Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

79 
 
səviyyəsini  azaltmaq  üçün  ilk  növbədə  monetar  kanallara  nəzarəti  daha  da 
gücləndirməklə,  yəni  pul  kütləsini  nominal  artımının  infilyasiya  üzərində  təzyiqini 
azaltmaqla fəaliyyət göstərir. 
      Pul-kredit tənzimləməsinin əsas istiqamətlərini açıqlayarkən, Mərkəzi bank 
cari  ildə  həyata  keçirilən  pul  siyasətinin  yekunlarını,  habelə  qarşıdakı  il  üçün 
müəyyən  etdiyi  pul  siyasətinin  məqsəd və  vəzifələrini,  Mərkəzi  Bankdan  asılı  olan və 
asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir. 
  Mərkəzi  Bank  qarşıdakı  il  üçün  dövlətin  pul  siyasətinin  əsas  istiqamətlərini 
oktyabr  ayının  1-dən  gec  olmayaraq  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim 
edir və dekabr ayının 31 -ədək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır. 
  Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi Bank 
və dövlət  tərəfindən pul-kredit sferasında həyata keçirılən tədbirlər sistemidir.Onun da 
ə
sas  məqsədi  kreditin  və  pul  tədavülünün  vəziyyətinə  təsir  etməklə  təsərrüfat 
konyukturasını tənzimləməkdir. 
Pul kredit tənzimlənməsi haqqında iqtisadi fıkirlə
          Pul-kredit  sistemi  ölkəninin  iqtisadiyyatının  qan  damar  sistemi  olduğundan 
pul kredit haqqında və tənzimlənməsi haqqında iqtisadiyyatın inkişaf səviyyəsinə uyğun 
olaraq  müxtəlif  dövrlərdə  müxtəlif  iqtisadi  fıkirlər  formalaşıb.  Ümumən  bu  iqtisadi 
fıkirləri aşağıdakı şəkildə xarakterizə etmək olar. 
        lkin kapital yığımı dövrünə təsadüf edən bu merkantilizim pul-kredit 
sistemi  əsasən  xarici  ticarətin  stimullaşdırılması  üzərində  qurulmuşdu.(milli 
istehsalin  inkişafına  yönəldilən  siyasət).Belə  ki,  merkantilistlər  iddia  edirdilər  ki,  nə 
qədər çox etsək, ölkəyə bir o qədər də çox qızıl axını olar.Bu da son nəticədə dövlətin 
varlanmasına  səbəb  olacaq.  Hətta  onlar  xarici  ixracatı  stimullaşdırmaq  üçün  bəzi 
sahibkarlara  istehsalda  kömək  olmağa,  dövlətin  bunun  üçün  istehsalçılara  dotasiya  və 
güzəştlər  tətbiq  etməli  olduğunu  iddia  edirdilər.Bu  ideya  dövlət  tənzimlənməsi 
mexanizmini  idxal  rüsumlarının  təşkilinə  yönəldirdi.Hesab  edilirdi  ki,  dövlət  nə  qədər 
pulludursa, idxal və ixracın dəyəri arasındakı fərq də bir o qədər yüksəkdır.Bu siyasət 
tədiyyə balansının müsbət saldosunu əsas götürürdü. 
     Merkantilistlərdən sonra pul kredit tənzimlənməsi haqqında olan iqtisadi fıkirlər 


80 
 
S.Millə  aiddir.XIX  əsrə  təsadüf  edən  iqtisadi  fıkirləri  əsasən  merkantilizmin  tənqidinə 
həsr olunmuşdur. O, sübut etməyə çalışırdı ki, ölkədə baha istehsal olunan hər hansı bir 
ş
eyi xaricdən (ucuz istehsal olunan ölkədən) idxal etmək daha məqsədəuyğundur. Mill 
qəti  olaraq  qeyd  edirdi  ki,  merkantilistlərin  nəzəriyyəsi  ilə  idarə  olunan  dövlətin  sonu 
uçurum,  böhran  olacaq.Merkantilizim  nəzəriyənin  iqtisadiyyata  zərər  vurmasını 
qiymətlərin  qalxması  ilə  əlaqələndirdi.Mill  əsas  ideya  kimi  inhisarların  sərbəst  və 
düzgün rəqabət prinsipi ilə tərs mütənasib olduğunu bu konsepsiyanın əsas ideyası kimi 
götürürdü.Həmçinin dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyədə olmasını 
iddia edirdi. 
    Qeyd etmək lazımdır ki, pul-kredit nəzəriyyələri içərisində ilk dəfə ən geniş və 
dərin  izahlar  C.M.Keynsə  aiddir.  Keyns  iqtisadiyyatı  bütöv  halında  öyrənən  ilk 
iqtisadçıdır desək yanılmarıq.Bununla yanaşı pul-kredit tənzimlənməsinə dair ilk əsaslı 
nəzəriyyə də məhz ona məxsusdur.Keynsin nəzriyyələrinin formalaşmasına 1929-1932 
ci illərin dünya böhranı səbəb olmuşdur.Dövlətin iqtisadiyyata təsirini qəti olaraq inkar 
edildiyi  bir  dövrdə  Keyns  bunun  tam  əksi  dövlət  tənzimlənməsinin  labüd  olduğunu 
iddia  etdi.Keyns  milli  gəlirlərin,  investisiya,  tələb  və  yığımın  təhlili  üzərində  qurulan 
makroiqtisadi tədqiqat metodu hazırlamışdı.Keynsə görə dövlətin iqtisadi gücü vergilər, 
dövlət  xərcləri  və  büdcə  kəsirinin  dövlət  tənzimlənməsindən  asılıdır.  Keynsə  görə 
dövlət  sabitliyi  qorumaq  həmçinin  böhranların  aradan  götürülməsi  üçün 
iqtisadiyyata
 
durmadan təsir etməlidir. Pul təkilfini artırmaq yolu ilə UMM-a təsir etmək olar. Belə 
ki,  faizləri  dəyişmək  yolu  ilə  investisiya  aktivliyini  artırmaq  olar  ki  ,  son  nəticədə 
istehsalın  canlanmasına,  məşğullun  artmasına  səbəb  olar.  Onlar  belə  hesab  edirdilər 
ki,iqtisadi  böhranlar  şəraitində  fiskal  siyasəti  pul-kredit  siyasətindən  daha  üstün 
nəticələr vəd edir. 
     Keynsin nəzəriyyəsi 1970-ci illərdəki böhrana qədər davam etdi.Yeni böhranın 
yaranması  Keynsin  nəzəriyyəsində  boşluqlar  olduğunu  isbat  etdi  və  nəticə  yeni 
dövriyyəyə  keçid  oldu.Bu  nəzəriyyə  monetarizm  adlanır  və  onlar  böhranın  yaranması 
səbəbini  Keynçilərə  əsaslanan  dövlətin  iqtisadiyyata  müdaxiləsini  və  dövlət  büdcə 
kəsirinin saxlanması ilə izah etdilər. Monetaristlər bazar iqtisadiyyatı özünü  
tənzimləmə iqtidarına malikdir, pul isə bazar iqtisadiyyatının başlıca hərəkət verici 


81 
 
qüvvəsidir. Monetarislərə görə pul kredit tənzimlənməsi iqtisadiyyatın 
tənzimlənməsinin  başlıca  hərəkətverici  qüvvəsidir.  Bu  konsepsiyaya  əsasən  pul 
kütləsinin  illik  3-5  faizlik  artması  iqtisadi  artım  üçün  şərait  yaratmalıdır.Onlar  pula 
istinad  etdiklərindən  UMM  və  pul  kütləsi  arasında  olan  əlaqə  UMM  ilə  investisiya 
arasında  olan  asılılıqdan  daha  möhkəmdir  fikri  ilə  çıxış  edirdilər.Monetaristlərin 
fikrincə pula tələb hər zaman artan istiqamətli davam edir.Bu baxımdan iqtisadiyyatda 
pul kütləsi tələbə uyğun olaraq artırılmalıdır. 
     Kredit  əməliyyatlarının  və  pul  emissiyasının  həcminin  tənzimlənməsində  hər 
ş
eydən  əvvəl  təsərrüfat  fəallığına  təsir  etmək  üçün  istifadə  olunur.Pul-kredit 
tənzimlənməsinin  bu  istiqaməti  yuxarıda  qeyd  olunan  istiqamətlərlə  sıx 
ə
laqədardır.Istənilən  dövlətin  Mərkəzi  Bankı  özünün  pul-kredit  siyasətini  yürütdüyü 
zaman bu siyasətin aşağıdakı alətlərindən istifadə edir. 
 

 
Yenidənmaliyyələşdirmə faiz dərəcələri 
 

 
Məcburi ehtiyyat normaları 
 

 
Açıq bazarda qiymətli kağızlarla bank əməliyyatları 
 
     Yenidənmaliyyələşmə dərəcələri ilə Mərkəzi Bankın kommersiya 
banklarına verdiyi kreditlər. Mərkəzi bank uçot dərəcəsi siyasəti apararkən sonuncu 
instansiya  kreditoru  rolunu  oynayır.  O,  müvəqqəti  çətinliyə  düşmüş  maliyyə  cəhətdən 
daha  dayanıqlı  banklara  kredit  verir  və  həmçinin  onların  portfelində  olan  qiymətli 
kağızların, əsasən veksellərin yenidən uçotunu aparır. Bankların yenidənmaliyyələşməsi 
dedikdə, kredit müəssisələrinin mərkəzi bankdan aldıqları pul vəsaitləri başa düşülür.  
2-ci  fəsildə  Mərkəzi  Bank  bu  alətindən  istifadənin  sxemi  və  bu  haqda  ətraflı 
məlumat sxem 2.1-də göstərilmişdir. 
     Rəsmi  faiz  dərəcələrinin  dəyişməsi  kredit  sahəsinə  təsir  göstərir.Ümumiyyətlə 
faiz  dərəcələri  kreditin  verilmə  şərtlərini  əks  etdirir  və  yeni  kreditlərə  olan  tələb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə