Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

85 
 
istiqamətində korreksiya etmişdir. 
       Mərkəzi  Bankın  uçot  dərəcəsində  etdiyi  dəyişiklər  aşağıdakı  cədvəldə 
verilmişdir. 
Cədvəl 3.1 
 
                     Mərkəzi bankın uçot dərəcələri 
 
Tarix 
% 
30.07.2014 
3.5% 
01.05.2014 
4.25% 
11.02.2013 
4.75% 
10.12.2012 
5% 
06.05.2011 
5.25% 
01.03.2011 
5% 
01.11.2010 
3% 
25.05.2009 
2% 
02.03.2009 
3% 
02.02.2009 
5% 
01.12.2008 
8% 
31.10.2008 
10% 
14.10.2008 
12% 
09.06.2008 
15% 
10.04.2008 
14% 
01.06.2007 
13% 
02.04.2007 
12% 
03.07.2006 
9.5% 
       Belə ki, Bank sektorundakı dəyişikliklər aşağıdakılardan ibarət olmuşdur: 
 Azərbaycanın  ödəmə  sisteminin  yaradılması  başa  çatmış,  həmçinin  Mərkəzi  Bank 
maliyyə təşkilatlarının - bank və sığorta kompaniyaları sayının azaldılması ilə əlaqədar 
yenidənmaliyyələşdirmə  dərəcələrinin  inzibati  formada  azaldılması  siyasəti  həyata 
keçirilmişdi. Mərkəzi Bank tərəfindən kommersiya banklarının hərrac əsasında yenidən 


86 
 
maliyyələşdirilməsi  ilə  yanaşı  yuxarıda  adlarını  çəkdiyimiz  overnayt  və  lombard 
kreditləri mexanizmlərinin tətbiqi istiqamətində də tədbirlər görülmüşdür. 
      Məcburi  ehtiyyat  normaları,  bank  sektoruna  onun  təsiri.Bildiyimiz  kimi, 
kommersiya bankları cəlb etdikləri depozitlərin bir hissəsini məcburi qaydada müəyyən 
olunmuş  şəkildə  mərkəzi  bankda  saxlamalıdı.Mərkəzi  Bankın  təyin  etdiyi  məcburi 
ehtiyatlar  bankların  depozit  bazasının  həcminə  təsir  etdiyindən,  bankların  kredit 
verməsini  tənzimləyir  və  buna  görə  bank  resurslarının  həcminə  təsir  edir.Hazırda 
məcburi  ehtiyyatlara  bütün  kredit  təşkilatlarında  olması  vacib  olan  daha  yüksək 
likvidliyə  malik  olan  aktivlər  aiddir.  Bu  aktivlər  ya  bankın  kassalarında  nəğd  pul 
şə
klində olmalı, ya da mərkəzi bankda depozit şəklində olmalıdır. 
      Dünya  ölkələrində  son  10-15  ildə  pul-kredit  tənzimləməsinin  bu  üsulundan 
istifadə  azalmışdır.  Buna  subut  olaraq  onu  demək  olar  ki,  hazırda  hər  yerdə  məcburi 
ehtiyyatlar normasının aşağı düşməsi və hətta müəyyən növ depozitlərin ləğv olunması 
baş verir. Səbəb odur ki, monetar siyasətin bu aləti digərləri ilə müqayisədə daha güclü, 
daha sərt hesab edilir. Belə ki,o bütün bank sisteminin əsasına toxunur və elə güclü alət 
olduğu üçün də ondan açıq bazarda aparılan əməliyyatlarda olduğu kimi hər gün deyil, 
bir  necə  il  ərzində  yanlız  bir  dəfə  istifadə  olunur.  Lakin  bütün  bu  deyilənlərə 
baxmayaraq  məcburi  ehtiyatlar  ;  Çin  Xalq  Bankı  (ÇXB)  tərəfindən  digər  pul  siyasəti 
alətləri  ilə  müqayisədə  daha  geniş  tətbiq  olunur.  Bu  bir  sıra  səbəblərlə  əlaqədardır: 
məcburi  ehtiyatlar  ölkəyə  əlavə  kapital  axınları  cəlb  olunmadan  monetar  sərtləşməyə 
imkan verir, daha çevikdir; makroprudensial –məqsədlərə də xidmət edə bilər. 
       Çində  bank  ehtiyatları  Mərkəzi  Bankın  balansının  40-50%-ni,  Çin  ÜDM-nin 
0.3%  təşkil  edir.Bu  göstəricilərə  görə  Çin  dünyada  ilk  yerləri  tutan  ölkələrdəndir. 
Hazırda  məcburi  ehtiyat  normasının  ölkədə  ən  yüksək  həddi  milli  valyutada  olan 
depozitlər  üçün  21%,  xarici  valyutada  olan  depozitlər  üçün  isə  5%  dir.  ÇXB  milli 
valyutada olan məcburi ehtiyyatlara görə 1.62% ödəyir, xarici valyutada olan öhdəliklər 
üzrə  müəyyən  olunmuş  məcburi  ehtiyatlara  isə  faiz  ödənilmir.  Bəzi  hallarda  ÇXB 
kommersiya  banklarına  milli  valyutada  olan  depozitlərə  görə  müəyyən  olunmuş 
məcburi  ehtiyatlarını  xarici  valyutada  saxlamaq  göstərişi  verir.2011-ci  ildə  ÇXB 
məcburi ehtiyat normalarının dinamik differensiya olunması mexanizmini tətbiq etməyə 


87 
 
başlamışdır.  Hər  bir  bank  üçün  məcburi  ehtiyat  norması  məcmu  kredit  artımın  tarixi 
trenddən kənarlaşmasında bankın payı, dövlətin kredit siyasəti, bankın təminat, leverec 
ə
msalı  və  kapital  adekvatlığı  kimi  başqa  prudensial  göstəriciləri  də  nəzərə  alınaraq 
rüblük, bəzən hətta aylıq əsasda fərqlənə bilər. bundan başqa, differensiasiya kvazifiskal 
və kənd təsərrüfatının inkişafı məqsədlərinə də xidmət edə bilər. 
  Azərbaycanda  bu  gün  məcburi  ehtiyyatlar  cədvəl  2.1-də  göstərildiyi  kimi  pul 
kütləsinin  artım  templərinin  tənzimlənməsi  məqsədilə  bankların  daxili  və  xarici 
öhdəlikləri üzrə 3%-ə bərabərdir. 
Daxili  maliyyə  bazarlarının  inkişafının  dəstəklənməsi  istiqamətində  Mərkəzi 
Bankın  iştirakı  ilə  Mütəşəkkil  Banklararası  Kredit  Bazarında  təminat  sistemi 
yaradılmışdır. 
14.0ktyabr 2008-ci il 
Uçot  dərəcəsi  15%-dən  12  %-ə  endirilmiş,  faiz  dəhlizinin  yuxarı  həddi  20  %dən 
17%-ə salınmışdır. 
Milli  və  xarici  valyutalarda  öhdəliklər  üzrə  məcbur  ehtiyat  normaları  12%-dən  9 
%ə,  bankların  xarici  öhdəlikləri  üzrə  məcbur  ehtiyat  norması  5  %-dən  0%-ə 
endirilmişdir. Bununla bank sisteminə 220 mln. manat likvidlik verilmişdir. 
Həm  manat,  həm  də  xarici  valyutalarda  məcburi  ehtiyat  normalarının  ortalama 
müddəti 1 ayadək uzamışdır. 
31. Oktiyabr 2008-ci il 
Uçot dərəcəsi 12%-dən 10%-ə endirilmişdir; 
Faiz dəhlizinin yuxarı həddi 15%, aşağı həddi isə 1% müəyyən edilmişdir; 
01.12.2008. 
Uçot dərəcəsi 10%-dən 8%-ə, faiz dəhlizinin yuxan həddi 13%-ə endirilmişdir; 
Milli və xarici valyutalarda öhdəliklər üzrə məcburi ehtiyat normaları 9 %-dən 
6%-ə endirilmişdir.Bununla bank sisteminə 125mln. manatlıq likvidlik dəstəyi 
verilmişdir. 
  1.02.2009. 
Uçot dərəcəsi 5%-ə, faiz 
dəhlizinin yuxarı həddi 10%-ə endirilmişdir; 
Milli  və  xarici  valyutalarda  öhdəliklər  üzrə  məcburi  ehtiyat  normaları  6%-dən   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə