Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   26   27   28   29   30   31   32   33   34

95 
 
bilər.Elə  buna  görə  də  Mərkəzi  Bank  bu  sabitliyin  dayanıqlı  və  dönməz  olması  üçün 
ölkənin vəziyyətini nəzərə alaraq pul-kredit siyasətinin müxtəlif  istiqamətlərini işləyib 
hazırlamalı,  lazım  gəldikdə bu  siyasətin  alətlərində  müxtəlif  dəyişikliklər  etməli,  daha 
da  təkmilləşdirməlidir.Bu  məsələdə  isə  Azərbaycanın  pul-kredit  siyasətinin  köməyinə, 
inkişaf  etmiş  və  bazar  iqtisadiyyatı  şəraitində  olan  müxtəlif  ölkələrin  mərkəzi 
banklarının  təcrübələri,  artıq  sınaqdan  çıxmış  üsullardan  uyğun  olanlarının  düzgün 
şə
kildə istifadəsi gələ bilər. 
   
Mərkəzi Bankın aktiv likvidlik siyasəti: 
    Pul təklifinə azaldıcı faktorları əsasən neytrallaşdırmış, bununla iqtisadi artımın 
və  məşğulluğun  əsas  nüvəsi  olan  məcmu  tələbin  maliyyə  mənbələrinin  kəskin 
daralmasının qarşısını almışdır. 
Mərkəzi Bankm antiböhran proqramının mühüm alətlərindən biri: 
Ölkədə  ipoteka  kreditləşməsinin  aktivləşməsi  olmuş,  tikinti  sektoru  və  daşınmaz 
ə
mlak bazarına sabitləşdirici təsir göstərmişdir. 
poteka  kreditləşməsi  əmlak  bazarında  qiymətlərin  stabilləşməsinə  imkan  vermiş, 
tikinti, bank işi, sığorta, qiymətləndirmə  fəaliyyəti, rieltor (alqı-satqıda komissiya əldə 
edən peşəkar vasitəçi) və notarius xidmətləri, habelə qiymətli kağızlar bazarında iqtisadi 
fəallığı bilavasitə artırmışdır. 
Mərkəzi  Bank  qlobal  böhranı  hazırlıqlı  qarşılamış,  ölkədə  maliyyə  sabitliyi 
qorunmuşdur: 

  bank aktivlərinin yüksək və riskli artım templəri Mərzkəzi Bank tərəfindən 
məhdudlaşdınlmışdır; 

  xarici  borcların  həcminin  tənzimlənməsi  sistemi  tətbiq  edilmiş,  oxşar 
region  ölkələrindən  fərqli  olaraq  Azərbaycanda  xarici  borclar  bankların 
öhdəliklərinin cəmi 20%-i səviyyəsində məhdudlaşdırılmışdır; 

  kapitallaşma və maliyyə ehtiyatlanması səviyyəsi əhəmiyyətli artırmışdır; 

  pradensial tənzimləmə normativləri və cərcivəsi sərtləşdirilmişdir. 
Mərkəzi  Bankın  riskləri  idarəetməsi  bank  sektorunda  risklərin  cevik 
tənzimlənməsinə yönəldilmişdir: 
-
  Bankların  likvidlik  mövqeyi  idarəetməyə  alınmış,  xarici  borcların  yenidən 


96 
 
maliyyələşməsi həyata kecirilmiş, sistem əhəmiyyətli institutlara zəruri likvidlik dəstəyi 
verilmişdir; 
-
  Bankların  korporativ  idarəetmə,  xususilə  risklərin  idarə  olunması  sistemlərinə 
tələblər artırılmışdır; 
-
  Qorunan əmanətlərin məbləği altı dəfə artırılaraq 30 min manata çatdırılmışdır; 
-
  Stress-testlər  vasitəsilə  bankların  risk  zonalarının  davamlı  monitorinqi  sistemi 
yaradılmış, adekvat korrektiv tənzimləmə rejimi müəyyən edilmişdir; 
-  Mərkəzi Bankın qarantiyası ilə banklararası pul bazarı fəaliyyətə başlamış və bu 
bazar banklar arasında izafi likvidliyin hərəkətinin yuksək mobilliyini təmin etmişdir. 
Proqnozlara  görə  dünyada  iqtisadi  böhran  başa  çatandan  sonra  Azərbaycan 
iqtisadiyyatında  inkişaf  templəri  sürətlə  artacaq.Iqtisadi  göstəricilərə  əsasən  böhran  
Azərbaycan iqtisadiyyatının əksər sahələrinə təsir etmişdir.Lakin daha çox o, özünü neft 
və  tikinti  sektorlarında  göstərir.Qeyd  etmək  lazımdır  ki,  müqayisədə  Azərbaycan 
böhrandan bir o qədər də zərər çəkməmişdir. Əlbəttə ki, bu istiqamətdə ölkənin Mərkəzi 
Bankının və hökumətin makroiqtisadi sabitliyi qoruma istiqamətindəki tədbirlərinin rolu 
böyükdür. 
 Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Asad Alamın sözlərinə görə, son 4  
ildə həyata keçirilən proqram çərçivəsində Dünya Bankı Azərbaycandakı layihələrə 1,8  
milyard dollara qədər maliyyə yardımı ayırıb. Bu vəsaitlər neflə çirklənmiş ərazilərin , 
təmizlənməsi, dəmir yolu və ticarətin dəstəklənməsi, korporativ və dövlət sektorlarında 
ınühasibatlıq,  magistral  avtomobil  yollarının  yenidən  qurulması,  maliyyə  sisteminin 
islahatları,  su  təchizatı  və  kanalizasiya  xidmətləri  layihələrinə  sərf  olunub.  Yaxın 
vaxtlarda icrasına başlanacaq yeni 4 illik proqramda isə belə layihələrin sayı artırılacaq. 
Bütün  bu  proseslər  ölkəmizin  iqtisadi  siyasətinin  düzgün  istiqamətdə  
aparıldığından və ölkənin gələcək iqtisadi inkişafından xəbər verir. 
   Beləliklə qeyd edək ki, dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına da 
mənfi  təsirinin  genişlənməsinin  qarşısının  alınması  məqsədilə  Mərkəzi  Bank  malliyyə 
sabitliyinin qorunması ilə bağlı aşağıdakı qərarları qəbul etmişdir: 
1.
 
Aktivlərin təsnifat dərəcələri sərtləşdirilmişdir: 
- Nəzarət altında olan aktivlər 6%-dən 10%-ə qaldırılmış;  


97 
 
- Qeyri-qənayətbəxş aktivlər 25%-dən 30%-ə yüksəldilmiş  
      -Təhlükəli aktivlər 50%-dən 60%-ə artırılmışdır  
2.
 
Daşınmaz əmlakla təminata qarşı tələblər 120%-dən 150%-ə artırılmışdır. 
3.
 
Subordinasiya borclarının məcmu kapitalda iştirakı məhdudlaşdırılmış: 
-
 Subordinasiya  borcunun  maksimal  məbləği  birinci  dərəcəli  kapitalın  50%-i 
həddində müəyyən edilmişdir. 
4.
 
poteka kreditlərinin risk dərəcəsi 50%-dən 100%-ə artırılmışdır. 
                5.  “Banklarda  kreditlərin  verilməsi  Qaydaları”na  dəyişikliklərlə  borcalarıın 
maliyyə  vəziyyətinin  və  onun  kredit  qaytarma  qabiliyyətinin  qiymətləndirilməsinə, 
həmçinin  borcalanın  fəaliyyətinə  daimi  monitorinqə  və  bütövlükdə  kredit  portfelinin 
keyfıyyətinə nəzarət olunmasına dair tələblər genişləndilmişdir.  
6.  Açıq  valyuta  mövqeyinin  hesablanması  metodikası  təkmilləşdirilmiş,  o 
cümlədən,  balansdankənar  hesablar  üzrə  dəqiqləşdirilmələr  aparılmış,  mövqelərin 
hesablanmasında  bank  metalları  ilə  aparılan  əməliyyatların  əks  etdirilməsinə 
başlanmışdır. 
    7.      “Kredit  əməliyyatları  üzrə  faizlərin  hesablanmasının  dayandırılması  haqqında 
Qaydalar”a  dəyişikliklərə  “faizləri  hesablanmayan”kreditlər  üzrə  müştərinin  ödənişləri 
hesabına borc tələblərinin ödənilməsi növbəliyinə yenidən baxılmışdır. 
8.
 
Bankların  və  sığorta  şirkətlərinin  kapitallizasiyaya  yönəldiləcək  mənfəəti 
mənfəət vergisindən azad olunmuşdur. 
Qorunan əməliyyatlar üzrə illik faiz dərəcəsi limitinin təmin edilməsində çeviklik 
təmin  edilmiş,  qorunan  əməliyyatlar  üzrə  maksimal  məbləğ  6000  manatdan  30000 
manatadək artırılmışdır. 
9.
 
Faiz dərəcəsi 15%-dək olan əməliyyatlar sığorta sisteminə daxil edılmişdir.  
10.
 
 Mərkəzi  Bankın  təşəbbüsü  ilə  2009-cu  ilin  iyun  ayında  ipoteka 
kreditləşməsi bərpa olunmuşdur. Bunun psixaloji və fiziki təsiri ilə daşınmaz bazarı son 
iki  ayda  canlanmışdır.  poteka  kreditləşməsi  tikinti,  bank  işi,  sığorta,  qiymətləndirmə 
fəaliyyəti,  rieltor  və  natarius  xidmətləri,  habelə  qiymətli  qiymətli  kağızlar  bazarında 
iqtisadi  fəallığı  bilavasitə  artırılmış,  əmlak  bazarında  qiymətləri  stabilləşdirilmişdir. 
Qiymətlərin  stabilləşməsi  öz  növbəsində  bank  kreditlərinin  girov  təminatının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə