Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

82 
 
üzərində nəzarət üçün istifadə olunur. 
     Yalniz kəskin böhran şəraitində diskont siyasətinin gündəlik əhəmiyyəti artır. 
səmərəliliyinə  görə  uçot  dərəcələrinin  siyasətinin  tətbiqi  açıq  bazardakı 
ə
məliyyatlardan    sonra  dayanır.  Mərkəzi  bankın  faiz  dərəcələri  Azərbaycanda  hələ  ki, 
pul-kredit  sisteminə  onun  həssaslığı  baxımından  əhəmiyyətli  dərəcədə  təsir  edən  alət, 
vasitə,  indikator  funksiyasını  yerinə  yetirmir.Mərkəzi  bank  kommersiya  banklarına 
kreditləri maksimum 6 ay müddətinə ayırır. 
     1994-cü  ilin  ikinci  yarsından  mərkəzləşdirilmiş  kredit  resurslarının  məqsədli 
formada  verilməsindən  tədricən  imtina  edilmişdir.1995-ci  ildən  tətbiq  olunan  tələb  və 
təklifdən  asılı  olaraq  formalaşan  faiz  dərəcəsi  mərkəzi  bankın  yenidənmaliyyələşmə 
dərəcəsi kimi müəyyən olunmağa başladı. 
      Aydındır  ki,  yalnız  iqtisadiyyatı  sabit  inkişaf  edən  ölkədə  sahibkarlıq 
fəaliyyətinin  inkişafından  söhbət  gedə  bilər.Ölkədə  investisiya  mühitinin 
yaxşılaşdırılması son illər ərzində xarici investorların ölkə iqtisadiyyatına meylini artırır 
ki, bu da öz növbəsində ölkə bazarında bankların və xarici korporasiyaların fəaliyyətinin 
genişlənməsinə  səbəb  olur.Eyni  zamanda,  ölkəmizdə  milli  sahibkarlıq  fəaliyyətinin 
inkişafını  dövlət  öz  himayəsi  altına  almışdır.  Azərbaycan  Respublikası  Prezidentinin 
sahibkarlıq  fəaliyyətinin  inkişafına  aid  olan  10  noyabr  2002-ci  il  tarixli  fərmanı  buna 
ə
yani  misal  kimi  göstərilə  bilər.  Belə  ki,  bu  fərmana  əsasən  Mərkəzi  Bankın  idarə 
heyətinin  qərarı  ilə  16  sentyabr  2002-ci  ildə  pul-kredit  siyasəti  aləti  olan 
mərkəzləşdirilmiş  kreditlər  üzrə  uçot  faiz  dərəcələrində  dəyişiklik  edilərək  10%-dən 
7%-ə endirilməsini ölkənin iqtisadi artım sürətinin inkişafı yolunda uğurlu addım kimi 
qiymətləndirmək olar. 
        qtisadi  artıma  nail  olmaqda  istehsalın  səmərəliliyi  də  mühüm  rol  oynayır. 
Buna  görə  də  iqtisadiyyata  dövlət  müdaxiləsinin  səbəblərindən  biri  də  istehsalın 
səmərəli fəaliyyət göstərməsi şəraitinin təmin olunmasıdır. qtisadi artım bir sıra iqtisadi 
göstəricilərin vəziyyətindən asılı olaraq müəyyənləşir. Başqa sözlə, iqtisadi artım sürəti 
məhz  istehsal  amillərinin  funksionallığı,  işçi  qüvvəsinin  tam  1  məşğulluğu,  tələb, 
qiymət  sabitliyi,  tədiyyə  balansının  müsbət  saldosu  kimi  göstəricilərin  səviyyəsindən 
asılıdır. 


83 
 
       Pul-kredit  siyasətinin  son  məqsədi ölkədə  ümumi  milli  məhsulun və  ya  milli 
gəlirin həcminin, eləcə də onların adambaşına düşən kəmiyyət göstəricilərinin istənilən 
səviyyədə olması, başqa sözlə desək, iqtisadi artımdır.Pul-kredit siyasəti ilə tənzimlənən 
istehsalın  artım  sürətinin  qorunması,  məşğulluq  problemlərinin  həlli,  işsizlik  həddinin 
müəyyən  edilməsi,  yoxsulluğun  aradan  qaldırılması,  gəlirlərin  yüksəldilməsi  və  s. 
tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. 
       Mərkəzi Bank pul-kredit siyasəti formalaşdırdığı və həyata keçirdiyi zaman öz  
fəaliyyətinin  məqsədlərini  ölkənin  cari  il  üçün  iqtisadi  siyasətinin  əsas  məsələləri  ilə 
ə
laqələndirir.  Bu  zaman,  aparılan  siyasətə  inamın  qorunması  üçün  vacib  olan,  aşağı 
səviyyəli inflyasiyanın mütləq qorunması şərti ilə iqtisadi artımın möhkəmləndirilməsi 
və inkişafı siyasətidir. 
      Yenidənmaliyyələşmə dərəcəsinin qaldırılmasını əsasən belə qiymətləndirmək 
olar:  burada  məqsəd  manatın  alıcılıq  qabiliyyətinin  artırılmasıdır.  nflyasiyanın 
yaranmasına səbəb olan istehlak qiymətlərinin artmasının qarşısını almaq məqsədilə pul 
kütləsini  bu  sahədən  yığım  sahəsinə  tərəf  yönəltmək,  bununla  da  iqtisadiyyatın  daxili 
maliyyə bazasını inkişaf etdirmək olar. 
      Lakin  qeyd  etmək  lazımdır  ki,  bu  zaman  Milli  Bank  qeyri-neft  sektoruna 
intvestisiya  axınlarının  artması,  bu  sektor  üzrə  hökumətin  nəzərdə  tutduğu  artım 
proqnozunun  reallaşması  məqsədlərini  də  diqqət  mərkəzində  saxlamalıdır.Deməli, 
Mərkəzi  Bank  uçot  dərəcəsinin  dəyişdirilməsi  zəruriliyini  inflyasiya  səviyyəsindən, 
qeyri-neft  sektorunda  artım  dinamikasından,  iqtisadiyyatın  istehlak  və  yığım 
sferalarındakı durumdan asılı olaraq nəzərdən keçirməlidir. 
       Pul-kredit  siyasəti  yürüdərkən  yenidənmaliyyələşdirilmə  üsulundan  istifadə 
etmənin  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  bu  üsul  yalnız  kommersiya  banklarının 
fəaliyyətinə  toxunur.  Mərkəzi  Bank  bu  üsuldan  az  istifadə  etdikdə  və  ya  tamamilə 
istifadə etmirsə bu üsul öz səmərəliliyini və əhəmiyyətini itirir. 
        Bank sektorunda da gözlənilən mühüm dəyişikliklər baş verməmişdir, belə ki, 
fiziki  şəxslərin  depozitlərinin  sığorta  olunması  istiqamətində  heç  bir  fundamental 
layihələr  həyata  keçirilməmiş,  bank  sisteminin  konsolidasiyası  zəif  getmiş, 
uzunmüddətli kreditləşmənin stimullaşdırılmasında heç bir radikal dəyişiklik olmamış, 


84 
 
sadəcə  müəyyən  dərəcədə  pul  -  kütləsi  artmışdır.  Lakin  buna  baxmayaraq  qeyd 
etməliyik ki, 2003-cü ildən etibarən bu sahədə müəyyən irəliəyişlər baş vermişdir. Belə 
ki, bu illər ərzində Mərkəzi Bank özünün sərt pul siyasətini aparmaqla iqtisadiyyata təsir 
etmişdir. Cədvəl 3.1.-dən də göründüyü kimi 2006-cı ildə məcburi ehtiyyat normaları 9,5 
% təşkil etdiyi halda bu göstərici 09.06. 2008-ci ilə kimi 15%-ə qədər qalxmışdır. Lakin 
14.10.2008-ci  ildən  sonra  Mərkəzi  Bankın  bu  istiqamətdə  siyasəti  yumşalmağa 
başladı.Bunu qrafık 3.1-də görmək olar. 
 
 
sürətlənməsi gözləntiləri inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların 
preventiv rejimdə tənzimlənməsini yenidən aktuallaşdırmışdır.Daxili tələbdəki meyilləri 
və  xarici  amilləri  nəzərə  alaraq  2011-ci  ildə  Mərkəzi  Bank  öz  mandatına  uyğun 
antiinflyasiya xarakterli pul siyasətini həyata keçirmişdir. 
      Qeyd edək ki, 2011-ci il ərzində inflyasiyanın gücləndiyini nəzərə alaraq 
dünyanın bir sıra ölkələri pul siyasətini sərtləşdirməyə başlamışlar. BVF da özünün 
son  hesabatlarında  iqtisadi  hərarətlənmənin  müşahidə  olunduğu  inkişaf  etməkdə  olan 
ölkələrdə sərt pul siyasətinin həyata keçirilməsini tövsiyə edir.Lakin, 2011-ci ilin ikinci 
yarısında  qlobal  iqtisadi  aktivliyin  səngiməsi  və  defolt  risklərinin  meydana  gəlməsi 
şə
raitində  pul  siyasətinin  yumşaldılması  meyllərinin  artımı  müşahidə  edilmişdir. 
Nəticədə  son  6  ayda  25  ölkə  pul  siyasətinə  sərtləşdirmə,  23  ölkə  isə  yumşaltma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə