Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

70 
 
göstərilmiş  şəxsə  məxsus  olduğunu  bildirdiyi  və  digər  şəxsə  ötürülə  bilmədiyi  halda, 
orderli  konosament  yükü  göndərənin  və  ya  qəbul  edənin  əmri  ilə  indossoment 
vasitəsilə,  təqdimatlı  konosament  isə  adi  yolla  təqdim  etmək  vasitəsilə  üçüncü  şəxsə 
ötürülür. Xətti (sadə), çarter (çarter reysləri edildikdə), sahilyanı (yükün sahildə qəbul 
olunmasını  təsdiqləyən),  göyərtə  (yük  gəminin  göyərtəsində  qəbul  edildikdə)  və  s. 
konosament  növləri  də  məlumdur.Bunlardan  başqa  törəmə  qiymətli  kağız  növləri  də 
var.  Onlar  alqı-satqı  müqavilələrini  tərənnüm  edirlər.Törəmə  qiymətli  kağızlar 
təsdiqləyən qiymətli kağızlardır. Törəmə qiymətli kağızların tədavül məqsədi əsas fond 
qiymətli  kağızların  məzənnəsinin  dəyişməsindən  mənfəət  əldə  etməkdir.  Bu  kağızlar 
1970-ci  illərdən  maliyyə  mühitində  özlərinə  yer  tapmağa  başlamışlar.  Bunlara  opsion 
ə
qdləri,  fyüçers  əqdləri,  forvard  əqdləri,  svoplar,  həmçinin  varrantlar  və  depozitarı 
qəbzləri də aid edilir. 
8)
 
Opsion  -  latın  sözü  olub  seçim  mənasını  verir.  Opsion  müqavilə  forması 
olmaqla qiymətli kağızların alqı-satqı proseslərini yerinə yetirmək hüququnu tərənnüm 
edir. Lakin bu əməliyyatı yerinə yetirməmək də olar. Bu əməliyyat öhdəlik formasında 
olur. Opsion əməliyyatlarının 2 növü mövcuddur: “koll” (alqı) və “put” (satqı) opsion 
ə
məliyyatları.“Koll”  opsion  müqavilədə  göstərilmiş  müddət  ərzində  müəyyən  miqdar 
qiymətli  kağızları,  bu  müqaviləni  başa  çatdırmaq  öhdəliyi  olmadan,  razılaşdırılmış 
qiymətə  opsionu  yazan  şəxsdən  almaq,  “Put”  opsion  müqaviləsi  isə  opsionu  yazan 
şə
xsə  satmaq  hüququ  verir.  Beləliklə,  opsion  alıcısı  qiymətli  kağızları  almaq  və  ya 
satmaq  hüququndan  istifadə  edə  də  bilər,  etməyə  də  bilər.  Lakin  opsion  satıcısı 
müqavilənin  şərtlərinə  əsasən  istənilən  halda  sövdələşməni  yerinə  yetirməlidir. 
Opsionun qiyməti kimi opsion alıcısının satıcıya ödədiyi mükafat çıxış edir. Opsionun 
bir sıra üstün cəhətləri vardır. Məsələn, opsion alıcısının qeyri məhdud həcmdə mənfəət 
almaq imkanı olduğu halda, itkiləri ödənilən mükafatla məhdudlaşır. Həmçinin, opsion 
ə
məliyyatları yüksək rentabelliyə malikdirlər. Yəni, kiçik məbləğdə mükafat ödəməklə 
ondan dəfələrlə artıq
 
həcmdə mənfəət əldə etmək imkanı vardır. 
     Fyüçers  müqavilələrində  iki  iştirakçı  öz  üzərinə  müqavilədə  göstərilən 
müddətdə əmtəənin müqavilənin bağlandığı ana olan qiymətlə müvafiq olaraq alınması 


71 
 
və  satılması  üzrə  öhdəlik  qəbul  edir.Fyüçers  müqaviləsi  bağlandığı  an  heç  nə  alınmır 
heç nə satılmır. Sadəcə müqavilə bağlandıqda hər iki tərəf öz üzərinə aktivin alınması 
və satılmasına dair öhdəlik qəbul edir. “Fyüçers kontraktının alqısı” anlayışı kontraktın 
icra  anı  çatdıqda  ilkin  birja  aktivini,  kontraktın  əks  Tərəfindən  qəbul  etmək  və  onun 
dəyərini,  kontrakt  bağlanan  andakı  məzənnə  ilə  ödəmək  öhdəliyi  mənasını  verir. 
“fyüçers kontraktının satqısı” dedikdə, kontraktın icra anı çatdıqda,ilkin birja aktivini, 
kontraktın  əks  tərəfinə  çatdırılması  və  bunun  müqabilində  kontraktın  satış  qiymətinə 
ə
sasən  müvafiq  pul  vəsaitlərinin  alınması  başa  düşülür.Hər  bir  fyüçers  kontraktının 
ömrü  məhdudur.  Onunla  ticarətin  son  günü  və  bu  günün  hansı  anınadək  ticarətin 
aparılacağı  əvvəlcədən  məlumdur.  Fyüçers  kontraktlarının  icrası  və  bütün 
hesablaşmalar  fond  birjası  və  ona  hesablaşma  orqanı  kimi  xidmət  edən  hesablaşma 
(klirinq)  palatası  tərəfindən  zəmanətləndirilir.  Нər  bir  fyüçers  kontraktı  üzrə  sığorta 
fondu  yaradılır.  Bir  qayda  olaraq  bu  kontraktlarla  əməliyyat  keçirməkdən  ötrü 
investorlar  müqavilə  əmtəəsinin  dəyərinin  müəyyən  həcmində  (  8-15  %)  pul  girovu 
qoyur. Bu vəsaitlər müqavilə tərəflərinin götürdüyü öhdəliklərin maliyyə zəmanəti kimi 
çıxış edir. Fyüçers kontraktlarının tarixi sələfi Forvard kontraktlarıdır. 
9)
 
Svop  -  müəyyən  edilmiş  şərtlərlə  gələcəkdə  ödəmələrin  mübadiləsi 
haqqında  iki  tərəf  arasında  bağlanılan  razılaşmadır.  Svop  üzrə  mübadilə  obyekti  kimi 
dəyişməz və dəyişən faiz dərəcəli borc öhdəlikləri (faiz svopları), valyuta vəsaitləri və 
valyuta  faizləri  (valyuta  svopları),  həcmi  müəyyən  əmtəənin  qiymətindən  asılı  olan 
dəyişməz və dəyişən ödəmələr (əmtəə svopu) çıxış edə bilər. 20-ci əsrin 80-ci illərində 
dinamik  fəaliyyət  göstərən  beynəlxalq  svop  bazarı  formalaşmışdır.  Faiz  svop 
ə
məliyyatları xüsusilə böyük vüsət almış, artıq 90-cı illərin əvvəllərində onun həcmi 3 
trilyon  dollardan  çox  olmuşdur  ki,  bu  da  valyuta  svopları  bazarının  dövriyyəsindən 
təxminən  3  dəfə  artıqdır.  Müasir  dövrdə  svop  dilerlərinin  beynəlxalq  assosiasiyası  da 
yaradılmışdır. 
     Varrant  -  ingilis  sözü  olub  (warrant)  vəkalət,  ixtiyar,  səlahiyyət  deməkdir. 
Varrant  anlayışı  iki  məna  verir.  Birincisi,  sertifıkat  olmaqla  bu  sertifıkatı  saxlayana 
müəyyən  müddət  ərzində  və  ya  müddətsiz  razılaşdırılmış  qiymətə  qiymətli  kağızlar 


72 
 
almaq  hüququnu  verən  sənəddir.  Yəni,  Varrant  əsas  qiymətli  kağızların  buraxılışı  ilə 
birgə  yaranmaqla  sahibinə  təyin  edilmiş  qiymətlə  müəyyən  müddət  ərzində  qiymətli 
kağız  almaq  hüququ  verir.  kincisi  isə,  anbar  şəhadətnaməsi  olmaqla  müəyyən  malın 
saxlamaq üçün qəbul edilməsini təsdiqləyən sənəddir. 
9) Ödənilmə müddətinə görə dövlət qiymətli kağızları qısa, orta və uzunmüddətli 
olur.
  Qısamüddətlilərə  ödəniş  müddəti  müxtəlif,  lakin  maksimum  1  il  olan  xəzinə 
vekselləri aiddir. Ortamüddətlilərə ən geniş yayılmış növü ödənilmə müadəti ən çox 10 
il olan xəzinə notlarıdır. Uzunmüddətlilərə xəzinə istiqrazları aiddir. 
 
Sənayesi  inkişaf  etmiş  ölkələrdə  dövlət  qiymətli  kağızlarının  çox  böyük 
ə
həmiyyətə  malikdir.  Dövlət  qiymətli  kağızları  dövlət  tərəfindən  buraxılmış  və  daxili 
dövlət  borcunun  təzahür  forması  olan  borc  mahiyyətli  qiymətli  kağızlardır.Bu  alət 
vasitəsilə dövlət xərclərinin malliyyələşdirilməsi, dövlət büdcəsi kəsirinin örtülməsi və 
ümumiyyətlə  iqtisadiyyatın  inkişafında  çox  geniş  istifadə  olunur.  Adətən  dövlət 
qiymətli kağızlar bazarının əsas iştirakçısı kimi çıxış edir. Misal üçün ABŞ və Böyük 
Britaniyada hökumət borclarının əsas hissəsini dövlət qiymətli kağızları təşkil edir. 
Dövlət  qiymətli  kağızları  dövlət  adından  dövlət  orqanları  və  idarələri  tərəfindən 
tədavülə buraxılan, habelə dövlət statusu verilmiş digər qiymətli kağızlardır. 
stiqraz  bazarında  borc  öhdəlikli  dövlət  qiymətli  kağızları  böyük  paya  malikdir. 
Müasir  dünya  iqtisadiyyatında  borc  öhdəlikli  dövlət  qiymətli  kağızların  srukturunda 
ortamüddətli və  uzunmüddətli  istiqrazlar  çoxluq  təşkil edir.  stiqrazlar  dövlət, özəl və 
Qiymətli kağızların müddətinə görə 
Pul bazarı 
Kapital bazarı 
1 ilə qədər müddətə buraxılan qiymətli
 
1 ildən yuxarı müddətə almıb satılan
 
kağızlar
 
qiymətli kağızlar
 
Xəzinə vekselləri
 
Səhm və istiqrazlar
 
Dövlət xəzinə öhdəlikələri
 
Girov kağızları
 
Depozit sertifıkatları
 
Hökümətin  1  ildən  çox  müddəyə 
buraxdığı
 
Dövlət qısamüddətli istiqrazlar
 
qiymətli kağızlar
 
Risk 
azdır,likvidlik 
yüksəkdir,qiymətlər
 
 
oz dəyişir.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə