17
edirәm. Siz isә әsәblәrinizә hakim ola bilmirsiniz.
Hamımız kişiyik dә. Gәlin bir oturaq, söhbәt
edәk, dәrdlәşәk! Adamyeyәn deyilәm ki, mәn!
- Dedim, axı. Adamlarını çәk arxamdan, elә bil
ki, söhbәt etmişik.
- Hәlә bir pәncәrәdәn baxın, adam görürsünüz?
Yaşar pәncәrәdәn baxanda dünәnki qara maşın -
hansı ki, onun arxasıyca gәlmişdi - hәqiqәtәn dә
orda yox idi. Yaşar bu qәfil zәngdәn, әn çoxu da
bu qeyri-aqressiv danışıqdan sarsılmışdı. Necә
cavab verәcәyini bilmirdi:
- Sәninlә nә söhbәt edәcәm?
- Әşşi, biz dә özümüzә görә kişiyik. Bir söhbәt
tapıb edәcәyik dә. Saat birdә... dediyim yerdә
gözlәyәcәm.
Yaşar telefonu bağladıqdan sonra tәrәddüd içindә
donub qalmışdı. Axı, adı dillәr әzbәri olan bu
Seyfәddin niyә onunla belә mülayim danışıb,
görüşә çağırsın? O ki, onun qardaşının burnunu
sındırmışdı? Bu cür adamlar qisas almaqla
mәşhur idilәr axı?! Bәlkә onu tәlәyә salmaq
istәyirlәr? Polisәmi zәng etsin, yoxsa tәkmi
getsin? Qәrarsız qalmışdı. Amma Seyfәddinin
sәsindәki sәmimiyyәtә dә inanmamış deyildi.
Bәlkә bu, iki günlük stressin axırı, hәr şeyin
başlanğıcı olacaqdı?! Әlini telefona atıb Uyğura
zәng etmәk istәdi. Amma dәrhal da fikrini
dәyişidi: “Yox, dostuma ziyan vurmuş olaram.
Tәk gedәcәm, nә olacaqsa olsun”. Saata bir dә
baxdı. Görüş vaxtına bir saat qalırdı. Paltarını
dәyişib evdәn çıxdı.
downloaded from KitabYurdu.org
18
***
Tәravәt bugünkü sәhәr işlәrini qurtarmışdı.
Günorta yemәyini bişirmәk üçün lazım olan
kartof-soğanı da sininin içinә yığıb stolun üstünә
qoydu. Әlindәki almanı yumaq üçün mәtbәxә
girәn anasını görәndә gülümsünәrәk:
- Ana, ağlıma bir fikir gәlib, - dedi.
- Ağlına anan qurban, de görüm yenә nә
fikirlәşmisәn?
Yoxsa,
sәn
dә
mәnim
fikirlәşdiklәrimi deyәcәksәn?
-Yox ana, mәn sәnin kimi fikirlәşmirәm. Yazıq
uşağı birtәhәr elәmisәn, qorxusundan evә dә
zәng elәmir. O dәqiqә başlayırsan “Anan qurban,
nә vaxt evlәnәcәksәn? Evlәn, anan toyunu
görsün, nәvә görüm” nә bilim, nә. Axı o yazıq
elm dalınca düşüb. Bu gün-sabah doktor olacaq.
- A bala, doktor deyil ki?
Tәravәt güldü:
- Yox ana, o doktordan yox. ”Doktor” elmi
dәrәcәsini deyirәm.
- Sәn Allah, bәsdi. Düşsün dә elm dalısıca. Mәn
demirәm ki, elmi atıb qız dalısıca düşsün. Orda
tәk qalıb, bilmirәm nә yeyir, nә içir. Elә hey
fikirlәşirәm. Evlәnsә, içim bir az rahat olar dә.
- Darıxma, hәr şey yaxşı olar! Uyğur hәr şeyin
öz zamanını daha yaxşı bilir.
- Elә ikiniz dә bir gәlәrsiniz. Yaxşı, sәn nә demәk
istәyirdin?
Xanım arvad üzünü turşudaraq suyu açıb almanı
yumağa başladı:
downloaded from KitabYurdu.org
19
- Deyirәm, - tez dә әlini saxlayıb bir an dayandı,
sonra nәdәnsә nigaranmış kimi sözünә davam
elәdi - iki gündәn sonra Uyğurun ad günüdü.
Hәmişәki kimi bu il dә yaman tez keçdi.
- Keçәn il dә başı qarışıq olmuşdu, bura gәlә
bilmәmişdi. Bir günnәn heç nә olmaz. Gәlin
yığışaq, biz gedәk onun yanına. Qoy o da
sevinsin. Hәm dә hamımız bir-iki gün bir yerdә
olarıq.
- Ay mәnim ağıllı qızım. Elә bil ürәyimdәn xәbәr
verdin... Atanla da mәslәhәtlәşәk. Amma Uyğur
bilmәsin, qoy subriz olsun.
- Ha-ha-ha! Bәlkә “sürpriz” demәk istәyirsәn?!
- Hә, hә. Ay sağ ol, ondan. Heç nә demәyib
birdәn-birә getsәk, әla olar vallah...
***
Yaşar deyilәn vaxta on beş dәqiqә qalmış artıq
görüş yerindә idi. Geriyә dönüb yaxınlıqdakı
kafeyә girdi. Küncdәki stolların birindә oturub
çay sifariş verdi. Saatına baxanda birә on iki
dәqiqә qalırdı.
Bir çaynik çayı içib qurtaran Yaşar tәkrar saata
baxanda tәyin olmuş vaxtdan on yeddi dәqiqә
keçmişdi. Ayağa qalxıb paltosunu geyindi vә
lazım olan yerә tәrәf addımlamağa başladı.
Ә
vvәlcә görüşә yubanmaq istәmirdi, amma sonra
fikrini dәyişib, bilәrәkdәn gecikmәyә üstünlük
verdi.
downloaded from KitabYurdu.org
20
Qapıdan içәri girәndә onu lopabığ, yekәpәr bir
kişi qarşıladı:
- Salam, Yaşar bәy, buyurun, xoş gәlmisiniz.
Qağam sizi gözlәyir.
Gizir onu içәri ötürüb qapını örtdü. Saçları
vaxtından tez ağarmış, әlindә qәlyan, qarşısında
çay süzülmüş armudu stәkan olan Çappa Siyoş
xalçanın üstündә oturmuşdu. Yaşarı görәn kimi
ağır-ağır yerindәn qalxıb:
- Salamlar olsun, Yaşar bәy, xoş gәlmisәn, -
dedi.
- Salam, xoş günün olsun.
- Sәnin haqqında hamı yaxşı danışır. Halal olsun
ki, bu gәnc yaşında artıq yaxşı ad qazanmısan.
Bilirsәn Yaşar bәy, - әli ilә ona oturması üçün yer
göstәrib sözünә davam etdi – ürәyim gedir belә
cavan yaşda sayılıb-seçilәn adam görәndә.
- Đltifatın üçün çox sağ ol.
- Mәn sәnә tәrif demirәm ki. Әksinә, açığını
desәm,
ә
mәllicә
qısqanıram
sәni.
Mәnim
qardaşım da cavandı. Amma tutduğu yol yaxşı
deyil. Dostları çox pisdi. Xoşum gәlmir onun
başıboş,
sәhәrdәn
axşama
kimi
küçәlәrdә
veyillәnәn uşaq-muşaqla gәzmәyindәn. Istәyirәm
ki, o da sәnin kimi belәcә - hörmәt, izzәt sahibi
olsun.
- Hәr şey insanın özündәn asılıdır. Mәnә elә gәlir
ki, sәnin onu tәrbiyә etmәyә yetәrincә vaxtın
olub.
- Düz deyirsәn, amma mәn “içәridә” olanda -
yәqin ki, bilirsәn, mәn orda da olmuşam -
Elmәddin anamın ümidinә qalıb. Heç vaxt onu
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |