çeklərin də bəzi növləri vardır. Onlar aşağıdakılardır: 
Adlı çek
 konkret şəxsin adına yazılır və başqa şəxsə ötürülməsi qeyri mümükündür.  
Orderli  çek
  də  konkret  şəxsin  adına  yazılır,  lakin  belə  çeklər  indossoment 
vasitəsilə digər şəxslərə ötürülə bilər. 
Adsız  çeklərin
 üzərində  isə  ad  göstərilmir  və  digər  şəxslərə  adi  təqdimedilmə  ilə 
ötürülə bilər. 
Hesablaşma  çeki
  nağdsız  hesablaşma  sferasında  fəaliyyət  göstərən  çeklərdir. 
Aksept olunmuş çeklər
 üzrə bank müştəriləri cari hesablarında olan depozit hüdudunda 
çekləri  akseptləşdirə  bilərlər.  Yəni  bu  çeklərin  üzərində  göstərilən  məbləğ  bank 
tərəfindən onun depozitində bu məbləğ olmasa belə, müştəriyə ödənilən çeklərdir. 
Çeklərdən  bankdan  nağd  pulların  alınması  məqsədilə  (adlı  çeklər),  mal  və 
xidmətlərə  görə  hesablaşmalar  üçün  (orderli  və  adsız  çeklər),  nağdsız  hesablaşmaları 
ifadə  edən  alət  kimi  (hesablaşma  və  aksept  olunmuş  çeklər),  qiymətli  kağızlarla  birja 
sövdələşmələri üçün istifadə olunur. 
7) Konosament - yükün daşınması üçün onun yüklənməsi, daşınması və alınması 
hüququnu  təsdiq  edən  beynəlxalq  standart  sənəd  formasıdır.  Konosament  yük 
daşıyıcısının  daşıma  müqaviləsinin  şərtləri  ilə  təsdiqlənmiş,  yükün  ünvanına 
çatdırılması  haqqında  şərtsiz  öhdəliyidir.  Adlı  konosament  yükün,  üzərində  adı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə