Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   26   27   28   29   30   31   32   33   34

88 
 
3%-ə  endirilmişdir.  Bununla  bank  sisteminə  135  mln.  manatlıq  likvidlik  dəstəyi 
 
verilmişdir.  10.02.2009. 
Mərkəzi  Bank  tərəfindən  valyuta  svopu  əməliyyatlarının  aparılmasına 
başlanmışdır. 
Uçot dərəcəsi 3%-ə, faiz dəhlizinin yuxan həddi 8%-ə endirilmişdir; 
Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat normaları 3%-dən 0.5%-ə 
endirilmişdir. Bununla bank sisteminə 111 mln. manatlıq likvidlik verilmişdir. 
25.May.2009. 
Uçot dərəcəsi 2%-ə, faiz dəhlizinin yuxan həddi 7%-ə endirilmişdir. 
Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları apara bilər. 

 
Dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar, 

 
özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar, 
        •         xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar. 
Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədi  ilə  buraxılan  Mərkəzi  Bankın  borc 
qiymətli  kağızlarının  buraxılışı  və  dövriyyəsi  qaydaları  qanunvericiliklə  :  müəyyən 
edilir. 
lk dəfə açıq bazar əməliyyatlarının aparılması ABŞ, Kanada və Böyük Britaniyada 
baş  vermişdir.  Buna  səbəb  isə  bu  ölkələrdə  inkişaf  etmiş  qiymətli  kağızlar  bazarının 
mövcudluğu  idi.  Sonralar  isə  bu  üsuldan  Qərbi  Avropada  da  istifadə  olunmağa 
başlamışdır. Kommersiya banklarının qiymətli kağızlarının alınması onların resursların 
artmasına  səbəb  olur.  Buna  uyğun  olaraq  da  onların  kredit  imkanlarını  artırmış  olur. 
Mərkəzi  banklar  vaxtaşırı  olaraq  kredit  tənzimlənməsinin  bu  metodunda  dəyişikliklər 
edərək öz əməliyyatlarının intensivliyini və tezliyini dəyişmiş olurlar. 
 Mərkəzi  Bankın  bazar  əməliyyatları  forma  etibarı  ilə  birbaşa  və  əks  ola  bilər. 
Birbaşa  əməliyyatlar  adi  alqı  və  satqıdan  ibarətdir. 
Birbaşa  alış  qiymətli  kağızların 
mərkəzi bank tərəfindən əlavə şərt irəli sürülmədən alınmasıdır. Birbaşa satış dedikdə, 
qiymətli kağızların mərkəzi bank tərəfindən əlavə şərtsiz satılması başa düşülür. 
 Əks  əməliyyatlar  isə  qiymətli  kağızların  qabaqcadan  müəyyən  olunmuş  , 
məzənnə  ilə  gələcəkdə  əks  sövdələşmənin  mütləq  baş  verdiyi  alqı-satqı  prosesidir. 
Buraya REPO və əks-REPO aiddir.   


89 
 
   REPO  mərkəzi  bank  tərəfindən  qiymətli  kağızların  kommersiya  banklarına 
satılması  və  əvvəlcədən  razılaşdırılmış  müddət  bitdikdən  sonra  onlardan  geri  alınması 
deməkdir. 
Ə
ks-REPO
 mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya  banklarından 
alınması  və  əvvəlcədən  razılaşdırılmış  müddət  bitdikdən  sonra  onlara  geri  satılmasını 
nəzərdə  tutur.REPO  əməliyyatı  pul  bazarının  qısamüddətli  azaldılması,  əks-REPO  isə 
pul bazarının qısamüddətli artırılması məqsədilə həyata keçirilir. 
Deməli,  REPO  və  əks  REPO  əməliyyatları  mərkəzi  bank  tərəfindən  likvidlik 
çatışmamazlığı  və  ya  izafı  likvidliyin  qısamüddətli  olduğu  halda,  birbaşa  satış  və 
birbaşa alış isə uzunmüddətli olduğu hallarda aparılır. 
REPO  əməliyyatlarının  birinci  addımını  və  razılaşdırılmış  vaxt  bitdikdən  sonrakı 
addımını aşağıdakı kimi təsvir etmək olar. 
REPO əməliyyatının modeli 
 
Ə
ks əməliyyatların çevikliyi, onun təsirinin dəqiqliyi və eyni zamanda yumşaqlığı 
ona dünya ölkələrinin təcrübəsində daha çox populyarlıq gətirmişdir. Bununla əlaqədar 
olaraq, aparıcı inkişaf etmiş sənaye ölkələrinin mərkəzi banklarının əks əməliyyatlarının 
payı 82% -dən 99,6%-ə qədər çatır (
www.nba.az
). 
      Mərkəzi bank kommersiya banklarına müraciət edərək onların qiymətli 
kağızlarını hərracda müəyyən olan şərtlər əsasında 4-8 həftədən sonra onların 
yenidən satışı öhdəliyi ilə mərkəzi banka satmasını təklif edir. Eyni zamanda, qiymətli 
kağızlar mərkəzi bankın sərəncamında olduğu mərhələdə həmin qiymətli kağızlar üzrə 


90 
 
faiz ödəmələri kommersiya banklarına məxsus olacaqdır. Kommersiya bankları bu üsul 
vasitəsilə  onun  çevikliyini,  elastikliyini  nəzərə  rtüıraq  öz  likvidliyini  zəiflətmədən 
maliyyə vəziyyətlərinə diqqətlə nəzarət etmək imkanı əldə edir. 
Qeyd edək ki, 2014-cü il ərzində Mərkəzi Bankda makroiqtisadi idarəetmənin və 
pul  siyasətinin  institutsional  bazasının  inkişafı  istiqamətində  məqsədyönlü  fəalıyyət 
davam etdirilmişdir.  
Mərkəzi  Bankda  pul  siyasəti  mexanizminin  postkrizis  dövrünün  çağırışlarına 
uyğunlaşdırılması  və  beynəlxalq  standartizasiyası  istiqamətində  təkmillləşdirmə  işləri 
davam 
etdirilmişdir.Azərbaycanda 
kontrtsiklik 
makroprudensial 
idarəetmənin 
formalaşdınlması çərçivəsində araşdırmalar apanlmışdır. Bu əsasda Mərkəzi Bankın pul 
və maliyyə sabitliyi siyasəti üzrə strategiyanın layihəsi hazırlanmışdır. 
2014-cü  ildə  pul,  məzənnə  və  maliyyə  sabitliyi  siyasətlərinin  mikro  və 
makroiqtisadi  mühitinin  empirik  tədqiqat  aparatının  gücləndirilməsi  istiqamətində 
Mərkəzi  Bankın  reaksiya  funksiyası  qiymətləndirilmiş  və  müvafiq  metodologiya 
hazırlanmışdır. 
Maliyyə sabitliyinin qiymətləndirilməsi və idarə olunması potensialının artırılması 
məqsədilə risklərin müəyyən edilməsi, identifikasiyası və idarəetməyə təqdim olunması 
prioritet  məsələlərdən  biri  olmuşdur.  Stress-testlər  və  maliyyə  sabitliyi  indikatorları 
vasitəsilə maliyyə sisteminin zəif və güclü tərəfləri müəyyən olunmuş, bank sektorunun 
davamlığı və həssaslığı mütəmadi qiymətləndirilmişdir. 
Beləliklə, Mərkəzi Bankın pul siyasətinin istiqamətləri: 
           antiböhran xarakter daşıyaraq makroiqtisadi sabitliyin qorunmasına, 
  • 
maliyyə sabitliyinin gücləndirilməsinə, 
  • 
iqtisadiyyata likvidliyin təmin edilməsinə, 
  •       sistem əhəmiyyətli bankların və muəssisələrin fəaliyyətininsabitləşdirilməsinə 
  yönəlmişdir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə