29
mәhz fikirli olduğu üçün danışdırmaq istәmirdi.
Digәr tәrәfdәn dә, Siyoşla görüşdә nәlәrdәn
danışdıqlarına marağını boğa bilmirdi. Bu söhbәti
Yaşarın özünün açmasını gözlәyәrәk ortaya
başqa mövzu atdı:
- Bu gün Sәhiyyә Nazirliyindәn yoxlama gәlmişdi,
palataların
vә
ә
trafın
gigiyenik
vәziyyәtini
yoxlayırdılar. Bizim xәstәxana yenә birinci
olacaq, deyәsәn. Öz aramızdı, elә xәstәxana
deyәndә ağıla ilk gәlәn tәmizlik olur dә. Buna
görә dә gәrәk tәmiz vә gigiyenik olsun. Olmasa,
day adamlar niyә burda yatırlar ki, elә öz
evlәrindә müalicә olunarlar dә...
Uyğur danışdıqca Yaşara baxırdı. O isә gözlәrini
bir nöqtәyә zillәyib, әlindәki qaşığı yellәdirdi:
- A kişi! Yaşar bәy... fikrin hardadı dostum?
- Sәndә.
- Sәn dedin, mәn dә inandım. Yaxşı, de görәk bu
gün neylәdin? Mәnә zәng edәndә az qalırdın
çırtma vurub oynayasan, indi isә qaş-qabağın
yerlә gedir.
- Bilirsәn, onun danışığına yaman inandım.
Sәsinin ahәngindә dә sәmimiyyәt var idi. Bir az
danışdıq, hәtta qardaşının әvәzinә üzr dә istәdi.
- Bu ki, әladır. Bundan yaxşı xәbәr?! Yeri
gәlmişkәn, mәndә dә bir şad xәbәr var.
- Yox e, ağlım başqa yerdә ilişib qalıb...
- Harda?
- Hәr şey bir qırağa, bu Siyoş mәnә iş tәklif elәdi.
Dedi ki, onda müәyyәn mallar var, onların
satılmasına kömәk edim.
downloaded from KitabYurdu.org
30
- Burda nә var ki, verәcәk satacaqsan dә.
Satılmaz, qaytarıb verәrsәn özünә.
- Başa düşürәm, qardaş. Qorxduğum şey odur
ki, bunlar birdәn oğurluq maşın-zad söküb
gәtirәrlәr, sataram, sonra “zibilә” düşәrәm. Ilişәn
mәn olacam, onlar yox ki?! Bunlardan nә desәn
çıxar.
- Sәn dә kim nә desә dәrhal inanıb, razılaşırsan.
Vaxt al, fikirlәş, sonra cavab de dә?!
- Bir variant kimi dedim. Adam mәnim başıma
silah dayamadı ki?! Özüm razılıq verdim dә.
- Onu da sәn deyirsәn, bunu da. Bir qәrar ver
qardaş, düz elәmisәn, ya yox? Hmm...Bir dә,
nahaq bu qәdәr narahat olursan. Burda elә bir
şey yoxdur. Mallara sәnәd tәlәb edәrsәn. Heç kim
sәnә zor edә bilmәz ki?!
- Onu düz deyirsәn. Bu sәnәd mәsәlәsi yaxşı
fikirdi. Nә isә... Hәll edәrik bunları. Indi de görәk,
sәn nә şad xәbәr deyәcәkdin mәnә?
- Mәnim dә beynimi qarışdırdın, yadımdan çıxdı.
Yadıma düşәndә deyәrәm.
Uyğur durub süfrәni yığışdırmağa başladı. Daha
sonra ta Uyğur tәmizlәdiyi balığın içindәki “hava
balonunu” әlinә alıb ona göstәrәnә qәdәr
danışmadılar.
- Bu, balığın ürәyidi, bilirsәn?
- Sәn mәnim canım, yeri get. O, “hava
balonu”dur, balıq onunla suda balansını saxlayır.
Ona bir şey olan kimi suyun üzünә çıxır.
- Yaxşı, balıq bunsuz yaşaya bilәr?
- Yox?
downloaded from KitabYurdu.org
31
- Ay sağ ol. Balıq suda әn çox bunu qoruyur.
Suyun sıxlığının şox olduğu yerә getmir. Çünki
ora balıq üçün dә tәhlükәlidir.
- Әla! Sәnә beş. Yenә başladın fәlsәfi danışmağa.
Yaxşı, de görәk nә deyirdin?
- Sәn nә üzdü adamsan! Zornan dedirdәcәksәn
mәnә? Şey deyәcәkdim... ayın iyirmi altısı, yәni
birisigün Bakıda konsert olacaq.
- Olsun dә.
- Ora Ulduzla özümә bilet almışam.
- Lap yaxşı. Puldan-zaddan lazımdır?
- Әşşi, yox. Mәsәlә burasındadır ki, sәnә dә bilet
almışam. Özü dә iki nәfәrlik.
- Nә?.. Uyğur, götür nişanlını da, rahat get. Mәn
kimlә gedim? Nә nişanlım var, nә dә...
- Olmaz. Tanıdığın-bildiyin birini tap, vur
qoltuğuna, gedәk.
- Hә, doğrudan, bir dostum var axı. Onunla
gәlәrәm
- Lap yaxşı. Kimdi?
- Budu e, durub qarşımda.
- A kişi, zarafata salma.
- Yaxşı, baxaram.
- Olmasa, tәk gәlәrsәn. Özün bil, sonrası mәnlik
deyil. Saxta sevgilidәn-zaddan taparsan.
- Deyirәm yataq e, yuxu mәni öldürdü.
Yaşar nәdәnsә fikirli halda sözü dәyişdi. Iki dost
ayrı-ayrı otaqda, ayrı-ayrı yataqda, amma eyni
düşüncәlәrlә yatmağa getdilәr. Uyğur dostunun
bu tәhlükәdәn qurtardığına sevinirdi. Amma
nәdәnsә
içindә
bir
narahatlıq
da
vardı.
downloaded from KitabYurdu.org
32
Danulduzunu fikirlәşәrәk, konsert xәyalı ilә
yuxuya getdi.
Yaşar isә nә qәdәr qıvrılsa da, yata bilmirdi.
Sanki onun da içindә bir qorxu gәzirdi. Gül kimi
işi-gücü vardı. Kimәsә kömәklik etmәk istәdi,
amma...axı niyә nәticәsi bu qәdәr cansıxıcı oldu?
Öz problemi ilә әn yaxın dostunu da incidirdi.
Düzdü, Uyğur lazım olsa, Yaşar üçün canından
da keçәrdi. Amma Yaşar bütün hallarda ona
ә
ziyyәt
vermәk
istәmirdi.
Bütün
bunları
düşündükcә başının ağırlaşdığını hiss elәdi.
Gözlәrini yumub, sadәcә saatın tıqqıltısına qulaq
vermәyә başladı. Artıq çox gec idi...
***
Budur, Bakının daha bir sәhәri açılmışdı. Günәş
paytaxtın canlılarını yuxudan oyatmışdı. Şәnbә
günü
olmasına
baxmayaraq,
qeyri-dövlәt
tәşkilatları işlәdiyindәn insanların qaynaşma
ahәngi hәmişәkindәn seçilmirdi.
Bәzi insanlar bu günü öz evlәrindә keçirirdilәr.
Uyğur da elәlәrindәn idi. O, istirahәt günlәrindә
vaxtının çoxunu yazı işlәrinә ayırırdı.
Onu yuxudan mesaj siqnalı oyatdı. Gözünü
yarıya qәdәr açaraq telefonu sol әli ilә stolun
üstündәn götürdü: “Sevgindәn sevgim doğuldu,
sәni tanıdığım gündәn qәlbimә günәş doğuldu.
Iyirmi doqquz il bundan qabaq Uyğur adlı igid
doğuldu”.
Uyğur
mesajı
tәzәcә
oxuyub
qurtarmışdı ki, telefonun özü dә zәng çaldı.
- Sağ ol, ürәyim, mesajını oxudum.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |