37
axdı sanki. Tәravәtlә üz-üzә gәlmәkdәn çәkinirdi.
Ürәyindә hәm “bilsәydim, gәlmәzdim” deyir, hәm
dә daxili bir sevinc hissi keçirirdi. Sanki içindә
daha bir Yaşar әmәlә gәlmişdi... Tez divana
çömәlib televizoru açdı vә sürәtlә kanalları
dәyişmәyә başladı.
- Yarışa çıxmısan elә bil, bir saniyәdә yetmiş
kanalı dәyişdin.
- Hә?
- Sәn mәnim canım, bu nәdi? Bir belә “obyomu”
var, amma yaman yüngüldü.
- Bilmirәm. Demәyәcәm, aç bax dә!
Uyğur qutunu açdı. Qutunun içindәn bir dәnә dә
qutu çıxdı. Đkinci qutunun içindәn üçüncü qutu
da çıxanda Uyğur tәәccüblәndi:
- Yaşar, zarafatsız bu nәdi? Amma bu qәdәr
qutunu әziyyәt çәkib bağlatdırmısansa, içindәn
nә isә yaxşı bir şey çıxar yәqin. Tәriş, gәl kömәk
elә.
Yaşar tez oturduğu yerdәn durub udqundu.
Mәtbәxә tәrәf baxmadan әl-qoluyla mәnasını
özünün dә başa düşmәdiyi hәrәkәtlәr etmәyә
başladı. Arxasındakı hәrarәti hiss etmişdi sanki.
- Salam Yaşar! Necәsiniz?
- Salam, siz necәsiniz Tәravәt xanım? Evdә nә
var, nә yox?
- Siz niyә “siz”nәn danışırsınız? Әtiniz tökülsün!
Tәriş, bu qutunu tut. – Onların bu cür rәsmi
şәkildә danışıqlarından bir şey başa düşmәyәn
Uyğur
qutunu
açmağa
tәlәsirdi.
Birdәn...
Qutunun içindәn çıxanı görәndә Uyğurun ağzı
downloaded from KitabYurdu.org
38
açıla qaldı. Yaşara, Tәravәtә, bir dә әlindәkinә
baxaraq:
- Yaşar! Qardaş, bu nәdir? Sәn....
- Bir dә tәbrik edirәm! Dedim axı, sәn daha
yaxşılarına layiqsәn. - Bunu deyib Yaşar ayağa
qalxdı vә Uyğuru tәkrar qucaqladı.
Uyğurun üzündәki sevinc cizgilәri Yaşarı çox
duyğulandırmışdı. Danışa bilmirdi. Bir neçә gün
ә
vvәl birlikdә şam yemәyinә gedәrkәn axşam
işıqlarında par-par yanan maşınların düzüldüyü
bir
avtosalonun
qarşısında
Uyğur
Yaşarı
saxlatmış vә düşüb diqqәtlә maşınlara baxmışdı.
Ә
n çox sevdiyi “TOYOTA” maşınını mәxsusi
incәlәmiş, hәtta kreditli satış üçün qiymәtini
soruşub,
kalkulyatorda
gәlir-çıxarına
uyğun
gәlib-gәlmәdiyini
hesablamışdı.
Axırda
da
tәәssüflә hәmin maşını yalnız bir ildәn sonra
almaq imkanında olacağını demişdi. Yaşar
bundan tәsirlәnmiş vә Uyğurun ad gününü
gözlәmişdi ki, dostunun arzusunu o dediyi
vaxtdan tez reallaşdırsın. Düzdü, o bunu daha
tez dә edә bilәrdi, amma fikirlәşirdi ki, birdәn
Uyğurun qәlbinә dәyәr.
- Amma Yaşar, bu çox...
- Dedim axı, sәn daha yaxşısına layiqsәn.
Hәkimsәn, insanlara lazımsan. Lazımsan, hәm dә
vaxtında lazımsan. Xәstәlәrin yanına vaxtında
çatmağın birinci növbәdә onların, ikinci dә sәnin
xeyrinәdir. Bununçünsә sәnә mütlәq maşın
lazımdır.
- Yaşar...
downloaded from KitabYurdu.org
39
-
Xoşuna
gәlmәdisә,
dәyişdirәk,
başqasını
götürәk.
- Yaşar, necә tәşәkkür edәcәyimi bilmirәm. Çox
sağ ol.
- Nә isә, bu mövzunu bağla. Hәmişә xeyirli işlәr
üçün istifadә edәsәn, hörmәtli Doktor Uyğur
Hәsәzadә. Sәnin sevincin mәnim üçün hәr şeydir.
Đnan mәnә, bu doğurdan da belәdir.
Daha sonra Yaşar qapıya tәrәf yönәldi:
- Yaxşı, indi mәn siz bacı-qardaşı baş-başa
qoyuram ki, dәrdlәşә bilәsiniz. Hәlәlik...
- Sәn hara? Bilirsәn anam nә yaxşı yemәklәr
göndәrib kәnddәn?! Bir tikә ye, sonra get.
- Siz rahat yemәyinizi yeyin, dәrdlәşin. Hә,
maşın aşağıda - binanın qabağındadır. Bağışla,
sәhәr
cibindәn
şәxsiyyәt
vәsiqәni
xәbәrsiz
götürmüşdüm. Al! Eyni olsun deyә, sәnә dә öz
nömrәmdәn aldım-114. – Gülәrәk әlini yellәdi vә
ötәri Tәravәtin gözlәrinә baxdı. Bu ani baxış
Yaşara o qәdәr şey dedi ki! Bu ani baxışla
Tәravәtlә o qәdәr söhbәt edib dәrdlәşdi ki! - Mәn
getdim, sağ olun.
- Sağ ol, Yaşar, hәr şey üçün çox sağ ol.
Uyğur onu yola salıb maşının sәnәdlәrinә baxdı.
Sevincini Tәravәtlә bölüşmәk istәdi:
- Görürsәn dә, bilirdi ki, mәnim bu maşından
xoşum gәlir, ona görә dә gedib onu alıb.
- Gülә-gülә, xeyir işlәrә işlәt. Yaşar düz deyir,
sәn buna hәqiqәtәn dә layiqsәn.
Bacısının yanında yadına nә isә düşübmüş kimi
telefonu götürüb Yaşarın nömrәsini yığdı:
downloaded from KitabYurdu.org
40
- Đstәyirәm sәnә bir dәnә dә xәbәr verim. Demәli,
sәnә demişdim dә konsert mәsәlәsini...Hә, hә...
artıq sәnin saxta sevgili tapmağına ehtiyac
qalmadı. Tәravәt burda olduğuna görә sabah
sәn, Tәravәt, mәn vә Ulduz bir yerdә gedәrik.
Belәliklә, hәm bizim dördlüyümüz düzәldi, hәm
dә sәn saxta sevgili tapmaq әzabından qurtardın.
Hә... sağ ol...
Tәravәt quruyub qalmışdı. Bilmirdi ki, söhbәt
nәdәn gedir. Bir tәrәfdәn dә, qardaşının “saxta
sevgili” yerinә “Tәravәt” demәsi onu pәjmürdә
etmişdi. Sanki Uyğurun hәr şeydәn xәbәri var idi
vә Tәravәt Bakıda olmadığı müddәtdә onlar iki
dost hәr şeyi aralarında danışmışdılar. Tez özünü
ә
lә alıb konsert mәsәlәsinin nә olduğunu
soruşmaq istәyirdi ki, Uyğur onu qabaqladı:
- Sabah Bakıda çox böyük bir konsert olacaq.
Mәn dә ora Ulduzla gedәcәkdim. Utandım tәk
getmәyә, Yaşara da bilet aldım-iki nәfәrlik.
Dedim rәfiqәsiylә-zadla danışsın, gәlsin. Indi sәn
burda olduğuna görә kimәsә ehtiyac yoxdu.
Özümüz gedәrik. Dördümüz. Bir ailә kimi.
- Bilmirәm nә deyim, vallah. Әgәr mәslәhәt
bilirsәnsә, gedәk.
Tәravәt bunları deyib dәrin düşüncәlәrә daldı.
***
Siyoş otaqda oturub hәmişәki kimi pәncәrәdәn
çölә baxaraq tәsbehini çevirirdi. Içәri daxil olan
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |