Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   26   27   28   29   30   31   32   33   34

101 
 
 
      Ölkənin  xarici  iqtisadi  mövqeyi  əlverişlidir,  strateji  valyuta  ehtiyyatları 
potensial  makroiqtisadi  riskləri  tam  neytrallaşdıra  bilən  səviyyədədir.  Hazırda  iqtisadi 
artım  tamamən  qeyri-neft  sektorundan qaynaqlanır.  nflyasiya  optimal  idarə olunur və 
təkrəqəmli  səviyyədədir.Makro-maliyyə  sabitliyinin  mühüm  lövbəri  olan  manatın 
mübadilə  məzənnəsi  stabildir.Bank  sektoru  yüksək  maliyyə  dayanıqlığına 
malikdir.Maliyyə  resurslarına  çıxış  genişlənir  və  təşviq  olunur,  nəticədə  iqtisadiyyata 
kredit    qoyuluşlarının  artımı  davam  edir.  Dünyanın  əksər  ölkələrinin  kredit  reytinqi 
azaldıldığı halda, Azərbaycanın kredit reytinqi yüksəldilmişdir. 
    2012-ci ilin pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın 
və  inkişafın  başlıca  şərti  olan  makroiqtisadi  sabitliyin  qorunmasına,  bank  sektorunda 
maliyyə  sabitliyinin  təmin  olunmasına  və  maliyyə  vasitəçiliyinin  dərinləşməsinə 
yönəldilib.Bu  hədəflərə  nail  olmaq  üçün  Mərkəzi  Bank  pul  siyasətinin  və  bank 


102 
 
nəzarətinin  strateji    çərçivəsinin  davamlı  təkmilləşdirilməsini  həyata  keçirəcək,  habelə 
makroiqtisadi  siyasətin    koordinasiyasının  daha  da  təkmilləşməsinə  zəruri  dəstək 
verəcəkdir.     
        Beləliklə, qlobal maliyyə və iqtisadi böhran şəraitində makroiqtisadi sabitliyin 
qorunub  saxlanması,  dövriyyədə  pul  kütləsinin  artmasına  nəzarətin  gücləndirilməsi  və 
maliyyə intizamının sərtləşdirilməsi, uğurla həyata keçirilən neft strategiyası nəticəsində 
ölkənin  getdikcə  artan  maliyyə  ehtiyatlarından  istifadənin  səmərəliliyinin  artırılması, 
istehlak  bazarına  nəzarətin  gücləndirilməsi,  iqtisadiyyatda  sağlam  rəqabət  mühitinin 
formalaşması ilə bir sıra vacib tədbirlərin infrastruktur lahiyələrinin və digər sosial və 
iqtisadi  proqramların  icra  olunması  və  həyata  keçirilməsi  Azərbaycan  iqtisadiyyatında 
müsbət  təsir  göstərəcəkdir.  Bu  tədbirin  həyata  keçirilməsi  Azərbaycan  vətəndaşlarının 
rifahının  yaxşılaşmasına  və  gəlirlərinin  sabitləşməsinə  əhəmiyyətli  dərəcəcədə  təsir 
edəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


103 
 
NƏT CƏ  VƏ TƏKL FLƏR. 
Bank sistemində mərkəzi bankın əsas rolu və mövqeyi bu ölkədə bazar 
 iqtisadiyyatının səviyyəsi və xarakteri ilə müəyyənləşir ki, bu münasibətləri sabit 
 hesab etmək düzgün olmazdı. 
Bazarın və ümumiyyətlə maliyyə sektorunun gələcək inkişafının dövlətin 
tənzimləyici orqanı olan mərkəzi banksız təsəvvür etmək qeyri mümkündür. 
Bank  sırasından  mərkəzi  bankın  ayrılması  ikipilləli  bank  sisteminin  yaranmasına 
səbəb oldu ki, bu pillənin başında mərkəzi bank durdu. Belə bir sistemin yaranmasının 
vacibliyi  bazar  münasibətlərinin  ziddiyyətli  xarakterindən  qaynaqlanır.  Çünki,  .bir 
tərəfdən  bazar  xüsusi  maliyyə  resurslarından  sərbəst  istifadəni  tələb  edir  ki,  bu  da 
ikipilləli bank sisteminin aşağı pilləsinin elementləri ilə təmin olunur, digər tərəfdən isə, 
bu  münasibətlərə  dövlət  tənzimlənməsi  vacibdir  ki,  bu  da  xüsusi  institutun  mərkəzi 
bankın  olmasını  tələb  edir.  Beləliklə  Mərkəzi  Bankin  əməliyyatları  və  onların 
təkmilləşdirilməsi  magistr  dissertasiyasının  araşdırılması  bizə  bir  sıra  nəticələr  əldə 
etmək imkanı vermiş oldu ki, onlar aşağıdakılardır : 
-
  mərkəzi  bankların  yaranması  bir  növ  tarixi  kəşfdir  ki,  bu  da  özlüyündə 
sahibkarlıqda sərbəstliyi qorumaqla bazara effektiv yiyələnməyə imkan yaradır. 
Ayrı-ayrı  ölkələrin  mərkəzi  banklarının  fəaliyyətinin  araşdırılması  nəticəsində 
demək olar ki: 
-
  mərkəzi  banklar,  ilk  növbədə  dövlətlə  iqtisadiyyat  arasında  vasitəçidir  və 
vasitəçi  kimi  qanunvericiliklə  təsdiqlənmiş  alətlər  vasitəsilə  pul  və  kredit  axının 
tənzimləyən bir təşkilatdır. 
-
  istənilən  ölkənin  mərkəzi  bankının  fəaliyyətində  əsas  məqsəd,  bütövlükdə 
maliyyə-bank  industriyasının  inkişafı  üçün  qanunvericilik  mühitinin  daha  da 
yaxşılaşdırılması, beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü maliyyə- 
bank  xidmətləri  bazarının  inkişaf  etdirilməsi  üçün  münbit  hüquqi  bazarın 
yaradılmasıdır. 
-
 
Mərkəzi  banklar  ənənəvi  olaraq  dörd  əsas  funksiyanı  yerinə  yetirir: 
banknotların  inhisarçı  emissiyasını  həyata  keçirir;  banklar  bankı  kimi  çıxış  edir; 
hökumətin  bankiri  kimi  çıxış  edir;  milli  valyutanın  pul-kredit  tənzimlənməsini  və 


104 
 
sabitliyinin təmin olunmasını həyata keçirir. 
Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinə gəldikdə, qeyd edək ki, o 
öz  fəaliyyətində  sərbəstdir,  onun  səlahiyyətləri,  vəzifə  və  funksiyaları  Azərbaycan 
Respublikasının  Konstitusiyası  ilə  və  «Azərbaycan  Respublikasının  Milli  Bankı 
haqqında» Qanunu ilə müəyyənləşdirilir. 
Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  hüquqi  statusunu,  onun  məqsəd, 
funksiya  və  səlahiyyətlərini,  habelə  idarəetmə  və  təşkilati  strukturunu  müəyyən  edir, 
dövlətin  mərkəzi  bankı  kimi  dövlət  hakimiyyəti  orqanları  ilə  və  digər  şəxslərlə 
münasibətlərini tənzimləyir. 
  -  Mərkəzi Bankın passiv əməliyyatları sırasında olan banknot emissiyanın 
müasir mexanizmi kommersiya banklarının, dövlətin kreditləşməsi və qızıl valyuta 
 ehtiyyatlarının  artırılması  üzərində  qurulmuşdur.  Emissiya  mexanizmi 
banknotların kredit təminatını müəyyənləşdirir. 
Mərkəzi  bank  özünün  analoji  fəaliyyəti  çərçivəsində  pul  emissiyasının  ölçüsünü 
müəyyən  etmək  üçün  kommersiya  banklarının  kassa  dövriyyələrinin  proqnozlarından 
istifadə edir. 
-
 
Mərkəzi bankların təyin etdiyi məcburi ehtiyatlar bankların depozit bazasının 
həcminə təsir etdiyindən, bankların kredit verməsini tənzimləyir və buna görə də bank 
resurslarının həcminə təsir edir. 
-
 
Mərkəzi  Bank,  tədavüldəki  pul  kütləsi  (nağd  və  nağdsız  formada)  təsərrüfat 
subyektləri  tərəfindən  ona  olan  tələbi  üstələdiyi  zaman  məcburi  ayırmalar  üzrə 
normativlərin  artırılması  yolu  ilə  kredit  restriksiyası  siyasətini  yürüdür.  Bununla  da  o, 
bankları aktiv əməliyyatların həcmini azaltmağa məcbur edir. 
-
 
Mərkəzi Bankın  mənfəəti  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına 
uyğun olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır. 
-
 Mərkəzi 
Bankın 
mənfəətinin 
bölüşdürülməsi 
kapital 
ehtiyatları 
formalaşdırıldıqdan sonra baş verir.Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst 
qalığı  dövlət  büdcəsinə  köçürülür.Reallaşdırılmış  mənfəətin  sərbəst  qalığı  Mərkəzi 
Bankın  illik  maliyyə  hesabatı  auditor  rəyi  ilə  təsdiqləndikdən  sonra  dövlət  büdcəsinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə