Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   26   27   28   29   30   31   32   33   34

98 
 
dəyərsizləşməsinin qarşısını almışdır. 
11.
 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  poteka 
Fondunun  buraxdığı  təmin  edilmiş  qiymətli  kağızlar  üzrə  risk  dərəcəsi  0%  təyin 
olunmuşdur. 
12.  Azərbaycan  Respublikası  Prezidenti  7  avqust  2009-cu  il  tarixində  dövlət 
mülkiyyətində  olan  maliyyə  instutlarına  nəzarəti  gücləndirilməyi  nəzərdə  tutan:
 
“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank 
olmayan  kredit  təşkilatlarının  idarə  edilməsində  dövlətin  iştirak  qaydası  haqqında” 
Fərman verilmişdir. 
  13. Banklarda risklərin idarə edilməsi sistemləri təkmilləşdirilmişdir. Bu 
1 məqsədlə banklarda risklərin monitorinqi gücləndirilmiş, risklərin idarə edilməsi 
;
  sistemlərinin  qiymətləndirilməsi  üzrə  xüsusi  metodologiya  əsasında  reytinqlər 
verilmiş, zəifliklərin aradan qaldırılması üzrə tədbirlər planı hazırlanıb və onun icrasına 
başlanılıb. 
Bütövlükdə,  bankların  idarəetmə  xüsusilə  risklərin  idarəedilməsi  potensiallarının 
artırılmasına yönəlmiş tədbirlər davam etdirilmişdir.Bank nəzarətinin maliyyə sabitliyi 
və risklərin qabaqlayıcı rejimdə aşkarlanması potensıalı gücləndirilmişdir. 
Bütün  bu  tədbirlər  bank  sektorunun  sabitliyinin  yüksəlməsinə  xidmət 
etmişdir.2008-ci ildə iri məbləğdə xarici öhdəliklərin icra etməsinə baxmayaraq, banklar 
kreditləşməsini davam etmişdir.Təkcə sentyabr-noyabr aylarında verilən yeni kreditlərin 
həcmi 1.9 mlrd.manat oluşdur. 
Banklar həm xarici, həm də daxili öhdəliklərini ödəmək üçün kifayət qədər likvid 
aktivlərə  malikdir.Hətta  bəzi  bankların  borclarının  vaxtından  əvvəl  geri  tələb 
olunmasına baxmayaraq, banklar öz öhdəliklərini tam və vaxtında icra etmişlər. 
Bank  sisteminin  kapitallaşması  davam  etmişdir.Kapitalın  adekvatlığı  də 
qənaətbəxş  səviyyədədir,  məcmu  kapitalın  adekvatlıq  əmsalı  19%  (prudensial  tələb 
12%) təşkil etmişdir. 
Bank sisteminə inam sabit olaraq qalır, əmanət bazası, xüsusilə xırda əmanətçilərin 
depozitləri  dayanıqlıdır.Bütövlükdə,  cari  ilin  on  bir  ayında  uzunmüddətli  əmanətlərin 
xüsusi çəkisi 33%-dən 37%-dək artmışdır. 


99 
 
Qlobal  likvidlik  böhranına  baxmayaraq,  həyata  keçirilmiş  preventiv  tədbirlər 
sayəsində  bank  sistemində  maliyyə  sabitliyi  qorunmuşdur  və  banklar  maliyyə 
dayanıqlığı nümayiş etdirilmişdir. 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  08  may  2009-cu  il  tarixində 
"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə 
və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul   
etmişdir. Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin 
yuxarı həddinin müəyyən edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankının 
uçot  faiz  dərəcəsindən  asılılığı  aradan  qaldırıldı.  Qəbul  olunmuş  Qanuna  əsasən  illik 
faiz  dərəcəsinin  yuxarı  həddini  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  ilə 
razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması  Fondunun  Himayəçilik  Şurası  müəyyən 
edir.  10  iyun  2009-cu  il  tarixində  keçirilmiş  növbədənkənar  iclasda  Əmanətlərin 
Sığortalanması  Fondunun  Himayəçilik  Şurası  qorunan  əmanətlər  üzrə  illik  faiz 
dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla 
15 faiz müəyyən etdi. 
Qeyd edək ki, 2009-cu il 01 yanvar tarixindən etibarən Fonda üzv olan banklarda 
15  faiz  dərəcəsi  ilə və  bu  faiz dərəcəsi həddində  əmanətlər  yerləşdirmiş  əmanətçilərin 
ə
manətləri qorunan əmanətlər hesab olunur və fond tərəfindən sığortalanır. 
     Xatırladaq  ki,  Qanuna  edilmiş  dəyişikliyə  əsasən  kompensasiya  məbləğinin 
maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç 
bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Bundan başqa 
qanuna dəyişikliyə uyğun olaraq hər hansı iştirakçı bankda sığorta hadisəsi baş verərsə, 
ə
manətçilər  sığortalanmış  əmanətlər üzrə əmanətin 100% həcmində  maksimum  30000 
min  manat  məbləğində  kompensasiya  ala  biləcəklər.  Qeyd  etmək  lazımdı  ki, 
kompensasiya  məbləğinin  30  min  manat  çatdırılması  MDB  məkanında  ən  yüksək 
kompensasiya məbləğidir. Müqayisə üçün Qazaxıstanda kompensasiya məbləği 33 min, 
Rusiyada isə 25min ABŞ dolları təşkil edir. 
Beləliklə,  Mərkəzi  Bankın  pul  siyasəti  ölkədə  makroiqtisadi  dayanıqlığı 
qorunmasında  aktiv  rol  oynamışdır.Pul  təklifinin  strukturunda  müsbət  keyfiyyət 
dəyişiklikləri  davam  etmiş.Iqtisadiyyatda  dollarlaşma  səviyyəsi  daha  da  azalmışdır.


100 
 
 
Məzənnə  siyasəti həm  də  valyuta  bazarında  sabitliyin  qorunmasını  təmin  etmiş 
manatın ABŞ dollarına qarşı məzənnəsi il ərzində 5.2% möhkəmlənmişdir. 
2011-ci  ildə  Mərkəzi  Bankın  bank  sektorunda  maliyyə  sabitliyi  siyasətı  aşağıdakı 
hədəflərin realizasiyasına yönəldilib.(sxem 3.3)   
         * Kapital adekvatlığının qorunması. 
         *Optimal likvidlik səviyyəsinin saxlanması 
         *Restrukturizasiyanın həyata keçrilməsi 
Böhran dövründə bank sektorunda daha stabil və dayanıqlı artım mənbələrinə 
 söykənməsi  vacib  şərtdir.  Bu  başlıca  olaraq,  maliyyə  vasitəçiliyinin  sağlam  və 
uzunmüddətli  iqtisadi  artımına  yönəldilməsi  zərurətini  şərtləndirir.Bunun  üçün 
bankların  resurs  bazasında  uzunmuddətli  yığım  mənbələrinin,o  cümlədən  kapital 
bazarının rolunun artırılması zəruridir. 
Mərkəzi  Bank  başlıca  vəzifəsini  makroiqtisadi  və  maliyyə  sabitliyinın 
qorunmasında  və  bu  məqsədlə  pul  və  maliyyə  sabitliyi  siyasəti  strategiyalarının  
təkmilləşməsində görür. Bu uzunmüddətli dövrdə dayanıqlı və dinamik iqtisadi artırnm 
başlıca  şərtlərindən  biridir.  Dayamqlı  iqtisadi  artıma  nail  olunmasında  ölkənin  ixrac 
potensialının  tam  reallaşması  və  diversifıkasiya  başlıca  vasitədir.Bunun  əsas  şərtləri  ; 
birbaşa  xarici  investisiyaların  həcminin  artırılması,  kapital  bazarının  dəyişdirilməsi, 
institutların və insan kapitalının inkişafıdır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə